Qədim Finikiya
Finikiyanın təbiəti. Əhalisinin məşğuliyyəti
Finikiyalılar Aralıq dənizinin şərq sahilində məskunlaşmışdılar. Ölkənin təsərrüfatında
bağçılıq mühüm yer tuturdu. Kəndlilər, əsasən, üzüm, xurma və zeytun becərirdilər. Onlar
üzümdən çəkdikləri şərabı və zeytun yağını qonşu ölkələrdə taxıla dəyişirdilər. Sahilboyu
dağlar sidr və palıd meşələri ilə örtülmüşdü. Qiymətli tikinti materialı olan və müqəddəs hesab
edilən sidr ağacı Misirə və başqa ölkələrə göndərilirdi. Finikiyada şəffaf şüşə icad olunmuşdu.
Finikiyalıların dənizilbizi şirəsindən hazırladıqları tünd-qırmızı boyaq (purpur) qonşu ölkələrdə
çox yüksək qiymətləndirilirdi. Finikiyanın adı da bu məşhur boyaqla bağlı idi. Qədim yunanlar
Finikiyanı Foinike adlandırırdılar. Bu da «purpur (tünd-qırmızı boyaq) ölkəsi» deməkdir.
Finikiya şəhər dövlətləri və dəniz səyyahları
Finikiyada yaşayış məskənlərinin mövqeyi olduqca əlverişli idi. Cənubi Mesopotamiyadan
və Misirdən gələn yollar burada birləşirdi. Finikiyanın kiçik yaşayış məskənlərinin yerində Tir,
Sidon və Bibil kimi ticarət şəhər dövlətləri yarandı. Finikiyanın ən başlıca şəhəri isə Tir şəhəri
idi. E.ə. II minillikdə finikiyalılar ən yaxşı gəmiqayıranlar və dənizçilər kimi tanınırdılar.
Finikiyalılar iki cür gəmilər - hərbi və ticarət gəmiləri düzəldirdilər. Hərbi gəmilərin metaldan
hazırlanmış şiş burnu döyüş vaxtı düşmən gəmilərini yanlardan vurur, onları deşirdi. Dənizçilər
səmt küləklərinin qovduğu gəmilərlə Aralıq dənizi boyunca üzür və Atlantik okeanına çıxırdılar.
Aralıq dənizi xalqları içərisində ilk dəfə finikiyalılar açıq dənizdə üzməyə başlamışdılar.
Finikiya şəhərləri qala divarları ilə müdafiə olunurdu. Finikiyada torpaqlar məhsuldar idi.
Sahil şəhərlərində yaşayan əhali sənətkarlıq, ticarət və dənizçiliklə məşğul olurdu. Şəhərlərdə
sənətkarlar müxtəlif qablar, metal alət və məmulatlar hazırlayırdılar.
Finikiya koloniyaları
Yunanıstandan
və
başqa
ölkələrdən
Finikiya şəhərlərinə çoxlu tacirlər gəlirdi.
Finikiya tacirləri dəniz yolu ilə ticarət aparır,
Finikiya,
Misir
və
Babil
mallarını
Yunanıstanda, yunan mallarını isə Şərqdə
satırdılar. Finikiyalı dəniz quldurları sahil
kəndlərini qarət edir, adamları oğurlayır sonra
qul kimi satırdılar.
Finikiyalılar Aralıq dənizi sahillərində və
adalarında
daimi
məskənlər
-
koloniyalar yaratmışdılar.
E.ə.
XVI
əsrdə
İspaniyada, Şimali Afrikada, habelə Kipr,
Siciliya,
Sardiniya
adalarında
Finikiya
koloniyaları yaradıldı. Finikiyanın Tir şəhərinin
əhalisi tərəfindən Afrikanın şimalında Karfagen
koloniyası salındı.
Şüşə kuzə
Dəniz ilbizi
Finikiya gəmisi
16
Qədim Finikiya əlifbası
Ticarət zamanı haqq-hesab aparmaq üçün savadlı olmaq zəruri idi.
Heroqlif və mixi yazıları isə bu işdə çətinlik yaratdığı üçün qədim finikiyalılar
əlifba tərtib etdilər. Qədim Finikiya əlifbasına aiddir:
Misir əlifbası əsasında tərtib edilmişdir.
22 işarə - samitdən ibarət əlifba idi.
Sonralar yunanlar bu əlifbaya sait səsləri əlavə etdilər.
Bu əlifba əsasında yunanlar öz əlifbalarını yaratdılar.
Müasir əlifbalar, həmçinin yunan əlifbası da bu əlifba əsasında
yarandılmışdı.
Qədim Assuriya
Aşşur dövlətinin yaranması
Aşşur dövləti e.ə II minillikdə
Babildən şimalda, Dəclə çayının yuxarı
axarında yaranmışdı. E.ə. IX-VIII
əsrlərdə Aşşur Ön Asiyanın ən qüdrətli
dövləti oldu. Onun ilk paytaxtı baş
tanrının şərəfinə Aşşur adlandırılmışdı.
Sonralar Aşşur dövlətinin paytaxtı Dəclə
sahilindəki Ninevaya (Nineva) şəhərinə
köçürüldü. Ninevanın
«
Aslanlar yuvası
»
,
«
qan şəhəri
»
adlandırırdılar.
Aşşur işğalları
Aşşur hökmdarları güclü ordu yaratmışdılar. Aşşur ordusu piyada, süvari, köməkçi hərbi hissə, cəng arabası
döyüşçüləri və kəşfiyyat dəstələrinə bölünürdü. Piyadalar qılınc və döyüş baltaları, süvarilər isə uzun nizə, yay-oxla
silahlanırdılar. E.ə. VIII-VII əsrlərdə güclü orduya malik olan Aşşur hökmdarları Babili, Suriyanı, Fələstini işğal etdilər,
Urartu və Misiri isə ağır məğlubiyyətə uğratdılar. Aşşur hökmdarları dəfələrlə Azərbaycanın cənub torpaqlarında yaranmış
qədim Manna dövlətinin ərazisinə hərbi yürüş etmişdi. Lakin Manna Aşşur hakimiyyətinə tam tabe olmamışdır. Aşşur həm
də Urartuya qarşı Manna dövlətinin müttəfiqi olmuşdur. Aşşura qarşı Midiya və Babil dövləti ittifaq yaradan zaman Manna
Aşşur dövlətinə hərbi yardım etmişdi. Lakin e.ə. 612-ci ildə Midiya və Babil dövləti birlikdə «Aslanlar yuvası» olan
paytaxt Nineva şəhərini işğal etdi. E.ə. 605-ci ildə isə Midiya və Babil dövləti Aşşur dövlətini süquta uğradaraq onun
torpaqlarını öz aralarında bölüşdürdülər.
Fələstin
Suriya
Manna
Babil
E.ə VIII-VII əsrlərdə Assuriyadan asılı olmuş dövlətlər
dövlətlər
Finikiya tacirlərinin ticarət etdiyi ölkələr
Yunanıstan
Babil
Misir
Finikiya əlifbası
17
Aşşur mədəniyyəti
Aşşur dövləti inkişaf etmiş mədəniyyətə malik olmuşdur. Aşağıdakı sənət nümunələri Assuriya xalqının
mədəniyyətini əks etdirir:
Bəzək əşyalarının və şirli gil qabların hazırlanması.
Dünyanın ən qədim kitabxanasının burada yerləşməsi.
Aşşurbinipalın Nineviya kitabxanasının yaradılması.
Şah saraylarının inşası və saray divarlarında relyeflərin çəkilməsi.
Aşşurlar gözəl şəhərlər salırdılar. Aşşur hökmdarlarının sarayında divarlar Aşşur ordusunun qələbələrini əks etdirən
şəkillərlə bəzədilirdi. Aşşur memarlarının inşa etdikləri möhtəşəm saraylar, divar şəkilləri, sənətkarların hazırladıqları şirli
qablar və gözəl əşyalar bu xalqın yüksək mədəniyyətini əks etdirir. Aşşur mədəniyyətinin izlərinə Azərbaycanda da rast
gəlinir. Aşağıdakı faktlar Aşşur-Azərbaycan mədəni əlaqələrindən xəbər verir:
Naxçıvanda Aşşur tipli qalaların tikilməsi.
Qarabağda Aşşur şirli qabın və Adadnirarinin adı həkk olunmuş muncuğun tapılması.
Aşşurbanipalın gil kitabələr kitabxanası
Aşşur hökmdarı Aşşurbanipal Şumer, Babil və Aşşur ədəbiyyatını çox sevirdi. Aşşurbanipal gil kitabələri toplayıb
onların üzünü köçürmək haqqında əmrinə əsasən on minlərlə kitabənin üzü köçürüldü və Aşşurbanipalın sarayına gətirildi.
Beləliklə, dünyanın ən qədim kitabxanalarından olan Nineva kitabxanası («Aşşurbanipalın kitabxanası») yaradıldı. Burada
Aşşur və Babil əsatirləri, dastanlar, salnamələr, müxtəlif elm sahələrinə aid kitablar toplanmışdı.
Nineva kitabxanası Gil lövhə Aşşurbanipal ovda
Midiya dövləti
Midiya dövlətinin yaranması
Midiya əvvəllər müasir İranın mərkəzində yerləşən xırda
vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. E.ə.
VIII əsrin sonunda Midiyada Deyok adlı canişin:
Dvlət yaratmağa təşəbbüs göstərdi.
Ekbatan (Həmədan) şəhərini saldıraraq oranı Midiya
dövətinin paytaxtı elan etdi.
Aşşur hökmdarları Midiyaya tez-tez hücum edir, onun
vilayətlərini talayır, əhalini xərac verməyə məcbur edirdilər. Əhali isə
aşşurlara qarşı müqavimət göstərirdi. Midiyalıların aşşura qarşı
mübarizəsinə Kaştariti başçılıq edirdi. E.ə. 672-ci ildə Midiya tayfaları
Kaştaritinin başçılığı ilə Aşşur dövlətinin əsarətindən xilas oldular və
xırda vilayətləri bir mərkəzdə birləşdirərək vahid dövlət yaratdılar.
Midiyada İskit ağalığı dövrü
E.ə. VII əsrin 50-ci illərində Aşşur dövləti ilə Midiya arasında
yenidən toqquşmalar baş verdi. Kaştariti Aşşura yürüş etdi. Əvvəl
midiyalılarla dostluq edən kimmer, iskit və sak tayfaları bu döyüşdə
aşşurlara kömək etdilər. Döyüş nəticəsində Kaştariti həlak oldu və
Midiya iskitlərin hakimiyyəti altına düşdü.
18
Kiaksarın hakimiyyəti dövrü
Midiya hökmdarı Kiaksar hakimiyyəti dövründə hərbi islahat keçirdi. İslahat nəticəsində:
Midiya ordusu yenidən quruldu, ordu nizəçi və oxçu dəstələrinə bölündü.
Süvarilər (atlılar) piyadalardan ayrıldı, güclü nizami ordu yaradıldı.
Beləliklə, güclü ordu yaradan Kiaksar hakimiyyəti dövründə:
Midiyada iskit ağalığına son qoydu, Midiya Aşşur dövlətinə qarşı Babil hökmdarı ilə ittifaqa girərək e.ə. 616-
612-ci illərdə Aşşur, Arbela, Kalat şəhərlərini və paytaxt Ninevanı talan etdilər.
E.ə. 605-ci ildə Aşşur dövləti süquta uğradıldı. Onun torpaqları isə Midiya və Babil arasında bölüşdürüldü.
Bundan sonra Midiya Manna və Urartunu işğal etdi.
Midiya dövlətinin süqutu
Kiaksardan sonra oğlu Astiaq Midiya hökmdarı oldu. Qədim yunan tarixçisi
Herodot yazırdı ki, Astiaq hakimiyyətini itirməkdən çox qorxurdu. O, bir yuxu
görmüşdü. Yuxuyozanlar demişdilər ki, gələcəkdə qızından doğulacaq nəvəsi böyüyüb
onu taxtdan salacaqdır. Qaydaya görə fars mənşəli şahzadə Midiya taxtına sahib ola
bilməzdi. Ona görə də Astiaq qızını fars vilayətinin hakimi Əhəmənilər nəslindən olan
I Kambizə ərə verdi. Rəvayətə görə, o, hətta nəvəsi Kirin öldürülməsi haqqında gizli
göstəriş də vermişdi. Lakin Astiaqın güvəndiyi adamlar onun tapşırığını yerinə
yetirmədilər, uşaq sağ qaldı və böyüyüb babasına qarşı çıxdı. Astiaqın sarayında getdikcə
artan fars meyilli qüvvələr Kirin hakimiyyətə gəlməsinə kömək edirdilər.
Babası Astiaqa qarşı üsyan edən II Kir midiyalılara qarşı 3 il (e.ə 553-550)
mübarizə apardı. Mübarizə nəticəsində:
E.ə. 550-ci ildə II Kir qələbə qazanaraq Ekbatan şəhərini tutdu, Midiya
dövləti süqut etdi.
II Kir Midiya torpaqlarını öz ərazilərinə birləşdirdi və Əhəmənilər dövlətinin
əsasını qoydu.
Midiyanın təsərrüfat həyatı
Midiyada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Əsas
sənətkarlıq sahələri dulusçuluq, toxuculuq, metalişləmə idi. Metalişləmə sənəti daha
geniş yayılmışdı. Bunun səbəbi dövlətin ərazisindən dəmir, qurğuşun, qızıl və s.
metalların çıxarılması idi. Ölkə ərazisində zəngin neft yataqları var idi. «Midiya yağı»
adlanan neftdən, əsasən, hərbi məqsədlər üçün istifadə edilirdi. Neftli parçanı oxlara
bağlayıb od vuraraq düşmən üzərinə və yanğın törətmək üçün evlərin damına atırdılar.
Midiya mədəniyyəti
Midiya tarixi və mədəniyyəti yazılı mənbələr və əfsanələr əsasında öyrənilmişdir.
Midiyada memarlıq yaxşı inkişaf etmişdi. Suz sarayları, Ekbatanı əhatə edən yeddi
cərgə divarlar, qırmızı kərpicdən tikilmiş hökmdar sarayı gözəl memarlıq nümunələridir.
Astiaqın dövründə zərdüştilik Midiyada rəsmi dövlət dini kimi qəbul olunmuşdur. Zərdüştilik e.ə. VII əsrdə
meydana gəlmişdir. Zərdüştilik dininin müqəddəs kitabı «Avesta»dır. Zərdüşt təliminə görə, xeyir (Hörmüzd) ilə şər
(Əhrimən), həqiqət ilə yalan arasında mübarizə gedir. Bu mübarizədə xeyir şərə, həqiqət yalana qalib gəlir.
Midiya
dövləti
Dövlət dini Zərdüştilik
olmuşdu
İskitlərin hakimiyyəti
altına düşmüşdü
Vilayətləri canişinlər
idarə edirdilər
Paytaxtı Ekbatan
şəhəri olmuşdu
E.ə. VIII əsrdə, İranın
mərkəzində
yaranmışdı
Aşşur dövləti süquta
uğratmışdı
«Avesta»dan
Astiaq və balaca Kir
19
Əhəmənilər dövləti
İran yaylasının qədim əhalisi
Qədimdə İran yaylasında yaşayan
əhalinin tərkibi müxtəlif olmuşdur. Bu
yerlərin ən qədim sakinləri elamlar idilər.
Çox sonralar bu əraziyə ari tayfaları
gəlmişlər. Əvvəllər Şərqi Avropa çöllərində
yaşamış və maldarlıqla məşğul olmuş ari
tayfaları e.ə. II minilliyin sonlarında bir
hissəsi Xəzər dənizinin qərb sahilləri ilə
Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan
keçərək
indiki
İran
ərazisində
məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli
əhali ilə qarışmış və yerli əhali onların dilini
qəbul etmişdir. Е.ə. VIII əsrin ikinci
yarısından başlayaraq Qərbi İranda irandilli
tayfalar üstünlük təşkil etmişdir.
Əhəmənilər dövlətinin yaranması. II Kirin işğalları
E.ə. 550-ci ildə II Kir öz babası Midiya hökmdarı Astiaqı taxtdan salıb hakimiyyəti ələ
keçirdi. Beləliklə, Əhəmənilər dövləti yarandı. II Kirin kakimiyyəti (e.ə 550-530) dövründə:
Əhəmənilər Midiyanın bütün ərazilərini işğal etdilər.
Kiçik Asiyada Lidiya çarlığının əraziləri tutuldu.
Misirə qədər bütün ölkələr Əhəmənilərə tabe edildi.
Massaget tayfalarına qarşı uğursuz hərbi yürüş təşkil edildi.
E.ə 530-cu ildə, Araz çayı sahilində döyüşdə II Kirin qoşunları massagetlərə məğlub
oldu, özü isə döyüşdə öldürüldü.
II Kambizin Misiri işğal etməsi
II Kirdən sonra hakimiyyətə gələn oğlu II Kambiz (e.ə 530-522) böyük ordu ilə Misirə
hərəkət etdi. O, e.ə. 525-ci ildə həlledici döyüşdə qalib gələrək Misiri özünə tabe etdi. Misir
kahinləri II Kambizi firon elan etdilər. Bu yürüşdən sonra Əhəmənilər imperiyasının ərazisi
Misirdən Hindistana, İran körfəzi və Hind okeanından Böyük Qafqaz dağlarına qədər çox geniş
ərazini əhatə edirdi.
Qaumata üsyanı
II Kambiz Misirdə olarkən e.ə. 522-ci ildə midiyalı maq Qaumata (Bardi) Əhəmənilər dövlətində hakimiyyəti ələ
keçirdi. Bu xəbəri eşidən II Kambiz Misirdən qayıdarkən yolda müəmmalı şəkildə öldü.
Qaumatanın yeddi aylıq hakimiyyəti dövründə:
Ölkədə heç bir üsyan baş vermədi.
Əhəmənilər dövlətinin tərkibinə daxil olan bütün xalqlar 3 il müddətinə vergilərdən və hərbi mükəlləfiyyətlərdən
azad olundu.
I Daranın hakimiyyəti
Qaumata sui-qəsd nəticəfində öldürüldü və I Dara (e.ə 522-486) hakimiyyətə gəldi. I Dara
hakimiyəti dövründə aşağıdakı islahatları həyata keçirdi:
Dövləti satraplıq (canişinlik) adlanan vergi dairələrinə böldü. Bu dairələrin başçısı satrap
adlanırdı. Satraplıqlar padşahın ordusuna döyüşçü, işçi qüvvəsi verməli idi.
Güclü ordu və imperiya üçün vahid pul sistemi yaratdı. Pullar qızıl və gümüşdən kəsilirdi.
Qızıl pullar Daranın şərəfinə «darik» adlanırdı.
II Kir
II Kambiz
I Dara
20
Parfiya dövləti
Parfiya dövlətinin yaranması
Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu
qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı
ərazidə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla
məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata
keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndərin vəfatından sonra onun
yaratdığı imperiyanı sərkərdələri öz aralarında bölüşdürdülər.
Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi. Sonrakı illərdə
o, hakimiyyətini çox geniş ərazilərə yaydı. Lakin çox çəkmədi ki,
Selevkilər dövləti zəifləməyə başladı. Selevkilər dövləti
zəifləyərkən onun şərq vilayətlərində iki müstəqil dövlət –
Parfiya və Yunan-Baktriya dövləti yarandı.
E.ə. 247-ci ildə parn tayfasının başçısı Arşak özünü padşah elan etdi və Parfiya dövlətinin əsasını qoydu. Arşak bəzi
ətraf əraziləri öz dövlətinə birləşdirdi. Arşakilər sülaləsinin nümayəndəsi I Mitridat Selevkilər dövlətinin zəifləməsindən
istifadə edib Midiyanı və Mesopotamiyanı işğal etdi.
Parfiya Roma münasibətləri
Parfiya dövləti II Mitridatın hakimiyyəti illərində daha da qüvvətləndi. II Mitridat
«şahlar şahı», «böyük» titullarını qəbul etmişdi. II Mitridatın dövründə Parfiya dövləti öz
ərazisini Qərb istiqamətində genişləndirməkdə davam edirdi. Bu zaman Roma imperiyası da
ərazisini Şərqə doğru genişləndirməyə çalışırdı. Romanın Şərqə doğru yürüşlərinə Parfiya
mane olurdu. Bu səbəbdən Parfiya və Roma dövlətləri arasında toqquşma baş verdi.
Roma dövləti Krassın başçılığı ilə Parfiyaya qarşı böyük ordu göndərdi. E.ə. 53-cü
ildə Şimali Mesopotamiyada parfiyalılar Krassı ordusu ilə birlikdə məğlub etdilər. E.ə. 38-ci
ildə olan döyüşdə isə romalılar qələbə qazandılar. Lakin iki yüz ildən çox davam edən Roma
Parfiya qarşıdurmasında heç bir tərəf həlledici qələbə qazana bilmədi.
Parfiya dövləti mövcud olduğu bütün dövr ərzində qədim Azərbaycan dövlətləri Atropatena və Albaniya ilə siyasi,
iqtisadi və mədəni əlaqələr saxlamış, Roma işğalına qarşı Parfiya ilə birgə mübarizə aparmışdılar.
Parfiya dövlətinin süqutu
Çoxsaylı müharibələr Parfiya dövlətini zəiflədir, bir çox əyalət hakimləri mərkəzi hakimiyyətə tabe olmaq
istəmirdilər. Onlar arasında hakimiyyət uğrunda mübarizə güclənirdi.
III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət davam edən müharibə Parfiya dövlətini zəiflətdi.
Parfiya dövlətinin zəifləməsi ilə yaranmış əlverişli vəziyyətdən istifadə edən Fars vilayətinin hakimi Ərdəşir Babəkan
Parfiya ordusunu məğlub edərək paytaxt Ktesifonu tutdu, Parfiya dövləti süqut etdi, onur ərazisi 226-cı ildə yaranan
Sasanilər dövlətinin tərkibinə qatıldı.
Parfiya mədəniyyəti
Parfiya dövlətində şəhər mədəniyyəti, sənətkarlıq və ticarət inkişaf etmişdi. Böyük İpək yolunun üzərində yerləşən
Parfiya dünya ticarətində vasitəçi rol oynamışdır. Parfiyalılar öz ərazilərindən keçən karvanların qorunmasına xüsusi fikir
verir, lakin Çin tacirlərinə Roma ilə birbaşa əlaqə saxlamağa icazə vermirdilər. Parfiyanın mədəniyyətinə yunan
mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazıları da sübut edir.
II Mitridat
21
Qədim türklər
Qədim türklərin ilk məskənləri
Türklərin yaşadıqları ərazilər şimalda Sibirdən
cənubda Himalay dağlarına, şərqdə Xinqan dağlarından
qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan
torpaqları əhatə edirdi. Bu ərazilər Böyük Türküstan adlanırdı.
Qədim türklərin tarixi arxeoloji qazıntılar nəticəsində
tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir.
Həmin maddi mədəniyyət nümunələri əsasında türklərin daş
dövrünə aid yaşayış məskənləri tədqiq edilmişdir. Arxeoloji
tədqiqatlar
nəticəsində
qədim
türklərə aid Deşikdaş,
Namazqan, Pazırıq və Esik abidələri tədqiq edilmişdir. Qədim
türklərin tunc dövrünə aid yaşayış məskənlərindən biri
Namazqan
yaşayış
məskənidir.
Namazqan
yaşayış
məskənindən
aşağıdakı maddi mədəniyyət nümunələri
tapılmışdır:
Möhrə evlər. metaləritmə kürələri, tunc oraqlar, ox ucları.
Bəzək əşyaları, boyalı qablar, gil qadın fiqurları.
Sibirin cənubunda və Qazaxıstan çöllərində qədim türk tayfalarına məxsus torpaq qəbirlər - kurqanlar
öyrənilmişdir. İssık gölü yaxınlığında yerləşən Esikdə zəngin avadanlığı olan kurqan açılmışdır. Esik kruqanındakı
qəbirdən V əsrə aid 23 hərfdən ibarət Orxon yazısı tapılıb oxunmuşdur.
Dostları ilə paylaş: |