223
Demokratiya
(yunanca ―demosun hakimiyyəti‖) Hakimiyyətin xalqa mənsub olduğu dövlət
formalarından biri.
Demos
Qədim Afinada Attikanın aristokratlardan başqa bütün azad əhalisi.
«Dəniz kraliçası»
Orta əsrlər dövründə İtaliya şəhər respublikası olan Venesiya şəhərinə verilən ad.
Din
İnsanın fövqəltəbii varlıqlara (allahlara, ruhlara və s.) inamına əsaslanan dünyanı
dərketmə halı, onun ətraf gerçəkliyə baxışı, müvafiq davranış və fəaliyyəti.
Diggerlər
(ingiliscə ―yerqazan deməkdir‖)
İngiltərədə kənd yoxsulları arasında yayılmış dinc
hərəkat.
Dorilər
Qədim yunan tayfalarından biri. İlk vaxtlar Şimali Yunanıstan vilayətlərində
məskunlaşmışdılar.
Drujina
Tayfanın hərbi başçısının, sonralar isə knyazın, kralın yanında daimi silahlı dəstə.
Dumanlı Albion
İqliminə görə Britaniya adalarına qədimdə verilən ad.
Durğunluq
Osmanlı dövlətində ictimai həyatda, mədəniyyətdə, təsərrüfatda inkişafsızlıq,
hərəkətsizlik.
Divan
Bir çox Şərq ölkələrində (Xilafətdə, Oğuz, Qızıl Ordu, Osmanlı və.s), hökmdarlarının
yanında fəaliyyət göstərən və ali məsləhət şurası rolunu oynayan dövlət orqanı.
Divan ( xan şurası)
Bir sıra xanlıqlarda, xanın yanında məşvərətçi səslə fəaliyyət göstərən və bəzən xanın
çıxardığı qərara təsir göstərə bilən orqan.
Divan torpaqları
Dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar.
Dövlət
Nəsli icmanın dağılması və siniflərin meydana gəlməsi ilə yaranmışdı. İlk dövlətlər e.ə.
IV -III minilliklərdə Misirdə və Mesopotamiyada meydana gəlmişdi.
Dövlət torpaqları
Feodal torpaq mülkiyyətinin əsas forması olub divan torpaqları və ya sultan (xəlifə)
torpaqlarına deyilirdi.
Dulusçuluq
Gildən saxsı qablar hazırlanan sənət sahəsi. İlk dəfə Neolit dövründə meydana gəlmişdir.
- E -
Ellada
Yunanların Qədim Yunanıstanın özündə, Egey dənizi adalarında və Kiçik Asiya
sahillərində məskunlaşdıqları ərazilərə verdikləri ad.
Ellinlər
Yad ölkələrdə məskunlaşmış, amma eyni dildə danışan, eyni yazıdan istifadə edən, eyni
allahlara etiqad edən və özünü vahid xalq hesab edən bütün qədim yunanların özlərinə
verdikləri ümumi ad.
Ellinizm
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində yaranmış mədəniyyət. Qədim Şərq və
yunan mədəniyyətinin ənənələrinin qovuşması nəticəsində yaranmışdı.
Elxan
Elxanilər dövlətinin hökmdarlarının daşıdığı titul.
Enolit
Mis-Daş dövrü. E.ə VI minillkdən IV minilliyin ikinci yarısınadək davam etmişdi.
Ensi, en
Şumerlərdə şəhər hakimi.
Etnoqrafiya
Müxtəlif xalqların həyatını öyrənən elm
.
Etrusklar
E.ə. I minillikdə Apennin yarımadasının şimal-qərbində məskunlaşmış İtaliyanın ən
inkişaf etmiş tayfası.
- Ə -
«Əbədi qızıl şəhər»
Qədim Roma şəhərinə verilən ad.
Əlifba
Bir işarənin bir səs bildirdiyi yazı sistemi. İlk dəfə e.ə. XIII əsrdə finikiyalılar tərəfindən
yaradılmışdır. 22 samit ibarət olan Finikiya əlifbası sonralar yunanlar tərəfindən
təkmilləşdirilmişdi.
Əmək alətləri
Müəyyən məhsulun istehsah üçün insan tərəfindən istifadə oluna vəsait.
Əmək məhsuldarlığı
Müəyyən zaman müddətində insanın görmüş olduğu işin həcmi.
Əmir
Ərəb xilafəti dövründə vilayət canişini, sonralar Şərqin müsəlman ölkələrində sərkərdə,
hakim, rəis, dövlət başçısı.
Əmirlik
Şərqin müsəlman ölkələrində əmir tərəfindən idarə olunan feodal mülkiyyəti, dövlət.
Dostları ilə paylaş: