Anar İsayev Ramil Rəhimov



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
Anar Isayev Tarix


Osmanlı imperiyası 
 
Osmanlı imperiyasında geriləmə dövrünün başlaması 
Yeni dövrün astanasında Osmanlı imperiyasının sosial-iqtisadi və siyası vəziyyəti aşağıdakı kimi idi: 
 
Üç qitədə - Asiya, Avropa və Afrika qitələrində geniş ərazilərə malik imperiya idi. 
 
Belqraddan İraqa qədər böyük bir ərazini əhatə edirdi. 
 
Mühüm ticarət yollarına nəzarət edir, dövrünün ən böyük dövlətlərindən hesab olunurdu. 
 
Sosial-iqtisadi, siyasi və hərbi tənəzzül mərhələsinə daxil olmuş, əvvəlki qüdrətini itirməyə başlamışdı. 
 
Ordusu əvvəlki qüdrətini itirmiş, timar və ziyamət sistemi pozulmuşdu. 
XVI  əsrin  sonlarından  başlayan  durğunluq  getdikcə  geriləməyə  çevrildi.  Dövlət  idarəçiliyinin  tədricən 
zəifləməsi,  qanun  və  qaydalara  əməl  olunmaması  ölkədə  sabitliyi  pozurdu.  Vergilərin  artırılması  iqtisadiyyatın 
əsasını təşkil edən kənd təsərrüfatının tənəzzül etməsinə səbəb olmuşdu.  
Qadağan olunmasına baxmayaraq  yeniçərilər evlənir və alverlə məşğul olurdular. Yeniçərilər məvaciblərini 
vaxtında almayanda döyüşə getmək istəmir, hətta sultanların dəyişdirilməsi üçün qiyamlar da qaldırırdılar. 
 
Xarici tacirlərin Osmanlıdan kapitulyasiya hüququ alması 
Müharibələrdə bir-birinin ardınca uğursuzluqlara məruz qalan Osmanlı imperiyası Avropa dövlətlərinə böyük 
güzəştlər etməli oldu. Fransa, İngiltərə   Hollandiya Osmanlı dövlətindən   yeni  kapitulyasiyalar aldı. 1615-ci 
ildə Avstriya ilə Osmanlı arasında bağlanan Vyana kapitulyasiyal müqaviləsinin şərtlərinə əsasən: 
 
Avstriya təbəələrinə Osmanlı mülklərində sərbəst ticarət hüququ verildi. 
 
Gömrük haqqı endirildi, katoliklərə kilsə tikməyə icazə verildi
Həmin ildə Venesiya da Osmanlıdan  eyni imtiyazları  aldı. 
 
İlk islahat cəhdləri. Körpülü Mühmet paşanın islahatları
 
XVII  əsrin  ikinci  yarısında 
Osmanlı  dövlətində   
tənəzzül  prosesinin  qarşısını 
almaq üçün bir sıra islahatlar keçirildi. 
İslahatların həyata keçirilməsi sultan  IV Mehmetin 
(1648-1687)
 
baş  vəziri  Körpülü  Mahmet  paşaya    tapşırıldı.  Körpülü  Mehmet  paşanın 
islahatlarının məqsədi aşağıdakılar idi: 
 
İdarəçiliyi qaydaya salmaq və vergi sistemini tənzimləmək. 
 
Ordu və donanmada hərbi intizamı gücləndirmək. 
Körpülü Mehmet paşanın islahatları nəticəsində: 
 
İdarəçilik və hərbi intizam möhkəmləndirildi. 
 
Timar sistemi nizama salındıəzinənin  gəlirləri artırıldı. 
 
Ordu və donanma gücləndirildi. 
Lakin  həyata  keçirilən  islahatlar  Osmanlı  imperiyasının  daxili  vəziyyətini 
müəyyən müddətə yaxşılaşdırsa da, onun tənəzzülünün qarşısını ala bilmədi
 
1663-1664-cü illər  Osmanlı-Avusturya müharibəsi. Vasvar sülhü 
İqtisadi-siyasi  və  hərbi  tənəzzülünə  baxmayaraq,  Osmanlı 
imperiyası  Avropa  qitəsindəki  torpaqları  əldə 
saxlamaq  uğrunda  müharibələr  apararaq  yeni  ərazilər  fəth  etmək  siyasətini  davam  etdirdi.  Bu  məqsədlə  Osmanlı 
sultanı Avropa dövlətlərinə qarşı hərbi yürüşlər təşkil etdi. Yürüşlər nəticəsində Macarıstan
 krallığının əhəmiyyətli 
hissəsi  və  Dunay  knyazlığı  ələ  keçirildi.  1664-cü  ildə  Osmanlı  dövləti  ilə  Avstriya  arasında  bağlanmış  Vasvar 
sülhünün şərtlərinə əsasən Avstriya Transilvaniyaya müdaxilə etməyəcəyinə təminat verdi və təzminat ödədi. Beş 
il sonar, 1669-cu ildə Venesiya əksər dəniz mülklərindən məhrum edildi, Krit adası Osmanlı dövlətinə birləşdirildi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IV Mehmet 
 
 
Köprülü Mehmet Paşa 
  
  
 
Egey  dənizinin  cənubunda  yerləşən  Krit  adası  Yunanıstanın  ən  böyük, 
Aralıq  Dənizinin  isə  beşinci  böyük  adasıdır.  Adanı  Roma  İmperiyasının 
hakimiyyətindən    sonra  ərəblər,  961-ci  ildə  Bizans  işğal  etdi.  1204-cü  ildə 
Konstantinopolu  işğal  edən  səlibçilər  bu  dəfə  Krit  adasını  15  kiloqram  qızıl 
müqabilində  Venesiyaya  satdılar.  Xaçlılar  bu  adadan  tez-tez  Osmanlı 
gəmilərinə  hücum  edir  və  onları  talayırdılar.  Bunun  qarşısını  almaq  üçün 
Osmanlılar    adanı    ələ  keçirməyə  qərara  aldılar.  1645-ci  ildə  Osmanlı 
əsgərləri  adaya  hücuma  başladılar.  Amma  ada  hər  tərəfdən  yaxşı  müdafiə 
oluduğu üçün onun alınması Osmanlı ordusuna 24 ilə başa gəldi. 1669-cu il, 
sentyabrın 27-də Krit adası  nəhayət ki, Osmanlı tərəfindən fəth edildi. 
 
 

 
167 
 
1677-1681-ci illərin Rusiya-Osmanlı müharibəsi. Baxçasaray sülhü 
Osmanlı imperiyasının  Ukrayna uğrunda Rusiya ilə apardığı müharibə  1681-ci ildə Baxçasaray sülhü ilə 
başa çatdı. Sülhün şərtlərinə əsasən: 
1. 
Sağ sahil Ukraynası Osmanlı dövlətinə, sol sahil Ukraynası isə Rusiyaya verildi. 
2. 
Dnepr çayı iki dövlət arasında sərhəd oldu. 
Bu müharibə Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk böyük müharibə idi. 
 
Vyananın uğursuz mühasirəsi (1683) 
Avstriyanın  katolikləşdirmə  siyasətinə  qarşı  üsyan  qaldıran  macarlar  Osmanlı  imperiyasından  yardım 
istədilər.  Bu  hadisə  Avstriya  ilə  Osmanlı  arasında  münasibətləri  gərginləşdirdi  və  yeni  müharibəyə  səbəb  oldu. 
Osmanlı  ordusu  baş  vəzir  Qara  Mustafa  Paşanın  başçılığı  ilə  1683-cü  ildə  Avstriyanın  paytaxtı  Vyananı 
mühasirəyə aldı. Mühasirə uzandı. Bu müddətdə alman və polşalıların səlibçi ordusu Vyanaya köməyə gəldi. Krım 
xanının xəyanət  etməsi Osmanlı ordusunun uğursuzluğuna  səbəb oldu. Məğlub olan Qara  Mustafa  Paşa  ordusunu 
Budapeştə doğru geri çəkdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Osmanlı ilə «Müqəddəs birlik» arasında müharibə (1686-1699). Karlovitsa sülhü 
Vyana ətrafında osmanlı ordusunun məğlubiyyətindən istifadə edən bir sıra  xristian dövlətləri osmanlıları 
Avropadan  qovub  çıxarmaq  planını  həyata  keçirməyə  başladılar.  Bu  məqsədlə, 
1684-cü  ildə  osmanlılar  əleyhinə 
Avstriya, Polşa, Venesiya və Maltadan ibarət «Müqəddəs birlik» adlı təşkilat yaratdılar. 1686-cı ildə isə  Rusiya 
bu birliyə qoşuldu. Yalnız Fransa bu birliyə daxil olmadı. 
 
Müxtəlif  cəbhələrdə  vuruşmağa  məcbur  edilən  Osmanlı  ordusu  «Müqəddəs  birlik»lə  müharibədə  məğlub 
oldu. 
Osmanlı  höküməti  bir  neçə  cəbhədə  vuruşmağın  mümkünsüzlüyünü  anlayaraq  1699-cu  ildə  Belqrad 
yaxınlığında Karlovitsa qəsəbəsində Avstriya, Polşa, Venesiya, Malta  Rusiya və ilə ayrı-ayrılıqda müqavilələr 
imzaladı.
 Karlovitsa sülhünün şərtlərinə görə Osmanlı imperiyasının ərazilərinin xeyli hissəsi Avstriya, Polşa və 
Rusiya arasında bölüşdürüldü. Karlovitsa sülhü ilə Osmanlı dövləti ilk dəfə geniş ərazilər itirdi. 
 
 
Venesiya 
 
«Müqəddəs 
birlik»
 
Polşa 
Avstriya   
 
Malta 
 
Rusiya
 
        Vyananın mühasirəsi. 14 iyul - 12 sentyabr, 1683-cü il.                  Qara Mustafa Paşa  
 
Viyanaının uğursuz mühasirəsindən sonra Osmanlı dövlətinin  məğlubedilməz olmadığını görən 
Avropa dövlətləri  ona qarşı hücumlara başladı. Vyana məğlubiyyətinin məsuliyyəti isə Qara Mustafa 
Paşanın üzərinə atılaraq sultan tərəfindən onun edam edilməsi haqqında sərəncam verildi. Sultan 
daha sonra qorxmaz, cəsur, qətiyyətli dövlət xadimi olan  Qara Mustafa Paşanın uğurlu xidmətlərini 
düşünüb ikinci bir sərəncamla onun əfv edilməsini əmr etdi. Amma ikinci əmr çatana qədər cəlladlar 
paşanı edam etmişdilər.
 
 

 
168 
 
 
 
Osmanlı imperiyasında «Lalə dövrü» (1703-1730)  
XVIII  əsrin  birinci  yarısında
 
Osmanlı  imperiyasında Sultan  III  Əhmədin  (1703-1730)  hakimiyyəti 
illərində  baş  vəzir  İbrahim  paşanın  həyata  keçirdiyi  islahatlar  dövrünü  Osmanlı  tarixində  «Lalə  dövrü» 
adlandırırlar. İbrahim paşanın baş vəzirliyi dövründə İstanbulda bir çox saray, köşk inşa olundu və bağçalar salındı. 
Kağızxana dərəsinin iki tərəfi Versaldakı Fontenblo parkı üslubunda gözəl bağçalar və köşklərlə bəzədildi və bura 
Səədabad adını aldı. Parkda  yüzlərlə lalə  növü yetişdirildi. Odur ki, İbrahim  Paşanın laləyə  vurğunluğu bu dövrə 
«Lalə dövrü» adı verilməsinə səbəb oldu. «Lalə dövrü»ndə: 
 
Avropa  təcrübəsindən  faydalanmaq  və  elmi-
texniki  sahələrdə  qabaqcıl  yenilikləri  tətbiq 
etmək məqsədilə Qərbi Avropa ölkələrinə elçilər 
göndərilərək mütəxəssislər gətirilirdi.  
 
İbrahim Paşa Avropa tipli ordu yaradılana 
qədər Rusiya və Avstriya ilə münasibətləri 
pisləşdirməməyə səy göstərdi. 
 
Sənətkarlıq və ticarətin inkişafı üçün bir sıra 
tədbirlər həyata keçirildi.  
 
Avropadan ilk texniki vasitə olan mətbəə alındı 
və ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı. 
«Lalə  dövrü»ndə  həyata  keçirilən  islahatlar
 
ruhanilərin və yeniçərilərin müqaviməti üzündən yarımçıq 
qaldı  və  məhdud  səviyyədə  həyata  keçirildi.  Əsaslı 
dəyişikliklər  edilmədiyi  üçün  islahatlar  uğursuzluqla 
nəticələndi.  Bu  dövrdə  Osmanlı  imperiyasının  Avropa 
ölkələri  ilə  müharibələri  davam  edirdi.  Avropa  ölkələri 
Osmanlı imperiyasını sarsıtmaq üçün onu eyni zamanda bir 
neçə cəbhədə vuruşmağa məcbur edirdilər. 
 
Patron Xəlil üsyanı (1730) 
 Sultan  III  Əhmədin  dövründə  cəmiyyətin  sosial-
iqtisadi  həyatında  olduğu  kimi,  siyasi  sistemdə  də  böhran 
dərinləşdi. Yuxarı dairələrin hədsiz israfçılığı, özbaşınalığı, 
xalqa  biganə  münasibəti  ölkədə  böyük  narazılığa  səbəb 
oldu.  Ölkənin  iqtisadi  vəziyyətinin  pisləşməsi,  saray  və 
hökumət  dairələrində  rüşvətxorluq  və  talançılığın  artması, 
hərbi uğursuzluqlar  1730-cu ilin sentyabr ayında yeniçəri 
Patron  Xəlilin  başçılığı  ilə  İstanbulda  üsyana  səbəb  oldu. 
Patron Xəlil üsyanı nəticəsində: 
 
Baş vəzir İbrahim Paşa öldürüldü. 
 
Sultan III Əhməd qardaşı oğlu Mahmudun 
xeyrinə taxtdan əl çəkdi. 
Lakin, 1730-cu ilin noyabrında Sultan I Mahmudun 
göstərişi ilə Patron Xəlil və üsyanın digər rəhbərləri sarayda 
qətlə yetirildilər. Üsyanın iştirakçılarına isə divan tutuldu. 
 
1716-1718-ci illər Venesiya, Avstriya ilə yeni müharibə. Pojarevatsk müqaviləsi 
XVIII  əsrin əvvəllərində Osmanlı dövləti yaranmış əlverişli vəziyyətdən istifadə edərək itirilmiş ərazilərini 
geri qaytarmağa çalışdı. 1711-ci il Prut yürüşündə Rusiya üzərində əldə edilən qələbə Osmanlı hakim dairələrində 
itirilmiş ərazilərin geri qaytarılmasına inam yaratdı. Venesiya ilə müharibə  də Osmanlı dövlətinin qələbəsi ilə başa 
çatdı.  Osmanlı  dövlətinin  əldə  etdiyi  qələbələr  Avstriyanın  ona  qarşı  yeni  müharibəyə  başlamasına  səbəb  oldu. 
Avstriyalılar  Belqrad  şəhərini    işğal  etdilər. 
Lakin 
İngiltərə  və  Fransanın  vasitəçiliyi  ilə  Avstriya  ilə  Osmanlı 
arasında  1718-ci ildə Pojarevatsk müqaviləsi  bağlandı. Müqavilənin şərtlərinə görə:
 
1. 
Serbiya  və Bosniyanın şimal hissəsi  Avstriyaya verildi. 
2. 
Moreya yarmadası və 
Egin körfəzindəki adalar 
Osmanlı dövlətində qaldı.  
Lakin Belqrad şəhərinin itirilməsi Osmanlı dövlətinin Mərkəzi Avropada mövqeyini zəiflətdi. 
 
 
 
Sultan III Əhməd  
 
 
 
İbrahim Paşa 
 
 
 
Patron Xəlil 
 
Sultan  III  Əhməd  taxta  çıxan 
kimi  bir  sıra  islahatlar  həyata 
keçirdi.  1711-ci  ildədə  ruslara 
məğlub  olan    İsveç  kralı  XII 
Karl 
Osmanlılara  aid  Ozi 
qalasına sığındıqda, ruslar Türk 
sərhədini  pozdular.  Bu  zaman 
Osmanlı 
dövləti 
Rusiyaya 
müharibə elan etdi. 1711-ci ildə 
Osmanlı  ordusu  Prut  çayı 
kənarında  başda  çar  I  Pyotr 
olmaqla 
rus 
ordusunu 
mühasirəyə  aldılar.    Lakin 
rusların  ağır  vəziyyətdə  çarları 
ilə 
birlikdə 
mühasirədə 
olduğunu 
osmanlılar 
başa 
düşmədiyi 
üçün 
 
sülh 
imzalandılar. 
Osmanlıların 
zəfərindən  narahatlığa  düşən 
Avstriya  Osmanlıya  qarşı  yeni 
müharibəyə başladı. 1716-1718-
ci 
illər 
Osmanlı-Avstriya 
müharibəsində 
osmanlılar 
məğlub 
olaraq 
Pojarevatsk 
müqaviləsini 
 
imzaladılar. 
Bundan  sonra  Sultan  III  Əhməd 
Osmanlı imperiyasının qüdrətini 
geri  qaytarmaq  üçün  yeni 
islahatlar  həyata  keçirməyə 
başladı.  1730-cu  ildə  Patron 
Xəlil 
üsyan 
qaldırdı. 
Yeniçərilərin 
də 
hadisələrə 
qoşulması  üsyanın  böyüməsinə 
səbəb  oldu.  Üsyan  zamanı  baş 
vəzir  İbrahim  Paşa    öldürüldü. 
Artıq qan  tökülməsini  istəməyən 
Sultan  III  Əhməd  taxtı  qardaşı 
oğlu  Mahmuda  təslim  etdi. 
Səltənətdən  çəkildikdən  sonra 
elm  və  ibadətlə  məşğul  olan 
sultan  1736-ci  ildə,  63  yaşında 
vəfat etdi. 
 

 
169 
 
 
1735-1739-cu illər Osmanlı - Avstriya, Rusiya müharibələri. Belqrad sülhü 
 Osmanlı dövlətinin Səfəvilərə qarşı müharibəsindən  istifadə edən Avstriya Rusiya ilə ittifaq bağlayaraq ona 
qarşı  yeni  müharibəyə  başladı.  İki  cəbhədə  müharibə  aparmasına  baxmayaraq,  Osmanlı  dövləti  bir  sıra  uğurlar 
qazandı.  1739-cu  ilin  sentyabrında  Fransanın  vasitəçiliyi  ilə  Osmanlı  dövləti  ilə  Avstriya  arasında  Belqrad  sülhü 
imzalandı. Sülhün şərtlərinə görə: 
1. 
Pojarevatsk müqaviləsi ilə Avstriyaya verilmiş Şimali Serbiya Osmanlı dövlətinə qaytarıldı. 
2. 
Avstriya Belqrad şəhərini osmanlılara geri  qaytarmağa məcbur oldu.
 
 Müttəfiqi  olan  Avstriyanın  məğlub  olması,  İsveçlə  yeni  müharibə  təhlükəsi  Rusiyanı  da  sülh  bağlamağa 
vadar etdi. 
1739-cu ildə Rusiya ilə Osmanlı arasında bağlanmış Belqrad sülhünün şərtlərinə görə: 
1. 
Təkcə Azov qalası Rusiyada qaldı. 
2. 
Osmanlı dövləti Qara və Azov dənizlərində ticarət gəmiləri və hərbi donanma saxlamaq hüququnu 
özündə saxladı
 (Rusiyanın ticarət gəmiləri Azov və Qara dənizdə üzə bilməzdi). 
3. 
Hər iki dövlət Şimali Qafqaza müdaxilə etməyəcəkləri barədə təminat verdi.
 
Belqrad sülhü Osmanlı dövlətinin imzaladığı sonuncu uğurlu sülh oldu. Bu dövrdə Rusiya özünün başlıca 
xarici siyasətini - Qara dəniz sahillərinə çıxışı təmin edə bilmədi. 
1740-cı ildə Osmanlı imperiyası ilə Fransa arasında bağlanmış müqaviləyə (kapitulyasiyaya) əsasən Osmanlı 
imperiyasında  ticarət  edən  fransız  tacirləri  üçün  10%-lik  gömrük  rüsumu  müəyyən  edildi.  Sonralar  İngiltərə
Hollandiya və digər ölkələrin tacirləri də belə hüquqlar aldılar. 
 
1768-1774-cü illərin Rusiya-Osmanlı müharibəsi. Kiçik Qaynarca sülhü 
XVIII  əsrin    ikinci  yarısında  Rusiyanın  Baltik  və  Qara  dənizi  ətrafında  yeni 
torpaqları ələ keçirmək istəyi
 
Rusiyan ilə Osmanlı dövləti arasında müharibəyə səbəb 
oldu.
 
1768-ci  ildə  Osmanlı  dövləti  Avstriya  və  Fransanın  təhriki  ilə  Rusiyaya 
müharibə  elan  etdi.  Hərbi  əməliyyatlar  Balkan  yarımadası,  Krım    Qafqazda 
aparılırdı.  Lakin  Rusiya  müharibənin  gedişində  üstünlüyə  nail  oldu.1770-ci  ildə 
Larqa, Kaqul  Çeşmə dəniz döyüşündə rus ordusunun və donanmasının qazandığı 
qələbələr  müharibənin  taleyini  həll  etdi.  Lakin  Avropa  dövlətləri  Rusiyanın  Balkan 
yarımadasında   mövqeyinin güclənməsini istəmirdilər. Odur ki, Avropa dövlətlərinin 
təzyiqləri altında Rusiya müharibəni dayandırmağa məcbur oldu. 
1774-cü  il  iyulun  10-da  Osmanlı  imperiyası    ilə  Rusiya  arasında  Kiçik 
Qaynarca  sülhü imzalandı. Kiçik Qaynarca  sülhünün şərtlərinə əsasən:
 
 
1. 
Dnepr və Cənubi Buq çayları arasındakı ərazilər, həmçinin Kabarda 
Rusiyaya keçdi. 
2. 
Rusiyanın ticarət gəmilərinə Qara dənizdə, Bosfor və Dardanel  
boğazlarında sərbəst üzmək hüququ verildi. 
3. 
Osmanlı dövləti ilk dəfə olaraq kimi təzminat ödəməli oldu. 
4. 
Osmanlı sultanı Krım xanlığının müstəqilliyini tanıdı. 
Kiçik  Qaynarca  sülhü  Osmanlı  dövlətinin  Karlovitsadan  sonra  imzaladığı  ən 
ağır  şərtli  müqavilə  oldu. 
Kiçik  Qaynarca  sülhünün  nəticəsi  olaraq  Krım  xanlığının 
taleyi  ciddi  təhlükə  altına  düşdü  və  Rusiyanın  Krıma  yiyələnməsini  asanlaşdı, 
Qara 
dənizdə  Osmanlı  dövlətinin  şəriksiz  hökmranlığı  dövrü  başa  çatdı,  onun  beynəlxalq 
nüfuzu zəiflədi.
 
 
  
«Şərq məsələsi»nin meydana çıxması 
XVIII  əsrin  ikinci  yarısında 
Osmanlı  imperiyasını  bürümüş  böhrandan  istifadə  edən 
Rusiya  və  bir  sıra 
Qərbi  Avropa  dövlətlərinin  Osmanlı  imperiyasına  qarşı  birgə  mübarizə  aparmaq  cəhdi  «Şərq  məsələsi»nin 
yaranmasına  səbəb  oldu.  «Şərq  məsələsi»nin  əsasını  Osmanlı  dövlətini  parçalamaq  və  onun  ərazilərini 
bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı. 
Osmanlı  imperiyasında  siyasi  və  iqtisadi  tənəzzülün  güclənməsindən  istifadə  edən  İngiltərə  və  Fransa  onu 
asılı vəziyyətə salmaq üçün Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu yolla onlar Osmanlı dövlətini tamamilə 
Avropadan çıxarmağa, Rusiyanı isə zəiflətməyə çalışırdılar.  
XVIII  əsrin  sonlarında  «Şərq  məsələsi»  Rusiya  xarici  siyasətinin  ana  xəttinə  çevrildi.  Müəllifi  rus  çari  II 
Yekaterina  (1762-1796)  olan  «Şərq  məsələsi»ndə  Balkanlardakı  xristian  xalqları  üsyana  sövq  etməklə  onlara 
muxtariyyət, yaxu d istiqlaliyyət qazandırmaq, İstanbulu osmanlıların əlindən geri almaq, Anadolunu parçalamaq və 
 
 
Çeşmə döyüşü. 1770-ci il 
 
 
 
1774-cü ilKiçik Qaynarca 
sülhünün şərtləri  
 

 
170 
 
osmanlıları  Anadoludan  çıxartmaq    nəzərdə  tutulurdu.    Lakin    II  Yekaterinanın  bu  planı  sonralar  digər  böyük 
Avropa dövlətləri üçün maraqlı olmadığı üçün tədricən öz əhəmiyyətini itirməyə başladı. 
 
1787-1791-ci illər Rusiya-Osmanlı müharibəsi. Yassı sülhü 
Krımın Rusiyaya birləşdirilməsi (1783) Osmanlı imperiyası ilə 
yeni  müharibəyə  səbəb  oldu. 
Krımın  işğalına  cavab  olaraq  Osmanlı 
sultanı  1787-ci  ildə  Rusiyaya  müharibə  elan  etdi.  Balkan 
yarımadasında yeni ərazilər ələ keçirməyə çalışan Avstriya Rusiyanın 
müttəfiqi  kimi  müharibəyə  qoşuldu.  Osmanlı  dövləti  iki  cəbhədə 
müharibə  aparmalı  oldu.  Müharibənin  gedişində  Avstriya  ordusu 
Belqradı,  Rusiya  isə  Akkerman,  Bender   
Dunay  çayının 
mənsəbində  yerləşən 
İzmayıl  qalalarını  ələ  keçirdi.    Lakin 
1791-ci 
ilin  dekabrında  Rusiya 
Osmanlı  dövləti  ilə 
Yassı  sülhünü 
imzalamağa məcbur oldu. 
Yassı sülhünün şərtlərinə görə:
  
1. 
Osmanlı dövləti Krım xanlığının Rusiya tərəfindən işğalını təsdiq etdi 
2. 
Dnestr çayı iki dövlət arasında sərhədə çevrildi. 
Yassı sülhünün 
nəticəsi olaraq 
Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi, Osmanlı dövlətinin qüdrətini 
daha da sarsıldı və Rusiyanın yeni işğalları üçün şərait yarandı. 
 
 
 
Osmanlı imperiyası Kiçik Qaynarca və  Yassı sülhündən sonra  
 
Sultan III Səlimin islahatları 
XVIII əsrin ikinci  yarısında  Osmanlı  imperiyasının  Rusiya  ilə  müharibələrdə  uğursuzluğu ölkədə  siyasi və 
iqtisadi böhranı daha da dərinləşdirdi. Beynəlxalq vəziyyətin pisləşməsi Osmanlı hakim dairələrini narahat etməyə 
başladı.  Belə  bir  şəraitdə  Osmanlı  dövlətinin  qüdrətli  orduya  xüsusilə  ehtiyacı  var  idi.  Ordunun  əsasını  hələ  də 
feodal süvarisi və yeniçərilər təşkil edirdi. Ordunu Avropa qaydasında qurmaq zərurəti yaranmışdı.  Dövlətin belə 
ağır  dövründə  taxta  çıxan  Sultan  III  Səlim  (1789-1807)  bütün  sahələrdə  islahatlar  həyata  keçirmək  üçün  layihə 
hazırlamağı tapşırdı. İlk növbədə, Avropa təcrübəsini öyrənmək üçün Avropa ölkələrinə elçilər göndərildi. III Səlim 
Fransa  təcrübəsini  əsas  tutaraq  1792-1793-cü  illərdə  «Nizami-cədid»  (yeni  qayda)  adlanan  islahatları  həyata 
keçirməyə  başladı.  Bu  zaman  hərbi  islahatların  keçirilməsinə  üstünlük  verildi.  İslahatlar  İsveç  və  Fransa 
hərbçilərinin iştirakı ilə həyata keçirilirdi. 
Sultan III Səlimin islahatlarına əsasən:
 
 
Ordunun xərclərini ödəmək üçün xüsusi xəzinə yaradıldı. 
 
Donanmanın yenidən təşkili üçün yeni tipli gəmilər hazırlandı. 
 
Hərbi mühəndislik məktəbi genişləndirildi. 
 
İmperiya 28 əyalətə ayrıldı, onların idarə etmək üçün vəzifəyə təcrübəli vəzirlər təyin olundu. 
 
Qanunlara əməl etməyən şəxslər vəzifədən uzaqlaşdırıldı. 
 
Yerli  məhsullardan  istifadə  təbliğ  olunmağa  başlandı.  Dövlət  idarələrində  yerli  mallardan  istifadə 
edilməyə başlandı. İsrafçılığın qarşısını almaq üçün addımlar atıldı. 
 
Avropa ölkələrindəki yenilikləri vaxtında öyrənmək üçün London, Paris, Vyana və Berlin  şəhərlərində 
daimi səfirliklər açıldı. 
İslahat  təhsil  sistemində  yeni  məktəblərin  açılmasını,  dövlət  mətbəəsinin  yaradılmasını,  məktəblərdə  xarici 
dil kimi fransız dilinin tədrisini nəzərdə tuturdu. Lakin əvvəlki islahatlar kimi, III Səlimin islahatları da mühafizəkar 
qüvvələrin  müqaviməti  nəticəsində  uğursuzluqla  nəticələndi.  Bunun  başlıca  səbəbi  islahatı  həyata  keçirən 
kadrların  olmaması  və  III  Səlimin  qətiyyətsizliyi  idi.  Ordu  quruculuğu  yeniçəriləri  təmin  etmədiyinə  görə  onlar 
 
 
Rusların Izmayıl qalasını tutması 
 

 
171 
 
mühafizəkar qüvvələrin əlində alətə çevrildilər. Nəticədə, 1807-ci ildə Sultan III Səlim və islahat tərəfdarları qətlə 
yetirildi. Sultan III Səlimin taxtdan salınması ilə onun həyata keçirməyə çalışdığı islahatlar yarımçıq qaldı. 
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin