Sənaye çevrilişinə keçid
XVIII əsrin ortalarında Böyük Britaniyada sənaye çevrilişi üçün zəmin yaranmışdı. Belə ki, ölkədə baş verən
burjua inqilabı inkişaf üçün daha əlverişli imkanlar yaratmış, azad işçi qüvvəsi çoxalmış, zəngin kapital yığılmış,
daxili bazarda satış üçün istehsal məhsullarına tələbat artmışdı.
Manufakturalar təkmilləşəndən sonra maşınlı istehsala keçildi. Böyük Britaniyanın ənənəvi istehsal sahələri
toxuculuq və gəmiqayırma idi. Ölkədə maşınlı istehsala keçid məhz toxuculuq sahəsində başlandı. Bu onunla
əlaqədar idi ki, ölkə bazarlarında Hindistandan gətirilən ucuz pambıq parça məhsulları üstünlük təşkil edirdi.
Vəziyyət o həddə çatmışdı ki, ölkənin toxuculuq sahəsini xilas etmək üçün hökumət Hindistandan pambıq parça
məhsullarının idxalına qadağa qoymuşdu. Mühəndis ixtiraçılar isə asan yolla daha ucuz məhsul istehsal etmək üçün
müəyyən üsullar axtarmağa məcbur olmuşdular.
XVIII əsrdə İngiltərədə sənayedə mühüm kəşflər və ixtiralar
XVIII əsrdə İngiltərədə sənayedə aşağıdakı mühüm kəşflər və ixtiralar edildi:
Con Keyin sürətli məkik ixtira etməsi nəticəsində - daha enli parça almaq mümkün oldu
, əmək
məhsuldarlığı artdı.
Ceymis Harqrivsin mexaniki cəhrə (
«Cenni»
cəhrəsi) ixtira etməsi nəticəsində pambıq
parça
istehsalının ipliklə təmin edilməsi təqribən
20 dəfə artdı.
Edmund Kartraytın mexaniki toxucu dəzgahı ixtira etməsi nəticəsində
«Cenni» cəhrəsindəki
məhsuldarlıq iki dəfə artdı.
1771-ci ildə Riçard Arkrayt
«Cenni»
tipli dəzgahı su çarxının köməyilə hərəkətə gətirilməsinə nail
oldu və buna müvafiq bir müəssisə inşa etdirdi. Bununla da İngiltərədə ilk fabrik işə salındı.
Bu, ilk
Kəndlilər bir sosial
təbəqə kimi aradan çıxdı
İngiltərədə kəndlilərin torpaqsızlaşmasının nəticələri
Kapitalsit münasibətləri
möhkəmləndi
Bütün torpaq lend-
lordların əlində cəmləşdi
İngiltərədə aqrar çevriliş
başa çatdı
Amerikada
13 koloniya
Benqaliya
Kanada
XVIII əsrdə İngiltərənin malik olduğu müstəmləkələr
188
toxucu fabriki idi.
Dəzgahlar su gücünə hərəkətə gətirildiyinə görə fabriklər, bir qayda olaraq çay
kənarında tikilirdi.
1784-cü ildə mexanik
Ceyms Uatt buxar maşı ixtira etdi. Buxar mühəriki ixtira olunduqdan sonra
manufakturadan fabrikə keçid baş verdi. Manufakturadan fabrikə keçid sənaye çevrilişinin əsas
məzmununu təşkil edirdi.
Kort çuğuna koks qatılması yolu ilə təmiz dəmir almaq üsulunu ixtira etdi.
Bununla da təkcə istilik
məqsədilə deyil, sənaye sahələri üçün də daş kömür çıxarılmasına başlanıldı. Bundan sonra Kömür
hasilatı ölkənin əsas təsərrüfat sahələrindən oldu.
Əl əməyini əvəz edərək xammal emal edən işçi mexanizmin (cəhrə, mexaniki toxucu dəzgahı və s) ixtirası
XVIII əsrin ikinci yarısında İngiltərədə sənaye çevrilişinin başlanğıcını qoydu. XVIII əsrin 70-ci illərində
İngiltərə iqtisadiyyatında aparıcı rolu manufakturalar deyil, fabrik-zavod sənayesi oynamağa başladı.
XVIII əsrdə ingiltərədə kəşflər və ixtiralar
Kəşfin adı
Kəşfin nəticəsi
Con Key -Sürətli məxik
Daha enli parça almaq mümkün oldu.
Ceyms Harqrivs - «Cenni»
cəhrəsi
Əmək məhsuldarlığı 20 dəfə artdı, ipək istehsalı
çoxaldı.
Riçard Arkrayt - «Cenni»
cəhrəsini su çarxının
köməyilə hərəkətə gətirdi
İngiltərədə ilk fabrik yaradıldı.
Edmund Kartrayt - Mexaniki
toxucu dəzgahı
Toxucu əməyinin məhsuldarlığı 40 dəfədən çox artdı.
Ceyms Uatt -
Buxar maşını
Manufakturadan fabrikə keçid baş verdi.
Kort - Çuğuna koks qatılması
üsulu
Təmiz dəmir almaq mümkün oldu.
Sənaye çevrilişinin əsas cəhətləri və nəticələri
Manufakturadan fabrikə keçid sənaye çevrilişinin əsas məzmununu təşkil edirdi. Sənaye çevrilişinin iki əsas
cəhəti - texniki və sosial cəhətləri var idi:
Çevrilişin texniki cəhəti işçinin əl əməyinin maşın əməyi ilə əvəz olunması hesab edilirdi.
Çevrilişin sosial cəhəti əhlələrin və burjuaziyanın cəmiyyətin əsas təbəqələrinə çevrilməsi idi.
XVIII əsrin 70-ci illərində Böyük Britaniyanın iqtisadiyyatında aparıcı rol fabrik-zavod sənayesinə keçdi
muzdlu işçilərin, fəhlələrin sayının azalmasına gətirib çıxardı. Nəticədə fəhlələr kütləvi surətdə işsiz
qalırdılar.
Lakin fəhlələr cəmiyyətin əsas kütləsi olsalar da, onların həyatı, güzəranı dəyişmədi. Fəhlələri daha çox işlədir və az
əməkhaqqı verirdilər. Fabriklərdəki əməkhaqqının azlığından fəhlələr kiçik- yaşlı övladlarını da işə göndərməyə
məcbur olurdular. Gündəlik iş saatı 12-15 saat idi. Odur ki, fəhlələrlə sahibkarlar arasında ziddiyyətlər yarandı və
fəhlələr iş saatlarının azaldılması və əmək- haqlarının artırılması üçün tez-tez tətillər edirdilər.
XVIII əsrin sonunda tətillərin qarşısını almaq üçün İngiltərə parlamenti tətilləri və fəhlələrin həmkarlar
birliklərini qadağan edən qanun qəbul etdi.
Böyük Britaniyada zehni işlə məşğul olanlar - alimlər, yazıçılar, müəllimlər, həkimlər, incəsənət xadimləri,
vəkillər və başqaları ziyalı təbəqənin nümayəndələri idilər. Lendlordlar, dövlət məmurları, tacirlər, sənətkarlar,
fermerlər isə cəmiyyətin sosial təbəqələri sayılırdı.
XVIII əsrin sonlarında İngiltərədə sənaye çevrilişi (manufakturadan fabrikə keçid) nəticəsində nəticəsində
ticarət sahəsində inqilabi sıçrayış baş verdi, daxili bazarda 50%-dən çox, xarici ticarətdə isə təqribən 5 dəfə
yüksəliş baş verdi, Böyük Britaniya dünyanın birinci sənaye dövləti oldu.
Bu dövrdə də İngiltərə dünyanın ən böyük ticarət donanmasına malik ölkə hesab olunurdu. Xarici ticarət
dəniz yolları ilə aparılırdı.
189
Bilmək maraqlıdır
Ceymis Harqivis (1720-1778) «Cenni» cəhrəsi
Ceymis Harqivis dülgərlik və toxuculuqla həyatını keçirən, təhsili olmayan, kasıb bir fəhlə idi. 1764-cü ildə
Ceyms Harqivis, bir nəfərin eyni anda çox sayda sapı əyirməsinə köməkçi olan bir maşın icad etdi. O bu maşına
kiçik qızının adı olan Cenni adını verdi. Toxuculuq işi ilə məşğul olanlar Harqvisin sürətli maşını üzündən işlərini
itirəcəklərini düşünürdülər. Odur ki, C.Harqivis ixtira etdiyi bu maşını satmağa başlayanda, işsiz qalmaqdan
qorxan toxucular onun evinə hücum edərək toxucu dəzgahlarını qırdılar. Bu hadisədən sonra Harqivis qorxuya
düşərək ailəsiylə Lançestirdən Nottinghama köçdü və buada kiçik bir toxuculuq emalatxanası qurdu. Harqivis
ixtirasının patentini bir qədər gec, 1770-ci ildə ala bildi. Riçard Arkraytının su gücü ilə çalışan və fabrik
istehsalına uyğun olan toxucu dəzgahına nisbətən Harqivisin toxucu maşını daha yüngül və ucuz olduğundan,
sənətkar emalatxanasında, o cümlədən evlərdə istifadə etmək üçün daha əlverişli idi.
Edmund Kartrayt (1743-1823) Mexaniki toxucu dəzgahı
İngilis din xadimi və ixtiraçısı olan Edmund Kartrayt gəncliyində yaxşı təhsil görmüş, təhsilini 14 yaşında
daxil olduğu Oksford universitesində davam etdirmişdi. O, məzun olduqdan sonra bir müddət daha Oksfordda qalsa
da din xadimi olmağı üstün tutmuş və keşiş işləməyə başlamışdır. O, etdiyi bir səfər zamanı həyatının geri qalan
hissəsini dinlə yanaşı, başda toxuculuq dəzgahları olmaq üzrə müxtəlif sanaye sahələrindəki kəşf və fəaliyyətə həsr
etmək qərarına gəldi. Edmund Kartrayt Riçard Arkraytın toxuculuq dəzgahından ruhlanaraq, 1785-ci ildə buxar
maşınını toxuculuq sənayesində tətbiq etdi. Enli parça toxumaq üçün inkişaf etdirdiyi buxarla işləyən dəzgah iki
nəfər tərəfindən işlədilirdi. Onun mexaniki toxucu dəzgahı istər sürəti, istərsə də xərc baxımından o dövrdə istifadə
edilən digər maşınlardan yüksək idi. Həmçinin nizamlı hərəkətlərlə çalışan maşın, daha enli və gözəl parçalar
toxuya bilirdi. Edmunt iki ayrı patent almasına baxmayaraq, Mançesterli tacirlər bu kəşflə o qədər də çox məşğul
olmayınca, özü 1786-cı ildə bir toxuculuq fabriki qurdu.
190
Riçard Arkrayt (1732-1792) «Cenni» tipli dəzgahın su çarxının köməyilə hərəkətə gətirilməsinə nail oldu və
buna müvafiq olaraq İngiltərədə ilk fabriki işə saldı
Riçard Arkrayt çox tanınmış ingilis ixtiraçısı və sənayeçis idi. Onun ixtirası sənayenin inkişafına çox mühüm
töhfə vermiş, toxuculuq sənətkarlıq emalatxanalarından fabrik və zavodlara qədər gəlib çıxmışdı.
Böyük bir ailədə dünyaya gələn Riçardın valideyinlərinin övladlarını oxutmaq üçün pulları yox idi. Ona görə də
Riçarda əmisi oğlu oxumağı və yazmağı öyrətdi. Daha sonra o, usta yanında bərbər sənətini öyrənərək bərbər kimi
işləməyə başladı. Bərbərlik sahəsində gəlirləri bir qədər azaldıqdan sonra, Riçard toxuculuq sənayesində yeni
mexaniki ixtiraları araşdırmağa və toxuculuq dəzgahları üzərində işləməyə başlayır. Ceymis Harqivisin kəşf etdiyi
«Cenni» cəhrəsində hazırlanan iplər kifayət qədər möhkəm deyildi və onda toxunan məhsul yalnız şal kimi istifadə
edilirdi. Arkrayt 1769-cu ildə patentini aldığı ilk əyrici dəzgahı isə daha möhkəm sapları istehsal etməyi bacardı.
Arkrayt ixtirasından sonra İngiltərədə ilk dəfə fabrik qurdu. Beləliklə, pambıq parça istehsalı İngiltərənin şimal
bölgələrində ən mühüm sənaye sahəssinə çevrildi. Riçard Arkrayt artıq 1782-ci ildə 200 min sterlinlik bir
sərmayənin və 5 min fəhlənin çalışdığı bir çox zavodun sahibi halına gəlmişdi
1784-cü il, Ceyms Uatt tərəfindən ixtira olunan buxar maşını və onun iş prinsipi
Buxar maşını istilik enerjisini qisməm mexaniki enerjiyə çevirir. İlk dəfə praktikada tətbiq oluna biləcək buxar
maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen tərəfindən hazırlanmışdır. 1764-cü ildə
Uatt
Tomas Nyukomen konstruksiyasına malik buxar maşınını təmir etmək üçün sifariş alır. Bu maşın öz yüksək
enerji məsrəfi ilə məşhur idi. Uatt bu maşını
yaxşılaşdırmaq qərarına gəlir. Bunun üçün Ceyms Uatt başqa dillərdə
olan ədəbiyyatları oxumaq üçün fransız, alman dillərini oyrənir. Nəticədə Ceyms Uatt Nyukomenin düzəltdiyi buxar
maşınını təkmilləşdirərək, daha yeni tərkibdə bir buxar maşını ixtira edir.
191
Amerika Birləşmiş Ştatları
Şimali Amerikada ilk ingilis məskənlərinin salınması
Sərvət axtarışında olan avropalıların Amerika qitəsini kəşf etməsindən
keçən bir əsr ərzində buraya xeyli avropalı gəldi. İlk vaxtlar ingilislər daha
çox gəlirdilər.
Şimali Amerikada ilk ingilis məskəndlilərinin salınması XVII əsrin
əvvəllərində təsadüf edir. Belə ki, 1607-ci ildə Şimali Amerikada ilk ingilis
koloniyalasının təməli qoyuldu. İngiltərədən Şimali Amerikaya
köçüb
gələnlər
tədricən ölkənin şimalına gedərək bir neçə koloniya yaratdılar və bu
koloniyaları ―Yeni İngiltərə‖ adlandırdılar. Şimali Amerikada ilk ingilis
koloniyası Virciniya koloniyası idi.
Bundan sonra İngiltərədən Şimali Amerikaya köçüb gələnlərin sayı
sürətlə artdı. İngiltərədən Şimali Amerikaya kütləvi şəkildə köçüb gələnlərin
sürətlə artmasının əsas səbəbi aşağıdakı amillərlə bağlı idi:
Kəndlilərin torpaqsızlaşması.
Əhalinin dini təqiblərə məruz qalması.
Koloniyaları İngiltərə kralı tərəfindən təyin edilmiş qubernatorlar
idarə edirdilər. Hər bir koloniyanın varlı kolonistlər tərəfindən seçilmiş
qanunverici məclisi var idi.
Amerikada hindulara qarşı soyqırım həyata keçirilməsi
Köçüb gələnlər
Amerikanın yerli xalqları olan hindulara
ilk vaxtlar dinc münasibət bəsləyirdilər. Bu dövrdə
hindular qəbilə icması halında yaşayır , ovçuluq, qismən də əkinçiliklə məşğul olurdular. Yeni sakinlər hindulardan
qarğıdalı və tütün becərməyi öyrənmişdilər. Lakin bir qədər sonra hinduların torpaqlarının qəsb edilməsinə
başlanıldı. Yeni torpaqlar zəbt etmək istəyi yerli hindularla
toqquşmalara səbəb olurdu . Hindularla son dərəcə
amansız rəftar edilirdi. Hindular sayca çox olmalarına baxmayaraq məğlub olurdular. İngilislərin hindular üzərində
qələbə çalmalarına aşağıdakı amillər kömək edirdi:
Hinduların pis silahlanması və odlu silahlara malik olmaması.
Hidu qəbilələri arasında birliyin olmaması və vahid cəbhədə birləşə bilməmələri.
XVII əsr boyu İngiltərənin hindularla apardığı müharibələr nəticəsində:
Hinduların bir qismi fiziki olaraq məhz edildi və soyqırıma məruz qaldı.
Hinduların bir qismi isə qərbə tərəf sıxışdırıldı.
Beləliklə, Şimali Amerikada ingilislərin ilk salınmış Virciniya koloniyasından başqa, Merilend, Şimali və
Cənubi Karolina, Corciya adlı koloniyalar da yaradıldı. Hindulardan zor və hiylə yolu ilə əldə edilmiş torpaqlar
hesabına Atlantik okeanı sahillərində 13 ingilis koloniyası təşkil edildi.
XVII əsrin sonlarından - XVIII əsrin ikinci yarısınadək olan dövrdə Atlantik okeanı sahillərindən
Alleqan dağlarına qədər olan ərazilərdə bütün hindu qəbilələri məhv edildi. Bu tarixin avropalılar tərəfindən
törədilən ən dəhşətli soyqırımılarından biri idi. Beləliklə, avropalıların gəlişi Amerikanın yerli sakinlərinə heç də
xoşbəxtlik gətirmədi. Amma avropalıların kütləvi şəkildə Amerikaya köçüb gəlməsi burada yeni, qüdrətli bir
ölkənin təməlini qoydu. XVII əsrin 30-cu illərində İngiltərə hökuməti koloniyalarda özbaşına yeni ərazilərə
köçməyi, torpaqlar tutmağı qadağan etdi.
1763-cü ildə isə İngiltərə kralının verdiyi fərmana görə kolonistlərə qərbə
-
Alleqan dağlarının qərbindəki torpaqlara
tərəf kömək qadağan edilirdi.
Buna baxmayaraq, kolonistlər Qərbə
tərəf köçür, hinduları qırıb yeni torpaqlar tutur, yeni məskənlər salırdılar.
Müstəmləkələr arasında sosial-iqtisadi fərqlər
XVII əsrdə Amerikaya gələnlərin çoxu ingilislər idi. Lakin orta bölgədə hollandlar, isveçlər, almanlar da
məskunlaşmışdılar. Cənubi
Karolinada fransızlar, cənub məskənlərində Afrikadan gətirilmiş qullar, italyanlar,
ispanlar və portuqaliyalılar da var idi. Lakin ölkənin şimalında yerləşən koloniyalarla cənubunda yerləşən
koloniyalar arasında kəski sosial-iqtisadi fərqlər getdikcə artırdı:
Şimali-şərqdə yerləşən ingilis müstəmləkəsi - Yeni ingiltərəlilərin torpağı münbit deyildi. Ona görə də
əhali bir sıra istehsal müəssisələri yaratmışdı.
Cənub koloniyalarda torpaq münbit olduğu üçün əhali kənd təsərrüfatı ilə məşğul olurdu.
Koloniyalar kapitalist qaydaları əsasında yaradılsa da, Britaniya kralı və torpaq
aristokratiyası burada feodal qaydaları tətbiq etməyə çalışırdılar. Bu dövrdə Boston şəhəri
Şimali Amerikanın ən böyük limanına çevrilmişdi.
192
Ticarət sürətlə inkişaf edirdi. Ölkədən balıq məmulatları, gəmi avadanlığı, ağac materialları, spirtli içkilər
ixrac olunurdu. Orta koloniyalarda - Pensilvaniya, Filadelfiya və Nyu-Yorkda ticarət daha
geniş yayılmışdı.
Şimali Amerikada Britaniya hökumətinin müstəmləkə siyasəti
Britaniya kralı və parlamenti Amerikadakı müstəmləkələrinə manufakturaların açılmasını, dəmir
məmulatlarının hazırlanmasını və parça (yun parçalar) istehsalını qadağan etmişdi. Çünki metal alətlər və
parçalar müstəmləkələrə İngiltərədən gətirilməli idi. Ona görə də İngiltərə parlamenti koloniyalarda bu proseslərin
genişlənməsinin qarşısını almaq üçün müstəmləkələrin əleyhinə aşağıdakı
qanunları qəbul etdi
:
Bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi kimi tanınmadı.
Kral ordusunu mənzil və ərzaqla təmin etmək tələbi qoyuldu.
Bütün çap məhsullarına vergi möhürü vuruldu və rüsum alındı.
«Boston çay məclisi»nin baş verməsi (1773)
Britaniyanın qadağaları ilə barışmayan koloniyalar bu
məhrumiyyətlərə cavab olaraq bütün Şimali Amerikada
İngiltərə hökumətinə qarşı aşağıdakı tədbirləri həyata
keçirdilər:
«Azadlıq oğulları» adlı gizli təşkilat yaratdılar.
1765-ci ildə koloniyalar öz nümayəndələrini
Filadelfiyaya qurultaya (konqresə) göndərdilər.
Filadelfiya qurultayında Nümayəndələrin səyi ilə
Konqres qətnamə qəbul etdi. Konqresin qəbul etdiyi qətnaməyə
görə İngiltərə parlamenti koloniyaların razılığı olmadan
onlara vergi qoya bilməzdi. Bundan sonra İngiltərədən
gətirilən bütün mallara boykot elan edildi.
1773-cü ildə İngiltərənin ―Ost-Hind‖ şirkətinin çayla
yüklənmiş bir neçə gəmisi Amerikanın Boston limanına gəldi.
Çay gömrük haqqı ödənməklə nisbətən ucuz qiymətə əhaliyə satılmalı idi. Lakin əhali buna etirazını bildirdi
və «Azadlıq oğulları» Boston təşkilatının üzvləri hindu paltarı geyinərək gəmilərə hücum edib, çay qutularını suya
tulladılar. Beləliklə, Boston limanına gətrilmiş çaya gömrük haqqı ödəməklə nisbətən ucuz qiymətlə əhaliyə
satılması «Boston çay məclisi» hadisəsinin törədilməsinə səbəb oldu. İngiltərə hökuməti etiraz aksiyasına cavab
olaraq aşağıdakı tədbirləri həyata keçirdi:
Boston limanı bağladıldı.
Şəhər əhalisinə dəniz ticarəti ilə məşğul olmaq qadağan edildi.
Şimali Amerikada istiqlaliyyət müharibəsinin (1775-1783) başlaması
Müstəmləkələrdə ingilis ağalığına qarşı boykot hərəkatını getdikcə silahlı mübarizə əvəz etdi.
1775-ci ildə
Şimali Amerikada bütün ingilis koloniyaları üsyan qaldırdı. Bir çox yerlərdə silahlı dəstələr yaradıldı. İngiltərə
müstəmləkəçilərinə qarşı silahlı mübarizə başladı. 1775-ci il aprelin 19-da İngiltərənin silahlı qüvvələri ilə ingilis
koloniyaları arasında ilk döyüş baş verdi.
Bununlada Amerikada İngiltərə kralı III Georginin (1760-1801)
buradakı
tərəfdarları ilə kolonistlər arasında İstiqlaliyyət müharibəsi başladı.
1775-ci ilin mayında Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin
ikinci kontinental Konqresi keçirildi. İkinci kontinental Konqresin qərarlarına əsasən :
İngiltərə ilə əlaqəni kəsmək qərara alındı.
Corc Vaşinqton azadlıq ordusunun baş komandanı təyin edildi.
İkinci kontinental Konqresin qərarları
Partizan dəstələrindən ibarət ordunu öz ordusu hesab etdi
Müstəmləkələr İngiltərə ilə əlaqəni kəsdi
Konqres
Corc Vaşinqton ordunun baş komandanı təyin
edildi
Boston çay məclisi, 1773-cü il
«Boston çay məclisi»
Corc Vaşinqton
193
«İstiqlaliyyət bəyannaməsi»nin qəbul olunması. ABŞ-ın yaradılması (1776)
1776-cı il iyulun 4-də, müharibənin gedişində Filadelfiyada Konqres
«İstiqlaliyyət bəyannaməsi»
ni qəbul
etdi.
«İstiqlaliyyət bəyannaməsi»nin müəllifi Virciniya plantatoru,
inqilabın görkəmli xadimi, Tomas Cefferson
idi.
«İstiqlaliyyət bəyannaməsi»
üsyan qaldırmış
keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və
yeni müstəqil
dövlət - Ameriya Birləşmiş Ştatlarının
tam müstəqilliyi haqqında bəyanat idi.
«İstiqlaliyyət bəyannaməsi»
nə əsasən:
İnsanların hüquq bərabərliyi elan edildi.
ABŞ-ın yaradıldığı elan edildi.
Üsyan qaldırmış müstəmləkər İngiltərədən ayrıldığını elan etdilər.
İngiltərənin Şimali Amerikadakı müstəmləkələri müstəqilliyinin elan etdilər.
Bəyannamədə göstərilirdi ki,
İngiltərənin müstəmləkələrə zülm etməsi insanın
«azadlıq, yaşamaq və xoşbəxtliyə can atmaq» kimi ayrılmaz hüquqlarına ziddir.
Bununla da
xalq hakimiyyətin mənbəyi elan edildi.
Hazırda «İstiqlaliyyət bəyannaməsi
»
nin elan edildiyi gün - 4 iyul, hər il ABŞ-ın İstiqlaliyyət günü kimi
qeyd edilir.
İlk vaxtlar ştatların hər biri müstəqil dövlət idi. Lakin ölkənin iqtisadi inkişafını və müdafiəsini təmin
etmək zərurəti ştatların birləşməsini tələb edirdi. Buna görə də ştatlar birləşdi. Beləliklə, ABŞ - Amerika Birləşmiş
Ştatları yarandı.
Dostları ilə paylaş: |