Anar İsayev Ramil Rəhimov



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
Anar Isayev Tarix


 

 
47 
 
qızıl  tərəzidə  çəkilərkən  qalların  başçısı  öz  ağır  qılıncını  tərəzinin  çəki  daşları  qoyulan  gözünə  atdı.  Romalılar  buna  etiraz 
edərkən qalların başçısı demişdir: “Bu məğlubların bəlasıdır”
 
İtaliyanın Roma tərəfindən işğalı 
Roma  dövləti  yeni  ərazilər  tutmaq  üçün  orduya  xüsusi  fikir  verirdi.  Roma  ordusunun 
hərbi quruluşu legion adlanırdı. Roma legionuna aiddir: 
 
Əsas gücü ağır silahlı piyadalardan ibarət idi. 
 
Nizə və qılıncla silahlanır, zirehli paltar geyinirdilər. 
Süvari qoşun hissələri piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər. 
Güclənmiş  romalılar  e.ə  III  əsrdə  Cənubi  İtaliyadakı  yunan  şəhərlərini  tutmaqla 
yarımadanın bütün ərazisinə  sahib oldular. Romalılar onlar tabe  etdikləri tayfaları  «Parçala və 
hökmranlıq  et!»  siyasəti  ilə  idarə  edirdilər. Bütün  İtaliyanı  tutduqdan  sonra  Roma  Siciliya 
adasını ələ keçirməyə can atırdı. 
 
Pun müharibələri (e.ə. 264 – e.ə 146) 
Roma  Siciliya  adasını  ələ  keçirmək  istəyərkən  Şimali  Afrikada  yerləşən  güclü  Karfagen  dövləti  də  işğal  etməyə 
çalışırdı. Karfagen  şəhərinin  əsası  finikiyalılar  tərəfindən  qoyulmuşdu.  Romanın  Siciliyanı  istila  etmək  istəyi  Karfagen 
arasında müharibəyə səbəb oldu. E.ə. 264- e.ə 146-cı illərdə fasilələrlə Roma ilə Karfagen arasında davam edən müharibələr 
baş verdi. Romalılar karfagenliləri punlar adlandırdıqları  üçün bu müharibə Pun müharibələri adını aldı. 
 
Pun müharibələrinin gedişi zamanı: 
 
Siciliya, Sardiniya, Korsika adaları Roma tərəfindən işğal olundu. 
 
Karfagen şəhəri tutularaq dağıdıldı. 
 
Roma senatının qərarı ilə Karfagen Romanın əyaləti elan edildi.  
E.ə.  146-cı  ildə  Yunanıstan  da  Roma  tərəfindən  işğal  olundu.  Şəhərlər  ələ  keçirildikdən  sonra  qalib  sərkərdə  qarət 
üçün onu döyüşçülərin ixtiyarına verirdi. Qənimətin bir hissəsi Roma xəzinəsinə daxil olurdu. Qalib sərkərdə triumfla dörd ağ 
at qoşulmuş arabada Romaya daxil olurdu. işğal olunmuş əraziləri canişinlər idarə edirdilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yunanıstan
 
Karfagen
 
 
 
Misir
 
 
İtaliya 
 
Roma işğalları 
 
Makedoniya
 
 
Korsika
 
Siciliya
 
Sardiniya
 
 
Pun müharibələri zamanı Romalıların əli  keçirdiyi ərazilər 
 
 
 
Roma döyüşçüsü
 
 
 

 
48 
 
 
 
 
  
 
 
 
 
Romada qulların vəziyyəti 
 
Roma  işğallar nəticəsində  geniş  ərazilər  ələ  keçirdi.  Roma işğal etdiyi 
şəhərləri    ələ  keçirdikdən  sonra  hərbi  əsirlər  və  işğal  olunmuş  ərazilərin  dinc 
əhalisi qul edilib satılırdı.  
Qədim Romada qulların vəziyyəti son dərəcə ağır idi. Qul sahibləri qula 
ağır  işgəncələr  verə,  onu  ölümə  məhkum  edə  bilərdilər.  İtaət  etməyən  qullar 
daş  karxanalarında    işlədilirdi.  Qullar  heç  bir  hüquqa  malik  deyildilər. 
Romalılar  qulları  «danışan  əmək  alətləri»  adlandırırdılar.  Romada  xeyli  qul 
bazarı var idi. Romada ən böyük qul bazarı Egey dənizindəki Delos adasında 
yerləşirdi. Çevik  və  güclü  qullara  xüsusi  məktəblərdə  silah  işlətməyi  öyrədir, 
onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. 
 
Qladiator döyüşləri 
Roma  qladiator  döyüşlərinin  təşkil  edildiyi  qədim  dövlət  idi.  Qladiator 
güclü, çevik, bir-biri ilə vuruşmağa məcbur edilən qullara deyilirdi.  
Qladiator döyüşlərinə aiddir: 
 
Romada e.ə III əsrdən başlayaraq keçirilirdi. 
 
Döyüşdən əvvəl qullar xüsusi məktəblərdə döyüşə hazırlanırdı. 
 
Qladiator döyüşləri əsasən bayramlarda keçirilirdi. 
 
Qladiator döyüşləri keçirmək üçün amfiteatır tikilirdi. 
 
Qladiatorlar 
amfiteatrın 
mərkəzində 
yerləşən 
arenada 
döyüşürdülər. 
 
Məğlub  edilən,  lakin  sağ  qalan  qladiatorun  taleyi  tamaşaçılardan 
asılı idi. 
 
Qladiatorların  yırtıcı  heyvanlarla  da  (şir,  pələng  və.s)  təkbətək 
döyüşləri keçirilirdi. 
Qeyd olunduğu kimi, məğlub edilən, lakin sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi. Belə ki, tamaşaçılar baş 
barmaqlarını  qaldırırdılarsa,  məğlub  olan  qladiator  sağ  qalırdı.  Baş  barmaqlarını  aşağı  saldıqda  isə  o,  qalib  gələn  qladiator 
tərəfindən öldürülürdü.  
 
 
Qullara 
verilən 
adlar 
Misirdə “canlı ölülər” 
 
Yunanıstanda “insan ayaqlılar” 
 
Romada “danışan əmək alətləri” 
 
Hindistanda “yad”, “düşmən”  
 
Spartada “hilotlar”  
 
«Pirr qələbəsi»
 
Hazırda çox böyük itkilər hesabına başa gələn uğurlar zamanı 
bəzən  «pirr  qələbəsi»  ifadəsini  işlədirik.  Qədim  tarixçilərin 
yazdığına görə bu ifadə belə yaranmışdır.  Romalılar Cənubi 
İtaliyada 
yunan 
şəhərləri 
ilə 
vuruşarkən, 
Balkan 
yarımadasında  Epir  padşahlığının  hökmdarı  Pirr  öz  ordusu 
ilə  yunanlara  köməyə  gəlir.  Onun  ordusu  22  min  piyada,  3 
min atlı döyüşçü və 20 döyüş filindən ibarət idi. Döyüş zamanı 
fillər  romalıların  sıralarına  girdi.  Fillərin  üstündə  oturan 
döyüşçülər  romalıların  üzərinə  ox  və  mizraq  yağdırırdılar. 
Pirrin ordusu bir neçə qələbə qazandı. 
 
 
Lakin  bu  qələbələr  çox  böyük  itki  hesabına  başa  gəldiyi  üçün  Pirr  dedi:  «Daha  bir  belə  qələbə  də  qazansaq,  mən 
ordusuz qalacağam».  Nəticədə Pirrin ordusu məğlub edildi. Bu gün də «Pirr qələbəsi» ifadəsi məğlubiyyətə bərabər 
qələbə mənasında işlənir. 
 
 
 
Romada qul bazarı
 
 
 
 
 
Qladiator döyüşləri 
 

 
49 
 
 
Tiberi və Qay Qrakx qardaşlarının torpaq islahatı 
Romada kəndlilərin çoxu torpaqsız  idi. E.ə. 133-cü ildə xalq yığıncağında  xalq 
tribunu  seçilən  Tiberi  Qrakx  kəndlilər  üçün  yeni  torpaq  qanunu  təklif  etdi.  Tiberi 
Qrakxın  torpaq  qanunu  quldarların  mənafeyinə  zidd  idi.  Buna  görə  də  varlı 
quldarlardan  ibarət  olan  Senat  bu  təklifi  rədd  etdi  və  qanunu  qəbul  etmədi.  Buna 
baxmayaraq,  Tiberinin  çağırdığı  xalq  yığıncağı  torpaq  qanununu  qəbul  etdi.  Tiberi 
Qrakxın torpaq qanununa əsasən torpaqlar quldarlardan alınıb yoxsullara paylanmağa 
başlanıldı.  Senat xalqdan qorxub Xalq yığıncağının qanununa qarşı çıxmadı. Tiberinin 
düşmənləri  ona  böhtan  ataraq  padşah  olmaq  istəməkdə  günahlandırdılar.  Bundan 
istifadə edən senat xalqı “respublikanı xilas etməyə” çağırdı. Onlar isə Tiberini və onun 
300 tərəfdarını öldürdülər. Ölənlərin meyitini cinayətkar kimi Tibr çayına atdılar. Tiberi 
Qrakxın torpaq qanunu isə tam həyata keçmədi. 
E.ə.  123-cü  ildə  Tiberinin  qardaşı  Qay  Qrakx  xalq  tribunu  seçildi.  Qay  Qrakx 
tribun seçildikdən sonra kəndlilərə torpaq paylanmasını davam etdirdi. Lakin qardaşı 
kimi, o da öldürüldü və islahat yarımçıq qaldı. 
 
Spartak üsyanı (e.ə 74 - e.ə 71) 
E.ə  74-cü  ildə  Kapuya  şəhərindəki  qladiator  məktəbində  qullar  qiyam 
qaldırdılar.  78  nəfər  qul  qaçaraq  Vezuvi  dağının  zirvəsində  düşərgə  saldı. Üsyana 
Spartak  başçılıq edirdi.  Spartak Balkan  yarımadasının  şimal-şərqində  yaşayan frakiya 
tayfasından  idi.  O,  romalılar  tərəfindən  əsir  alınaraq  qladiator  məktəbinə  verilmişdi. 
Tezliklə Spartaq üsyana başçılıq edərək öz ordusunda ciddi nizam intizam yaratdı. Ətraf 
malikanələrin  qulları  da  Spartaka  qoşuldular.  Onlar  Kapuyadan  göndərilmiş  hərbi 
dəstəni məğlub edərək xeyli silah ələ keçirdilər.  
Senatın  göndərdiyi  qoşun  üsyançıların  düşərgəsi  hesab  olunan  Vezuvi  dağını 
mühasirəyə  aldı.  Lakin  üsyançılar  üzüm  tənəklərindən  hördükləri  nərdivanlarla  gecə 
ikən sıldırım qayadan enərək romalıları darmadağın etdilər.  
Senat  üsyançılara  qarşı  Krassın  başçılığı  ilə  yeni  böyük  ordu  göndərdi.  Krass 
üsyançıların yolunu kəsib onları tələyə saldı. Spartak üsyançılara «acından ölməkdənsə, 
qılınc  zərbəsindən  ölmək  daha  yaxşıdır»  sözləri  ilə  müraciət  etdi  və  onları  Krassın 
iordusu üzərinə hücum etdi.  
E.ə.  71-ci  ildə  Roma  qoşunları  ilə  son  döyüşdə  Spartak  həlak  oldu.  Krassın  və 
onun  köməyinə  yetişən  Pompeyin  qoşunları  üsyançıları  darmadağın  etdi.  Romalılar 
Kapuyadan Romaya gedən yol boyunca 6 min qulu çarmıxa çəkdilər. 
 
 
 
 
«Spartak» filmindən kadrlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tiberi və Qay Qrakx qardaşları.  
 
 
 
 
 
Kapuya şəhərindəki qladiator 
məktəbi (müasir şəkil
)
 

 
50 
 
Roma imperiyasının yaranması və süqutu (e.ə. 30 – e. 476) 
 
I vətəndaş müharibəsi (e.ə 49). Yuli Sezarın Romada hakimiyyəti ələ keçirməsi (e.ə 49-44) 
Spartak  üsyanı  yatırıldıqdan  sonra  Romada  hakimiyyət  uğrunda  mübarizə  gücləndi.  Mübarizə,  əsasən  sərkərdələr  - 
Krass,  Pompey    Yuli  Sezar  arasında  gedirdi.  Konsulluq  müddəti  bitdikdən  sonra  Senat  Sezarı  Romadan  uzaqlaşdırmaq 
üçün  onu  Qalliyanın canişini  təyin etdi.  Sezar Qalliyaya  canişin təyin edilərkən  Qalliyanın yalnız cənub hissəsi romalılara 
məxsus idi. Qalların müqavimətini qıran Sezar  isə bütün Qalliyanı Romaya tabe etdi. Yuli Sezar Qalliyanın işğalından sonra 
sadiq qoşununa arxalanaraq Romada hakimiyyəti ələ keçirmək fikrinə düşdü. Bu məqsədlə Sezarın qoşunları e.ə. 49-cu ildə 
Roma  üzərinə  hərəkət  etdi.  Sezarı  ya  Roma  üzərində  hakimiyyət,  ya  da  rüsvayçı  qətl  gözləyirdi.  Lakin  Sezar  xeyli 
düşündükdən sonra, «Püşk atılmışdır!» deyib Romaya doğru irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey 
başçılıq edirdi.  
Sezarın  qoşunları  müqavimətə  rast  gəlmədən  Romanı  və  bütün  İtaliyanı  tutdu. Sezar 
Pompeyin  ordusunu  darmadağın  etdi.    Senat  qoşunlarına  başçılıq  edən  Pompeyin  Sezara  qarşı 
müqavimət göstərməyərək  Romanı tərk  etməsinin və Sezarın Romanı müqavimətsiz tutulmasının 
səbəbi  o  idi  ki,  Sezar  o  qədər  cəld  hərəkət  etdi  ki,  Rompey  Romanın  müdafiəsini  təşkil  edə 
bilmədi.
 
Sezar  tərəfdarları  ilə  Pompey  tərəfdarları  arasında  vuruşmalar  Romada I  vətəndaş 
müharibəsi adlanır. 
Yuli Sezar (e.ə 49 – e.ə 44) Romada ali hakimiyyəti ələ aldıqdan sonra senat onu ömürlük 
diktator elan  edərək  imperator titulunu  verdi.  Lakin,  Yuli  Sezar  Romada  respublikaya  son 
qoymadı.  Qədim  Romada  Sezara  padşah  kimi  ehtiram  göstərilirdi.  Yuli  Sezara  padişah  kimi 
ehtiram göstərilməsini aşağıdakı faktlar da sübut edir: 
 
Metal pullar üzərində Yuli Sezarın şəklinin həkk olunması. 
 
Yuli Sezarın heykəllərinin allahların heykəlləri ilə yanaşı qoyulması. 
Lakin, Sezarın Romada təkbaşına hakimiyyəti uzun sürmədi. Senatorların bir hissəsi Sezara 
sui-qəsd təşkil etdi. Sezarın sui-qəsdinə yaxın dostu Brut başçılıq edirdi. E.ə 44-cü ildə Sezar sui-
qəsd nəticəsində öldürüldü.
 
 
 
 
 
 
II vətəndaş müharibəsi. Romanın imperiyaya çevrilməsi 
Sezarı öldürən qəsdçilər özlərinə Romada dayaq tapmadığı üçün buradan qaçmağa məcbur 
oldular. Sezarın öldürülməsindən sonra onun təcrübəli köməkçisi Oktavian, Sezarın bacısı nəvəsi 
Antoni  ilə  qüvvələrini  birləşdirib  Romada  hakimiyyəti  ələ  alaraq  respublikaçılara  qarşı 
mübarizəni  davam  etdirdi.  Nəticədə  Antoni  və  Oktavian  respublikaçıları  məğlub  edərək  Roma 
dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər: Roma imperiyasını aralarında bölən Oktavian 
və Antoni, birlikdə gəldiyi razılığa görə: 
1. 
Oktavian Roma şəhərində oturmaqla Romanın  qərb əyalətlərini idarə edirdi. 
2. 
Antoni  Misirin  paytaxtı  İsgəndəriyyə  şəhərində  oturmaqla  ölkənin  şərq 
əyalətlərini idarə idirdi. 
Lakin zaman keçdikcə Antoni ilə Oktavian arasında ziddiyyətlər gücləndi və bu ziddiyyətlər 
yeni  vətəndaş  müharibəsinə  səbəb  oldu.  Antoni  və  Oktavian  arasında  həlledici  döyüş  e.ə  30-cu 
ildə oldu. Döyüş nəticəsində: 
 
Antoni məğlubiyyətə uğradı və yaşadığı İsgəndəriyyə şəhərinə qayıtdı. 
 
 Oktavianın qoşunları İsgəndəriyyəni tutdular, Misir Romanın əyalətinə çevrildi. 
 
Oktavian  Romanın  şərq  və  qərb  əyalətlərinin  tək  hakimi  oldu  və  təkbaşına  Romada 
hakimiyyətini yaratdı. 
Beləliklə, Romada II vətəndaş müharibəsi Oktavianın Antoni üzərində qələbəsindən sonra başa çatdı. 
 
İmperator elan edilmişdir
 
 
Respublikanı qoruyub saxlamışdır 
 
Qalliyanı özünə tabe etmişdir
 
 
Muzdlu ordu yaratmışdır
 
 
 
Yuli Sezar  
 
 
 
 
 
Yuli sezar 
 
 
 
Sezarin öldürülməsi 
 
 
 
Oktavian  Avqust 
 
 
 
Antoni 
 
 

 
51 
 
Oktavian Avqustun hakimiyyəti 
Oktavian Avqustun hakimiyyəti (e.ə 30 – e. 14) dövründə: 
 
Roma dövləti imperiya adlanmağa başladı. 
 
Romada özünün təkbaşına hakimiyyətini yaratdı. 
 
Oktavian Senat tərəfindən “Avqust” (müqəddəs)  fəxri adına layiq görüldü. 
 
Oktavian öz tərəfdarlarını Senata vəzifəyə təyin etdi. 
 
Roma  imperiyası  öz  ərazilərini  ətraf  ölkələr  hesabına  genişləndirdi  (e.ə.  I  əsrdə  romalılar  Cənubi  Qafqaza,  o 
cümlədən qədim Albaniya ərazilərinə qədər gəlib çıxdılar). 
QEYD:
 Yuli Sezar ilə Oktavian arasında oxşar cəhətlər var idi.  Belə ki, hər ikisi espublikaçılara qarşı mübarizə aparmış 
və  Romada  təkbaşına  hakimiyyət  yaratmışdılar.  Lakin  Yuli  Sezar  Oktavian  Avqustdan  fərqli  olaraq  respublika 
quruluşunu qoruyub saxlamışdır. 
 
 
 
 
Romada quldarlıq təsərrüfatının  inkişafı və tənəzzülü 
I-II əsrlərdə Roma imperiyasında quldarlıq təsərrüfatı ən yüksək inkişaf səviyyəsinə  çatdı. Lakin Romada quldarlıq 
qaydalarının mövcud olması: 
 
Təsərrüfatın tənəzzülünə səbəb olurdu. 
 
Texnikanın inkişafını ləngidirdi. 
Odur  ki,  II  əsrin  sonları  -  III  əsrdə  Romada  quldarlıq  quruluşunda  tənəzzül  başlandı.  Romada  quldarlıq 
təsərrüfatının tənəzzülünün əsas səbəbi aşağıdakı amillərlə bağlı idi: 
 
Quldarlığın texnikanın və ticarətin inkişafını ləngitməsi. 
 
Qulun öz əməyinin nəticəsində maraqlı olmaması. 
 
Kənd təsərrüfatının tənəzzül etməsi. 
II-III  əsrlərdə  Romada    su  dəyirmanı,  gavahınlı  mürəkkəb  kotan,  öküzlə  hərəkətə  gətirilən  biçin  aləti,  bağlarda 
işləmək  üçün  bıçaq  aləti  ixtira  edildi  və    əkinçilikdə  tətbiq  olunmağa  başlandı.  Lakin  bu  alətləri  qullara  etibar  etmirdilər. 
Nəticədə,  qul  əməyi  getdikcə  əhəmiyyətini  itirirdi.  Qullar  üçün  yaxşı  işləməyin  əhəmiyyəti  yox  idi.  Çünki  qulların  öz 
əməklərinə marağı az idi. Onlara ancaq yemək və paltar verirdilər. Bütün bunlar quldarlıq təsərrüfatının inkişafı üçün maneəyə 
çevrildi. Onların marağını artırmaq üçün bəzi quldarlar öz torpaqlarını kiçik sahələrə bölərək qullara və azad kəndlilərə icarəyə 
verirdilər. Belə icarədarları «daxmalı qullar» və kolonlar adlandırırdılar. Onlar məhsulun bir hissəsini özlərində saxlayırdılar. 
II əsrdə Roma imperatoru qulların öldürülməsini qadağan etmişdi. Qədim Romada ―daxmalı qullar‖ və kolonların yaranması 
quldarlıq təsərrüfatının tənəzzülü ilə bağlı idi. Kolonlardan fərqli olaraq, «daxmalı qullar» azad deyildilər. 
 
―Daxmalı qullar‖ 
―Kolonlar‖ 
 
  II - III əsrlərdə meydana gəlmişdir. 
  Kiçik torpaq sahəsinə malik idi. 
  Əmək alətlərinə sahib idi. 
  Ev tikmək və ailə qurmaq hüququna malik idi. 
  Gəlirin bir hissəsini sahibinə verirdi. 
  Ağa onunla  istədiyi kimi rəfdar edə bilməzdi. 
 
  II - III əsrlərdə meydana gəlmişdir. 
  İcarədar kəndlilərə  deyilirdi. 
  Torpaq sahibi ilə icarə müqaviləsi bağlayırdılar 
  Torpaq  sahibinə  icarə  haqqı  ödəyir,  qalan 
məhsul onun özünə qalırdı. 
  İcarə  müqaviləsi  başa  çatdıqdan  sonra  onlar 
istədikləri yerə gedə bilərdilər. 
 
 
 
 
 
 
 
 
Pompeylə Sezarın tərəfdarları 
arasındakı müharibə (e.ə 49) 
 
Oktavian ilə Antoni arasındakı  
müharibə (e.ə 30) 
 
Romada vətəndaş müharibəsi xarakteri daşıyan müharibələr
 

 
52 
 
Xristianlığın meydana gəlməsi və Romada hakim dinə çevrilməsi 
Dünyanın təkallahlılıq dinlərindən biri də Xristianlıqdır. Xristianlıq dininə aiddir 
 
I əsrdə o zaman Romanın əyaləti olan Fələstində meydana gəlmişdi. 
 
Banisi İisus Xristos olmuşdur. 
 
Roma imperiyasında hakim dinə çevirilmişdi. 
 
İmperator Konstantin tərəfindən dövlət dini kimi qəbul olunmuşdu. 
Xristianların dini kitabı “İncil” adlanır. 
 
Romalılara görə, xristianlığın peyğəmbəri 
İsanın nitqləri Fələstində Roma hakimiyyətini sarsıtmağa yönəlmişdi. Ona görə də İsanı 
tutdular və ağacdan düzəldilmiş xaç üzərində çarmıxa çəkdilər. Rəvayətə görə, İsa üç gün 
sonra  dirilərək  göyə  qalxmışdı.  Bir  müddət  sonra  o,  şagirdlərinin  yanına  gələrək  vəd 
etmişdi ki, diriləri və ölüləri mühakimə etmək üçün bir gün yerə qayıdacaqdır.  
Romadan  sonra  yəhudilər,  yunanlar,  misirlilər,  qallar  və.b  xalqlar  da 
xristianlığı  qəbul  etmişdilər.  Xristianlar  icmalarda  birləşərək  birlikdə  ibadət  edir,  öz 
bayramlarını  keçirirdilər.  Xristian  icmalarını  birləşdirən  və yepiskoplar tərəfindən  idarə 
olunan xristian təşkilatı - kilsə yarandı. 
Vahid tanrını tanıdıqlarına, imperatorlara sitayiş etməkdən boyun qaçırdıqlarına 
görə Romanın hakim dairələri xristianların yığıncaqlarını qadağan edirdi.  
Romada  xristianlıq  IV  əsrin  əvvəllərində  imperator  Konstantinin  dövründə 
geniş  yayılmağa  başladı.  313-cü  ildə  Konstantin  xristianlara  açıq  ibadət  etməyə  və 
məbədlər  tikməyə  icazə  verdi.  Konstantin  ölümqabağı  özü  də  xristianlığı  qəbul  etdi. 
Xristian dininin yüksəlişindəki xidmətlərinə görə xristianlar onu müqəddəs elan etdilər. 
 
Roma imperiyasının parçalanması (395) 
Roma imperatoru Konstantin hakimiyyəti dövründə: 
 
313-cü ildə xristianlara açıq ibadət etməyə  məbədlər tikməyə icazə verdi. 
 
E.ə 330-cü ildə Roma imperiyasının paytaxtını Vizantiyə (Bizansa) köçürdü. 
 Avropadan Asiyaya, Aralıq dənizindən Qara dənizə gedən su yolları üzərində  yerləşən Vizanti  imperator Konstantinin 
şərəfinə Konstantinopol adlandırıldı.  
395-ci  ildə  Roma  imperatoru  I  Feodosi  ölüm  qabağı  Roma  imperiyasını  iki  oğlu  arasında  bölüşdürdü  və  Roma 
imperiyası iki hissəyə parçalandı.: 
1. 
Qərbi Roma imperiyasına – bura İtaliya, Avropa, Afrikanın qərb vilayətləri daxil idi. 
2. 
Şərqi Roma (Bizans) impesiyasına – bura Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları daxil idi. 
Şərqi Roma imperiyasının paytaxtı Konstantinopol şəhəri,  Qərbi Roma imperiyasının paytaxtı isə Roma şəhəri oldu.  
 
 German tayfalarının Qərqi Roma imperiyasına hücumları 
Qərbi Roma imperiyası son illərini yaşayarkən barbar tayfalarının əlində oyuncağa çevrilmişdi. Artıq zəifləmiş Qərbi 
Roma imperiyası  V əsrin əvvəlində german tayfaları olan qotların  və  vandalların  hücumuna məruz qaldı.
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin