80
Ərəblər. Ərəb Xilafəti
Ərəblərin yaşadığı ərazi. Köçəri bədəvilərin həyat tərzi
Ərəblərin vətəni Asiya qitəsinin cənub-qərbi,
Asiya, Afrika qitələri və Aralıq dənizinin qovuşduğu
Ərəbistan
yarımadası idi
. Əsasən səhralar və vahələrdən ibarət olan
Ərəbistan yarımadasının
cənubunda su və yağış bol olurdu.
Səhrada leysan yağışlarından sonra müvəqqəti suyu olan quru dərə
vadi adlanırdı.
Ölkənin cənubunda yağıntıların bolluğu
əkinçiliyə şərait yaradırdı. Buna görə də əhalinin sıxlığı cənubda daha çox idi.
Yarımadanın
şimalında və
mərkəzində
əhali çox az məskunlaşmışdı. Burada onlar
maldarlıqla məşğul olur, dəvə, qoyun və at saxlayırdılar. Ərəbistan
yarımadasının şimalında yaşayan köçəri ərəblər
bədəvi (çöllülər) adlanırdı.
Susuz səhralara davam gətirən dəvə ən yaxşı
«Yük gəmisi» idi. Ona görə də onu
səhra gəmisi adlandırırlar.
İslamdan öncə ərəblər
ibtidai icma quruluşunda - qəbilələr halında yaşayırdı. Hər bir qəbiləni
qəbilə başçısı idarə
edirdi. Zaman keçdikcə qəbilələr
tayfalar şəklində birləşməyə başladılar.
İslam dininin meydana gəlməsi (610)
610-cu ildə İslam dini meydana gəldi.
Ərəblərdə yeni dinin meydana gəlməsi
Məhəmməd Peyğəmbərin adı ilə
bağlıdır.
Bu dini qəbul edənlər
müsəlman adlandırılırdı.
Müqəddəs kitabı
«Qurani-Kərim» olan İslam dini sonuncu səmavi din idi. Ərəblər İslam dininin qəbulu sayəsində
tərəqqiyə qovuşdu. Onların həyatı tamamilə dəyişdi. İslam ərəb xalqına cəmiyyət qanunlarını, dövlət qurmağı və onu idarə
etməyi öyrətdi. Ərəblər İslam dəyərlərini
qərbdə Atlantik okeanına, şərqdə Çinə qədər geniş ərazidə yaydılar.
QEYD:
Məhəmməd Peyğəmbər
610-cu ildə 40-yaşında İslam dinini təbliğ etməyə başladı. İslam dininin müqəddəs
kitabı olan
«Quran»
sözünün mənası,
oxumaq, tələffüz etmək deməkdir. Bu müqəddəs kitab
114 surədən (fəsil, bölmə)
ibarətdir. Onun hər cümləsi və yaxud cümlənin bir hissəsi
ayə adlanır. İslamı qəbul edən hər bir insan 5 şərtə əməl
etməlidir.
Ərəb dövlətinin yaranması (630)
Məhəmməd Peyğəmbər İslam dinini qəbul etmiş tərəfdarları ilə o dövrdə
ticarət
mərkəzi olan
Məkkədə
müsəlman icmasını yaratdı. Məhəmməd Peyğəmbər İslam dinini
Məkkədə çətinliklə yayırdı. Odur ki, maneələri aradan qaldırmaq üçün O,
622-ci ildə
Məkkədən
Mədinəyə köçdü. Məhəmməd Peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə
köçməsi ilə
Hicri tarixi başlayır.
630-cu ildə
Məhəmməd Peyğəmbər
Məkkədə Ərəb
dövlətini yaratdı.
Məhəmməd Peyğəmbər (630-632) yeni dinin və dövlətin başçısı oldu.
Peyğəmbərin
vəfatından sonra dövləti
xəlifələr idarə etməyə başladılar.
Ərəb tarixinin dövrləşdirilməsi
Xəlifələr dövrü (632-661)
Məhəmməd Peyğəmbər vəfat edəndən sonra dövləti Peyğəmbərin müavinləri –
xəlifələr idarə etməyə başladılar.
Bu
dövlətin başçılarına
xəlifə, yəni Peyğəmbərin davamçısı deyirdilər. 632-ci ildən başlayaraq 661-ci ilədək ölkəni bir-birinin
ardınca xəlifə
Əbu
Bəkr, Ömər, Osman və
Əli idarə etdilər. Xəlifələr
dövründə:
Ərəb işğalları genişləndi,
Bizans və
İran (Sasani) torpaqları işğal edildi.
Ərəblər Bizansın bir çox ərazilərini ələ keçirdilər və
Şimali Afrikaya yiyələndilər.
Ərəblər Sasanilər dövlətinin varlığına son qoydular.
Ərəblər yürüşləri Şərqdə Hind çayı vadisinə qədər davam etdi.
Ərəb xilafəti Atlantik okeanından Hindistan və Çinədək olan geniş əraziləri özünə birləşdirdi.
QEYD:
Ərəblərin Bizans və İran torpaqlarını asanlıqla işğal etməsinin səbəbi həmin dövrdə Bizans və Sasanilər
dövlətinin bir biri ilə müharibələrdə zəifləməsi idi.
III dövr – Abbasilər sülaləsinin hakimiyyəti dövrü (750-1258)
II dövr - Əməvilər sülaləsinin hakimiyyəti dövrü (661-750)
I dövr - Peyğəmbərin (630-632) və 4 xəlifənin dövrü (630-661)
Ərəb dövləti
(630-1258)
0
10
Dostları ilə paylaş: