Anar İsayev Ramil Rəhimov


İstiqlaliyyət müharibəsinin gedişi və başa çatması



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
Anar Isayev Tarix


 
İstiqlaliyyət müharibəsinin gedişi və başa çatması 
İstiqlaliyyət müharibəsinin əvvəlində 
Corc Vaşinqtonun 
ordusu Bostonu azad etdi.   
Lakin daha güclü olan 
İngiltərə ordusunun  
1777-ci ilin yayında    Filadelfiyanı tutması nəticəsində müharibənin gedişində inqilabi ordu 
və  xalq  böyük  çətinliklərlə  üzləşdi
Amerikanın  azadlığı  uğrunda  müharibədə  çoxlu  könüllü  iştirak  edirdi. 
Könüllülər içərisində avropalılardan başqa qaradərililər də var idi.
 
Corc Vaşinqtonun ordusu  1777-ci ilin 
oktyabrında
  İngiltərə 
ordusuna  qalib  gəldi.  Bu  qələbə  müharibənin  gedişində  dönüş 
yaratdı.  Müharibənin  gedişində  ABŞ  konqresi  Avropa  dövlətlərini 
ittifaqa cəlb etmək məqsədi ilə özünə müttəfiqlər axtarmağa başladı. 
Bu  məqsədlə  konqres  Benjamin  Franklini  Avropaya  göndərdi. 
Böyük  diplomat  olan  Benjamin  Franklinin 
diplomatik  səyləri 
nəticəsində 
Fransa    İspaniya  Amerikanın  müttəfiqi  kimi 
İngiltərəyə  qarşı  müharibəyə  qoşuldu.  Müstəmləkələr  uğrunda 
İngiltərə,  Fransa  və  İspaniya  arasında  rəqabət  daha  da  gücləndi. 
Fransa və  İspaniyanın müharibəyə girməsi ingilislərin vəziyyətini 
xeyli çətinləşdirdi. 
 
1781-ci ildə C.Vaşinqtonun orduları Yorktaun ətrafında döyüşdə ingilisləri mühasirəyə alaraq, onları təslim 
olmağa  məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırmağa məcbur oldu və sülh danışıqlarına başladı.
  
1783-cü  ildə 
Fransada  (Versalda) 
Fransa kralı  XVI  Lüdovikin  vasitəciliyi  ilə  ABŞ-la  İngilrərə  arasında 
Versalda  sülh müqaviləsi  imzalandı. Versal  müqaviləsinin şərtlərinə əsasən: 
1. 
İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı. 
2. 
Alleqan dağlarından Missisipi çayına qədər olan ərazilər ABŞ-a verildi. 
Lakin  Kanada  İngiltərənin  müstəmləkəsi  olaraq  qaldı. 
Versal    müqaviləsinin  imzalanması  ilə  ABŞ-da 
İstiqlaliyyət  müharibəsi başa  çatdı.  İstiqlaliyyət  müharibəsi nəticəsində  yeni yaranmış ABŞ dövləti  İngiltərə kimi 
güclü dövlətə qalib gəldi.
 
 
 
 
 
İstiqlaliyyət müharibəsinin başlaması               1777-ci il döyüşü.                        1781-ci il, Yorktaun döyüşü 
 
 
 
 
Tomas Ceferson 
 
 
Benjamin Franklinin Avropaya  göndərilməsi 

 
194 
 
 
 
 
 
 
ABŞ Konstitusiyasının qəbul edilməsi (1787) 
İstiqlaliyyət  müharibəsindən  sonra    ABŞ-da  hakimiyyəti  möhkəmlənirmək  üçün  güclü  mərkəzi  (federal) 
hökumət lazım idi. Odur ki,  1787-ci  ildə ştatların  nümayəndələrinin (keçmiş 13 Amerika koloniyasının) çağırıldığı  
xüsusi  məclisi    (təsis  konventi)  ABŞ  Konstitusiyasını  qəbul  etdi  və  ABŞ  dünyada  ilk  konstitusiyaya  malik  olan 
dövlət oldu. 1787-ci il ABŞ Konstitusiyasına əsasən: 
 
ABŞ dövlət 
formasına görə 
respublika və dövlət quruluşuna görə federativ dövlət  oldu. 
 
ABŞ  Konstitusiyası  dünya  ilk  olaraq  hakimiyyətin  üç  yerə  -  qanunvericilik,  icraedici    məhkəmə 
hakimiyyətlərinə  bölünməsini  təsbit etdi: 
1. 
Qanunverici hakimiyyət iki  palatadan ibarət  konqresə 
  məxsus  idi
: Yuxarı palata  Senat, aşağı palata 
isə  Nümayəndələr  palatası    adlanırdı.
  Senata  hər  ştatdan  iki  senator  seçilirdi.  Aşağı  palataya  isə  hər 
ştatdan əhalinin sayına görə nümayəndələr seçilirdi.
 
2. 
İcra  hakimiyyətinə  dörd  ildən  bir  seçilən  prezident  rəhbərlik  edirdi. 
Konstitusiyaya  görə  ABŞ 
Prezidentinə  aşağıdakı  səlahiyyətlər  verilirdi:  hökumətə  rəhbərlik  və  silahlı  qüvvələrə  komandanlıq 
edirdi, qanunlara  veto  qoya bilərdi. 
3. 
Məhkəmə  hakimiyyətinə  ABŞ-ın  Ali  Məhkəməsi  başçılıq  edirdi. 
Ali  Məhkəmənin  üzvləri  prezident  
tərəfindən  senatın  razılığı  ilə  ömürlük  təyin  edilirdi. 
Ali  Məhkəmə  Konstitusiyanın  toxunulmazlığına, 
qəbul olunmuş qanunların konstitusiyaya uyğunluğuna və qanunlara riayət olunmasına nəzarət edirdi.
 
Konstitusiyaya  əsasən  1789-cu  ildə    ABŞ-da 
Konqresə  ilk  seçkilər  keçirildi.  Corc  Vaşinqton  ABŞ-ın 
ilk prezidenti (1789-1797) oldu.  
1787-ci  ildə  qəbul  olunmuş  ABŞ  Konstitusiyasının 
müəyyən    məhdud  cəhətləri  də  var  idi.  Belə  ki,  həmin 
konstitusiyada  quldarlıq  quruluşu  saxlanıldı,  insanların 
söz,  mətbuat,  vicdan  azadlığı  kimi  başlıca  hüquqları 
nəzərə alınmadı. Bu, demokratik qüvvələri narazı saldı.  
Odur  ki,  1791-ci  ildə    Konqres  tərəfindən 
Konstitusiyaya  ilk  dəfə  düzəliş  edildi.  1791-ci  ildə 
«Hüquqlar haqqında bill» adlanan 
ABŞ Konstitusiyasına 
edilmiş  bu  düzəlişlərə  əsasən  vətəndaşlara  söz,  mətbuat, 
vicdan  azadlığı   
və  digər  hüquqlar  verildi.  Qanuna  görə 
adamları ancaq məhkəmənin qərarı ilə həbs etmək olardı

 
 
 
 
 
Qanunverici hakimiyyət
 
Qanunverici  hakimiyyət  
Konqressə məxsis idi. Konqres iki 
palatadan ibarət idi. Yuxarı palata 
Senat, aşağı palata isə 
Nümayəndələr palatası  adlanırdı. 
 
 
ABŞ-ın Ali Məhkəməsi başçılıq 
edirdi. Ali Məhkəmə qanunların 
Konstitusiyaya uyğunluğunu  
yoxlayır və ləğv edə bilirdi.
 
İcraedici hakimiyyət
 
Dörd ildən bir seçilən  Prezident 
başçılıq edirdi. Prezident 
hökumətə başçılıq edir  və silahlı 
qüvvələrə komandanlıq edirdi. 
Qanunlara  veto  qoya bilərdi. 
 
Məhkəmə hakimiyyəti
 
ABŞ-ın dövlət quruluşu
 
 
ABŞ. İlk bayrağı və gerbi 
ABŞ Konqresinin binası (müasir şəkil) 
 
Rəssam  B.Uestin  çəkdiyi  şəkli.  Paris  sülh 
danışıqları  zamanı    çəkilən  bu  şəkildə  ABŞ 
nümayəndə  heyətinin,  o  cümlədən  Benjamin 
Franklinin 
şəkli 
olsa 
da 
Britaniya 
nümayəndələri şəkillərinin çəkilməsindən imtina 
etdilər.  Bu  səbəbdən  portret  yarıncıq  qalmışdı. 
Sülhün şərtləri (arxiv sənədi) 
 
 

 
195 
 
İstiqlaliyət müharibəsinin  nəticələri və əhəmiyyəti 
1775-1783-cü  illər  ABŞ-da 
baş  verən   
İstiqlaliyyət  müharibəsini    tarixi  ədəbiyyatlarda  bəzən  Birinci 
Amerika burjua inqilabı da adlandırırlar. İstiqlaliyyət müharibəsi 
ümumdünya əhəmiyyətli bir hadisə idi. 
Belə ki, 
İstiqlaliyət müharibəsi: 
 
ABŞ bəşəriyyətə o zaman üçün demokratiya nümunəsi verdi. 
 
Hakimiyyətin mənbəyinin xalq olduğu  işdə və əməldə sübut edildi. 
 
İlk dəfə hakimiyyətin bölünməsi prinsipi tətbiq edildi. 
Bütün  bunlara  baxmayaraq  ABŞ-da  İstiqlaliyyət  müharibəsi  müəyyən  məhdud  cəhətlərə  malik  idi.  Həmin 
məhdud cəhətlər aşağıdakılar idi: 
 
«
Bəyannamə
»
 köləliyi ləğv etmədi. 
 
Seçki məsələlərində əmlak senzi  saxlanıldı 
 
«
Bəyannamə
»
  hinduların  məhv  edilməsini  və  öz 
torpaqlarından qovulmalarını dayandırmadı. 
Bu  da  təqribən  yüz  il  sonra    ABŞ-da  yeni  inqilabın    - 
Vətəndaş  müharibəsinin  və  ya  İkinci  Amerika  burjua 
inqilabının (1861-1865) başlanmasına səbəb oldu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ABŞ-da İstiqlaliyət müharibəsi
 
 
1775-1783-cü 
illər
 
Müharibənin səbəbləri
 
 
Britaniyanın müstəmləkə zülmü, 
burada feodal qaydaları tətbiq etməyə 
çalışması, müstəmləkələrə xammal 
mənbəyi və satış bazarı kimi baxması 
 
Nəticələri (əhəmiyyəti)
 
 
 
ABŞ-da kapitalizmin inkişafına mane 
olan amillər- ingilis müstəmləkə 
hökumranlığı aradan qaldırılırdı 
 
Aprelin 19-da (Konkord 
hadisələri ilə) başladı 
 
Məhdud cəhətləri 
Köləlik saxlandı və ləğv olunmadı 
 
köləlik ləğv edilmədi, seçki məsələlərində əmlak 
senizi saxlanıldı, hinduların məhv edilməsini və 
öz torpaqlarından qovulması davam etdirildi 
 
 

 
196 
 
Bilmək maraqlıdır 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Amerikada hindulara qarşı soyqırım. Qan üzərində qurulan 
demokratiya  
 
XV  əsrin  sonlarında  Xristofor  Kolubmb  ilk  olaraq  kəşf  etdiyi 
Amerikanı  Hindistan  zənn  etdiyindən  yerli  əhalini  də  hindli  hesab 
etmişdi.  Avropalı  kolonistlərin  Amerikanın  şimalını  tutmağa 
başladıqları dövrdə bu ərazilərdə çoxsaylı hindu tayfaları yaşayırdı. 
Astek,  mayya,  ink  kimi  sivilizasiyaların  varisləri  olan  bu  toplum 
Qərbin  mənəvi  və  fiziki  soyqırımına  məruz  qalmışdır.  İşğalçılar  ilk 
gündən  onlarla  müharibələrə  başlamışdılar.  Əlbəttə,  ox  və  nizəylə 
silahlanmış  hindular  işğalçılara  layiqli  müqavimət  göstərə 
bilmirdilər. ABŞ-da hindu soyqırımına dair faktlar məşhur  alim  M. 
Stinqlin «Tomoqavksız hindular» əsərində faktlara şərh edilmişdi. 
 Faktlardan  aydın  olur  ki,  işğalçılar  silah  gücünə  məhv  edə 
bilmədikləri  hindu  tayfalarını  hiylə  yolu  ilə  qırırdılar.  Bu  yolda  ən 
geniş  yayılmış  üsullardan  biri    hindulara  qara  çiçək  xəstəliyinə 
yoluxmuş və bundan ölmüş insanların yorğançalardan istifadə etmək 
idi.     İngilislər  həmin  yorğanları  hindu  məskənlərinin  yaxınlığına 
qoyurdular. Heç nədən şübhələnməyən hindular isə bu yorğanlardan 
istifadə edərək, kütləvi şəkildə qırılırdılar. 
Bartolome Də Las Casas (1474-1566), «Qırmızıdərili qırğını» adlı 
kitabında  şəxsən  şahid  olduğu  hindu  qırğınını  belə  izah  edir:”Sırf 
əyləncə  olsun  deyə,  qadın-kişi  demədən  qitənin  yerli  əhalisi  olan 
hinduların əllərini, burunlarını və qulaqlarını kəsib qopardıqlarını və 
bunun  hinduların  hər  rast  gəlindiyi  yerdə  təkrarlandığını  öz 
gözlərimlə gördüm. Gəlmələr süddən kəsilməmiş körpələri onları ən 
uzağa  atma  mövzusunda  bir-birləriylə  yarışarkən  bunu  bir  əyləncə 
üçün edirdilər‖. 
     ABŞ dövləti yarandıqdan sonar da soyqırım davam etdirildi. Bu 
məqsədlə  ABŞ  hərbi  nazirliyi  nəzdində  hinduların  işləri  üzrə  idarə 
yaradılmışdı. 1924-cü ilədək qüvvədə olan qanuna görə əcnəbi elan 
edilmiş  hindular  bu  ölkənin  vətəndaşları  sayılmırdılar  və  heç  bir 
hüquqa malik deyildilər. 
 
Amerikaya ilk qulların gətirilməsi 
 
…Gəlmələr hinduları məhv etdikdən sonar Amerikada işci qüvvəsinə 
ehtiyac  yarandı.    Odur  ki,  onlar  işci  qüvvəsini  Afrikadan  zorla 
tutaraq  Amerikaya  gətirilən  zənci-qullar  hesabına  ödəməyə 
çalışırdılar.  1619-cu  ildə  Amerikaya  Hollandiya  gəmisi  ilk 
qaradərili  afrikalıları  gətirdi.  Gəlmələr  qaradərililəri  satın  alıb  qul 
etdilər.  Artıq  XVIII  əsrdə  ABŞ-ın  şərq  ştatlarının  hər  səkkizinci 
sakini qul-zəncidən ibarət idi.  Qul alverçiləri zəncilərin o dövr üçün 
çox  yüksək    qiymətə,  hətda  2000  dollara  satırdılar.  Zəncilərin 
yüksək  qiymətə  satılmasını  Afrikadan  ABŞ-a gəlib  çatanadək  yolda 
onların  çoxunun  qırılmaları  ilə  əsaslandırırdılar.  Həqiqətən  də, 
tarixi  mənbələrin  məlumatlarına  görə,  hər  on  zəncidən  ABŞ 
sahillərinə  yalnız  bir  nəfər  sağ  gəlib  çıxırdı.  Bu  dövr  ərzində 
amerikaya 10 milyon qul gətirilmişdisə, onlardan 9 milyonu yoldaca 
ölmüşdü.  
XVI  əsrdə  başlayan  kölə  ticarəti    XIX  əsrin  əvvəllərinə  qədər 
davam  etdi.  «Tumberio»,  yəni  «ölü  daşıyan»  adı  verilən  bu 
gəmilərdə  aparılan  qeydlərə  əsasən  Afrikadan  kölə  vəziyətinə 
salınaraq  Amerikaya    gətirilən  qulların  sayı  10  milyondan  çox 
olmuşdur. 
 
 
 
 
 
 
 
 
 

 
197 
 
 
 
 
ABŞ. Konstitusiya müzakirələri və qəbul olunması prosesi 
 
 
ABŞ-ın «İstiqlaliyyət bəyannaməsi».  ABŞ konstitusiyasının birinci səhifəsi (orjinal nüxsə) 
 
 
İnqilabın  qələbə  ilə başa çatmasından sonra     «Konfederasiya maddələrinə» yenidən baxmaq və yeni qurulan 
dövləti daha da möhkəmlətmək  məqsədi ilə  1787-ci ildə Corc Vaşinqtonun sədrliyi ilə 13  ştatın nümayəndələrinin 
iştirakı  ilə  Filadelfiyada  konstitusiya  konventinin  yığıncağı  çağırıldı.  Bu  konvent  plantasiya  sahiblərinin  və 
burjuaziyanın iştirakı ilə may-sentyabr ayları ərzində  xalqdan gizli keçirildi. Konvent bu gün də qüvvədə olan ABŞ-
ın  konstitusiyasını  işləyib  hazırladı.  ABŞ  Konstitusiyasının  işlənib  hazırlanması  zamanı  gedən  mübahisəli 
məsələlərdən  ən  başlıcası  -  bir  çoxlarının    ABŞ-da  monarxiyanın  bərpa  olunması,    senatın  ömürlük  seçilmiş 
nümayəndələrdən ibarət olması fikirləri idi. Monarxiya tərəfdarları  fikirlərini belə əsaslandırırdılar ki, “ABŞ kiçik 
Roma  deyil,  əgər  burada  demokratiya  yaradılarsa  özbaşınalıq  olacaqdır”.    Lakin  Corc  Vaşinqton  konstitusiya  
müzakirələri zamanı öz nüfuzundan istifadə edərək debatların gedişində hər ştatın nümayəndələri ilə apardığı fərdi 
söhbətləri  ilə  mövcud  narazılıqları  aradan  qaldırdı  və  ştatların  kompromisə  getməsinə  nail  oldu.   Xeyli 
mübahisələrdən sonra böyük güzəştlər hesabına nəhayyət ki  ABŞ-da Respublika quruluşu saxlanıldı,  iki palatdan 
ibarət  Konqres  və  böyük  səlahiyyətlərə  malik  olan  prezident  hakimiyyəti  qəbul  edildi.  Beləliklə,  1787-ci  ildə 
«İstiqlaliyyət bəyannaməsi» əsasında dünyada ABŞ-da ilk konstitusiya qəbul edildi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
198 
 
 
 
 Corc  Vaşinqton  ABŞ-ın  görkəmli  dövlət  xadimi,   İstiqlaliyyət  
müharibəsi zamanı Kontinental ordunun baş komandanı,  ABŞ-ın ilk prezidenti 
(1789-1797)  olmuşdur.    ABŞ-ın 1790-cı  ildə  əsası  qoyulan  yeni  paytaxtının 
salınması  üçün Potomak çayı  sahilindəki  yeri  Corc  Vaşinqton  seçmişdir.  Ona 
görə də şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı. 
Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır. 
Vaşinqton  şöhrəti  gənc  yaşlarında,  fransızlara  qarşı  Britaniya  ordusunda 
vuruşarkən  qazanmışdı  O,  mayor rütbəsində  döyüşlərə  başlasa  da  çox  keçmir 
ki, fransız-hindu müharibəsində 22 yaşında  polkovnik rütbəsi alır. 
İstiqlaliyyət  müharibəsi  başlayan  zaman    Vaşinqton  Konqresə  hərbi 
mundirilə  gələrək    müharibəyə  hazır  olduğunu  göstərdi.    1775-ci  ildə 
Filadelfiyada  İkinci  Kontinental  Konqresin  açılışı  oldu.  Konqresdə  Corc 
Vaşinqton  inqilabi  ordunun  komandanı  seçilir.  İlk  döyüşlərdən  uğur  qazanan 
Vaşinqton ordusu 1776-cı ildə Bostonu ingilislərdən azad edir.  
1776-cı ilin qışında  Milad gecəsi ərəfəsində  özünü kontinental ordu adlandıran silahsız, ac-yalavac bir neçə 
min əsgər dünyanın ən qüdrətli imperiyası qarşısında silahı yerə qoymağa hazırlaşırdı.  Bu dövrdə bir-birinin ardınca 
uğranılan  məğlubiyyətlərdən  sonra  çoxları  Amerika  inqilabını  bitmiş  hesab  edirdi.   Dünyanın  böyük  hissəsinə 
nəzarət  edən  Britaniya  krallığına  qarşı  çıxmaqla  Vaşinqton  və  onun  silahdaşları  həyatlarını  ağlasığmaz  riskə 
atmışdılar.  Ələ keçiriləcəkləri halda onları mütləq dar ağacı gözləyirdi.   
Vəziyyətin  ağırlığından  xəbərdar  olan  Vaşinqton  bir  gün  şam  işığında  dalğın  oturmuş  halda  vərəqə  nəsə 
yazır.  Sonradan yerə düşən vərəqi götürmüş müşaviri ağ kağızda yazılanı oxuyur: ―Qələbə yaxud Ölüm!‖ 
Konqresin tələm-tələsik general rütbəsi verdiyi bir neçə inqilabçı ilə  məşvərətlər keçirdikdən sonra qərar verilir.  
Dekabrın 25-də, soyuq Milad günündə şəxsən Vaşinqtonun öz rəhbərliyi altında iki minə yaxın vətənpərvər Delavar 
çayını  keçərək  kralın  muzdlu  döyüşçülərinin  Trentondakı  düşərgəsinə  hücum  edir.   Qəfildən  başlanan  hücumdan 
təəccüblənən  ingilislər  pərən-pərən  düşür.   Var  gücləri  ilə  vuruşan  amerikalılar  cəmi  iki  itki  hesabına  ingilisləri 
darmadağın  edirlər.   Bu  hadisədən  üç  gün  sonra  hərbi  üstünlüyü  saxlayan  amerikalılar  Prinstona  hücuma  keçərək 
Britaniya kontingentini təslim olmağa məcbur edirlər.  Cəmi bir həftənin içində ümidsizliyə qapılmış amerikalıların 
qələbəyə inamı dönməz xarakter alır.   
Müharibə  başa  çatdıqdan  sonra    Ali  Baş  Komandanlıq  Vaşinqtonu  təntənəli  surətdə  konqresə  qaytardı. 
1787-ci  ildə  Vaşinqtonun  sədrliyi  ilə ABŞ  Konstitusiyası  hazırlandı.  Artıq  C.Vaşinqtonun  prezident  olacağı  heç 
kimdə  şübhə  doğurmurdu.    Nəhayət,  1789-cu  ildə  keçirilən  prezident  seçkilərində  Corc  Vaşinqton  ABŞ-ın  ilk 
prezidenti  seçilir.  Cəmiyyətdəki  nüfuzuna  baxmayaraq,  o,  ikinci  dəfə  prezident  seçilmək  istəmirdi.  Lakin  
T.Ceffersonun  ciddi  təkidlərindən  sonra  öz  namizədliyi  irəli  sürür  və  1792-ci  il  seçkilərində  ikinci  dəfə  ABŞ-ın 
prezidenti seçilir. 1796-cı ildə istefaya çıxan Vaşinqton qalan ömrünü öz malikanəsində yaşadı. 
 
Tomas  Cefferson -  ABŞ-ın    ilk Dövlət  katibi (1789-1793)  və  üçüncü 
prezidenti  (1801-1809)  olmuşdur. İstiqlal  Bəyannaməsinin   müəllifi.  1976-cı 
ildə  ABŞ-ın  200  illiyi  şərəfinə  buraxılmış  2  dollarlıq  əskinasların  üzərində 
Tomas  Ceffersonun  təsviri,    arxa  tərəfində  isə  ABŞ  İstiqlal  Bəyannaməsinin 
qəbul olunma səhnəsi təsvir olunmuşdu. 
Cefferson məktəbi bitirdikdən onra  ―Uilyam and Meri‖ kollecinə daxil olur və 
tərəddüd  etmədən  vəkil  olmağı  qərara  alır.  1763-cü  ildə  təhsilini  bitirən 
Cefferson hüquq kontorunda fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır. 
Virciniyanın  varlı  plantatorları  onun  müştərilərinə  çevrilirlər.  Cəmiyyətdə 
böyük  nüfuz  qazanan  gənc  vəkil  26  yaşında  Virciniya  qanunvericilik 
məclisinin üzvü seçilir. 
Ceffersonun  siyasi  fəaliyyətə  başlaması  müstəmləkələrdə  anti-ingilis 
əhval-ruhiyyələrinin gücləndiyi dövrə təsadüf edir. O, müstəmləkələrin azadlıq 
hərəkatında fəal iştirak edərək, 1775-ci ildə Kontinental Konqresə üzv seçilir.  
 
1776-cı  ilin  iyununda  Kontinental  Konqresdə  İstiqlaliyyət  haqqında  Bəyannamə  hazırlamaq  üçün 
Ceffersonun  başçılığı  ilə  komissiya  yaradılır.  Layihə  uzun  sürən  müzakirələrdən  sonra  4  iyul  1776-cı  ildə  qəbul 
edilir.    Bu,  T.Ceffersonun  siyasi  arenada  ilk  böyük  qələbəsi  idi.    1785-ci  ildə  Konqres  Ceffersonu  ABŞ-ın 
Fransadakı  səfiri  təyin  edir.  1789-cu  ildə  Cefferson  Parisdən  vətənə  qayıdır.  Burada  ona  gözləmədiyi  bir  xəbər 
 
 
Tomas Cefferson 
 
 
 
 
Corc Vaşinqton 
 
 
 

 
199 
 
çatdırırlar: prezident Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Lakin O, Vaşinqtonun şəxsi məktubunu alsa 
da,  qəti  cavab  vermir.  Nəhayət,  1790-cı  ilin  fevralında,  xeyli  təkidlərdən  sonra  Cefferson  dövlət  katibi  təyin 
edilməsinə  razılıq  verir.  1796-cı  ilin  əvvəllərində  C.Vaşinqton  bir  daha  prezident  seçilmək  arzusunda  olmadığını 
bildirdikdə  Respublikaçılar  partiyası  bu  vəzifəyə  Ceffersonu  namizəd  göstərdilər.  Lakin  seçkilərdə  federalistlərin 
namizədi  Con  Adams  kiçik  üstünlüklə  prezident  seçilir,  Cefferson  isə  qanuna  əsasən  vitse-prezident  olur.  Lakin 
Adamsla  aralarında  ciddi  fikir  ayrılığı  olduğu  üçün,  ölkənin  idarə  edilməsində  onun  rolu  elə  də  nəzərə  çarpacaq 
qədər olmur. 
1800-cü ildə gərgin keçən prezident seçkilərində T.Cefferson federalistlərin nümayəndəsi C.Adamsdan çox səs 
toplayaraq  prezident  seçilir.  Onun  prezidentliyi  dövründə ABŞ Fransadan Luiziana torpaqlarını  satın  alaraq  öz 
ərazisini əhəmiyyətli dərəcədə genişləndirir. 
İstefaya çıxdıqdan sonra malikanəsinə qayıdan eks-prezident maarifçilik fəaliyyətilə məşğul oldu. 1819-cu ildə 
yaradılmış  Virciniya  Universitetinin  binasının  tikilməsindən,  tədris  planının  hazırlanmasına  qədər  bütün  prosesə 
şəxsən  özü  rəhbərlik  etdi.  Onun  təşəbbüsü  ilə  universitetə  Avropadan  təcrübəli  müəllim  və  alimlər  dəvət  olundu. 
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşdi. 3 iyulda  İstiqlaliyyət haqqında Bəyannamənin qəbul edilməsinin 
50  illiyi  ərəfəsində  ―4  iyul  hələ  başlamayıb?‖  -  deyə  soruşur.  Bu  onun  dediyi  son  sözlər  olur... 
Ceffersonun    vəsiyyətinə  əsasən,  onun  qəbir  daşının  üzərində  aşağıdakı  sözlər  yazılıb:  ―ABŞ-ın  Istiqlaliyyət 
Bəyannaməsinin  və  Virciniya  ştatının  dini  azadlıq  qanununun  müəllifi,  Virciniya  Universitetinin  yaradıcısı  Tomas 
Cefferson burada dəfn edilmişdir‖. Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmayıb... 
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin