E.ə. 443-cü il
Afinada Perikl strateq seçildi.
***
E.ə. VIII-VI əsrlərdə
Qafqazdan İspaniyayadək, Qara dəniz və Aralıq dənizi sahillərində yunan
koloniyaları meydana gəldi.
E.ə. 500-cü il
I Dara Kiçik Asiyada, Aralıq dənizinin şərq sahillərində və Egey dənizi
adalarında yunan şəhər-dövlətlərinə hücum etdi.
E.ə. 500-449-cu illər
Yunan-İran müharibələri dövrü.
E.ə. 490-cı il
I Dara Yunanıstana – Afinaya hücum etdi. Yunanlarla-iranlılar arasında
Marafon döyüşü baş verdi.
E.ə. 480-ci il
I Kserkis Orta Yunanıstana hücum etdi. Yunanlarla-iranlılar arasında Fermopil
döyüşü baş verdi. İranlılar Orta Yunanıstanı ələ keçirdilər.
E.ə. 480-ci il
Salamin dəniz vuruşması. İranlılar ( Kserks) məğlub olaraq Yunanıstanı tərk etdi.
E.ə. 479-cu il
Plateya döyüşü. İranlılar Yunanıstandan tamamilə çıxarıldı.
E.ə V əsrin birinci yarısı
Afina dəniz ittifaqı yaradıldı.
E.ə 449-cu il
Yunarlarla İran arasında sülh müqaviləsi bağlandı. Yunan İran müharibəsi başa
çatdı.
***
235
E.ə. 776-cı il
Yunanıstanda ilk Olimpiya oyunları keçirildi.
E.ə. VIII əsr
Homer «İliada» və «Odisseya» dastanlarını yaratdı.
E.ə. VI əsr
Homerin «İliada» və «Odisseya» dastanları yazıya alındı.
E.ə. V əsr
Heredotun ―Tarix‖ əsərini yazması ilə tarix elminin əsası qoyuldu.
E.ə. V əsr
Afinada Parfenon məbədi inşa edildi.
E.ə. V əsrin sonları
Yunanıstanda ilk teatr binasi tikildi.
E.ə. 431-404-cü illər
Afina və Sparta arasında müharibə baş verdi.
***
E.ə. IV əsrin ortaları
Makedoniya dövləti güclü dövlətə çevrildi
E.ə IV əsrin ikinci yarısı
Yunan şəhər dövlətləri tənəzzül etməyə başladıllar.
E.ə. 338-ci il
Xeroneya döyüşü. Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu və
Makedoniyanın hakimiyyəti altına düşdü.
E.ə-336-323-cü illər
Makedoniyalı İsgəndərin hakimiyyəti.
E.ə 334-cü il
Makedoniyalı İsgəndər Şərqə yürüşə başladı.
E.ə. 334-cü il
Qranik döyüşü.
E.ə. 333-cü il
İss döyüşü.
E.ə. 331-ci il
Qavqamel (Cancaı) döyüşü. III Daranın qoşunları İsgəndər tərəfindən məğlub
edildi.
E.ə. 330-cu il
III Dara Baktriya satrapı Bess tərəfindən öldürüldü. Əhəməni imperiyası süqut
etdi.
E.ə. 328-ci il
Makedoniyalı İsgəndər Hindistana yürüş etdi.
E.ə. 323-cü il
Makedoniyalı İsgəndər vəfat etdi və onun vəfatından sonra imperiya bir neçə
padşahlığa parçalandı.
***
E.ə. 753-cü il
Roma şəhərinin əsası qoyuldu.
E.ə. 753-509-cu illər
Romada padşahlq dövrü.
E.ə. 509-cu il
Romada üsyan baş verdi. Romada padşahlıq idarə üsulu ləğv edildi və
respublika quruluşu yaradıldı.
E.ə. 509 – e.ə 30-cu il
Romada respublika quruluşunun mövcud olması.
E.ə V-III əsrlər
Romada patrisilərlə plebeylər arasında mübarizə baş verdi. Plebeylər Romanın
tamhüquqlu vətəndaşına çevirildilər, hər bir Roma vətəndaşı istənilən vəzifə
tutmaq və icma torpaqlarında pay almaq hüququ qazandılar.
E.ə. V əsrin əvvəli
Plebeylər xalq tribunlarını seçmək hüquqlarını qazandılar.
E.ə 390-cı il
Qall (kelt) tayfaları Romaya yürüş etdi.
E.ə III əsr
Cənubi İtaliyanı tutmaqla Roma bütün İtaliyanın işğalını başa çatdırdı.
E.ə. 264-146-cı illər
Roma ilə Karfagen arasında Pun müharibələri baş verdi. Siciliya, Sardiniya,
Korsika adaları Roma tərəfindən işğal olundu.
E.ə. 146-cı il
Karfagen şəhəri Roma tərəfindən tutularaq dağıdıldı və Romanın əyalətinə
çevrildi.
E.ə. 146-cı il
Makedoniya və Yunanıstan Roma tərəfindən işğal olundu.
E.ə. 133-cü il
Tiberi Qrakx xalq tribunu seçildi.
E.ə. 123-cü il
Qay Qrakx xalq tribunu seçildi.
E.ə. 74-71-ci illər
Kapuya şəhərindəki qladiator məktəbində qullar Spartakın başçılığı ilə üsyan
qaldırdılar.
E.ə 71-ci il
Spartak ilə Roma qoşunu arasında son döyüş baş verdi. Spatrak üsyanı Roma
sərkərdəsi Krass və Pompey tərəfindən yatırıldı.
E.ə 49-cu il
Yuli Sezar Qalliyadan Roma üzərinə hücum etdi. Sezarla Pompey rərəfdarları
arasında vətəndaş müharibəsi baş verdi. Sezar qalib gələrək Romada təkbaşına
hakimiyyəti ələ aldı.
E.ə 49-44-cü illər
Yuli Sezarın Romada təkbaşına hakimiyyəti dövrü.
236
E.ə 44-cü il
Yuli Sezar sui-qəsd nəticəsində öldürüldü.
E.ə 30-cu il
Antoni və Oktavian arasında Romada yeni (ikinci) vətəndaş müharibəsi baş
verdi. Antoni məğlubiyyətə uğradı, Oktavian qoşunları İsgəndəriyyə şəhərini
tutdular, Misir Romanın əyalətinə çevirildi, Oktavian Romanın şərq və qərb
əyalətlərinin tək hakimi oldu.
E.ə 30 - e. 14-cü illər
Oktavian Avqustun hakimiyyəti illəri.
E.ə 30 - e. 476-cı illər
Romada imperiya dövrü.
E.ə. I əsr – e. I əsri
Roma poeziyasının «qızıl dövrü.
I əsr
Roma əyaləti olan Fələstində xristianlıq dini meydana gəldi.
II əsr
Romada qulların öldürülməsi qadağan edildi.
II-III əsrlər
Romada quldarlıq quruluşunun tənəzzülü başlandı, «daxmalı qullar» və kolonlar
meydana gəldi.
313-cü il
Roma imperatoru Konstantin xristianlığı dövlət dini kimi qəbul etdi və
xristianlara açıq ibadət etməyə, onlara məbədlər tikməyə icazə verdi.
330-cu il
Roma imperiyasının paytaxtı Vizantiyə (Bizans) köçürüldü və imperator
Konstantinin şərəfinə Konstantinopol adlandırıldı.
395-ci il
Roma imperiyası iki hissəyə parçalandı. Qərbi və Şərqi Roma imperiyaları
yarandı.
395-476-cı illər
Qərbi Roma imperiyasının mövcud olması.
395-1453-cü illər
Şərqi Roma (Bizans) impesiyasının mövcud olması.
451-ci il
Qərbi Hun imperatoru Atilla ilə Roma ordusu arasında Katalaun döyüşü baş
verdi.
455-ci il
Vandallar Roma şəhərini tutaraq dağıtdı və vandalizm hadisəsini törətdilər.
476-cı il
German tayfalarının Qərbi Romanın sonuncu imperatorunu taxtdan saldı. Qərbi
Roma imperiyası süqut etdi. Qərbi Avropada quldarlıq quruluşu dağıldı. Qədim
dünya tarixi sona çatdı və dünya tarixinin orta əsrlər dövrü başladı.
ORTA ƏSRLƏR DÖVRÜ
IV əsr
―Xalqların böyük köçü‖ başladı.
370-ci il
Don sahilində hunlar alanları məğlub edərək Azov ətrafı əraziləri və
Şimali
Qafqazı
ələ keçirdilər.
371-ci il
Hunlar ostqot tayfaları ilə döyüşlərdə onları məğlub edərək Krımı ələ keçirdilər.
400-cü il
Hunlar Dunay çayı sahilində qot tayfalarını məğlub edərək Pannoniyada
məskunlaşdılar.
IV əsr – 470-ci il
Qərbi Hun imperatorluğunun
mövcud olması.
447-ci il
Atilla Bizansa yürüş etdi.
451-ci il
Qərbi Hun imperatorluğu ilə Roma imperiyası arasında
Katalaun döyüşü baş
verdi.
452-ci il
Atilla Roma şəhərini mühasirəyə aldı.
453-cü il
Atilla vəfat etdi və Qərbi Hun dövləti
onun oğlanları arasında bölüşdürüldü.
470-ci il
Qərbi Hun imperatorluğu süqut etdi.
***
III əsr
Kiyat şəhəri Xarəzm vilayətinin paytaxtı oldu.
IV əsrin sonları
Ağ Hun dövləti yarandı. Xarəzm vilayəti
Ağ Hun dövlətinin tabeliyinə keçdi.
IV əsr – 567-cı il
Ağ Hun imperatorluğun
un
mövcud olması.
V əsr
Ağ Hun dövləti Eftal xanın adı ilə Eftalit dövləti adlanmağa başladı.
V əsr
Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə düşdü.
430-cu il
Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər.
237
515-550-ci illər
Mihuraqula xanın hakimiyyəti. Ağ Hun imperatorluğu öz qüdrətininən ən
qüdrətli dövrü.
VI əsrin ortaları
Ağ Hun imperatorluğunda yüksəliş dayanmağa başladı.
567-ci il
Sasani hökmdarı Xosrov Ənuşirəvanın və Göytürk xaqanı İstəmi xaqanın
birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüş etdi. Ağ Hun imperatorluğu dağıldı.
***
552-ci il
Bumin xaqan jujan xanı üzərində qələbə qazandı və I Göytürk dövlətini əsasını
qoydu. Ötükən şəhəri I Göytürk dövlətinin paytaxtı oldu.
552-588-ci illər
I Göytürk dövlətinin mövcud olması.
VI əsrin ikinci yarısı
Göytürk dövlətinin ən qüdrətli dövrü.
588-ci il
I Göytürk imperatorluğu iki hissəyə parçalandı.
VII əsrin əvvəlləri
Şərqi Göytürk və Qərbi Göytürk dövlətləri Çindən asılı vəziyyətə düşdü.
VII əsrin 80-ci illəri
Qutluq (İltəris) xanın başçılığı altında Göytürklər Çinə qarşı üsyan qaldırdı.
Türklər Çin əsarətindən azad oldu, II Göytürk imperatorluğu yarandı.
682-744-cü illər
II Göytürk imperatorluğunun mövcud olması.
682-692-ci illər
İltəris xaqanın hakimiyyəti.
692-716-cı illər
Qapağan xaqanın hakimiyyəti.
716-734-cü illər
Bilgə xaqanın hakimiyyət.
744-cü il
II Göytürk imperiyası süqut etdi.
744-cü il
Qutluq Bilgə Gül xaqan tərəfindən Uyğur xaqanlığının əsası qoyuldu.
744-842-ci illər
Uyğur imperatorluğunun mövcud olması.
744-745-ci illər
Qutluq Bilgə Gül xaqanın hakimiyyəti.
745-759-cu illər
Moyon Çur xaqanın hakimiyyəti.
759-779-cu illər
Bögü xaqanın hakimiyyəti.
779-789-cu illər
Bağa Tarkan xaqanın hakimiyyəti.
842-ci il
Qırğız tayfaları uyğurlara qarşı üsyan qaldırdı. Uyğur imperatorluğu süqut etdi.
***
558-ci il
Şərqi Avropada Avar dövləti yarandı.
558-803-cü illər
Avar xaqanlığının mövcud olması.
VI əsrin sonları
Bizans avarlara vergi verməyə başladı.
626-cı il
Avarlar Konstantinopolu mühasirəyə aldı.
VIII əsrin sonları
Avar-Frank müharibələri başladı
803-cü il
Franklar avarların Pannoniya ərazisini tutdular. Avar dövləti süqut etdi.
***
630-cu il
Kubrat xan tərəfindən Şərqi Avropada Böyük Bulqar dövlətinin əsası qoyuldu.
630-665-ci illər
Böyük Bulqar dövlətinin mövcud olması.
660-cı il
Xəzərlərlə bulqarlar arasında döyüş baş verdi. Böyük Bulqar dövləti iki hissəyə -
Dunay Bulqar və Volqa Bulqar türk dövlətinə parçalandı.
665-ci il
Baqi Bayan xan tərəfindən Volqa (İdil) Bulqar türk dövlətinin əsası qoyuldu.
665/965-1236-cı illər
Volqa (İdil) Bulqar türk dövlətinin mövcud olması.
679-cu il
Asparux xan tərəfindən Dunay Bulqar türk dövləti yaradıldı.
679-864-cü illər
Dunay Bulqar türk dövlətinin mövcud olması.
679-cu il
Asparux xan Bizansı məğlub edərək sülh müqaviləsi bağladı. Bizans Bulqar-
türk dövlətinə xərac verməyə başladı.
864-cü il
Dunay Bulqar-türk dövlətində xristianlıq rəsmi dövlət dini elan edildi. Dunay
Bulqar türk dövləti süqut etdi.
238
965-ci il
Volqa (İdil) Bulqar türk dövləti Xəzər xaqanlığının asılılığından çıxaraq yenidən
müstəqil oldu.
1236-cı il
Monqollar Volqa Bulqar türk dövlətinin varlığına son qoydular.
***
VII əsrin əvvəlləri
Xəzər tayfaları Xəzər dənizinin qərb sahillərində və Azərbaycanda
məskunlaşdılar.
634-cü il
Qərbi Göytürk dövləti dağıldıvə xəzər tayfaları müstəqil oldu.
634-965-ci illər
Xəzər xaqanlığının mövcud olması.
VIII-IX əsrlər
Xəzər xaqanlığının ən qüdrətli dövrü.
IX əsrin ikinci yarısı
Şərq slavyanları xəzərlərə bac verməyə başladı.
965-ci il
Kiyev-rus dövləti tərəfindən Xəzər xaqanlığı işğal olundu. Xəzər xaqanlığı süqut
etdi.
X əsr
Oğuz dövləti yarandı.
950-ci il
Oğuzlar İslam dinini qəbul edərək türkmən adlandırmağa başladılar.
1000-ci il
Oğuz dövlətinin varlığına qıpçaqlar tərəfindən son qoyuldu.
***
III əsr
Qədim Çin imperiyası bir-biri ilə düşmənçilik edən bir neçə dövlətə parçalandı.
III-IV əsrlər
Çində quldarlıq quruluşu dağıldı və feodalizm münasibətləri yarandı.
586-618-ci illər
Çində Suy sülaləsinin hakimiyyəti dövrü.
VI əsrin sonları
Çində yenidən vahid dövlətdə birləşdirildi.
VII əsrin əvvəlləri
Çində hakimiyyət Tan sülaləsi hakimiyyətə gəldi.
618-918-ci illər
Çində Tan sülaləsinin hakimiyyəti.
751-ci il
Xilafət qoşunları Çin ordusunu məğlub etdi və Böyük İpək yolunun Mərkəzi
Asiyayadək uzanan hissəsinə nəzarət Çinin əlindən çıxdı.
VIII əsr
Çində feodallar dövlət torpaqlarını özbaşına tutmağa başladı.
960-1260-cı illər
Çində Sun sülaləsinin hakimiyyəti dövrü.
1215-ci il
Çingiz xanın qoşunları Şimali Çini işğal etdi.
XIV əsrin ortaları
Çində monqol əsarətinə qarşı üsyan baş verdi.
1368-ci il
Çində Min sülaləsi hakimiyyətə gəldi.
1368-1644-cü illər
Çində Min sülaləsinin hakimiyyəti dövrü.
XVI əsr
Koreya, Vyetnam və Tibet Çindən asılı vəziyyətə düşdü.
***
224-cü il
Ərdəşir Babəkan Parfiya dövlətinin varlığına son qoydu.
226-cı il
Ərdəşir Babəkan
tərəfindən Sasanilər dövlətinin əsası qoyuldu.
226-651-ci illər
Sasanilər dövlətinin mövcud olması dövrü.
III əsrin əvvəlləri
Sasanilər imperiyası Cənubi Qafqazı, o cümlədən Atropatenanı ələ keçirdi və
Xarəzm, Xorasan, Mərv üzərində nəzarəti ələ keçirdi.
III əsr
İranda Manilik hərəkatı baş verdi.
III-V əsrlər
Sasanilər dövlətində
feodal münasibətləri yarandı.
488-531-ci illər
Sasani şahı I Qubadın hakimiyyəti dövrü.
V əsrin ikinci yarısı
Sasanilər dövləti Ağ Hun imperatorluğundan asılı vəziyyətə düşdü.
481-529-cu illər
İranda Məzdəkilər hərəkatı baş verdi.
529-cu il
Məzdək edam edildi.
531-579-cu illər
Sasani şahı I Xosrovun hakimiyyəti.
VII əsrin 30-cu illəri
Sasanilər dövləti ərəb dövlətinin hücumuna məruz qaldı.
651-ci il
Sasanilər dövləti ərəblər tərəfindən süquta uğradıldı.
***
III əsr
Cənubi Qafqaz Sasanilər tərəfindən işğal edildi.
VII-VIII əsrlər
Cənubi Qafqaz ərəb işğallarına məruz qaldı.
239
VIII əsrin 30-cu illəri
Ərəb xilafətinin parçalanması nəticəsində Tiflis müsəlman əmirliyi yarandı.
VIII-IX əsrlər
Ərəb xilafəti parçalandı və Qafqazda ilk müstəqil feodal dövlətlər
(Azərbaycanda Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Şəki
hakimliyi, Tiflis əmirliyi, Dərbənd əmirliyi Gürcüstan ərazisində isə Abxaziya,
Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti knyazlığı) meydana gəldi.
XI əsrin əvvəlləri
Gürcüstan vahid dövlətdə birləşdirildi.
XI əsrin əvvəlləri
Səlcuq türklərinin Qafqaza axınları baş verdi. Cənubi Qafqaz və Dağıstan Böyük
Səlcuq imperatorluğunun tərkibinə qatıldı.
XIII əsr
Qafqaz xalqları monqolların yürüşlərinə məruz qaldı. Cənubi Qafqaz Hülakü
imperatorluğunun tərkibinə qatıldı. Şimali Qafqaz Hülakülər və Qızıl Ordu
dövlətləri arasında bölüşdürüldü.
XIV əsrin 80-ci illəri
Qafqaz Teymurilər dövləti tərəfindən işğal olundu.
XV əsr
Azərbaycanda Qaraqoyunlu və Ağqoyulu sülalələri hakimiyyətdə oldu.
XV əsrin sonları
Gürcüstanda Kartli, Kaxetiya və İmeretiya çarlıqları meydana gəldi.
***
610-cu il
İslam dini meydana gəldi.
622-ci il
Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdi.
630-cu il
Ərəb dövləti yarandı.
630-1258-ci illər
Ərəb dövlətinin mövcud olması dövrü.
630-632-ci illər
Məhəmməd Peyğəmbərin hakimiyyəti dövrü.
632- 661-ci illər
Ərəb dövlətində Xəlifələr dövrü.
661-ci il
Ərəb dövlətində Əməvilər sülaləsi hakimiyyətə gəldi.
732-ci il
Ərəblərlə franklar arasında Puatye döyüşü baş verdi.
750-ci il
Ərəb dövlətində Əməvilər sülaləsinin hakimiyyəti başa çatdı.
750-1258-ci illər
Abbasilər sülaləsinin hakimiyyəti dövrü.
IX əsr
Ərəb dövlətində və orduda türklər mühüm rol oynamağa başladılar.
IX əsr
Ərəb xilafəti parçalandı.
861-ci il
Xəlifənin Şirvandakı canişini Şirvanı müstəqil elan etdi.
875-999-cu illər
Samanilər dövlətinin mövcud olması dövrü.
879-cu il
Azərbaycan ərazisində Sacilər dövləti meydana gəldi
941-ci il
Sacilər dövləti süqut etdi. Salarilər dövləti yarandı.
981-ci il
Salarilər dövləti süqut etdi. Rəvvadilər dövləti yarandı.
927-ci il
Qaraxanlı dövləti yarandı.
962-ci il
Qəznəvilər dövləti yarandı.
998-1030-cu illər
Sultan Mahmud Qəznəvinin hakimiyyəti dövrü.
999-cu il
Samanilər dövlətinin varlığına son qoyuldu.
1187-ci il
Qəznəvilər dövləti süqut etdi.
1212-ci il
Qaraxanlı dövləti Xarəzmşahlar dövləti tərəfindən süquta uğradıldı.
XII əsrin 70-ci illəri
Gurlu tayfaları Qəznəviləri məğlub edərək onları Şimali Hindistana sıxışdırdı.
1187-ci il
Qəznəvilər dövləti süqut etdi.
***
1038-ci il
Toğrul bəy tərəfindən Səlcud dövlətinin əsası qoyuldu.
1038-1157-ci illər
Böyük Səlcuq dövlətinin mövcud olması dövrü.
1040-cı il
Səlcuqlarla qəznəvilər arasında Dəndənəkan döyüşü baş verdi.
1040-1063-cü illər
Sultan I Toğrulun hakimiyyəti.
1040-cı il
Mərv qurultayı keçirildi.
1043-cü il
Səlcuq dövlətinin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü.
1054-cü il
Səlcuqlar Cənubi Qafqaza hücum etdilər.
|