Polşa
Danimarka
İsveç
İngiltərə
Orta əsrlər dövründə Roma papasının vassalı olan dövlətlər
III İnnoketi və vassalları
19 dekabr, 1521-ci il tarixinə aid
indulgensiya alınması barədə şəhadətnamə
121
Kilsənin bidətçilərə qarşı mübarizəsi
Katolik kilsəsinin güclü olmasına baxmayaraq şəhərlilər və kəndlilər arasında kilsənin təliminə qarşı çıxanlar var
idi. Kilsə təliminə qarşı çıxanları ruhanilər tərəfindən bidətçi (dinindən dönən, dönük) adlandırırdılar. Bidətçilər papaya
qarşı çıxır, adamları kilsəyə, Roma papasına vergi verməməyə çağırırdılar. XI-XIII əsrlərdə bidətçilər kilsədən
aşağıdakıları tələb edirdi:
Kilsə mərasimlərini və 1/10 vergisini ləğv etməyi.
Ruhanilərin öz torpaq mülklərindən və var-dövlətlərindən əl çəkmələrini.
Lakin kilsə bu tələbləri nəinki yerinə yetirmədi, əksinə bidətçilərə qarşı aşağıdakı tədbirləri həyata keçirdi:
Bidətçilərin çox olduğu vilayətlərə hərbi yürüşlər təşkil etdi.
Onları kafir elan edərək kilsə məhkəməsi (inkvizisiya) qurdurdu.
İnkvizisiya məhkəməsi bidətçiləri çox halda tonqalda yandırma cəzasına məhkum edirdi.
İnkvizisiya (Kilsə məhkəməsi) Autodofe (tonqalda yandırma)
Katolik kilsəsi
Orta əsrlər
dövründə
Qərbi Avropada ən
böyük torpaq sahibi
idi
III İnnokentinin
dövründə daha da
qüvvətlənmişdi
Kilsə təliminə
qarşı çıxanları
bidətçi adlandırırdı
Xaç yürüşləri
zamanı mühüm rol
oynayırdı
İnkvizsiya
məhkəməsi
yaratmışdı
Krallar və
imperatorlarla
mübarizə aparırdı
İndulgensiyalar
(cənnət qəbzləri)
satırdı
Əhalidən onda
bir vergisi
alırdı
122
Səlibçilərin Şərqə işğalçı yürüşləri
Klermon Kilsə Məclisinin çağırılması (1095)
Xaç yürüşləri orta əsrlər tarixində mühüm yer tutan Səlib yürüşlərində
katolik kilsəsinin böyük rolu olmuşdu.
1095-ci ildə Fransanın Klermo
şəhəri yaxınlığında xalq yığıncağında Roma papası II Urban nitq söylədi.
Qurultayda çıxışında Roma papası II Urban xristianları Şərq ölkələrinə
yürüş edib, səlcuqların hakimiyyəti altında olan “İsanın qəbrini kafirlərdən
xilas etməyə” çağırdı. Xristian rəvayətinə görə, İsa peyğəmbər Fələstində
Qüds şəhərində (Yerusəlimdə) dəfn olunmuşdu. Çoxları elə oradaca
«
müqəddəs torpağı
»
azad etməyə hazır olduqlarını bildirdilər və bunu
nümayiş etdirmək üçün paltarlarına qırmızı parçadan xaç tikdilər. Beləliklə,
Şərqə yürüşlərin iştirakçılarını xaçlılar (səlibçilər), yürüşləri isə Xaç (Səlib)
yürüşləri adlandırmağa başladılar.
Səlib yürüşlərinin səbəbləri
Xaç yürüşlərində iştirak edən avropalıların hər bininin öz məqsədi var
idi:
Roma Papası - Şərq ölkələrini xristianlaşdırmaq istəyirdi.
Feodallar - yeni torpaq mülkləri ələ keçirmək, Şərqin zəngin
şəhərlərini qarət etmək istəyirdilər.
Kəndlilər - ağalarından yaxa qurtarmaq, dolanışıqlarını
yaxşılaşdırmaq istəyirdilər.
Beləliklə avropalıların Şərqə yürüşlərinin - Səlib müharibələrinin
səbəblərini aşağıdakı kimi ümumiləşdirmək olar:
Feodalların yeni torpaqlar və asılı kəndlilər ələ keçirmək istəyi.
Kəndlilərin öz ağalarının əlindən qurtarmaq istəyi.
Roma papasının Şərq ölkələrini asılı hala salmaq və yeni
torpaqlar ələ keçirmək istəyi.
Avropada feodallar və ruhanilər belə güman edirdilər ki, Səlcuq
imperiyası ayrı-ayrı hissələrə parçalandığı üçün Şərq ölkələrini ələ keçirmək
çox asan olacaqdır. Odur ki, onlar səlib yürüşlərinə başladılar.
Birinci səlib yürüşü (1096)
XI-XIII əsrlərdə səlibçilər Şərqdə - türk-müsəlman ölkələrində
kütləvi qırğınlara və dağıntılara yol açan səkkiz yürüş etdilər.
Birinci səlib
yürüşünə 1096-ilin yazında ilk olaraq kəndlilər başladılar. Lakin Səlcuqlar
səlibçiləri darmadağın etdilər.
1096-cı ilin payızında isə Fransa, Almaniya
və İtaliya cəngavərləri Şərqə doğru hərəkət etdilər. Birinci səlib yürüşü
nəticəsində Avropa səlibçiləri:
Səlibçilər
səlcuqları məğlub edərək
Qüdsdə müsəlman əhalisinə
qarşı kütləvi qırğınlar törətdilər.
Suriya və Fələstinin Aralıq dənizi sahillərində səlibçilər
tərəfindən Qüds krallığı (1099-1187) adlı dövlət yaradıldı.
Feodallar
Kəndlilər
Birinci səlib yürüşünün iştirakçıları
II Urban
Klermon Kilsə Məclisi
Xaç yürüşləri nəticəsində yaranmış
dövlətlərin xəritəsi. Qüds krallığı
123
İkinci səlib yürüşü (1147)
Qərb feodalları 1147-ci ildə ikinci səlib yürüşünə başladılar.
Lakin,
ikinci Səlib yürüşü uğursuz oldu. Belə ki, ikinci səlib yürüşü nəticəsində
Misir hökmdarı Səlahəddin Əyyubi səlibçi qoşunlarını məğlub edərək
onları Qüdsdən qovdu.
Üçüncü səlib yürüşü (1190)
1190-cı ildə Qərb feodalları üçüncu səlib yürüşünə başladılar.
Üçüncü səlib yürüşündə məqsəd
«
müqəddəs şəhəri
»
- Qüds şəhərini geri
qaytarmaq idi. Üçüncü səlib yürüşünə İngiltərə, Fransa və Almaniya
kralları başçılıq edirdi. Lakin üçüncü xaç yürüşü də ikinci yürüş kimi
uğursuzluqla nəticələndi.
Birinci səlib yürüşündə iştirak edən dövlətlər
Üçüncü səlib yürüşündə iştirak edən dövlətlər
Dördüncü səlib yürüşü (1199-1204)
XII əsrin sonlarında səlibçilər dördüncü səlib yürüşünə başladılar.
Dördüncü səlib yürüşünü ona başçılıq edən Roma Papası III İnnokenti
təşkil etmişdi. Digər səlib yürüşlərindən fərqli olaraq bu yürüşdə səlibçilər
quru yolları ilə hərəkət etmək çətin olduğundan Fələstinə gəmi vasitəsilə
dəniz yolu ilə yürüş etdilər.
Bu məqsədlə səlibçilər o dövrdə «dəniz
kraliçası» hesab olunan Venesiyadan kirayəyə gəmilər aldılar. Bu dövrdə
Şərq ölkələri ilə ticarətdə vasitəçilik etmək üçün Venesiya ilə Bizans
arasında mübarizə gedirdi. Odur ki, venesiyalılar Bizansa zərbə vurmaq
üçün səlibçilərə kömək edərək onları bura yönəltdilər.
Dördüncü Səlib
yürüşü nəticəsində səlibçilər:
1204-cü ildə Konstantinopolu tutaraq dağıtdılar.
Müqəddəs Sofiya kilsəsi qarət olundu.
Bu hadisədən sonra Bizans ticarətdə Venesiya və Genuya ilə rəqabət
apara bilmədi. Səlibçilər Bizansın paytaxtı olan Konstantinopoldan yalnız
57 il sonra, 1261-ci ildə qovuldular. Səlibçilərin qarətçilik və işğalçılıq
məqsədləri dördüncü səlib yürüşündə özünü daha aydın göstərdi.
XIII əsrin sonlarında, səkkizinci səlib yürüşü nəticəsində səlibçilər
müsəlman ölkələrində işğal etdikləri topraqlardan tamamilə qovulub
çıxarıldılar və burada işğal etdiyi bütün torpaqları itirdilər.
Səlib yürüşlərinin nəticələri
XI əsrin sonlarından – XIII əsrin sonlarına qədər səlibçilərin
Şərqdə apadığı qədbkarlıq müharibəsi – səlib yürüşləri onların
məğlubiyyəti ilə başa çatdı. Qərb feodalları Şərq ölkələrini işğal etmək
məqsədlərinə çata bilmədilər. Bununla belə Səlib yürüşlərinin avropalılar
ünün
bir sıra nəticələri oldu
:
Aralıq dənizində ticarətdə birincilik Bizansdan Genuya və Venesiya şəhərlərinə keçdi.
Bizans ticarətdə Venesiya və Genuya ilə rəqabət apara bilmədi.
İtaliya tacirlərinin Şərq ölkələrində
( Suriya, Fələstin, Krım və Qafqazda)
ticarət məskənləri yarandı.
O dövrki katolik kilsəsinin iç üzünü açıb göstərdi və Papa hakimiyyətinin nüfuzu sarsıldı.
İtaliya
İngiltərə
Fransa
Almaniya
Xaçlıların Qüds şəhərinə
hücumu (qədim minüatür)
Səlahəddin Əyyubi xaçlılarla
döyüşdən sonra
Xaçlıların dəniz yolu ilə hücumunu
təsvir edən qədim miniatür
1204-cü ildə xaçlı ordusunun
Konstantinopola hücumu
124
Bunlardan başqa səlib yürüşləri zamamı avropalılar Şərqdən aşağıdakılar öyrəndilər:
Avropalılar kağız, barıt və kompasla tanış oldular.
Yeni kənd təsərrüfatı bitkilərini əkib becərməyi öyrəndilər
Avropada çəltik, qarabaşaq, limon, ərik, qarpız becərilməsinə başlanıldı.
Yel dəyirmanından istifadə etməyi öyrəndilər.
İpək parçalar toxumağı, güzgü istehsal etməyi öyrəndilər..
Onların qida məhsulları sırasına şəkər də daxil oldu.
Xaç yürüşlərinin Şərq üçün isə aşağıdakı nəticələri oldu:
Şərq böyük dağıntılara məruz qaldı, inkişaf etmiş şəhərlər dağıdıldı.
Xaç yürüşlərinə məruz qalmış ölkələrdə mədəniyyət tənəzzül etdi.
Minlərlə türk-müsəlman əhali kütləvi surətdə qırılıb məhv edildi.
Bir çox Şərq ölkələri bundan sonra uzun müddət özünə gələ bilmədi.
Yürüşlər
Nəticəsi
Birinci səlib yürüşü
(1096-1099)
Səlibçilər Kiçik Asiyada səlcuqları məğlub edərək Qüdsdə müsəlman
qırğını törətdilər və Qüds krallığını yaratdılar.
İkinci səlib yürüşü
(1147)
Səlibçilər Misir hökmdarı Səlahəddin Əyyubi tərəfindən məğlub edilərək
Qüdsdən qovuldular.
Üçüncü səlib yürüşü
(1190)
Müqəddəs şəhri geri qaytarmaq uğursuzluqla nəticələndi.
Dördüncü səlib yürüşü
(1199-1204)
Bizansın paytaxtı Konstantinopol tutuldu və Müqəddəs Sofiya kilsəsi qarət
olundu.
Səkkizinci səlib yürüşü
(XIII əsrin sonları)
Səlibçilər müsəlman ölkələrində işğal etdikləri topraqlardan tamamilə
qovuldular.
Dəbdəbəli
yaşamağı
öyrəndilər
Yeni təsərrüfat
bitkilərini becərməyi
öyrəndilər
Kağız, barıt və
kompasla tanış
oldular
İpək
parçalar
toxumağı
öyrəndilər
Yel dəyirmanından
istifadə etməyi
öyrəndilər
Təsərrüfatında baş vermiş dəyişikliklər
Qərb feodallarının Şərq
ölkələrini işğal etmək
cəhdləri baş tutmadı
Səlib yürüşlərinin
siyasi və iqtisadi
nəticələri
İtaliya tacirlərinin
Şərqdə ticarət
mərkəzləri yarandı
Şərqlə ticarətdə
birincilik Şimali İtaliya
şəhərlərinin əlinə keçdi
Aralıq dənizində
ticarət daha da
canlandı
Venesiya və Genuya
Şərqlə ticarətdə Bizansı
geridə qoydu
125
İspaniya
İspaniya Klassik feodalizmə keçid dövründə
VIII
əsrdə ərəblər qalibiyyətli yürüşlər
nəticəsində Pireney yarımadasını tutaraq burada
Kordova ərəb xilafətini yaratdılar.
Ərəb İspaniyasında keçmiş Roma əyalətlərinin
sakinlərinin nəsilləri, vesqolar, ərəblər, bərbərlər və
yəhudilər
birgə
yaşayırdılar. Müsəlmanlar ərəb
İspaniyasını
Əndəlus
adlandırırdılar.
Klassik
feodalizmə keçid dövründə müsəlman İspaniyası
Avropanın çiçəklənən hissəsi idi. XI-XV əsrlərdə
müsəlman İspaniyasına (Əndəlusa) aiddir:
İspaniyanın cənubunda tarixi vilayət idi.
Əkinçilik, sənətkarlıq inkişaf etmişdi.
Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər.
Ərəblər vətənlərində olduğu kimi, burada da uzunyunlu qoyun cinsləri yetişdirirdilər.
İqtisadi inkişafında filiz çıxarılması, ipək, mahud, kağız silah və şüşə istehsalı mühüm rol oynayırdı.
Paytaxt şəhəri olan Kordova mədəniyyət və elm mərkəzi idi.
Güclü ticarət donanması sayəsində Afrika, Abbasilər xilafəti, İtaliya və Bizansla ticarət əlaqələri saxlayırdı.
Ərəb tacirləri tərəfindən burada istehsal edilən sənətkarlıq mallarını Hindistana və Mərkəzi Asiyaya aparırdı.
Mədəniyyət yüksək inkişaf etmişdi. Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Qranada hakimlərinin
Əlhambra sarayı - Qırmızı saray (XIII-XV əsrlər) kimi müsəlman memarlığının ən gözəl nümunələri
yaradılmışdı.
UNESCO-nun Ümumdünya irsi - Əlhambra sarayı
Bilmək maraqlıdı...
VIII əsrin əvvəllərində (711-ci ildə) Əməvi xəlifəsi I Vəlidin dövründə
sərkərdə Tariq bin Ziyadın başçılıq etdiyi İslam ordusu dörd gəmi ilə daha sonralar öz
adı ilə adlanan Cəbəllütariq boğazını keçərək Əndəlusa daxil oldu. Tariq bin Ziyad
cəmi 7000 mücahid ilə yola çıxmışdı. O, İspaniya sahillərinə çıxar-çıxmaz gəldikləri
gəmiləri yandırmaq əmri verir və bu tarixi sözlərini söyləyir: “Ey Mücahid
qardaşlarım! Görürsünüz ki, arxanızda düşmən kimi dəniz, önünüzdə isə dəniz kimi
düşmən var. Hara qaçacaqsınız? Sizin üçün yalnız sədaqət və səbr qalmışdır. Geriyə
dönüş yoxdur. Düşmənin silahı, təchizatı və ərzağı boldur. Sizin isə silah olaraq ancaq
qılınclarınız, ərzaq olaraq isə düşmənin əlindən alıb sahib olabiləcəkləriniz vardır”.
Bu sözlərdən sonra heç bir çıxış yolunun qalmadığını başa düşən ərəb
döyüşçüləri qəhrəmanlıqları və şücaəti sayəsində onlardan xeyli çox olan ispan
ordusunu məğlub etdi və İspaniyanı fəth edib Avropanın cənubunda İslam xilafəti -
Kordova xilafətinin əsasını qoydular.
126
Xristian kilsəsinin Avropada müsəlmanlara qarşı Xaç yürüşü
Əndəlusda müsəlman xilafətinin zəifləməsindən istifadə edən xristian kilsəsi onlara qarşı rekonkista hərəkatını
genişləndirdi. Əndəlusun müsəlman əhalisinin Pireney yarımadasından zorla sıxışdırılması rekonkista adlanırdı. Roma
papası Əndəlüsdəki müsəlmanlara qarşı səlib müharibəsi elan etmişdi. Odur ki Rekonkista hərəkatında Pireneyin yerli
xristian əhalisi ilə yanaşı, fransızlar və italyanlar da iştirak edirdilər. Rekonkista gedişində:
Xristian kilsəsi Pireney yarımadasının bütün xristian əhalisini müsəlmanlara qarşı qaldırdı.
Kordova xilafəti bir neçə müstəqil əmiriliyə parçalandı.
Səlibçilər daxili müharibələrdə zəifləmiş müsəlman əmirləri üzərində asanlıqla qələbə çaldılar.
Səlibçilər Şərqdə olduğu kimi, burada da dinc müsəlman əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdilər.
Pireney yarımadasının simalında Kastiliya, Araqon, Navarra və qərbində Portuqaliya krallıqları yarandı.
XIV əsrdə İspaniyada müsəlmanların əlində yalnız İspaniyanın ən varlı vilayəti olan Qranada əmirliyi qaldı.
Rekonkista gedişində Pireney yarımadasında yaranmış krallıqlar
İspaniya dövlətinin yaranması (1479)
1479-cu ildə Kastiliya və Araqon krallıqlarının vahid İspaniya dövlətində birləşdirilməsi ilə mərkəzləşmiş
İspaniya dövləti yarandı. Pireney yarımadasının simalında yerrləşən Navarra krallığı isə İspaniya və Fransa arasında
bölüşdürüldü.
XIV əsrdə Pireney yarımadasında müsəlmanların əlində yalnız Qranada əmirliyi qalmışdı. Mərkəzləşdirilmiş
dövlətin yaradılması xristianlara müsəlmanlar üzərinə qəti hücuma keçmək üçün imkan yaratdı. 1492-ci ildə İspaniya
ordusunun Qranadanı işğal etməsi ilə Qranada müsəlman əmirliyi süqut etdi. Qranada əmirliyinin süqutu ilə
Portuqaliyadan başqa, bütün Pireney yarımadası İspaniyanın əlinə keçdi.
Kral Ferdinand və kraliça İzabella
1479-cu ildə Araqon kralı II Ferdinandın Kastiliya kraliçası İzabella ilə evlənməsi
nəticəsində Kastiliya ilə Araqon krallığı birləşdirildi. Beləliklə vahid İspaniya
dövləti yarandı. Bundan sonra onlar dövləti birlikdə idarə etməyə başladılar.
Kastiliya və Araqon
krallıqlarının birləşməsi
nəticəsində yaranmışdı
İspaniya krallığı
XIV-XV əsrlərdə
Fransa və İngiltərə kimi silki
monarxiya idi
Portuqaliyadan başqa bütün
Piriney yarımadasını ələ
keçirmişdi
1479-cu ildə yaradılmışdı,
mərkəzləşmiş dövlət idi
Navarra krallığını Fransa ilə
bölüşdürmüşdü
Qranada əmirliyini işğal edərək
onun varlığına son qoymuşdu
Araqon
Navarra
Kastiliya
127
İtaliya
İtaliyada ilk şəhər respublikaların yaranması
Fransa və İngiltərədən fərqli olaraq klassik
feodalizm dövründə İtaliyanın birləşdirilməsi başa
çatmadı.
İtaliyada mərkəzləşmiş dövlət olmadığı üçün
şəhərlərin bütün iqtisadi və siyasi həyatı senyorların
nəzarəti altında idi.
X-XI əsrlərdə İtaliya şəhərləri
senyorlara qarşı mübarizə aparırdılar. Senyorlara qarşı
mübarizə nəticəsində İtaliyanın Milan, Boloniya, Piza
kimi
varlı şəhərləri
güclənərək
tədricən ətraf əraziləri də
öz tərkiblərinə daxil edərək müstəqil
şəhər dövlətlərinə və
ya respublikalara çevrildilər.
XV əsrdə İtaliyanın Florensiya, Milan, Bolonya
şəhərlərində də ayrı-ayrı varlı ailələr hakimiyyəti ələ
keçirdilər.
X-XI əsrlərdə İtaliyada özünüidarə hüququ əldə etmiş şəhərlər
XV əsrdə İtaliyada varlıların tiranlıq idarə üsulu yaratmış şəhərlər
Florensiya şəhər respublikası
Klassik feodalizm dövründə İtaliyanın ən böyük və varlı şəhərlərindən biri Florensiya idi. Bu şəhərdə XIV əsrin
30-cu illərində çoxlu sayda ilkin kapitalist müəssisəsi olan mahud emalatxanaları var idi.
Bu emalatxanalarda muzdlu
əmək də tətbiq edilirdi.
XV əsrdə İtaliyanın Milan, Bolonya şəhərlərində olduğu kimi
Florensiyada da, də ayrı-ayrı varlı ailələr hakimiyyəti ələ keçirdilər.
Bu dövrdə
Florensiyada hakimiyyət varlı ticarətçi və bankir olan
Mediçilər ailəsinin əlində idi. Mediçilər Florensiyada hakimiyyətdə
olduğu dövrdə:
Yoxsullara kiçik miqdarda pul yardımı etdilər.
Şəhərin geniş təbəqələrinin vergi yükünü yüngülləşdirdilər.
Şəhərdə çoxlu tikinti işləri arararaq çoxsaylı sənətkarların
orada işləmələrinə şərait yaratdılar.
Dostları ilə paylaş: |