1
Anar İsayev Ramil Rəhimov
Abituriyentlər üçün hazırlıq vəsaiti
Kurikulum dərslikləri əsasında hazırlanmışdır
T A R İ X
2
ÖN SÖZ
Kurikulum əsasında yazılmış Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik
cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır. Doğrudur, kurikulum əsasında yazılmış dərslikləri
oxuduqda tarixi hadisələri bəzən basa düşmək olmur, hadisələr arasında rabitə əlaqəsi itir, bu isə şagirdlərdə tarix
fənninə olan marağı azaldır.
Bu vəsaiti oxuduqdan sonra isə onlar tarixin nə qədər asan və
maraqlı bir fənn olduğunu görəcəklər
.
Tarixi fənni üzrə interaktiv dərs vəsaitinin hazırlanması zamanı
orta məktəb dərsliklərinin tam
məzmunu nəzərə alınmış və dərsliklərin mətnində heç bir ixtisar aparılmamışdır
. Vəsait
hazırlanarkən qabaqcıl təcrübə öyrənilərək ümumiləşdirilmş, təcrübədə tətbiq olunan müasir metodika və
texnologiyalardan, üsul və vasitələrdən, xüsusilə testləşdirmədən geniş istifadə edilmiş, Test Banklarından, tarix
fənni üzrə məktəb dərsliklərindən, audiovizual tədris vəsaitlərindən geniş istifadə olunmuş, TQDK tərəfindən
təsdiq olunmuş proqramda nəzərdə tutulmuş mövzular daha çox diqqət mərkəzində saxlanılmışdır.
Məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması bir biri ilə bağlı olan bir neçə
mərhələdən ibarətdir. Bu mərhələlərin ən əsası şagirdlərə biliyin mənimsədilməsi prosesidir
.
Biliyin tam
mənimsədilməsi üçün əsas vasitə isə dərslikdir
. Dərsliyin didaktik baxımından nə qədər yaxsı
işlənməsi şagirdlərə biliyin mənimsədilməsinə çox kömək edir. Odur ki, şagirdlərdə nəzərdə tutulmuş bilik,
bacarıq və vərdişləri formalaşdırmaq üçün
vəsaitdə
tarixi hadisələr, səbəb-nəticə əlaqələri aydın
şərh edilmiş, əsas diqqət faktların təhlilinə, onlar arasında oxşar və fərqli cəhətlərə
yönəldilmişdir
. Bu da şagirdlərdə motivasiya yaradır, düşünülmüş şəkildə şüurlu mənimsəmə və diqqətlə
öyrənməyə imkan verir, passiv öyrənməni tamamilə aradan qaldırır. Vəsait terminlər və xronologiya ilə təchiz
olunmuşdur.
3
GİRİŞ
Tarixin inkişaf mərhələləri
İnsanların necə yaşadıqlarını, onların həyatında hansı hadisələrin baş verdiyini, həyatının necə və nə üçün dəyişib
indiki şəkilə düşdüyünü öyrənən elm tarix adlanır. Tarix elmi şərti olaraq aşağıdakı dövrlərə bölünür:
1.
Qədim dünya tarixi. İbtidai icma quruluşu və quldarlıq dövrünü (ən qədim insanların yaranmasından quldarlıq
quruluşunun tənəzzülü və Qərbi Roma imperiyasının süqutuna qədərki dövrü) əhatə edir.
2.
Orta əsrlər tarixi. Feodalizm dövrünü (feodal münasibətlərin yaranmasından kapitalzmin yaranmasınadək olan
dövrü) əhatə edir.
3.
Yeni tarix. 1640-cı ildən 1918-ci ilədək olan dövrü (İngiltərə burjua inqilabının başlanmasından I Dünya
müharibəsinin başa çatmasına qədərki dövrü) əhatə edir.
4.
Ən yeni tarix. 1918-ci ildən indiki dövrə qədər olan mərhələni əhatə edir.
Tarixə köməkçi fənlər
Qədim dövrün öyrənilməsində mühüm rol oynayan fənlər aşağıdakılardı:
•
Arxeologiya - insanların həyatını maddi mənbələr əsasında öyrənir.
•
Antropologiya – insanın xarici görkəmini öyrənir.
•
Etnoqrafiya - müxtəlif xalqların həyatını öyrənir.
•
Xronologiya - tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir.
•
Paleoqrafiya - qədim yazıları öyrənir.
•
Heraldika - möhür, emblem və nişanları öyrənir.
•
Numuzmatika - pulların tədqiqi ilə məşğul olur.
QEYD:
Arxeologiya ilə məşğul olan, qazıntı işi aparıb maddi mənbələri öyrənən alim arxeoloq, Antropologiya ilə
məşğul olan, insan skletinə əsasən onu öyrənən alim isə antropoloq adlanır.
Tarixi mənbələr
Qədim dövrlərdən başlayaraq insanların həyatını öyrənməyə imkan verən tarixi mənbələr iki qrupa bölünür:
1. Maddi mənbələr. Maddi mənbələrə maddi mədəniyyət abidələri ( qədim yaşayış məskənləri, qəbir abidələri və
arxeoloji qazıntılar zamanı əldə edilmiş əmək alətləri, məişət əşyaları, silahlar, bəzək əşyaları və.s) aiddir. Bu abidələr
qədim övrü öyrənmək üçün ən çox əhəmiyyətli tarixi mənbələrdir.
2. Yazılı mənbələr. Yazılı mənbələrə müxtəlif dövrlərə aid heroqlif, mixi kitabələr və.s yazılı abidələr aiddir. Qədim
insanlar ilk vaxtlar yazını daşlar, sümük və gil lövhələr, papirus üzərində yazırdılar. Yazı dövlətin yaranması ilə eyni
vaxtda meydana gəlmişdi. Ən qədim yazılar e.ə IV minilliyin ikinci yarısına aiddir.
Tarixin inkişaf mərhələləri
Ən qədim dövrlərdən III-V əsrlərədək
Qədim dünya tarixi
İbtidai icma
Quldarlıq
Orta əsrlər tarixi
Feodalizm
Kapitalizm
III-XVII əsrlər
Yeni və Ən yeni tarix
XVII əsrin 40-cı illərindən indiyədək
4
Əsr, yüzillik və minillik
Gün, ay, il, əsr zaman ölçüləridir. Tarix 1000, 100, 50, 25 illərə bölünür. 100 il = 1 əsrə, 50 il = yarım əsrə, 25 il = 1
rübə (qərinəyə) bərabərdir. Tarixi hadisələrin xronoloji baxımdan ardıcıl düzülüşü zaman oxu və ya tarixi lent adlanır.
Zaman oxu ilə bağlı aşağıdakıları bilmək zəruridir:
Verilən hadisələrin hər ikisi eyni eraya aid olduqda bu hadisələri əks etdirən böyük rəqəmdən kiçik rəqəmi çıxmaq
lazımdır.
Verilən hadisələrin biri bizim eraya, digəri isə bizim eradan əvvələ aid olduqda həmin hadisələri əks etdirən
rəqəmləri toplamaq lazımdır.
Tarixi təqvimlər
Qədim insanlar həyatlarında baş verdiyi əlamətdar hadisələri birinci il adlandırırdılar. Məsələn, qədim yunanlar öz
tarixlərini ilk Olimpiya oyunlarının başlanmasından (e.ə 776-cı ildən), romalılar isə Roma şəhərinin salınmasından (e.ə
753-cü ildə) hesablayırdılar. Hazırda dünyada aşağıdakı iki təqvimdən geniş istifadə olunur:
Miladi təqvimi. İsa peyğəmbərin anadan olması bizim era (b.e) və ya xristian erasının (miladi təqviminin)
başlanğıcı hesab olunur. Birinci ildən əvvəl olan dövr isə bizim eradan əvvəl (b.e.ə) adlanır. Dünya xalqlarının
əksəriyyətinin qəbul etdiyi miladi təqvimində il 365 gün, 6 saatdır. Hər 4 ildən bir il 1 gün uzanır.
Hicri təqvimi. E.ə 622-ci ildə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi hicri eranın başlanğıcı
hesab olunur. Hicri tarixində zaman ölçüsü olaraq Ay ilindən istifadə edilir. Ay ilinin bir ayı 29,5 gündür. Bir ay
ili isə 354 gündən ibarətdir. Lakin Ay ili günəş ilindən fərqli olaraq 11 gün qısadır. Hicri təqvimindən əsasən
İslam ölkələrində istifadə olunur. İranda Günəş hicri təqvimindən istifadə olunur. Bu təqvimdə il 365 gün olur.
Qədim Misir kahinləri günəş ili hesablamasına əsaslanan təqvim yaratmışdılar. Roma imperatoru Yuli Sezar isə bu
təqvimi daha da təkmilləşdirmişdi.
Miladi təqvimindən Hicri təqviminə keçmək üçün aşağıdakı düsturdan istifadə olunur:
5
QƏDİM DÖVR
İbtidai icma quruluşu
Ən qədim insan izləri
Yer üzərində ən qədim insanların izləri Şərqi Afrika və Asiyada aşkar olunmuşdur. Alimlər Daş dövründə yaşamış
qədim insan skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu aşağıdakı kimi müəyyən etmişlər:
Qolları çox uzun olub dizlərinə çatırdı.
Yalnız sadə işlər görə bilirdilər.
Ağacların budaqlarından meyvə yığırdılar.
Torpağı ucu iti sivri daş və ağacla qazaraq meyvə kökü və s. toplayırdılar.
İlk zamanlar sürü halında («ulu icma»da) yaşayırdılar.
Sərbəst danışa bilmir, yalnız qırıq-qırıq səslərlə ünsiyyət yaradırdılar.
Ən qədim insanların ilk əmək alətləri dəyənək, itiuclu ağac və sivri daşlar, ilk məşğuliyyəti isə yığıcılıq və ovçuluq
olmuşdur. Zaman keçdikcə insanlar daşdan və sümükdən əmək alətləri hazırlamışlar. Əmək aləti düzəltmək üçün daha çox
vulkanik şüşə (dəvəgözü), çaxmaqdaşı və əhəngdaşını seçirdilər. Çünki bu növ daşlar zərbə nəticəsində asan parçalanır, iti
yanları olan qəlpələr əmələ gəlirdi.
Odun əldə edilməsi
Hələ insanlar odla Qədim Daş dövründən - Alt Paleolitdən tanış idilər. İbtidai insanlar ilk zamanlar təbiətdə şimşək
çaxması, meşə yanğınları, vulkan püskürməsi zamanı gördülər ki, bu hadisələr nəticəsində yaranan od onları soyuqdan,
yırtıcı heyvanlardan qoruyur. İnsanlar da əsasən bu hadisələrdən istifadə edərək ocaq qalayır, onun ətrafına yığılırdılar.
İnsanlar artıq odun faydasını bildikləri üçün onu sönməyə qoymurdular. Orta Paleolit dövründə insanlar (neandertallar)
tədricən çaxmaqdaşını bir-birinə vurmaqla və ya quru ağac parçalarını bir-birinə sürtməklə süni yolla od əldə etməyi
öyrəndilər.
Qədim insanların təsərrüfat həyatı
«Ağıllı insan»lar («Homo sapiens»lər) yeni əmək vərdişləri qazanır, əmək alətlərini təkmilləşdirirdilər. Üst Paleolit
dövründə qohumluğu əsasında qəbilə icması yarandı, anaxaqanlığı (matriarxat) formalaşdı.
Orta Daş dövründə (Mezolitdə) ox və kamanın ixtirası insanların qidaya olan ehtiyacını təmin etdi. Onlar iri
heyvanları ovlayır, balalarını isə tutub xüsusi düzəldilmiş küzdə saxlayır, əhliləşdirirdilər. Beləliklə, ovçuluqdan maldarlıq
yaranmağa başladı. Toxumun yerə düşüb cücərdiyini görən qadınlar sonralar özləri onu yumşaltdıqları torpaq sahələrinə
səpir və yenidən məhsul alırdılar. Əvvəllər taxıl əllə toplansa da sonralar insanlar sünbülü biçmək üçün yeni əmək aləti olan
və əsasən sümükdən hazırlan oraq yaratdılar.
Yeni Daş dövründə (Neolitdə) qədim insanlar toxa əkinçiliyi ilə su mənbəyinə yaxın olan münbit torpaqlı sahələrdə
əkinçiliklə məşğul olurdular. Ən qədim əkinçilərin ilk məskənləri daha əlverişli şəraitə malik olan Ön Asiyada aşkar
olunmuşdur. Burada arpa və buğda əkilirdi. Bu dövrdə tədricən sənətkarlığın müxtəlif sahələri meydana gəldi. İnsanlar gilin
odda bişərək bərkidiyini görüb, ondan keyfiyyətli gil qablar istehsal etməyə başlamışlar. Beləliklə dulusçuluq meydana
gəldi. Həmçinin dəri işləmə sənəti də ibtidai insanların mühüm peşəsi olmuşdur.
İti uclu ağac
Dəyənək
Sivri daş
İlk əmək alətləri
6
Metalın kəşf olunması. Xış əkinçiliyi
İlk metal əldə olunanadək ən qədim insanlar Daş dövrünün Qədim, Orta və Yeni Daş dövrü mərhələlərini yaşamışlar.
Daş dövrünü Eneolit (Mis-daş), Tunc və Dəmir dövrləri əvəz etmişdir.
İlk dəfə insanlar Eneolit dövründə metalı kəşf etdilər. İnsanların tanış olduğu ilk metal mis idi. Mis nisbətən yumşaq
metal olduğu üçün ondan hazırlanan alətlərdən hər yerdə istifadə etmək olmurdu. Odur ki, sonralar misə başqa qarışıqlar
qatmaqla tunc alındı. Tuncdan hazırlanan alətlər mis alətlərdən fərqli olaraq daha möhkəm olurdu. İbtidai insan metaldan
yalnız əmək alətləri deyil, müxtəlif məişət avadanlığı və bəzək əşyaları da hazırlaya bilirdi. Tunc dövründə toxa əkinçiliyi
xış əkinçiliyi ilə əvəz olundu. İlk vaxtlar ağacdan hazırlanan xış ilə, toxadan fəqrli olaraq daha geniş torpaq sahələri
şumlanır, daha çox məhsul yetişdirilirdi. Metal emalı və xış əkinçiliyinin yaranması nəticəsində:
İnsanların əməyi daha məhsuldar oldu. Bu ağır işlərlə kişilər məşğul olurdular. Ona görə də kişilərin nüfuzu
artdı. Nəticədə anaxaqanlığı ataxaqanlıq (patriarxat) ilə əvəz olundu.
Əkin sahələri genişləndi, mal-qaranın sayı artdı. Tədricən əkinçi və maldar tayfalar formalaşdı. Onlar öz
məhsullarını bir-biri ilə mübadilə (dəyişmək) edirdilər.
Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Orta Tunc dövründə
isə ikinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq başqa istehsal sahələrindən (maldarlıq və əkinçilikdən) ayrılaraq
müstəqil sahəyə çevrildi.
Son Tunc dövründə varlılar və kasıblar meydana gəldi. Əmək alətlərinin təkmilləşməsi ilə torpaq və mal-qara ayrı-
ayrı ailələr arasında bölündü. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasının üzvləri icmaçı kəndlilər
adlanırdı. Sənətkarlığın inkişafı Ön Asiya, Qədim Şərq, Qafqaz, o cümlədən Azərbaycan tayfaları arasında iqtisadi-mədəni
əlaqələrin yaranmasına təkan verdi. Gil qabların hazırlanmasında dulus çarxından istifadə edilirdi. Sadə qablarla yanaşı,
naxışlı və boyalı qablar da hazırlanırdı. Müxtəlif parçalar toxumaq üçün sadə toxuculuq alətindən istifadə edilirdi.
Qəbilə icması
Qonşuluq icması
Din
İbtidai insanların dini görüşləri təsərrüfat həyatı ilə bağlı olaraq formalaşırdı. Ovçular uğurlu ov üçün, əkinçilər
günəşin çıxması, yağış yağması üçün fövqəltəbii qüvvələrə dua edirdilər. İnsanlar fövqəltəbii qüvvələrin bütlərini düzəldir və
bu bütlərə sitayiş edirdilər. Qədim dövrün insanlarının aşağıdakı dəfn adətləri var idi:
Vəfat ednənin içərisi çıxarılıb mumiyalanaraq olduğu kimi qəbrə qoyulurdu.
Tayfa başçıları və varlı adamların qəbri üzərində kurqanlar qurulurdu.
Ölülər daş qutu və torpaq, küp və katakomba qəbirlərdə dəfn edilirdi.
Hökmdar hakimiyyətinin böyüklüyünü göstərmək üçün müxtəlif abidələr, sərdabələr tikilirdi.
Tayfaların idarə olunması. Bərabərsizliyin yaranması.
İri yaşayış məskənində yerləşən bir neçə qohum qəbilənin birləşməsi nəticəsində eyni dildə danışan və eyni adət-
ənənəyə malik olan tayfalar yarandı. Tayfanı ağsaqqallar idarə edirdilər. Tunc dövründə tayfa ağsaqqalları müxtəlif
yollarla geniş məhsuldar torpaqlar ələ keçirərək tədricən varlanmağa başladılar. Daha sonra yaşayış yerlərinin ətrafını
möhkəm qala divarları ilə hasarlayıb keşikçi dəstələri yaratdılar.
Tayfa başçıları, ağsaqqallar, hərbi rəhbərlər və kahinlər varlandıqca, Tunc dövrünün sonu - İlk Dəmir dövründə
cəmiyyətdə sosial bərabərsizlik yarandı. Varlılar - əyanlar, kasıblar - icmaçı kəndlilər, qullar meydana gəldi. Beləliklə,
Dulusçuluq
Ox və Kaman
Toxa və xış
Metal emalı
İbtidai icma cəmiyyətində mühüm kəşflər
7
ibtidai icma quruluşu dağıldı, dövlət formalaşdı. Tayfa başçıları tədricən hökmdara çevrildi. Bəzi məsələlərin həllində onlar
ağsaqqalları və hərbi başçıları toplayır, lakin son qərarı özləri çıxarırdılar.
Dövlətin əlamətləri
Yeni yaranan dövlətlər özünəməxsus xüsusiyyətlərə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi:
Dövləti padşah adlanan hökmdar idarə edirdi.
Müəyyən tarixi ərazidə formalaşırdı.
Hər bir dövlət paytaxt şəhərə malik idi.
Hər bir dövlət güclü orduya malik idi.
Hər bir dövlət xəzinəyə malik idi.
Yazı
Dövlət yarandığı dövrdə yazı meydana gəldi. Dövlətə təsərrüfat və ticarət işləri ilə bağlı yazılı sənəd lazım idi. Bu işlə
məşğul olan adamlar haqq-hesab aparırdılar. Dövlətin ərazisində yaşayan kəndliləri siyahıya alırdılar. Hər bir kəndlinin
torpağı, mal-qarası, meyvə ağacı və ya borcu qeydə alınırdı. Yazını papirus, qamışdan hazırlanan lövhələr, gil lövhələr, daş,
dəri və s. materiallar üzərində yazırdılar.
İbtidai icma quruluşunun dövrləri
4.
Dəmir Dövrü
E.ə. II minilliyin sonu — I minillik
3.
Tunc dövrü
E.ə. IV minilliyin 2-ci yarısı — II minilliyin sonları
2.
Eneolit dövrü
(Mis-daş dövrü)
E.ə. VI—IV minilliyin 2-ci yarısı. Daş dövründən metal əsrinə keçid
1
Daş dövrü
İlk insan tipinin yaranmasından e.ə. VI minilliyədək
a)
Neolit
(Yeni Daş dövrü)
E.ə. VII—VI minilliklər
b)
Mezolit
(Orta Daş dövrü)
E.ə. XII—VIII minilliklər
c)
Paleolit
(Qədim Daş dövrü)
Üst Paleolit
Orta Paleolit
Alt Paleolit
İlk insan tipinin yaranmasından e.ə. XII minilliyə qədər davam etmişdir.
Xəzinə
Paytaxt
Bayraq
Hökmdar
Ordu
Dövlətin əlamətləri
Hakimiyyətin nüfuzlu şəxslərin
əlində cəmləşməsi
Cəmiyyətdə sosial
bərabərsizliyin yaranması
İri tayfa ittifaqlarının
yaranması
İbtidai icma quruluşunun süqutunu süətləndirən amillər
8
Qədim Misir
Misirin coğrafi mövqeyi
Tarixdə ibtidai icma quruluşu dağıldıqdan sonra
qədim dövlətlər yarandı. İlk dövlətlər Şərqdə
yaranmışdır. Bu dövlətlərdən biri də qədim Misir
dövlətidir. Misir Afrikanın şimal-şərqində yerləşir.
Misirin ərazisindən Aralıq dənizinə tökülən və misirlilər
tərəfindən Böyük çay adlanan Nil çayı axır. Coğrafi
mövqeyi ticarət üçün çox əlverişli olan Misir bir çox
ölkələrlə quru və su yolları vasitəsilə əlaqə saxlayırdı.
Dağlıq ərazidən müxtəlif növ tikinti daşları və qiymətli
daşlar (zümrüd, firuzə və s.) əldə edilirdi.
Misirdə sənətkarlığın dulusçuluq, metalişləmə,
zərgərlik, toxuculuq, daşişləmə, sümükişləmə sahələri
yaxşı inkişaf etmişdi. Misirin ticarət karvanları uzaq Ön
Asiya ölkələrinə qədər gedirdi. Gəmiçiliyin inkişafı
ticarətin daha da genişlənməsinə səbəb olmuşdu.
Ticarətin inkişafında Nil çayı mühüm rol oynayırdı. Bir
çox ölkələr Misiri müxtəlif sərvətlərlə təmin edirdi:
Nubiyadan qızıl gətirilirdi.
Suriya və Fələstindən mis gətirilirdi.
Efiopiya və Finikiyadan tikinti üçün ağac
gətirilirdi.
Nil daşqınları
Nil çayı ildə bir dəfə daşaraq öz məcrasından çıxırdı. Çay sularının gətirdiyi
mineral maddələrlə zəngin olan lil vadidə çöküntü təbəqəsi yaradırdı. Nilin gətirdiyi lilli
qara torpaq asanlıqla şumlanırdı. Qədim dövrdə Misir Qara torpaq adlanırdı. Misirin
Qara torpaq adlandırılmasının səbəbi Nil vadisindəki torpağın münbit və məhsuldar
olması idi. Vadidə əhalinin məskunlaşdığı məntəqələri və əkilən torpaq sahələrini
daşqından qorumaq məqsədilə Nil sahili boyunca damba deyilən bəndlər tikilirdi.
Bəndlər təpə formasında olur və doğranmış qamış qatılan gildən qurulurdu.
Misirdə süni suvarma inkişaf etmişdi. Hündürdə yerləşən tarlalara, bağlara su
vermək üçün şadufdan istifadə olunurdu. Nil vadisində müxtəlif növ bitkilər bitirdi.
Bunlardan ən əhəmiyyətlisi papirus qamışı idi. Qədim misirlilər papirus qamışından
kiçik lövhələr kəsir və bu lövhələrin üzərinə yazı yazırdılar.
Qədim Misirdə nomların meydana gəlməsi
Nil vadisində əkinçi və maldar tayfalar məskunlaşmışdı. Həmin tayfalar öz aralarında birləşərək ayrı-ayrı təşkilatlar
yaradırdılar. Bu təşkilatlar « nom» ( yunanca vilayət deməkdir) adlanırdı. İlk vaxtlar nomların sayı çox idi. Hər bir nomun öz
hökmdarı, özünəməxsus dini və tanrıları var idi. Nomların mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Nomların
mərkəzində hökmdara, əyanlara məxsus saraylar, baş tanrının məbədi yerləşirdi.
Dostları ilə paylaş: |