V əsrin ortalarında hunlar Romaya yürüş etdilər. Roma Papası hunların başçısı Atilladan Romanı öz himayəsi altına
almasını xahiş etdi. Atilla bu təklifi qəbul edib, ordusu ilə geri çəkildi.
Qərbi Roma imperiyasının süqutu (476)
Vandallar bir sıra Avropa ölkələrini tutaraq, oradan Afrikaya köç
etmiş, Romanın Afrikadakı əyalətində Vandal krallığı yaratmışdılar. 455-ci
ildə vandallar Afrikadan İtaliyaya keçərək Roma şəhərinə hücum etdilər.
Vandalların Romaya yürüşü nəticəsində:
Roma şəhərini asanlıqla tutularaq iki həftə qarət edildi.
On minlərlə romalı öldürüldü və ya qul edildi.
Vandallar heykəlləri sındırır, kitabları məhv edir, evləri yandırırdılar.
Vandalların törətdiyi qırğınlar o qədər dəhşətli idi ki, o vaxtdan vandalizm
sözü işlədilir. Ona görə də romalılar “vəhşi, mədəniyyət abidələrini və
şəhərləri dağıdan” qəddar adamları vandalizm adlandırırdılar.
476-cı ildə german tayfalarının baçılarından biri Qərbi Romanın
sonuncu imperatoru Romul Avqustu taxtdan saldı. Bununla da Qərbi Roma
imperiyası süqut etdi. 476-cı ildə Qərbi Roma imperiyasının süqut etməsi ilə:
Qərbi Avropada quldarlıq quruluşu dağıldı.
Qədim dünya tarixi sona çatdı və Orta əsrlər dövrü başlandı.
İncilin ilk nəşrlərindən biri
Konstantinin xristianlara ibadət
etməyə və məbəd tikməyə icazə
verməsi (qədim şəkil)
K
o
n
s
t
a
n
t
i
n
i
n
x
r
i
s
t
i
a
n
d
i
n
i
n
i
q
ə
b
u
l
e
t
m
Barbarl tayfalarının Romaya hücumu.
Roma imperiyasının süqutu
53
Makedoniya çarlığı ilə müharibə aparmışdılar
Klassik quldar dövlətlər olmuşdular
Aralıq dənizində ağalıq uğrunda mübarizə
aparmışdılar
Yunanıstan və Roma tarixi üçün oxşar cəhətlər
Çoxallahlılıq dini mövcud olmuşdur
Sonuncu Roma imperatoru
taxtdan salındı
476-cı ildə baş
vermiş
hadisələr
Qərbi Roma imperiyası
süqut etdi
Qərbi Avropada quldarlıq
quruluşu dağıldı
Qədim dünya tarixi
sona çatdı
Orta Əsrlər dövrü
başlandı
Vandallar Roma şəhərinə hücum etdi
Atilla Roma şəhərini mühasirəyə aldı
V əsrin 50-ci illəri
Roma imperiyasının parçalanması
Şərqi Roma imperiyası
(395-1453)
Qərbi Roma imperiyası
(395-476)
Ərazisi: İtaliya, Avropa, Afrikanın
qərb əyalətləri
Ərazisi: Balkan yarımadası, Misir
və Romanın Asiyadakı əyalətləri
54
Qədim Roma mədəniyyəti
Elm
E.ə. I əsr və b.e.-nın I əsrinin başlanğıcını Roma poeziyasının «qızıl dövrü»
adlandırırlar. Bu dövrdə Romanın görkəmli elm və sənət adamları yaşayıb-
yaratmışlar. Onlardan bəziləri aşağıdakılardır:
Vergili «Eneida» poemasını yazmışdı.
Lukretsi «Cisimlərin təbiəti haqqında» poemasını yazmışdı.
Varron “Kənd təsərrüfatı” və “Latın dili haqqında” kitablarını yazmışdı.
Virtuvi “Memarlıq haqqında” dərslik kitabını yazmışdı.
Böyük Plini “Təbii tarix” əsərini yazmışdı.
Romalilar müəyyən cərrahiyyə əməliyyatları həyata keçirə bilirdilər.
Teatr
Qədim Roma teatrına aiddir:
Teatrlarda yunan və Roma müəlliflərinin targediya və komediyaları tamaşaya qoyulurdu.
Yoxsulların və varlıların ən çox sevdiyi tamaşa qladiator döyüşləri və döyüş abrabalarının yarışları idi.
İmperator Oktavian Avqustun əmri ilə Romanın ətrafında göl yaradılaraq dəniz döyüşləri göstərilirdi.
On minlərlə tamaşaçı üçün tribunları, lojaları olan sirk – cıdır meydanı tikilmişdir.
Sirkin qaçış yollarında yüngül döyüş arabalarına qoşulmuş at yarışları keçirilirdi.
İncəsənət
Qədim Roma incəsənətinə aiddir:
Heykəltəraşlıq və rəssamlığın təsviri sənət növü daha yaxşı inkişaf etmişdi.
İncəsənətdə yunan və Şərq memarlıq üsullarından geniş istifadə edilirdi.
Memarları tağlar, qübbələr və gümbəz tikməyi öyrənmişdilər.
Roma memarları betonu ixtira etmişdilər. Betonun ixtirası nəticəsində olduqca möhkəm tikililər tikilirdi.
Roma heykəltəraşları yunanlardan öyrənmiş, lakin yunanlardan fərqli olaraq onlar insanın xarici görünüşünü və
xarakterini yaxşı açıb göstərirdilər.
Memarlıq
Roma qüdrətli dövlətə çevrildikdən sonra onun paytaxtı Roma şəhəri Aralıq dənizi hövzəsində ən böyük şəhər oldu. O
dövrdə Roma “Əbədi qızıl şəhər” adlanırdı. İmperatorlar şəhərin forum adlanan mərkəzi meydanında və onun ətrafında
abidələr ucaldır, möhtəşəm məbədlər və başqa ictimai binalar tikdirirdilər.
Qədim Romada aşağıdakı memarlıq abidələri inşa edilmişdir:
Panteon məbədi – “Bütün allahların məbədi” sayılırdı.
Kolizey amfiteatrı – Burada qladiator döyüşləri keçirilir, tamaşalar göstərilirdi.
Yupiter məbədi – Tanrı Yupiterin şərəfinə Kapitoli təpəsində ucaldılmışdır.
Trayan sütunu - İmperator Trayanın Dunay çayı ətrafındakı iqələbələrinin şərəfinə ucaldılmışdı.
Zəfər tağları ( triumf ) – Qədim Romada imperatorların qələbələrini şöhrətləndirmək üçün tikilirdi.
Müasir dövrə qədər Parfenon məbədi və Kolizey amfiteatrı qalmaqda olan qədim memarlıq abidələridir.
Romada ac-yalavacların həyacanlarına yol verməmək üçün onlara imperatorların adından çörək və xırda pul paylanılır,
termlər – hamamlar tikilirdi. Termlərdə istirahət zalları və kitabxanalar olurdu.
Roma mədəniyyətinin əhəmiyyəti
Roma mədəniyyəti dünya mədəniyyətinin inkişafına aşağıdakı töhfələri vermişdir:
Aralıq dənizi hövzəsi və digər ölkələrin mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.
Avropa ölkələrinin mədəni inkişafı üçün əsas olmuşdur.
Latın dili italiyan, fransız, rumın və bəzi başqa müasir dillər üçün əsas olmuşdur.
İndi də elmdə istifadə edilən bitkilərin, heyvanların və dərmanların adı latın dilində işlədilir.
Sezar dövründə Romada tətbiq edilən təqvim və ayların adı müasir dövrdə, indi də istifadə olunur.
Romada Sezar dövründə təqvim tərtib edilmişdir. Bu təqvimdən indi də bəzi dəyişikliklər edilərək istifadə
olunmaqdadır. Romada il mart ayından hesablanırdı. Bu gün də ayların latın adları saxlanılmışdır. Məsələn, qədim romalılar
“yeddinci ay”ı - sentyabr ,― onuncu ay”ı dekabr adlandırırdılar. İyul ayı Sezarın şərəfinə, Avqust ayı isə Oktavianın şərəfinə
adlandırılmışdır.
Romada cərrahiyyə alətləri
55
Yunanıstan və Roma qədim (antikvusk – qədim deməkdir) mədəniyyət yaratmışdır. Buna görə də qədim Yunan və
Roma mədəniyyəti Antik mədəniyyət adlanır.
Bilmək maraqlıdır
Qədim Roma
mədəniyyəti
Təqvim tərtib edilmişdi
Relyeflər düzəldilmişdi
Latın əlifbası tərtib edilmişdi
Zəfər tağları inşa edilmişdi
Termlər inşa edilmişdi
Beton ixtira edilmişdi
―Eneida‖ Vergilinin Roma milli eposu adı ilə tanınan
poemasıdır. Əsərin mövzusu Troya dastanından
alınmışdır. Burada Troyanın yunanlar tərəfindən
dağıdılmasından sonra Priamın qardaşı Anxizin oğlu
Eneyin Qaçması və Romaya gəlməsi zamanı başına
gələn əhvalatlar, Roma şəhərinin əsasının qoyulması
nəql olunur, onun nəslinin gələcək aqibəti barədə
məlumat verilir, Yuli Sezar
və Oktavian Avqustun da
hakimiyyətinin irsiliyinə haqq qazandırılır.
Lukretsi Kar "Cisimlərin təbiəti haqqında" fəlsəfi
poemanın müəllifidir. Lukretsiyə görə insanı xoşbəxt
olmağa qoymayan ölüm qorxusudur. Lukretsinin
fikrincə ruh öləndir, o xüsusi hisslərin yalnız müvəqqəti
birləşməsidir və bədən öldükdən sonra ayrı-ayrı
atomlara parçalanır. Ruhun ölməsinin dərk edilməsi
nəinki insanın həyatına, hətta axirət cəzasına inamı
aradan qaldırar: nə qədər ki, biz sağıq ölüm yoxdur,
ölüm gələndə isə biz olmayacağıq.
Roma yazıçısı Varron e.ə vətəndaş müharibəsi zamanı
Yuli Sezara qarşı Pompeyin ordusunda vuruşmuş,
müharibədə Sezar qalib gəldikdən sonra isə onun
tərəfindən bağışlanmışdır. Lakin Sezar öldükdən sonra
Antoni tərəfindən xalq düşməni elan edilərək mülkü
müsadirə edildi. Lakin yazıçı sonra Oktavianın sevgisini
qazanmış, onun mühafizəsi altında çalışmışdır. Onun
“Kənd təsərrüfatı” və “Latın dili haqqında” kitabları
dövrümüzədək gəlib çatmışdır.
56
Panteon məbədi II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, hələ
ondan iki əsr öncə inşa olunmuş Panteon məbədinin yerində ucaldılmışdır. Bunuməbədin üzərindəki
"М.AGRIPPALF COS TERTIUM FECIT" latın yazısı də sübut edir. Məbəd daxili mühitinin bütöv
kompozisiyası
ilə
seçilir.
Məbədin
inşasında
dövrünün
mahir
memarlarından
sayılan
dəməşqli Apollodor iştirak etmişdir. Panteon məbədi VII əsrin əvvəllərində kilsəyə çevrilərək bu günümüzə
kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Panteon məbədində İtaliyanın bir çox məşhur adamları
( Rafael, kral Viktor II Emmanuel, Umberto və.b) dəfn edilmişdir.
Kolizey Qədim Romanın ən əzəmətli tarixi abidəsi olmaqla yanaşı, dünyada ən böyük antik amfiteatr sayılır.
Tikintisi eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian
Fələstindəki qələbədən sonra başlamış, onun oğlu Titin dövründə bitirilmişdir. Uzun illər Kolizey qladiatorların
və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinə ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik
fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş.
Böyük Plini dövrünün görkəmli alimi və dövlət xadimi
olmuşdur. Plini elm tarixindəki yerini, dövrünə aid
məlumatları toplamaq məqsədilə qələmə aldığı, bəşər
tarixinin ilk ensiklopediyası sayılan "Təbiət tarixi"
kitabına borcludur. Plini günlərini coğrafiya,
astronomiya, tibb və təbiət kitablarını oxumaqla
keçirərək, səfərlərində təbiət hadisələrini müşaidə etmiş
və bu kitabını yazmışdır. Bu gün də əhəmiyyətini
saxlamış "Təbiət tarixi" kitabı 37 kitabdan ibarətdir.
Romanin forum meydanının xarabalığı (müasir şəkil). Roma Forumu ictimai yer idi və antik Romanın mərkəz
ərazisi sayılırdı. Ticarət, iş, ibadət və ədalətin hakimiyyəti burada baş verirdi. Bura.
57
Trayan sütunu 113-cü ildə Roma imperatoru Trayanın qələbələri şərəfinə Roma
şəhərində ucaldılıb. Trayan , öz karyerasına adi legionerlikdən başlamış və Romada
iperatorluğa qədər yüksəlmişdir . Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak
etmiş və Romaya əvəzolunmaz tövhələr vermişdir. Onun zamanınadək Roma heç bir
vaxt bu səviyyəyə gəlməmiş, imperiyanın sərhədləri bu qədər genişlənməmişdir. İlk
vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli
qoyulmuşdu. Bu gün də öz orjinallığını qoruyan və heç bir rekanustruksiyaya məruz
qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur.
Zəfər tağı
(Triumf ) - Qədim Romada qalib gəlmiş sərkərdənin öz qoşunu və əldə
edilmiş qənimətlərlə birlikdə dörd ağ at qoşulmuş arabada şəhərə daxil olması hadisəsi
idi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda , körpü başlanğıcında, böyük
küçələrdə qaliblərin şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılırdı.
58
ORTA ƏSRLƏR
DÖVRÜ
Qədim insanların təsərrüfat həyatı zaman keçdikcə dəyişdi. Cəmiyyət təbəqələrə: qul sahiblərinə və qullara ayrıldı.
Bununla da ibtidai icma quruluşu dağıldı. Quldarlıq quruluşu və quldar dövlətlər yarandı. Quldarlıq quruluşu qul sahibi və
qul arasındakı münasibətlərə əsaslanırdı. İmperiyaların ərazisi genişləndikcə qulların sayı artır, qul əməyinin
məhsuldarlığı isə azalırdı. Çünki qulun öz əməyinə marağı yox idi. Zaman keçdikcə qul əməyi cəmiyyətin inkişafına mane
olmağa başladı. Buna görə də Qədim dünyanın quldar dövlətləri bir-birinin ardınca dağılırdı. Qul sahibləri öz qullarına
müəyyən güzəştlər etməli oldular. Onların öz əməyinə marağını artırmaq üçün qullara torpaq payı ayırır, əmək alətləri
saxlamağa və ailə qurmağa icazə verirdilər. Zaman keçdikcə qul əkinçi kəndliyə, ağa isə torpaq sahibinə çevrilirdi. Kəndli
əldə etdiyi gəlirin böyük hissəsini torpaq sahibinə verməli idi. Kəndli ilə sahibkar arasındakı münasibətlər vergi və torpaq
münasibətlərinə əsaslanırdı.
476-cı ildə Qərbi Roma imperiyasının süqutu ilə quldarlıq quruluşu başa çatdı. Bundan sonra dünya tarixinin orta
əsrlər dövrü başlandı. Lakin feodalizm quruluşu hər yerdə eyni vaxtda yaranmamışdır. Məsələn, Çində və Azərbaycanda
feodalizm quruluşu III əsrdə, Qərbi Avropada V əsrin sonlarında yaranıb inkişaf etmişdi. Asiya və Avropa xalqlarının
əksəriyyəti feodalizm quruluşunda yaşasalar da Afrika, Amerika və Avstraliya xalqlarının çoxu ibtidai icma
quruluşunda yaşayırdılar. Feodalizm quruluşunun ayrı-ayrı xalqların həyatında hökmranlıq etdiyi müddət də eyni
olmamışdır.
Feodalizm quruluşu inkişafına uyğun olaraq üç dövrə ayrılır:
I mərhələ: Erkən orta əsrlər dövrü (V əsrin sonlarından – XI əsrin ortalarına qədər).
II mərhələ: Feodalizmin inkişafı (Klassik feodalizm) dövrü (XI-XV əsrlər).
III mərhələ: Son orta əsrlər dövrü (XVI əsr – XVII əsrin birinci yarısı).
Orta Əsrlər dövründə feodal münasibətlərinin yaranması və inkişafı fonunda Şərqdə və Avropada mərkəzləşmiş
dövlətlərin necə formalaşdığından bəhs ediləcək. Feodalizm Şərqdən başladı və ilk mərkəzləşmiş dövlətlər də Şərqdə
yarandı. Şərqdən sonra Avropa öz tarixinin feodalizm mərhələsinə daxil oldu. Şərqə nisbətən burada feodal münasibətləri
daha sürətlə inkişaf etdi. Avropada bir-birinin ardınca mərkəzləşmiş dövlətlər yarandı və çox çəkmədən qüdrətli dövlətlərə
çevrildi. Onlar arasındakı müharibələr, işğallar dünya xalqlarını məhrumiyyətlərlə üz-üzə qoydu. Lakin bütün bunlar
inkişafın qarşısını ala bilmədi. Yeni coğrafi kəşflər, elmin, texnikanın inkişafı insanların həyatını dəyişdi.
Son orta əsrlər dövründə feodalizm quruluşu dağıldı və kapitalist münasibətləri meydana gəldi. Feodalizm
quruluşunun dağılması və kapitalist münasibətlərinin meydana gəlməsi də hər yerdə eyni vaxtda olmamışdır. Bu proses
Qərbi Avropanın bəzi qabaqcıl ölkələrində XVI əsrin sonu – XVII əsrdə (Niderland və İngiltərədə), bəzilərində XVIII
əsrdə (Fransada), hətta XIX əsrin birinci yarısında (Almaniya və İtaliya), Rusiya və Qafqaz xalqlarında XVIII əsrin
sonu – XIX əsrin birinci yarısına, Asiya ölkələrində XIX əsrin sonlarda baş vermişdir.
59
TÜRK VƏ ŞƏRQ XALQLARI ORTA ƏSRLƏR DÖVRÜNDƏ
Qərbi Hun imperatorluğu (IV əsr - 470)
«Xalqların böyük köçü»nün başlanması
Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilər idi. Burada çöl və səhralar
zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına və köç etməsinə səbəb olurdu. Odur ki,
Böyük Hun dövlətinin
dağılmasından sonra türklər iki istiqamətdə köç etdilər:
Bir qismi İdildən (Volqadan) qərbə doğru yayıldı. Onların təsiri altında alanlar, qotlar və digər xalqlar da Mərkəzi
və Qərbi Avropaya köç etdilər. Nəticədə Avropada quldarlıq quruluşu feodalizm münasibətləri ilə əvəz olundu.
Bir qismi Qərbi Türküstan ətrafına köç etdilər. Qərbi Türküstan ətrafına köç edən türklər IV əsrin sonlarında Ağ
Hun dövlətini, İdil çayından qərbə köçən türklər isə Qərbi Hun dövlətini yaratdılar.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları
ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi
çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş
IV əsrdə hunların Qərbə yürüşü ilə başladı və VI əsrdə slavyanların Bizans ərazisində məskunlaşması ilə başa çatdı.
Qərbi Hun imperatorluğu yaranması (IV əsrin sonları)
―Xalqların böyük köçü‖ zamanı hun tayfaları qərbə doğru hərəkət etdi. Qərbə doğru hərəkət edərkən hunlar:
370-ci ildə Don sahilində alanları məğlub edərək Azov ətrafı əraziləri və
Şimali Qafqazı
ələ keçirdilər.
371-ci ildə Krımda ostqot tayfaları ilə döyüşlərdə onları məğlub edərək Krımı ələ keçirdilər.
400-cü ildə Dunay çayı sahilinə çataraq burada digər qot tayfalarını məğlub edərək Pannoniyada (Macarıstan
ərazisinin qərbində) məskunlaşdılar.
Bununla da Cənub-Şərqi Avropanın bir hissəsi hunların tabeliyinə keçdi.
İdil (Volqa) çayından Dunay çayına qədər ərazini ələ keçirərək burada Qərbi Hun dövlətini qurdular
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Dərbənd keçidi vasitəsilə Azərbaycana,
mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə» gəldi və xalqımızın tərkibinə daxil oldu.
―Xalqların böyük köçü‖
Hun tayfalarının qərbə doğru hərəkəti ilə
başlamışdı
Eramızın IV-VI əsrlərini əhatə etmişdi
Hunların və digər xalqların qərbə axını idi
Köç zamanı türklər əsas rol oynamışdılar
Dostları ilə paylaş: |