Rey
Nişapur
Isfahan
Malazgird döyüşündə
Bizans ordusu məğlub
edildi
Anadolu həmişəlik
türk yurduna çevrildi
―Müsəlmanların
xilaskarı‖ və ―İslamın
nuru‖ adını aldı
Bağdatda Nizamiyyə
mədrəsəsi quruldu
Alp Arslanın hakimiyyəti
Malazgird
döyüşü
1071-ci il, Malazgird döyüşü
88
Səlcuq imperiyasında ticarətin inkişafına xüsusi diqqət verilirdi.
Məlikşah dövründə ticarətin canlanması üçün
aşağıdakı tədbirlər həyata keçirildi:
Vahid çəki, ölçü və pul sistemi tətbiq olundu.
Tacirlər bəzi rüsumlardan azad edildi.
Səlcuq imperiyasının tənəzzülü
Sultan I Məlikşahdan sonra Səlcuq imperiyası zəiflədi və ayrı-ayrı əmirlər arasında ara müharibələri başlandı.
Buna görə də Xaç (səlib) yürüşləri zamanı avropalıların qarətçi yürüşlərinin qarşısını almaq mümkün olmadı. Səlibçilər
Suriyanı ələ keçirərək Qüdsü ələ keçirdilər. Sonuncu Səlcuq sultanı Səncərin (1118-1157) hakimiyyəti zamanı dövlətin
ərazi bütövlüyü pozuldu. Uzunsürən ara müharibələri, saray çəkişmələri, qiyamlar, vergilərin çoxluğundan narazı olan
kəndlilərin və sənətkarların üsyanları Səlcuq dövlətini zəiflətdi. Səncərin ölümündən sonra Səlcuq imperiyası süqut etdi
və onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra
əmirliklər yarandı.
Türk sərkərdəsi Səlcuqun adından
yaranmışdı
Bütün Xorasan və Xarəzmi ələ
keçirmişdi
Paytaxtı Nişapur, Rey və İsfahan
şəhərləri olmuşdu
Bağdad da daxil olmaqla İraqı
tutmuşdu
Əsas hücum hədəfi Bizans idi
Uc torpaq mülkiyyət forması
meydana gəlmişdi
Rəvvadilər və Şəddadilər vassal
asılılığına salmışdı
Dəndənakan döyüşündə Qəznəviləri
məğlub etmişdi
Vahid çəki, ölçü və pul sistemi tətbiq
olunmuşdu
Oğuzların qınıq
boyundan idi
1038-1157-ci illərdə
mövcud olmuşdu
İmperatorluğun banisi I Toğrul idi
Səlcuq
imperiyası
Toğrul bəy
Malazgird döyüşündə Bizansı məğlub edərək Anadolunu türk torpağına çevirdi,
«İslamın nuru» adını aldı
Alp Arslan
Məlikşah
Ankara tutuldu, paytaxt İsfahana köçürüldü, vahid çəki, ölçü və pul sistemi tətbiq
olundu
, tacirlər bəzi rüsumlardan azad edildi
Sultan Səncər
Dövlətin ərazi bütövlüyü pozuldu, Böyük Səlcuq imperatorluğu faktiki olaraq ayrı-
ayrı müstəqil dövlətlərə parçalandı
Böyük Səlcuq imperatorluğunu yaratdı, Dəndənəkan döyüşündə qəznəviləri məğlub
etdi, Bağdadı tutarq «Qərbin və şərqin hökmdarı» titulunu aldı
Böyük Səlcuq imperatorluğunun tənəzzülünün səbəbləri
1157-ci il
Feodal ara müharibələri
Saray cəkişmələri
Xaç (səlib) yürüşləri
Natural təsərrüfatın hökmranlığı
kəndlilərin və ənətkarların üsyanları
89
Hindistan. Dehli sultanlığı (1206-1526). Böyük Moğol dövləti (1526-1858)
Hindistanda Qupta sülaləsinin hakimiyyəti
IV əsrdə Hindistanda Qupta sülaləsi hakimiyyətə gəldi. Qupta
sülaləsinin hakimiyyət dövrü «Hindistanın qızıl əsri» adlanır. Bu dövrdə
ədəbiyyat, incəsənət və memarlıq inkişaf etdi. V əsrin sonunda:
Qupta dövləti parçalandı.
Qupta hökmdarları Ağ hunların asılılığı altına düşdülər.
VI-XIII əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başladı.
Kasta sistemi, ölkənin çoxmillətli olması və müxtəlif dini
etiqadların mövcudluğu ölkədə feodal pərakəndəliyini gücləndirirdi.
Qupta imperiyasının dağılması nəticəsində Hindistanda 70-ə qədər
müstəqil kiçik dövlət qurumları yarandı. Belə dövlət qurumlarının başçıları
olan racələr hərbi xidmət əvəzində torpağın bir hissəsini kəndlilərlə
birlikdə yaxın adamlarına paylayırdılar. Verilən torpaqlar irsən keçirdi.
Hindistanda da kəndlilər töycü ödəyir və müxtəlif mükəlləfiyyətlər
daşıyırdılar. Hindistanın qərbində çoxlu liman şəhəri var idi. Burada olan
bazarlarda yerli və xarici mallar satılırdı.
Parça, ədviyyat, boyalar və zərgərlik əşyaları almaq üçün buraya Çindən, Afrikadan və Ərəbistandan tacirlər gəlirdilər.
Hindistanla ticarətdə ərəb tacirləri əsas rol oynayırdılar. Hindistan limanlarında onların daimi məskənləri var idi. Avropa
səyyahları nadir hallarda Hindistana gəlib çıxa bilirdilər.
Ərəblərin Hindistana yürüşü
VIII əsrin əvvəlində Hindistan ərəblərin yürüşünə mğruz qaldı.
Ərəb işğalları nəticəsində:
Hindistanın qərbi ərəblər tərəfindən işğal edildi.
Hindistanda iki ərəb əmirliyi - Mənsurə və Multan
müsəlman
əmirlikləri yarandı.
Hindistanda yayılmağa başlayan İslam dini yerli dinləri sıxışdırıb aradan çıxardı.
İslam mədəniyyəti Hindistanda yayılmağa başladı.
QEYD:
Ərəblərin Hindistanı qısa müddətdə işgal etməsinin səbəbi ölkədə feodal pərakəndəliyin mövcud olması idi.
Ərəb işğalları nəticəsində yaradılan Mənsurə və Multan əmirliklərini ərəb əmirləri idarə edirdilər.
Qəznəvilərin Hindistana yürüşləri
Hindistanın feodal pərakəndəliyindən istifadə edən Qəznəvi hökmdarı Sultan Mahmud XI əsrin əvvəllərində
Hindistana 17 dəfə yürüş etdi. Sultan Mahmudun Hindistana yürüşləri nəticəsində:
Kəşmir, Pəncab və Qucarat əyalətləri Qəznəvilər dövlətinin tərkibinə qatıldı.
Hindistanın şimalında türk-müsəlman əhalinin məskunlaşması və bu yerlərdə İslam dininin yayılması gücləndi.
Hindistanda Dehli sultanlığının yaranması
XII əsrdə türk
tayfaları Hindistan ərazilərinə aramsız yürüşlər edirdilər. Bu hücumların nəticəsində 1206-cı ildə
türk sərkərdəsi Qütbəddin Aybək (1206-1210) Hindistanı tutaraq burada Dehli sultanlığının əsasını qoydu. Dehli sultanlığı
Hindistan ərazisində müsəlman türklərin yaratdığı ilk ən böyük dövlət idi.
Qütbəddin Aybək Hindistanda möhkəmlənmək məqsədilə İslamın və türk dilinin yayılmasına can atdı. Müasirləri
qeyd edirlər ki, sultan türk dilini bilməyən məmurları bu dili öyrənməyə məcbur edirdi.
Dehli sultanlığında Şəmsiyyə sülaləsinin hakimiyyətə gəlməsi
Qütbəddin Aybəkin ölümündən sonra hakimiyyətə kürəkəni Eltutmuş xan
(1211-1236)
gəldi.
Eltutmuş xanın
hakimiyyətə gəlməsi ilə Dehli sultanlığında Şəmsiyyə sülaləsinin hakimiyyəti başladı.
Eltutmuş xanın hakimiyyəti
dövründə:
Dehli sultanlığının ərazisi xeyli genişləndi.
Pəncabın böyük hissəsi - Multan və Lahor işğal edildi.
Qəznəyə qədər olan ərazilər dövlətin tərkibinə qatıldı.
Eltutmuş xandan sonra hakimiyyətə onun qızı, müsəlman və türk tarixində nadir qadın hökmdarlardan olan
Raziyyə sultan (1236-1240) gəldi.
90
Dehli sultanlığının idarəetmə sistemi
Dehli sultanlığı feodal monarxiyası idi. Dövlətin başında qeyri məhdud hakimiyyətə malik sultan dururdu. Dehli
sultanlığında sultandan sonra ikinci vəzifəli şəxs baş vəzir sayılırdı. Baş vəzir aşağıdakı işlərə rəhbərlik edirdi:
Dövlət idarələrinə.
Hərbi işlərə.
Dehli sultanlığı inzibati cəhətdən vilayətlərə, vilayətlər isə dairələrə bölünürdü. Vilayətlər sultan tərəfindən birbaşa
təyin olunan valilər tərəfindən, dairələrsə birbaşa vali tərəfindən təyin edilmiş rəislər tərəfindən idarə olunurdu. Dehli
sultanlığında məhkəmə işlərinə qazilər başçılıq edirdi.
Dehli sultanlığında torpaq mülkiyyət formaları
XIII-XIV əsrlərdə Dehli sultanlığında aşağıdakı torpaq mülkiyyət formaları mövcud olmuşdur:
Dövlət – gəliri birbaşa dövlət xəzinəsinə daxil olan torpaq mülkiyyət forması idi.
Dehli sultanlığında əsas
torpaq mülkiyyətçisi dövlət hesab olunurdu.
Xass – sultan ailəsiə mənsub olan torpaqlar idi.
İqta - türk mənşəli sərkərdə və məmurlara sultan tərəfindən verilən torpaq mülkiyyət forması idi.
Bu
torpaqların
sahibi “zəmindar” adlanırdı.
Vəqf – müsəlman ruhanilərinin və məscidlərin saxlanılması üçün sultan tərəfindən ayrılan torpaqlar idi.
İcma –
İcmalara məxsus ümumi torpaqlar (otlaqlar, qəbiristanlıqlar və.s) idi.
Dehli sultanlığının süqutu
XVI əsrin əvvəllərində Hindistanın ən böyük dövləti olan Dehli sultanlığı dağınıqlıq dövrü keçirirdi. Əmir
Teymurun yürüşləri dövləti daha da zəiflətmişdi. Bu vəziyyət ölkə iqtisadiyyatına ziyan vurur, vahid daxili bazarın, iqtisadi
əlaqələrin yaranmasına mane olurdu.
Ümumilikdə, Dehli sultanlığının tənəzzülünün səbəbləri aşağıdakı amillərlə bağlı idi:
Daxili çəkişmələr.
Əmir Teymurun yürüşü.
1526-cı ildə Babur şah Dehli sultanlığının varlığına son qoyaraq onun yerində müsəlman-türk mənşəli Böyük
Moğol imperatorluğunu yaratdı.
Vilayətləri idarə
edirdi, sultan
tərəfindən
birbaşa təyin
olunurdu
Vali
Baş vəzir
Dövlətin başında
duran və qeyri
məhdud hakimiyyətə
malik şəxs idi
Sultan
Dehli sultanlığının idarəetmə sistemi
Sultandan sonra
ikinci vəzifəli şəxs
idi. Dövlət
idarələrinə, hərbi
işlərə rəhbərlik
edirdi
Rəis
Dairələri idarə
edirdi, birbaşa
vali tərəfindən
təyin edilirdi
Qazi
Məhkəmə
işlərinə başçılıq
edirdi
91
Böyük Moğol dövlətinin yaranması Əkbər şahın hakimiyyəti
XVI əsrin birinci yarısında Hindistan feodal dağınıqlığı dövrünü yaşayırdı.
Belə bir şəraitdə ölkədə müsəlman-türk mənşəli Böyük Moğol imperatorluğu
yarandı. Dövlətin əsasını Babur şah (1526-1530) qoymuşdur. Babur şah hələ
dövlət yaratmamışdan əvvəl
özünü Əmir Teymurun varisi elan etmiş və
Hindistanın bir hissəsini ələ keçirmiş, bu hadisə Dehli sultanlığı ilə müharibəyə
səbəb olmuşdu. 1526-cı ildə Babur şahla Dehli sultanı arasında qanlı döyüş baş
verdi. Döyüş nəticəsində:
Babur şah qalib gələrək Aqra şəhərini tutdu
Dehli sultanlığının varlığına son qoyuldu.
Böyük Moğol dövlətinin əsası qoyuldu.
Babur şah Aqra şəhərini Böyük Moğol dövlətinin paytaxtı etdi. Babur şah
Hindistan incilərinin yaradıcısı və dövlətin qurucusu kimi tarixə daxil oldu. O,
böyük sərkərdə olmaqla yanaşı, şair, bəstəkar, memar olmuşdur.
Əkbər şahın (1556-1605) hakimiyyəti dövründə:
İqtisadi münasibətlərdə sabitlik yaradıldı.
Moğol dövləti imperatorluğa çevrilməyə başladı.
Ölkədə əhəmiyyətli islahatlar həyata keçirildi.
Ticarətin inkişafı və karvan yollarının mühafizəsi təmin edildi.
Babur şahın dövründə başlayan Səfəvi və Osmanlı imperatorları ilə
diplomatik əlaqələr davam etdirildi.
Dehli və Moğol imperatorluqları üçün oxşar cəhətlər
Dehli və
Moğol
imperatorluğu
Əsas torpaq mülkiyyətçisi dövlət idi
Feodal monarxiya dövlətləri idilər
Hindistan torpaqlarında yaranmışdılar
Müsəlman-türk sülalələr tərəfindən
idarə olunurdu
Böyük
Moğol
imperatorluğu
Əsası Babur şah
tərəfindən
qoyulmuşdu
Əkbər şahın dövründə
imperatorluğa
çevrilmişdi
Müsəlman-türk
sülalələr tərəfindən
idarə olunurdu
Paytaxtı Aqara
şəhəri olmuşdur
Hindistan
torpaqlarında
yaranmışdı
Ticarətin inkişafına
qayğı göstərilirdi
Səfəvi və Osmanlı
dövləti ilə əlaqələr
yaratmışdı
Dehli sultanlığının
varlığına son
qoymuşdu
Babur şah
Əkbər şah
92
Böyük Monqol imperatorluğu
Monqolların yaşadığı ərazi və onların məşğuliyyəti
Monqollar qədim zamanlardan Mərkəzi Asiyanın geniş çöllərində
( Kulun-Bugir gölündən başlayaraq Altay
dağlarının qərb ətəklərinədək olan ərazilərdə) yaşayırdılar. Monqolların əsas məşğuliyyəti köçəri maldarlıq idi.
XII əsrdən başlayaraq: monqollara aiddir:
Monqollar arasında qəbilə münasibətləri (ibtidai icma quruluşu) dağılmağa başladı.
Qəbilələr dağıldıqdan sonra
hərbi təşkilatlar olan
ordular - birləşmələr yarandı.
Ordunun başında duran hərbi rəislər – xan titulu daşıyan bahadırlar və noyonlar köçmənləri öz hökmranlığı
altında birləşdirdilər.
Köçəri maldar tayfalar noyon, bahadır və xanlara məhsulla töycü ödəməyə başladılar.
Beləliklə XII əsrdə monqollar arasında feodal münasibətləri yarandı.
Monqol dövlətinin yaranması (1206)
1206-cı ildə Onon çayı sahilində
monqol və türk tayfa əyanlarının
qurultayı keçirildi. Onon çayı qurultayında:
Monqol dövləti yaradıldı.
Temuçin
böyük xaqan seçildi və Çingiz adlandırıldı
.
Monqol dövlətinin ilk paytaxtı Qaraqorum şəhəri olmuşdu.
Monqol dövləti hərbi demokratiyanı özündə birləşdirən feodal dövləti idi.
Monqol dövlətində
ilk
qanunlar toplusu (məcəlləsi)
«Böyük Yasa»
adlanırdı.
«Böyük Yasa» Çingiz xanın dövründə yaradılmışdı.
«Böyük Yasa»
da:
Monqolların feodal münasibətlərinə keçməsi öz əksini tapmışdı.
Feodalların imtiyazlarından,
mülkiyyət, vergi və idarəçilik
sistemindən bəhs olunurdu.
Çingiz xanın güclü ordu qurması
Çingiz xan (1206-1227) qısa vaxt ərzində monqol, həmçinin qonşu türk tayfalarını birləşdirdi və
geniş işğallar
üçün güclü ordu yaratdı.
Çingiz xan bu
məqsədlə itaət altına alınan bütün torpaqları verdikləri əsgərlərin sayından asılı
olaraq tümənlərə, minlərə və yüzlüklərə böldü,
tayfa başçılarını, hakimləri və noyonları tümənbaşı, minbaşı, yüzbaşı təyin
etdi.
Tümən rəisləri, minbaşılar və yüzbaşılar Çingiz xanın vassalları idi. Çingiz xanın dövründə monqol qoşununun
özəyini çevik süvarilər təşkil edirdi.
Çingiz xan güclü süvari ordu ilə yanaşı, xüsusi qoşun növü də yaratdı. Monqol
ordusu divardeşən, daş və yanan maye atan mancanaqlar - qurğular ilə təmin edilmişdi.
Çingiz xanın özünəməxsus hərbi
strategiya və taktikası var idi. Çingiz xanın hərbi strategiya və taktikasının əsas xüsusiyyətləri aşağıdakılar idi:
Dəqiq kəşfiyat məlumatları toplamaq.
Düşmənin qüvvələrini parçalamaq.
Çoxsaylı süvari dəstələrlə gözlənilmədən hücuma keçmək.
Çingiz xan
93
Monqol istilaları. Çingiz xanın hərbi yürüşləri
Çingiz xan dövləti qurduqdan sonra
qalibiyyətli
hərbi yürüşlərə başladı.
Monqolların hərbi yürüşləri nəticəsində:
1207-1211-ci illərdə
Sibir və Şərqi Türküstanda yaşayan qırğız, merkit, bunyak və uyğur tayfaları
monqollara
tabe edildi.
1211-ci ildə
Şimali Çin işğal edildi.
1215-ci ildə Pekinin monqollar tərəfindən tutulması ilə Şimali Çinin işğalı
başa çatdırıldı.
1219-1221-ci illərdə monqol ordusu zəngin Xarəzmşah şəhərlərini (
Otrar, Buxara, Səmərqənd, Üzgənc, Mərv
və.s)
ələ keçirdi
.
1220-1222-ci illərdə monqol orduları Cəba və Sabutayın başçılığı ilə Cəlaləddini təqib edərək Şimali İran və
Cənubi Qafqaza yürüş etdilər.
Monqolların Azərbaycana, İrana və Cənubi Qafqaza kəşfiyyat yürüşləri
gələcəkdə yeni ərazilərin işğalı üçün zəmin yaratdı.
Monqo dövlətinin parçalanması
1227-ci ildə Çingiz xan vəfat etdi. Çingiz xan hələ sağlığında dövlətin ərazisini övladları arasında dörd ulusa
bölmüşdü.
Çingiz xanın vəfatından sonra
imperiya bir müddət bütövlüyünü saxladı.
XIII əsrin ikinci yarısında,
Xubilay xanın dövründə Monqol imperatorluğunda hakimiyyət uğrunda mübarizə
gücləndi. Xubilay xanın (1264-1294) hakimiyyəti dövründə:
Paytaxt Qaraqorumdan Pekinə (1264) köçürüldü.
Çinin Cənub hissəsi
istila
edildi.
XIV əsrin əvvəllərində Monqol dövləti parçalandı və ərazisində ayrı-ayrı dövlətlər yarandı.
XIII əsrin 40-50-ci
illərində Çingiz xanın nəvələri görkəmli sərkərdə Batı xan və Hülakü xan Qaraqoruma tabe olan güclü dövlətlər
yaratdılar.
Monqol
imperatorluğu
Onon qurultayı nəticəsində yaranmışdı
Qanunlar küllüyyatı «Böyük Yasa »
adlanırdı
Bütün Çini istila etmişdi
Dövlət dörd ulusa bölünürdü
1207-1211-ci illərdə monqolların itaət altına aldığı xalqlar
uyğurlar
buynaklar
qırğızlar
merkitlər
Çoxsaylı süvarilərlə qəfildən hücuma keçmək
Düşmənin qüvvələrini parçalamaq
Dəqiq kəşfiyat məlumatları toplamaq
Çingiz xanın
hərbi strategiyası
94
Qızıl Ordu dövləti (XIII əsrin 40-cı illəri – XVI əsrin əvvəlləri)
Qızıl Ordu dövlətinin yaranması
XIII əsrin 40-cı illərində Batı xanın başçılığı ilə monqol işğalları nəticəsində Şərqi
Avropada Qızıl Ordu dövlət yarandı.
Dövlətin banisi Batı xan olmuşdur. XIII əsrin sonlarında
Qızıl Ordu Monqol imperatorluğu ilə əlaqələrini tamamilə kəsərək müstəqil siyasət yürütməyə
başladı. Qızıl Ordu geniş bir əraziyə malik dövlət idi.
Rus knyazlıqları isə Qızıl Ordu dövlətinin
tərkibində olmasalar da, ondan vassal asılılığında idilər. Qızıl ordunun ilk paytaxtı Saray-Batı
sonra isə Saray-Bəkrə
şəhəri olmuşdu.
Qızıl Ordu dövlətində əhalinin və qoşunun əsas hissəsini
türklər təşkil edirdi. Qızıl Ordu xanlarının fərmanları türk dilində yazılırdı.
Qızıl Ordu dövlətində
Dostları ilə paylaş: |