Zadəganların malikanələrinə mülk hüququ verilməsi təsdiq edildi.
XVII əsrdə Rusiyanın dövlət quruluşu
XVII əsrin ikinci yarısında Rusiyanın dövlət quruluşu aşağıdakı kimi idi:
Boyar duması - ölkədə məşvərətçi orqan idi.
Prikaz sistemi ən yüksək inkişaf səviyyəsinə çatdı, sayı çoxaldı və səlahiyyətləri genişləni, saray,
maliyyə, hərbi, məhkəmə, vilayət və digər sahələrə bölünürdü. Lakin onlar arasında münasibətlər tam
aydınlaşdırılmadığı üçün dövlətin idarə edilməsinə maneçilik törədirdilər
İnzibati vahid qəza idi.
Çar qəzaları idarə etmək üçün boyar və zadəganlar sırasından voyevodalar təyin
edirdi.
Voyevodalar
idarə etdiyi ərazidə qoşuna və məhkəməyə başçılıq edir, vergilərin toplanmasına
nəzarəti həyata keçirirdi.
Kəndlilərin təhkimçilik
asılılığının rəsmiləşdirilməsi
prosesi başa çatdı
Çarın mütləq hakimiyyətini
möhkəmləndirdi
Zadəganların mülkiyyət
hüququ təsdiq edildi
«Məclis Qanunnaməsi»
Mixail Romanov
Aleksey Romanov
Zemstvo yığıncağı Rusiyada silklərin nümayəndələrindən
ibarət dövlət orqanı idi. Zemstvo yığıncağı Müqəddəs kilsənin,
Boyar Dumasının, “hökmdar sarayı”nın üzvlərindən, eləcə də
seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən
ibarət idi. Zemstvo yığıncağında xarici siyasət, maliyyə, vergi
qoyulması və s. kimi mühüm dövlət əhəmiyyətli məsələlərə
baxılırdı. Çar hakimiyyəti möhkəmləndikdən sonra Zemstvo
yığıncaqları getdikcə daha az, yalnız hökumətin təşəbbüsü ilə
çağırılmağa başlandı.
Zemstvo yığıncağı
211
Ordunun təşkilində dəyişiklik edilmişdi. Zadəgan süvari qoşunları ilə yanaşı, nizamlı əsgər alayları
(piyadalar), reytar alayları (süvarilər) və draqun alayları (qarışıq qulluq) yaradılmışdı. Bu dövrdə
Xəzər dənizində donanma təşkilinə də başlanılmışdı.
Kilsə dövlətə tabe etdirilmişdi.
Ümumrusiya bazarının yaranması
XVII əsrin əvvəllərindən başlayaraq Rusiyanın təsərrüfat həyatında yeni əlamətlər meydana gəldi. Bu, hər
şeydən əvvəl, əmtəə istehsalının - bazarda satmaq üçün məhsul istehsalının inkişafında özünü göstərirdi. Bu da
natural təsərrüfatın dağılmasına səbəb olurdu. Kənd təsərrüfatı məhsullarının satışı mülkədarlara əlavə mənfəət
verirdi. Buna görə də yaşayış üçün zəruri olan taxıl əmtəə xarakteri almağa başlamışdı. Lakin təhkimçilik asılılığı
kəndlilərin bazarla əlaqəsinə ciddi mane olurdu.
XVII əsrin ikinci yarısından
kənd təsərrüfatının və sənətkarlığın inkişafı,
manufakturaların meydana
gəlməsinə səbəb olurdu.
Metal istehsalı və emalı xeyli inkişaf etmiş,
çuqun və dəmir istehsal edən, mis əridən
zavodlar tikilmişdi. Bu tip zavodlar əsasən Uralda inşa edilmişdi. Odlu və soyuq silahlar istehsal etmək üçün xüsusi
manufaktura - Moskva Silah palatası yaradılmışdı. Bəhs olunan dövrdə İzmaylovski və Voskresenski kəndlərində
şüşə manufakturalarının, Nijni Novqorodda və Voloqdada kətan manufakturasının, ölkənin şimalında və
Volqaboyunda duzxanaların əsası qoyulurdu. XVII əsrin sonlarında Rusiyada artıq 80-ə qədər manufaktura fəaliyyət
göstərirdi. Sənaye malları təkcə şəhərlərdə deyil, kənd yerlərində də istehsal olunurdu. Oka çayı sahilindəki Pavlovo
kəndi metal emalı sahəsində ixtisaslaşmışdı. İvanovo kəndinin sakinləri kətan parça istehsalı ilə məşğul olurdular.
Manufaktura istehsalının və ticarət əlaqələrinin genişlənməsi şəhərlərin inkişafına təkan verdi. Şəhərlər
tədricən ölkənin sənaye-ticarət mərkəzlərinə çevrilirdilər. Moskva, Novqorod, Yaroslavl, Kazan, Nijni Novqorod
şəhərləri xüsusi olaraq fərqlənirdilər.
XVII əsrin ikini yarısında Rusiyada bazarların bir-birilə əlaqəli olması Vahid Ümumrusiya bazarının
yaranmasına gətirib çıxarmışdı.
Çoxsaylı yerli ticarət məntəqələri - «bazarlar»la yanaşı, Ümumrusiya bazarının
formalaşmasını təmin edən yarmarkalar meydana gəlirdi. Ən böyük yarmarkalar Moskva, Arxangelsk və Nijni
Novqorodda fəaliyyət göstərirdi.
Daxili ticarətlə yanaşı, xarici ticarət də inkişaf edirdi. Rusiya Qərbdə İngiltərə, Hollandiya, İsveç, Reç-
Pospolita, Şərqdə isə Azərbaycan, Çin, Hindistan, İran və Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri saxlayırdı.
XVII əsrin ortalarında Rusiyada tətbiq edilmiş «Ticarət nizamnaməsi»nə görə:
Vahid gömrük vergisi müəyyənləşdirildi.
Bir çox daxili gömrük rüsumları ləğv olundu.
Yerli tacirlərin mənafeyini nəzərə alan çar hökuməti 1667-ci ildə «Yeni ticarət nizamnaməsi»ni qəbul etdi.
«Yeni ticarət nizamnaməsi»nə əsasən:
Rusiya bazarlarında xarici tacirlərə pərakəndə mal satmaq qadağan edildi.
Xarici tacirlər yalnız sərhəd şəhərlərində ticarət edə bilərdilər.
Beləliklə, xırda əmtəə istehsalının və manufaktura sənayesinin genişlənməsi, şəhərlərin çoxalması,
ticarətin inkişafı Rusiyada əmtəə istehsalının və pul tədavülünün gündən-günə artmasına, vilayətlər arasında
əlaqələrin genişlənməsinə səbəb oldu.
XVII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti
XVII əsrin ortalarında Rusiyada mərkəzi hakimiyyətin möhkəmləndirilməsi dövlətin fəal xarici siyasət
yeritməsinə imkan yaratdı. Bu dövrdə Rusiyanın xarici siyasətində üç əsas məsələ mühüm yer tuturdu:
1.
Ukrayna və Belarusiya torpaqlarını Rusiyaya birləşdirmək.
2.
Ukrayna və Belarusiya zəbt edildikdən sonra Qara dəniz sahillərinə yiyələnmək.
3.
Baltik dənizi sahillərinin ələ keçirmək və dənizə çıxış ələd etmək.
XVII əsrin ortalarında Ukrayna və Belarusiya torpaqları Polşa və Litva maqnatlarının (Reç Pospolita
dövlətinin) tərkbində idi. Ukrayına və Belorusiyada Reç-Pospolita hökmüranlığına qarşə azadlıq mübarizəsi baş
verən zaman Rusiya dövləti bundan öz xeyrinə istifadə edərək
1667-ci ildə Solsahil Ukraynası və Kiyevi özünə
birləşdirdi.
Həmin dövrdə Rusiyanın Ukraynaya tamamilə yiyələnmək cəhdləri Osmanlı dövləti ilə müharibəyə səbəb
oldu. Osmanlı imperiyasının Ukrayna uğrunda Rusiya ilə apardığı müharibə 1681-ci ildə Baxçasaray sülhü ilə
başa çatdı. Baxçasaray sülhünün şərtlərinə əsasən:
Osmanlı sultanı Solsahil Ukraynasının Rusiyaya birləşdirilməsini qəbul etdi.
Sağ sahil Ukraynası Osmanlı dövlətinə verildi.
Dnepr çayı iki dövlət arasında sərhəd oldu.
Bu müharibə Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk böyük müharibə idi.
212
Beləliklə, XVII əsrin ikinci yarısında Rusiya xarici siyasəti qarşısında dayanan yalnız bir məsələ - Ukrayna
və Belarusiya torpaqlarını birləşdirmək siyasəti yerinə yetirmiş oldu.
XVII əsrin ikinci yarısında Rusiya ilə Çin arasında münaqişə baş verdi. Bu dövrdə Rusiyanın şərqdə -
Amur çayı sahilində möhkəmlənmək cəhdləri Çinlə münasibətləri kəskinləşdirdi. 1689-cu ildə Rusiyanın Çinlə
imzaladığı Nerçinsk müqaviləsinə görə Amur çayı iki dövlət arasında sərhədə çevrildi.
Reç Pospolita dövlətinin (1569-1795) ərazisi Nerçinsk müqaviləsinə əsasən Rusiya-Çin sərhəddi
I Pyortun hakimiyyətə gəlməsi (1689)
Çar Aleksey Romanovdan sonra oğlu Fyoder Alekseyeviç
(1676-1682) hakimiyyətə gəldi. 1682-ci ildə Fyoder
Alekseyeviçin ölümündən sonra isə I Pyotor çar seçildi.
I Pyotr
azyaşlı olduğu üçün idarə işlərini
faktiki olaraq
bacısı
Sofiya
(1682-1689)
öz əlinə aldı. Lakin bir müddət sonra I Pyotr bacısını
hakimiyyətdən uzaqlaşdırmağa nail oldu. Belə ki,
1689-cu ildə
bacısına qalib gələn I Pyotr (1689-1725) onu monastra göndərdi
və təkbaşına hakimiyyətə nail oldu.
Şimal müharibəsi (1700-1721)
Baltik dənizi sahillərini ələ keçirmək üçün Rusiya ilə İsveç
arasında 1700-cü ildə başlanan müharibə 21 il ( 1700-1721)
davam etdi. Bu müharibə Şimal müharibəsi adlanır.
I Pyotrun
hərbi islahatları və yeni yaratdığı ordu 1721-ci ildə Rusiyaya Şimal
müharibəsini uğurla başa çatdırmağa kömək etdi.
1721-ci ilin
avqustunda Fillandiyanın Niştadt şəhərində Rusiya ilə İsveç
arasında sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə görə:
1.
Rusiya Baltik dənizinə çıxış əldə etdi.
2.
Rusiya Baltik
dənizinin sahili ərazilərinə yiyələndi.
Niştadt sülh bağlandıqdan sonra Senat I Pyotora
imperator titulu verdi, Rusiya isə rəsmi surətdə Rusiya
imperiyası adlanmağa başladı.
I Pyotrun islahatları
XVII əsrin sonlarında gərgin beynəlxalq vəziyyət, eləcə də Rusiyanın gələcək inkişafı bütün sahələrdə
islahatların həyata keçirilməsini zəruri edirdi. Baltik dənizinə çıxmaq uğrunda 1700-cü ildə İsveçlə müharibənin
başlanması I Pyotru müəyyən islahatlar həyata keçirməyə vadar etdi.
Hərbi islahata
əsasən ordu yenidən təşkil olundu. Ordunun komplektləşdirilməsi üçün hər 20 kəndli
həyətindən bir rekrut (əsgər) toplanırdı. Hərbi islahat nəticəsində daimi ordu və donanma yaradıldı.
Dövlət idarəçilik islahatlarına əsasən 1711-ci ildə idarəçilik sistemini möhkəmləndirmək məqsədilə
Boyar duması əvəzində Senat yaradıldı
. Senat I Pyotrun ölkədə olmadığı müddətdə icra orqanı kimi
nəzərdə tutulmuşdu. Bir müddət sonra Senat ali icra orqanına çevrildi və məhkəmə funksiyasını da
həyata keçirməyə başladı. Prikazların əvəzinə isə 12 kollegiya yaradıldı.
Fyoder Alekseyeviç Sofiya I Pyotr
213
İnzibati islahata əsasən Rusiya 8 quberniyaya bölündü. Quberniyalara başçılıq edən qubernator
quberniyada ordu, məhkəmə və bütün idarəetmə orqanlarına başçılıq edirdi.
Dini islahata əsasən I Pyotr patriarx vəzifəsini ləğv edərək kilsə işlərini dövlət idarəsi olan Sinoda
həvalə etdi və kilsə dövlətə tabe edildi.
I Pyotrun islahatları nəticəsində Rusiyada ilk teatr, qəzet, dövlət kitabxanası, təbiətşünaslıq muzeyi, Elmlər
Akademiyası, təqvim və əlifba yaradıldı. I Pyotrun islahatları ölkənin yenidən qurulmasına və Avropa ölkələrindən
geridə qalmasının aradan qaldırılmasına ciddi təsir göstərdi.
Rus boyarları Rusiya ordusunun əsgərləri (XVIII əsrdə)
Yekaterinanın hakimiyyətə gəlməsi (1762)
1725-ci ildə I Pyotr vəfat etdi. I Pyotr öləndən sonra yerinə kimin keçəcəyi haqqında vəsiyyət qoymadığı
üçün onun vəfatından keçən 37 il ərzində (1725-ci ildən 1762-ci ilədək) Rusiyada beş dəfə saray çevrilişi baş verdi.
Əvvəlcə I Pyotrun həyat yoldaşı I Yekaterina (1725-1727) taxta çıxdı. Ondan sonra 12 yaşlı nəvəsi II Pyotr (1727-
1730) çar elan edildi. Daha sonra I Pyotrun qardaşı qızı Anna İvanova (1730-1740) və Yelizaveta Petrovna (1741-
1761) hakimiyyətə gətirildi.
1762-ci ildə saray çevrilişi nəticəsində Rusiya taxt-tacına
II Yekaterina sahib oldu. II Yekaterinanın (1762-1796) hakimiyyəti dövründə:
Rusiya imperiyasının sərhədləri qərbə və cənuba doğru daha da genişləndi.
I Pyotrdan sonra dəyişməyən dövlət idarəçiliyində islahatlar həyata keçirildi.
I Pyotrun Qara dənizə çıxışın təmin edilməsi siyasəti davam etdirildi.
«Şərq məsələsi» layihəsi irəli sürüldü.
Osmanlı dövləti ilə uğurlu müharibələr aparıldı.
Krım xanlığı Rusiyaya birləşdirildi.
XVIII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti
XVIII əsrin ikinci yarısında Rusiyanın xarici siyasətində təcavüzkarlıq hətəkətləri daha da kəskinləşərək
təhlükəli xarakter aldı.
Bu dövrdə Rusiyanın manufaktura sənayesinin sürətli inkişafı onun xammala və satış
bazarına ehtiyacını artırdı. Rusiya imperiyası hələ I Pyotr dövründən başlayaraq Azov, Qara və Xəzər dənizi ətrafı
torpaqları ələ keçirib rus manufakturasının xammal bazarına çevirməyə çalışırdı. Məhz bu səbəbdən XVIII əsrin
ikinci yarısında I Pyotrun planlarını davam etdirən Rusiya diplomatiyasının xarici siyasətində isti dənizlər uğrunda
mübarizə əsas aparıcı xətt olaraq qalırdı.
Rusiyanın beynəlxalq ticarət əhəmiyyəti olan Dnepr və Volqa çayları müvafiq olaraq Qara və Xəzər dənizinə
axırdı. Bu dənizlər həmin çayların beynəlxalq ticarətdə bir növ davamı idi. Bütün rus tacirləri Qara və Xəzər
dənizləri vasitəsilə bir çox ölkələrlə ticarət apara bilərdilər.
Lakin XVIII əsrin ikinci yarısında Buq, Dnepr və Don çaylarının mənsəbləri istisna olmaqla Qara dənizin
bütün şimal sahilləri Osmanlı dövləti və onun vassalı olan Krım xanlığının nəzarəti altında idi. Qara dəniz hövzəsi
də tamamilə Osmanlı dövlətinin əlində idi. Qara dənizi özünün «daxili dənizinə» çevirən Osmanlı hökuməti burada
başqa dövlətin bayrağı altında gəmilərin üzməsinə yol vermirdi. Odur ki, Rusiya və Osmanlı dövlətləri arasında
1768-ci ildə növbəti müharibə başladı. 1770-ci ilin yayında tərəflər arasında baş verən Larqa və Kaqul
döyüşlərində rus qoşunları qələbə qazanaraq:
Dunayın sağ sahilini ələ kemirdi.
Bessarabiya, Valaxiya və Moldova tutuldu.
Avropa dövlətləri Rusiyanın Balkanlarda güclənməsini istəmədiyi üçün Rusiyanı Osmanl dövləti ilə
müharibəni dayandırmağa və danışıqlara başlamağa məcbur etdi. 1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında
Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı.
Kiçik Qaynarca sülhünün şərtlərinə əsasən:
1.
Dnepr və Cənubi Buq çayları arasındakı ərazilər, həmçinin Kabarda Rusiyaya keçdi və Rusiyanın
ticarət gəmilərinə Qara dənizdə, Bosfor və Dardanel boğazlarında sərbəst üzmək hüququ verildi.
II Yekaterina
214
2.
Osmanlı sultanı Krım xanlığının müstəqilliyini tanıdı.
3.
Osmanlı dövləti tarixdə ilk dəfə olaraq məğlub dövlət kimi təzminat ödəməli oldu.
Kiçik Qaynarca sülh müqaviləsi nəticəsində:
Krım xanlığının taleyi ciddi təhlükə altına düşdü.
Rusiyanın Krıma yiyələnməsi asanlaşdı.
Qara dənizdə Osmanlı dövlətinin hökmranlığı dövrü başa çatdı.
Osmanlı dövlətinin beynəlxalq nüfuzu zəiflədi.
Krıma yiyələnmək üçün Rusiya höküməti 1783-cü ildə
Krım xanlığını «Tavrida» adı ilə ilhaq etdi.
Krımın
Rusiyaya ilhaq edilməsi 1787-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Osmanlıların
Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı dövləti üçün uğursuzluqla nəticələndi. 1791-ci ilin
yanvarında Yassıda Osmanlı dövləti ilə sülh bağlandı. Yassı sülhünün şərtinə görə
Osmanlı dövləti Krım
barəsindəki iddialarından birdəfəlik əl çəkdi və onun Rusiya imperiyasına mənsub olmasını təsdiq etdi.
Bu
müharibə nəticəsində Osmanlı dövlətinin həm Balkanlarda, həm də Qara Dəniz və Qafqazda nüfuzu aşağı
düşdü. Qələbədən ruhlanan Rusiya yeni işgallara hazırlaşdı.
Rusiyanın Xəzərsahili vilayətlərdə möhkəmlənmək təşəbbüsü
XVIII əsrin ikinci yarısında Cənubi Qafqaz hələ də Rusiyanın maraq dairəsində qalmaqda idi. Cənubi
Qafqazda möhkəmlənmək siyasi cəhətdən də Rusiya üçün əlverişli idi. 1783-cü ildə Krımın Rusiya tərəfindən işğalı
və həmin ildə Kartli-Kaxetiya çarlığının Georgiyevsk müqaviləsi ilə Rusiyanın himayəsinə keçməsi Azərbaycana
siyasi təsirini gücləndirdi və onun isti dənizlər uğrunda mübarizəsini asanlaşdırdı. Bu dövrdə Rusiya üçün
Azərbaycan böyük əhəmiyyət kəsb edirdi. Belə ki:
Müxtəlif kənd təsərrüfatı məhsulları ilə zəngin olan Azərbaycan inkişaf etməkdə olan Rusiya
manufaktura sənayesi üçün əlverişli xammal mənbəyi və satış bazarı ola bilərdi.
Azərbaycan öz coğrafi mövqeyinə görə Rusiyanın Şərq ölkələri ilə yaratmaq istədiyi iqtisadi əlaqələr
üçün əsas hərbi- strateji məkan idi.
Məhz buna görə də Rusiyanın Xəzər dənizində fəaliyyətinin artması həm ticarət məsələləri baxımından, həm
də hərbi-strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edirdi.
Bu dövrdə Rusiyanın Azərbaycanın Xəzərsahili ərazilərində işğalçılıq məqsədini həyata keçirməsinə Qərbi
Avropa dövlətlərinin, xüsusilə İngiltərənin dəstəklədiyi Osmanlı imperiyası ciddi maneçilik törədir, özünün daxili
çətinliklərinə baxmayaraq, Rusiyanın bu regionda möhkəmlənməsinə yol verməməyə çalışırdı.
Ağa Məhəmməd xan Qacarın Şərqi Gürcüstana yürüşü ərəfəsində (1795) gürcü çarı II İrakli kömək üçün
Rusiya dövlətinə müraciət etdi. Lakin Rusiya Kartli-Kaxetiya çarlığına kömək etmədi. Rusiya hakim dairələri Ağa
Məhəmməd xan Qacarın Tiflisi işğal etməsinə bir növ «göz yumdu» ki, Cənubi Qafqaza ordu yeritmək üçün bəhanə
qazansın. Rus imperatoru II Yekaterina yaranmış siyasi vəziyyətdə Gürcüstanı qurban verməklə Cənubi Qafqaza
daxil olmaq və Xəzər dənizinin qərb sahillərini ələ keçirmək istəyirdi.
II Yekaterina qəti olaraq Azərbaycanı işğal etmək üçün güclü hərbi yürüş təşkil olunmasına sərəncam verdi.
Nəhayət, II Yekaterina hökuməti 1796-cı ilin yazında Cənubi Qafqaza və Azərbaycana yürüşə başladı. Bu yürüşdə
rus qoşunlarına general Valerian Zubov başçılıq edirdi. Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın qəflətən
ölümü və Rusiyanın Qərbi Avropa ölkələri ilə münasibətlərinin mürəkkəbləşməsi rus qoşunlarının Cənubi
Qafqazdan geri çağırılmasına səbəb oldu. Beləliklə, XVIII əsrin ikinci yarısında Rusiya imperiyasının Cənubi
Qafqazı, o cümlədən Azərbaycanı işğal etmək siyasəti və isti dənizlər uğrunda mübarizəsi yarımçıq qaldı.
215
Avropa və Amerika xalqlarının mədəniyyəti
Qərbi Avropa mədəniyyəti
XVIII əsrdə Avropada manufakturaların və ticarətin inkişafı elm və mədəniyyətin inkişafına təkan verdi.
XVII-XVIII əsrlərdə Avropanın tanınmış elm və incəsənət sahəsində tanınmış alimləri aşağıdakılar idi:
İngilis alimi İsaak Nyuton dünya cazibə qanununu kəşf etdi və alman alimi Q. Leybnitslə birlikdə ali
riyaziyyatın əsasını qoydu.
Niderland alimi A.Levenhuk baxılan cismi 150-300 dəfə böyüdən və bakteriyaları öyrənməyə imkan
verən linza ixtira etdi.
İngilis alimi E.Cenner türklərdən öyrəndiyi çiçək xəstəliyinə qarşı peyvəndi öz ölkəsində tətbiq etməyə
başladı.
Frazsız drammaturqu Molyer komediyalarında yaşadığı dövrü tənqid edirdi.
Alman şairi, filosof və dramaturqu
Şiller faciə əsərlərində yaşadığı dövrü tənqid edirdi.
Alman bəstəkarı və musiqiçisi İ.Bax mindən artıq musiqi əsəri yaratmışdı
.
Avstriya
musiqiçisi və
bəstəkarı
V.Motsartın «Don Juan», «Fiqaronun toyu» operaları yaşadığımız
dövrdə də gözəl musiqi əsərləri hesab edilir.
Fransız rəssamı Jak Lui Davidin - «Marat», «Brut» və digər rəsmləri indiyədək muzeydə qorunub
saxlanılır.
Romadakı Müqəddəs Pyotr kilsəsi isə dövrün barokko üslubunda inşa edilmiş memarlıq əsərlərinin ən
yaxşı nümunəsidir.
Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyətlər silsiləsindən
Tanınmış ingilis alimi İssak Nyuton mexanika, optika, astronomiya, riyaziyyat
sahələrində elmi işləri ilə dünya şöhrəti qazanmışdı. Nyutonun dövründən bəri 10-12 nəsil
artıq bir-birini əvəzləsə də onun elmi əsərləri hələdə dəyərini itirməyib. XVII əsrin
sonunda o, elmi kəşflərində əvvəlki iki əsrin alimləri olan Kopernik, Kepler və Qalileo
Qalileyin işlərini tamamlayaraq universal sistem yarada bilmişdi. Nyuton ümumdünya
cazibə qanununu kəşf etmiş, güzgülü teleskop yaratmış və optika sahəsində çox vacib
təcrübələrin müəllifi olmuşdu. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə
parçalanmasını sübuta yetirərək ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçmüşdür.
Ümüdünya cazibə qanunu ideyası Nyutona qədər də bir sıra görkəmli alimlər tərəfindən
irəli sürülmüşdü. Lakin ondan əvvəl bu mövzuya toxunan alimlər Nyuton qədər heç kim
cəzbetmə qanununu və planetlərin hərəkəti qanununu ( Kepler qanunu) onun qədər aydın
və riyazi şəkildə izah edə bilməmişdi.
Qotfrid Leybnits görkəmli alman filosofu, riyaziyyatçısı və hüquqsünası, ikili say
sistemi layihəsinin müəllifi olmuşdur.
Hüquq və fəlsəfə təhsili alan Leybnits XVII əsr Avropa siyasəti və diplomatiyasında önəmli
rol oynamışdır. Eyni dərəcədə fəlsəfə və riyaziyyat elmlərinə də misilsiz töhfələr vermiş
Leybnits ingilis alimi Nyutonla birlikdə Riyazi analiz elmini ixtira etmiş, faktiki olaraq
müasir kompüterlərinn əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaratmışdır.
Optimistik nöqteyi-nəzərdən çıxış edən Leybnits əsərlərində yaşadığımız kainatın məhdud
mənada, Allahın yarada biləcəyi ən mükəmməl məkan kimi qəbul etmişdi.
Antoni van Levenhuk mikroskop konstruktoru, elmi mikroskopiyanın –
mikrobiologiyanın əsasını qoymuş, öz mikroskopu vasitəsi ilə bir çox canlı materiyaların
müxtəlif strukturlarını öyrənmiş holland təbiətşünası idi. Levenhuk hazırladığı linzaları
metal eynəkliklərə quraşdıraraq dövrünün ən müasir mikroskopunu yaratmış və onun
köməyi ilə bir sıra kəşflər etmişdi. O, Robert Hukun “Mikroqrafiya” əsərini oxuduqdan
sonra, onda ətraf mühitin linza vasitəsilə öyrənilməsinə maraq yaranmış, italyan bioloq-
həkimi Marçello Malpigi ilə birlikdə zooloji tədqiqatlarda mikroskodan istifadə etməyə
başlamışdı. Həyatı boyu o, 150-300 dəfə böyüdücülük qabiliyyətinə malik 250 linza
hazırlamışdı.
Nyuton (1642-1727)
Leybnis (1646-1716
)
Levenhuk (1632-1723)
216
Edvard Cenner görkəmli ingilis alimi, həkimi olmuşdur. Edvard Cennerə bir dəfə çiçək
xəstəliyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin
effektli olması haqqında məlumat vermişdilər. Odur ki, Cenner çiçək xəstəliyinə yoluxmuş
inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına
yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül
qızdırma və baş ağrısı müşahidə edilsə də sonrakı gün həmin uşaqda xəstəlik əlamətləri
müşahidə edilmədi. Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin
yaradıldı. Bundan sonra Londonda çiçək peyvəndi məntəqələri açıldı. Edqar Cenner
Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın xanımı II Elizabet bu
üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.
Molyer böyük Fransa komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik
komediya janrının banisi idi. Dünya dramaturgiyasının şah əsərləri sayılan “Tartüf”,
“Kişilərə ibrət dərsi”, “Qadınlara ibrət dərsi”, “İstəksiz nikah”, “Zorən təbib”,
“Mizantrop” və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulmuşdur. Bu
komediyalarda feodal-dvoryan təbəqələri kəskin satira atəşinə tutulur. “Xəsis”, “Skapenin
kələkləri”, “Jorj Danden və yaxud aldadılmış ər”, “ Don Juan və yaxud daş qonaq” və bir
çox digər əsərləri onun şah əsərləridir. Aktyorluq və ədəbi yaradıcılığın vəhdəti prinsipinə
axıradək sadiq qalan Molyer səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi “Zorən xəstə”
komediyasının tamaşasından bir neçə saat sonra şiddətli öskürmə nəticəsində venalarının
partlamasından vəfat etmişdir.
Fridrix fon Şiller - alman şairi, filosof və dramaturqu olmuşdur. Şiller ömrünün son
illərində Yohann Volfqanq Höte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq
münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərini
müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına
imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar
klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə
düşmən kəsilmiş filosoflara cavab olaraq “Yadlar” (“Die Xenien”) adlı qısa, lakin çox kəskin
satirik poemalar məcmuəsini yazır.
İohann Sebastyan Bax - dahi alman bəstəkarı və musiqiçisi, Barokko dövrünün ən
görkəmli nümayəndəsi olmuşdur. Bax mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında
opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş bəstəkar
intellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən əsərləri ilə Barokko
musiqisinin inkişafına əvəzsiz töhfələr vermişdi.
Volfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu
nümayəndələrindən biri idi. Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı
və dirijor olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu,
eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik idi.
Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi
janrlarının ən yüksək zirvələrində dayanır və dünyanın ən nüfuzlu orkestrlərinin konsert
repertuarlarının ayrılmaz parçasını təşkil edir.
Cenner (1749-1823)
Molyer (1622-1673)
Şiller (1759-1805)
Dostları ilə paylaş: |