Ədəbiyyat
Dövrün ən məşhur şairləri Mahmud Qaşğari, Cəlaləddin Rumi, Yunis Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai,
Məhəmməd Füzuli olmuşdur. Mahmud Qaşğarinin «Divanü lüğat-it-türk» («Türk dillərinin divanı») əsəri yüksək
bədii, elmi, ədəbi səviyyədə yazılmışdır. Əsərdə o dövrdə türk xalqlarının yaşadığı əraziləri təsvir edən ilk xəritə də
verilmişdi. Mahmud Qaşğari «Divan»ı ilə, həmçinin türkologiya elminin əsasını qoymuşdur.
Sıra
nömrəsi
Aylar
Latınca
adları
Ayın
günləri
1
11-ci ay
Yanvar
31
2
12-ci ay
Fevral
28
3
1-ci ay
Mart
31
4
2-ci ay
Aprel
30
5
2-cü ay
May
31
6
4-cü ay
İyun
30
7
5-ci ay
İyul
31
8
6-cı ay
Avqust
31
9
7-ci ay
Sentyabr
31
10
8-ci ay
Oktyabr
31
11
9-cu ay
Noyabr
30
12
10-cu ay
Dekabr
31
Cəlali təqvimi Səlcuq
hökmdarı Cəlaləddin
Məlikşahın dövründə Ömər
Xəyyam tərəfindən
hazırlanmışdı. Çox
dəqiqliklə hazırlanmış
təqvim müasir dövrümüzdə
tətbiq olunan miladi
təqvimindən elədə
fərqlənmir. Cəlali təqviminə
əsasən başlanğıc tarixi
1079-cu ildən hesablanır.
107
Şifahi xalq yaradıcılığının böyük nümayəndəsi Molla Nəsrəddin o zamanda yaşamışdır.
Memarlıq
Klassik feodalizm dövründə türk memarlığı çiçəklənmə mərhələsini yaşadı. Bu dövrdə Təbriz, Səmərqənd,
İstanbul, Buxara və başqa şəhərlərdə memarlıq üslubu cəhətdən fərqlənən möhtəşəm nümunələr yaradıldı.
Əmir Teymurun Səmərqənddə tikdirdiyi binalar bu gün də əhəmiyyətini itirməmişdi. Teymurun qəbri üzərində inşa
edilən «Gur Əmir» (Əmir Teymur) türbəsi Səmərqənd memarlığının şah əsəridir. Əmir Teymurun nəvəsi, Uluqbəy
dövlət xadimi, astronom olmaqla yanaşı, həm də dövrünün görkəmli memarı sayılırdı. Səmərqənd rəsədxanasının, o
cümlədən o dövrün bir sıra tikililərinin memarı Uluqbəy olmuşdur.
Osmanlı imperatorluğunun, o cümlədən dünyanın ən məşhur memarı Sinan Xoca hesab edilir. Onun inşa etdiyi
Şahzadə, Süleymaniyyə və Səlimiyyə cameləri nadir memarlıq incilərindəndir. İstanbulda türk memarları tərəfindən
Çinili köşk, Topqapı, Fənərbağça və başqa möhtəşəmsultan sarayları inşa edilmişdi.
Hindistanda türk imperatorluqları dövründə hind-müsəlman mədəniyyəti yüksəliş dövrünü yaşadı. XIII əsrin
əvvəlində Dehli sultanı Qütbəddin Aybək tərəfindən tikdirilən «Qütb minar» adlandırılan minarə bu gün də
möhtəşəmliyini saxlamaqdadı.
Çində elmi-texniki kəşflər və nailiyyətlər
Orta əsrlərdə Çin dünya mədəniyyətinə aşağıdakı
əhəmiyyətli töhfələr vermişdi:
Seysmoskop və spidometr kəşf edildi.
Dünyada ilk «Farmakologiya» (əczazçılıq)
kitabı yazılaraq, müxtəlif müalicə üsulları
müəyyən olundu.
İlk dəfə not yazısı ilə musiqi əsərləri yazıldı,
Çində ilk balet yardıldı.
Ölkədə gəmiçilik məktəbləri açıldı, barıt və
metal top ixtira olundu.
Çin dənizçiləri hələ qədimdə ixtira etdikləri
kompasdan istifadə etməyə başladılar.
QEYD:
Ölkədə xüsusi gil növlərindən möhkəm, yarımşəffaf, cingiltili qablar hazırlanırdı. Çində hazırlandığına
görə onlara çini qablar deyilirdi.
Klassik feodalizm dövründə Türk və Şərq xalqlarının inciləri
Səmərqənddə Uluq bəy rəsədxanası və rəsədxananın girişi Dehli - Qütb Minar
Piri Rəis və onun Dünya xəritəsi. Xəritədə Amerikanın əks
olunması.
Mahmud Qaşğari "Divanu Luğat-it-Türk" kitabı
və Dünya xəritəsi
108
Əmir Teymur (Guri-Əmir) məqbərəsi və məqbərənin içində Teymurun qəbri
Səlimiyyə cami
Şahzadə cami
Sinan Xoca.Süleymaniyyə cami
Topqapı sarayı (çöl və iç görünüşü). Çinili köşk
109
AVROPA FEODALİZM DÖVRÜNDƏ
Frank dövləti (500-843)
German tayfalarının işğalları
Eramızın I əsrində german tayfaları qərbdən və şərqdən Reyn və Visla çayları, cənubdan Dunay çayı, şimaldan isə
Baltik və Şimal dənizlərinə qədər ərazilərdə yayılmışdılar. Sonralar çoxsaylı işğallar nəticəsində germanlar digər xalqlarla
qarışaraq bir çox Avropa xalqlarının yaranmasında mühüm rol oynadılar.
V əsrin sonlarında german tayfalarının (
frank, qot, vandal, anql-saks)
işğalları nəticəsində:
Qərbi Avropada quldarlıq quruluşu dağıldı və feodalizm quruluşu meydana gəldi.
Qul əməyini xırda torpaq sahibi olan icma üzvləri - kəndlilərin əməyi əvəz etdi.
Frankların Qalliyanı tutması
V əsrin sonlarında German tyafalarından biri olan fank tayfalarının başçısı Xlodviq Qalliyaya hücum etmək üçün
başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri
yaxınlığında
franklarla romalılar arasında həlledici
döyüş baş verdi.
Suasson döyüşü nəticəsində:
Xlodviq romalılar üzərində parlaq qələbə qazanaraq Qalliyanın bir hissəsini ələ keçirdi.
Qalliyadakı Roma quldarları və digər frank tayfa başçıları Xlodviqə tabe oldular.
Sonralar franklar bütün Qalliyanı tutmaqla Roma imperiyasının böyük mülklərinə yiyələndilər.
Xlodviq Qalliya
torpaqlarını ələ keçirdikdən sonra döyüşçülərinə və müttəfiqlərinə payladı.
Beləliklə,
Frank əyanları iri torpaq
sahiblərinə çevrildilər.
Frank dövlətinin yaranması
V əsrin sonlarında
Qərbi Avropanın ilkin feodal dövləti olan
Frank dövləti yarandı.
Tayfa başçısı Xlodviq Frank
dövlətinin ilk kralı oldu
.
Kral mühüm qərarları özü verirdi.
Tayfa başçısından fərqli olaraq kral hakimiyyəti irsən öz
oğullarına verirdi. Odur ki, Frank dövlətində
irsi hakimiyyət - monarxiya rejimi qurulmuşdu.
110
Xlodviqin hakimiyyəti (486-511)
Xlodviqin hakimiyyəti dövründə:
Frankların ilk qanunlar toplusu yaradıldı.
Qalliyanın yerli dini olan xristian dini dövlət dini kimi qəbul edildi.
Xristianlığın qəbul edilməsi ilə kilsə ilə kral arasında ittifaq yarandı.
Kilsə kralın hakimiyyətini möhkəmləndirdi.
Frank dövləti inzibati cəhətdən vilayətlərə bölündü.
Frank dövlətində vilayətləri qraflar idarə edirdi. Xlodviq qraf vəzifəsinə
ən yaxın adamlarını təyin edirdi. Qrafların səlahiyyətlərinə aşağıdakı
vəzifələr daxil idi:
Vilayətləri idarə edirdi.
Vilayətlərdə əhalidən vergi toplayırdı.
Məhkəmə işlərinə baxırdı.
Döyüşçü dəstələrə başçılıq edirdi.
QEYD:
Xlodviqin
xristian dinini qəbul etməkdə məqsədi hakimiyyətini möhkəmləndirmək idi.
Böyük Karlın hakimiyyəti. Frank dövlətinin imperiyaya çevrilməsi
Böyük Karlın (768-814)
hakimiyyəti dövründə Frank dövlətinin ən qüdrətli
dövrü olmuşdur. Böyük Karl hakimiyyəti dövründə:
İtaliyanın çox hissəsini tutaraq Frank dövlətinə birləşdirdi.
Frank imperiyasını yaratdı (Frank dövləti imperiyaya çevrildi).
R
eyn və Elba çayları arasında yaşayan saksları itaət altına aldı.
800-cü ildə Roma şəhərini tutaraq özünü imperator elan etdi.
Orduda xidmət edənlərə torpaq sahəsi payladı.
Frank əyanlarına yeni torpaqlar zəbt etməkdə və kəndliləri təhkimli
halına salmaqda kömək etdi.
Frank əyanları əvvəllər Böyük Karlı müdafiə edirdilər. Əyanların Böyük
Karlı müdafiə etməsinin səbəbi, kralın əyanlara yeni torpaqlar zəbt etməkdə və
kəndliləri təhkimli halına salmaqda kömək etməsi idi. Lakin əyanlar icma
üzvlərinin torpağını zəbt etdikdən sonra, artıq qüvvətli imperator hakimiyyətinə
ehtiyac duymurdular. Bu isə feodalların müstəqilləşməsinə və gələcəkdə Frank
imperiyasının süqutuna gətirib çıxardı.
Böyük
Karlın
Frank dövlətini
imperiyaya çevirdi
Orduda xidmət edənlərə torpaq
sahələri payladı
İtaliyanın çox hissəsini özünə
tabe etdi
Romanı tutaraq özünü imperator
elan etdi
Saks tayfalarını özünə tabe
etdi
Ən yaxın adamlarını qraf vəzifəsinə təyin etdi
Suasson döyüşündə qələbə qazanaraq Qalliyanı
işğal etdi
Frank dövlətini yaradaraq xristian dinini qəbul
etdi
Kilsə ilə kral arasında ittifaq yaratdı
Xlodviq
Böyük Karlın Roma şəhərini tutması
və Roma papası tərəfindən tac
qoyularaq imperator elan edilməsi
111
Frank imperiyasının parçalanması. Verden müqaviləsi (843-cü il)
Böyük Karlın ölümündən sonra onun varisləri arasında müharibələr başladı, Frank imperiyası zəiflədi və ayrı-ayrı
dövlətlərə parçalandı. Frank imperiyasının parçalanmasının əsas səbəbləri aşağıdakı amillərlə bağlı idi:
Feodalların mərkəzi hakimiyyəti müdafiə etməməsi.
Feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi.
İmperiyanın vilayətləri arasında iqtisadi əlaqələrin zəif olması.
Natural təsərrüfatın inkişafi.
843-cü ildə Böyük Karlın üç nəvəsi Verden şəhərində Frank
imperiyasını bölmək haqqında müqavilə bağladılar.
Verden müqaviləsinin
şərtlərinə əsasən
Frank imperiyası bölüşdürüldü. Bu bölüşdürmə nəticəsində
imperiyanın ərazisində üç dövlət – krallıq meydana gəldi:
1.
Fransa krallığı.
2.
Almaniya krallığı.
3.
İtaliya krallığı.
Bu krallıqların hər biri iri feodal mülklərinə, feodal mülkləri isə xırda
feodallıqlara parçalanmışdı. Müstəqil olan hər bir feodal əhalidən vergi
toplayır, öz təbəələrini mühakimə edirdi. Beləliklə, Qərbi Avropada IX-XI
əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı.
Frank dövləti
Frank imperiyası
Xlodvinq tərəfindən yaradılmışdı.
Xristianlıq dövlət dini kimi qəbul edilmişdi.
Puatye döyüşündə qalib gəlmişdi.
Frankların qanunlar toplusu hazırlanmışdı.
Böyük Karl tərəfindən yaradılmışdı.
Natural təsərrüfat inkişaf etmişdi.
Geniş işğallar aparmışdı.
Verden müqaviləsi nəticəsində dağılmışdı.
Fransa krallığı
X-XI əsrlərdə Fransa krallığına aiddir:
Qərbi Frank krallığının ərazisində yaranmışdı.
Kapetinqlər sülaləsi hakimiyyətdə olmuşdu.
Karolinqlər sülaləsinin dövründə iri feodal mülklərinə bölünmüşdü
.
Kral hakimiyyəti xeyli zəifləməmiş, ölkə iri feodal mülklərinə parçalanmışdı.
Feodallar krala nisbətən daha geniş torpaq mülklərinə sahib idilər.
Hər-bir feodal öz mülkünün müstəqil hakimi idi və kral hakimiyyəti
ilə hesablaşmırdılar.
Feodal münasibətlərinin formalaşması başa çatmışdı.
Almaniya krallığı. Müqəddəs Roma imperiyasının yaranması
X-XI əsrlərdə Almaniya krallığına aiddir:
Feodal münasibətləri sürətlə inkişaf etdi.
Frank imperiyasının süqutu ilə
Almaniya vilayətləri vahid dövlətdə birləşdirildi
.
Bir sıra Qərbi Avropa ölkələrindən fərqli olaraq vahid dövlət idi.
İşğalçılıq siyasəti yeridirdi. Bu dövrdə Almaniya kralı I Otto (936-973) 962-ci
ildə:
İtaliyanın bir hissəsini, o cümlədən Roma şəhərini işğal etdi.
Özünü Roma imperatoru elan etdi.
Müqəddəs Roma imperiyasının (962-1806) əsasını qoydu.
Bəhs edilən dövrdə Almaniyada
feodal münasibətlərinin sürətlə inkişafı
ayrı-ayrı
feodalların güclənməsinə və vahid dövlətin parçalanmasına səbəb olurdu.
QEYD:
İtaliyanın bir hissəsini, həmçinin Roma şəhərini işğal etməsi və özlərini
imperator elan etməsi Böyük Karlla I Ottonun fəaliyyəti dövrü üçün oxşar cəhət
təşkil edir.
Frank imperiyasının Böyük Karlın
övladları arasında bölüşdürülməsi
I Otto. Müqəddəs Roma
imperiyasının ərazisi və
bayrağı
Müqəddəs Roma
imperiyası
112
İaliya krallığı
IX-X əsrlərdə İtaliya tarixi üçün səciyyəvi cəhətlər bunlar idi:
Müqəddəs Roma imperiyasının tərkibində qatılmışdı.
İtaliyaya hakim olmaq uğrunda Roma Papası və Almaniya kralı arasında mübarizə gedirdi.
Digər Avropa ölkələrinə nisbətən ticarət və sənətkarlıq mərkəzləri olan iri şəhərlər daha tez meydana gəldi.
Şəhərlərin çoxu
kommuna -
özünüidarə hüququ aldı
( Lukka, Piza, Milan şəhərlərində kommunalar yaradıldı).
Ölkə müstəqil dövlətlərə parçalandı -
Genuya, Piza və Venesiya şəhər respublikaları yarandı.
QEYD:
Dövlətin eyni vaxtda yaranması Fransa, Almaniya və İtaliya tarixi üçün oxşar cəhət təşkil edir.
Qərbi Avropada asılı və təhkimli kəndlilərin meydana gəlməsi
VI əsrin sonlarından etibarən ailələrin torpaq payları icma üzvlərinin xüsusi mülkiyyətinə çevrildi. Artıq
kəndlilər öz pay torpaqlarının tam sahibi idilər. Lakin kəndli torpaq mülkiyyətini əldə saxlaya bilməyərək, iri torpaq
sahibindən asılı vəziyyətə düşdülər. Beləliklə, Qərbi Avropada asılı və təhkimli kəndlilər meydana gəldi.
Asılı kəndlilər - torpaq mülkiyyətini itirən kəndlilər idi.
Təhkimli kəndlilər - həm torpağını, həm də şəxsi azadlığını itirən kəndlilər idi.
QEYD:
Orduda xidmət edənlərə torpaq sahəsi ayrılırdı. Hərbi xidmət əvəzində verilən bu torpaq feod adlanır və
irsən keçirdi. Feodun sahibinə feodal deyilirdi. Odur ki,
Erkən orta əsrlər dövründə Qərbi Avropada hərbi xidmət əvəzində
verilən və irsi keçən torpaq mülkü ―feod‖ adlanırdı.
Qərbi Avropada natural təsərrüfatın inkişafı
Erkən orta əsrlər dövründə Qərbi Avropada natural təsərrüfat hökmran idi. Yaşayış üçün lazım olan bütün
məhsulların satış üçün deyil, şəxsi tələbatı ödəmək üçün hazırlanması natural təsərrüfat adlanırdı. Natural təsərrüfat
dövründə:
Məhsul satış üçün deyil, şəxsi təlabat üçün hazırlanırdı.
Ölkənin vilayətləri arasında iqtisadi əlaqələr zəif idi.
Ayrı-ayrı feodal mülkləri arasında möhkəm əlaqələr yox idi.
Hər bir iri feodal öz mülkündə təkbaşına hakim idi.
Asılı kəndlilərin işinə nəzarət etmək və onları mükəlləfiyyətlər daşımağa məcbur etmək üçün feodalların öz döyüşçü
dəstəsi, məhkəməsi, öz təsərrüfat nəzarətçiləri var idi.
Avropada feodal dağınıqlığı dövrünün xüsusiyyətləri
IX-XI əsrlər Qərbi Avropada feodal dağınıqlığı dövrü kimi xaraktrizə olunur. IX-XI əsrlərdə Qərbi Avropada
feodal dağınıqlığının əsas səbəbləri aşağıdakılar idi:
Natural təsərrüfatın inkişafı.
Feodalın torpaq üzərində hakimiyyətinin möhkəmlənməsi.
IX-XI əsrlərdə Qərbi Avropada feodal dağınıqlığı dövrünün əsas xüsusiyyətləri aşağıdakılar idi:
Kral hakimiyyəti zəifləmişdi.
Hər bir feodal mülkü müstəqil mülklərə parçalanmışdı.
Feodalların müstəqilliyi artırdı.
Ara müharibələri baş verdi.
Vahid dövlət yox idi.
Feodal nərdivanı mövcud idi.
Feodal nərdivanı
Erkən Orta əsrlər dövründə Qərbi Avropada feodal nərdivanı feodallar arasında münasibətlərin təşkilat forması
idi. Torpaq sahibi olan feodal ondan torpaq alanların senyoruna (böyüyünə) çevrilir, senyorlardan xidmət əvəzində torpaq
Feod torpaq
mülkiyyəti
Kral tərəfindən verilən və
irsən keçən torpaq mülkiyyəti idi
Sahibi feodal adlanırdı
Hərbi xidmət müqabilində
verilirdi
İcma torpağından
verilirdi
113
alan feodallar isə vassallar (hərbi qulluqçular) olurdular. Feodal nərdivanına ardıcıl olaraq kral, hersoq və qraflar,
baronlar, cəngavərlər daxil idi. Feodal nərdivanından
təbəələri itaətdə saxlamaq üçün
istifadə olunurdu.
Kral:
Ölkədəki bütün feodalların başçısı sayılırdı.
Hersoq və qrafların senyoru idi.
Hersoq və qraflar:
Yüzlərlə kəndə və böyük döyüşçü dəstələrinə malik idilər.
Kralın vassalı və eynizamanda da Baronların senyoru idilər.
Baronlar:
İyirmi-otuz kəndə malik idilər.
Cəngavərlərin senyoru idilər.
Beləliklə, bir feodal özünə nisbətən kişik feodalın senyoru, eyni zamanda böyük feodalın vassalı idi. Feodal
nərdivanında axırıncı yerdə duran cəngavərlərin – xırda feodalların vassalları yox idi. Kəndlilər isə feodal nərdivanına
daxil deyilər.
|