1519-1522-ci illər
Fernando Magellanın ilk dünya səyahəti.
XV-XVI əsrlər
Ticarət yolları Aralıq dənizindən okeanlara keçdi. Müstəmləkə əsarətinin əsası
qoyuldu.
XVI əsr
Portuqaliyalılar Ərəbistan və Hindistan yarımadasını, Şərqi Afrikanın Hind
okeanı sahillərini, Zond və Molukk adalarını, Cənubi Amerikada Braziliyanı,
ispanlar Braziliyadan başqa, bütün Cənubi Amerikanı, Perun, Kuba və Karib
dənizinin adalarını tutaraq müstəmləkəyə çevirdi.
***
V-VIII əsrlər
Orxon-Yenisey abidələri tərtib olundu.
IX əsr
Bulqar şairi Mikayıl Baştun «Şan qızı dastanı» əsərini yazdı.
870-950-ci illər
Şərqin böyük mütəfəkkiri Fərabinin yaşadığı dövür.
973-1048-ci illər
Əbu Reyhan əl-Biruninin yaşadığı dövür.
980-1037-ci illər
İbn Sinanın yaşadığı dövür.
IX əsr
Əhməd əl-Bəlazuri tərəfindən «Ölkələrin fəthi» adlı tarixi əsəri yazıldı.
1029-1105-ci illər
Görkəmli türk astronomu Mahmud Qaşğarinin həyat və fəaliyyəti dövrü.
1048-1131-ci illər
Ömər Xəyyamın həyat və fəaliyyəti dövrü.
1066-cı il
Bağdadda «Nizamiyyə» mədrəsəsi açıldı.
XIII əsr
Dehli sultanı Qütbəddin Aybək tərəfindən «Qütb minar» abidəsi inşa etdirildi.
XIII-XIV əsrlər
Təbrizdə Rəşidiyyə ali mədrəsəsi fəaliyyətə başladı.
1465-1554-cü illər
Böyük türk dənizçisi və coğrafiyaçısı Piri Rəisin həyat və fəaliyyəti dövrü.
XVI əsr
Hindistan mədəniyyətinin «Əkbər əsri». Moğol hökmdarı Əkbər şahın dövrü.
XIV əsr
Əmir Teymur tərəfindən Səmərqənddə «Gur Əmir» türbəsi inşa etdirildi.
XV-XVI əsrlər
Memar Sinan Xoca tərəfindən Şahzadə, Süleymaniyyə və Səlimiyyə cameləri
inşa edildi. İstanbulda Çinili köşk, Topqapı, Fənərbağça dultan sarayları inşa
olundu.
***
III əsr
Mayya yazısı meydana gəldi.
532-537-ci illər
Yustinianın əmri ilə ―Müqəddəs Sofiya‖ kilsəsi tikildi.
VIII-IX əsrlər
Mayyalılar tərəfindən Uşmalada hökmdar sarayı inşa edildi.
1045-ci il
Konstantinopolda ilk universitet fəaliyyətə başladı.
XI əsr
Konstantinopolda ilk ali tibb məktəbi yaradıldı.
XI-XII əsrlər
Mayyalılar tərəfindən Çiçen-İtsada rəsədxana inşa edildi.
XII əsr
Kordova məscidi və Seviliyada Əlkəsar sarayı inşa edildi.
XII əsr
Avropada ilk ali məktəblər - universitetlər meydana gəldi.
1158-ci il
İtaliyada Boloniya universiteti yaradıldı.
XIII əsr
İngiltərədə Oksford universiteti yaradıldı.
XIII-XV əsrlər
Qranada hakimlərinin Əlhambra sarayı (Qırmızı saray) inşa edildi.
246
YENİ DÖVR
1722-ci il
Əfqanlar İsfahan şəhərini ələ keçirdi.
1724-cü il, iyun
Osmanlı ilə Rusiya arasında İstanbul müqaviləsi imzalandı.
1731-ci il
Şah II Təhmasib İrəvan yaxınlığında döyüşdə osmanlılar tərəfindən
məğlubiyyətə uğradıldı.
1732-ci il
II Təhmasib Nadir xan tərəfindən hakimiyyətdən kənarlaşdırıldı və onun oğlunu
III Abbas adı ilə şah elan edi. Səfəvilər dövlətində real hakimiyyət Nadir xanın
əlinə keçdi.
1733-cü il
Nadir xan osmanlılarla sülh bağladı.
1736-cı il, mart
Muğan qurultayını çağırıldı.
Nadir xan şah seçildi. Səfəvilər sülaləsinin
hakimiyyətinə son qoyuldu. Nadir xan tərəfindən Azərbaycan Əfşarlar
imperiyasının əsası qoyuldu.
1736-1747-ci illər
Nadir Şah Əfşar İmperiyasının mövcud olması dövrü.
1737-ci il
Nadir şah Əfqanıstana yürüş etdi.
Qəndəhar və Kabul ələ keçirildi.
1738-ci il
Nadir şah Hindistana yürüş etdi.
1739-cu il
Karnal döyüşü
. Nadir şah moğol qoşunlarını məğlub edərək Dehlini tutdu.
1740-cı il
Nadir şah Türküstana yürüş etdi.
Buxara xanı və
Xivə xanlıqları Nadir şahın
hakimiyyətini qəbul etdi.
1743-1746-cı illər
Nadir şah Osmanlı imperiyası ilə müharibə apardı.
1747-ci il
Nadir şah sui-qəsdi nəticəsində öldürüldü. Əfşar İmperiyası süqut etdi.
XVIII əsrin 50-ci illəri
İran və Azərbaycanda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda Məhəmməd
Həsən xan Qacar, Kərim xan Zənd və Fətəli xan Əfşar arasında mübarizə
başladı.
1759-cu il
Məhəmməd Həsən xan Qacar öldürüldü.
1763-cü il
Kərim xan Zənd Urmiya xanı Fətəli xan Əfşarı məğlub edərək Azərbaycan və
İranda hakimiyyəti ələ keçirdi.
1785-ci il
Ağa Məhəmməd xan Qacar Zəndlər üzərində qələbə çaldı.
1794-cü il
Azərbaycan-türk soyundan olan Qacarlar sülaləsi hakimiyyətə gəldi.
1795-ci il
Ağa Məhəmməd xan Qacarın Qafqaza birinci yürüşü. İrəvan və Tiflis şəhərləri
ələ keçirildi. Şuşanın 33 günlük mühasirəsi isə uğursizluqla nəticələndi.
1796-cı il
Ağa Məhəmməd xan Qacar özünü şah elan etdi. İranda Qacarlar sülaləsinin
hakimiyyəti başladı.
1796-1925-ci illlər
İranda Qacarlar sülaləsinin hakimiyyəti dövrü.
1797-ci il
Ağa Məhəmməd xan Qacarın Qafqaza ikinci yürüşü. Ağa Məhəmməd şah
Şuşada sui-qəsd nəticəsində öldürüldü.
1800-cü il
Malkolmun başçılıq etdiyi İngiltərə nümayəndə heyəti İrana gəldi. İranla
ingilislər arasında siyasi və ticarət müqaviləsi imzalandı. Qacarlar dövlətinin
İngiltərədən asılılığının əsası qoyuldu.
***
1674-cü il
Hindistanda Maratx dövləti yarandı.
1658-1707-ci illər
Moğol imperatoru Övrəngzəbin hakimiyyəti illəri.
XVII əsrin əvvəlləri
İngilislər moğollardan Suratda ticarət məntəqəsi yaratmağa icazə aldı.
247
XVII əsrin sonları
Fransa Hindistan uğranda mübarizəyə qoşuldu və Benqaliyada ilk istehkam
məntəqəsi yaratdı.
XVIII əsrin birinci yarısı
Aud knyazlığı Moğol dövlətindən ayrıldı. Hindistanda Benqaliya və Heydərabad
dövlətləri yarandı.
1739-cu il
Nadir şah Əfşar Moğol ordularına qalib gələrək Dehlini tutdu.
1747-ci il
Əhməd şah Dürraninin tərəfindən müstəqil Əfqan dövləti yadadıldı.
Əfqanlar
Şimali Hindistanı (Pəncabı, Kəşmiri, Dehli və Hind çayı arasındakı əraziləri) ələ
keçirdi.
1757-ci il
Plessi döyüşü. İngilislər moğolları məğlub edərək Benqaliyanı ələ keçirdi,
Hindistanın İngiltərə tərəfindən işğalına başlanıldı.
1761-ci il
Panipat döyüşü. Maratxlar əfqanlara məğlub oldu və maratxların Hindistandakı
hökmranlığına son qoyuldu, Böyük Moğol imperiyasının dağılmasının başlanğıcı
qoyuldu.
1767-1799-cu illər
İngiltərə-Maysor müharibəsi baş verdi. Maysor dövləti öz istiqlaliyyətini itirdi.
1774-cü il
İngiltərə parlamenti işğal olunmuş Hindistan torpaqlarının idarə olunması
haqqında ilk qanun qəbul etdi.
XVIII əsrin ikinci yarısı
Hindistanın varlı vilayətləri və bütün cənub hissəsi İngiltərənin müstəmləkəsinə
çevrildi. Hindistanın İngiltərə tərəfindən tamamilə müstəmləkəyə çevrilməsi
prosesi başa çatdı.
***
1626-1644-cü illər
Çində kəndli üsyanı baş vermdi.
1644-cü il
Çində Tsin (Mancur) sülaləsi hakimiyyətə gəldi.
1644-1912-ci illər
Çində Tsin (Mancur) sülaləsini hakimiyyəti dövrü.
1715-ci il
Çinin Kanton şəhərində ilk ingilis məskəni salındı.
XVIII əsrin 20-ci illəri
Rusiya ilə Çin arasında ticarət müqavilələri imzalandı.
1757-ci il
İmperator fərmanı ilə Mancur hökuməti «özünütəcrid» siyasətini elan etdi.
1689-1758-ci illər
Çin ilə Cunqariya (oryat) xanlığı arasında müharibə baş verdi. Cunqar xanlığı və
Qaşqar şəhəri Çin tərəfindən işğal edildi.
XVIII əsrin ikinci yarısı
Çin Şərqi Tibeti işğal etdi.
XVIII əsrin sonları
Mancur qoşunları Hind-Çinə yürüşlər etdilər.
Birma, Vyetnam, Butan və Nepal
mancurlardan asılı vəziyyətə düşdü. Koreya Çinə tabe edildi. Çin vahid dövlətdə
birləşdirildi.
***
XVI əsrin ortaları
Avropalılar ilk dəfə Yaponiyaya gəlməyə başladılar.
XVI əsrin sonları
Knyaz Oda Nobunaqa mərkəzləşdirmə siyasəti yeritməyə başladı.
1582-ci il
Knyaz Oda Nobunaqa vasalları tərəfindən öldürüldü.
1582-1603-cü illər
Yaponiyanı siyasi cəhətdən birləşdirmək uğrunda mübarizə baş verdi.
1603-cü il
İmperator sərəncamı ilə Tokuqava İyeyasu özünü syoqun elan etdi.
Yaponiyanı
siyasi cəhətdən birləşdirmək uğrunda 30 illik mübarizə başa çatdı.
Yaponiyada
üçüncü syoqun sülaləsinin - Tokuqava sülailəsinin hakimiyyəti başladı.
1603-1867-ci illər
Yaponiyada Tokuqava sülailəsinin hakimiyyəti dövrü.
XVII əsrin əvvəlləri
Yaponiya «özünütəcrid» siyasəti yeritməyə başladı.
248
1604-cü il
Tokuqava hökuməti tərəfindən ipək xammalının və hazır ipək məmulatlarının
xarici tacirlərdən satın alınmasına başlanıldı. Yapon-holland ticarət müqaviləsi
imzalandı. Xirado adasında holland faktoriyasının əsası qoyuldu.
1613-cü il
Xirado adasında ingilis faktoriyasının əsası qoyuldu və ingilis Ost-Hind
kompaniyasına Yaponiyada ticarət aparmaq imtiyazı verildi.
1614-cü il
Tokuqava hökuməti xristianlığı «imperiyanın düşməni» elan etdi.
1635-ci il
Yaponiyada girovluq sistemi tətbiq olundu.
1623-1624-cü illər
İngilislər, ispanlar və portuqaliyalılar Yaponiyadan tamamilə çıxarıldı.
XVIII əsrin əvvəlləri
Yaponiyada iqtisadi tənəzzül dövrü başladı.
1680-1709-cu illər
Syoqun Sunayoşinin hakimiyyəti.
1716-1745-ci illər
Syoqun Yoşimunenin
hakimiyyəti.
***
XVI əsrin sonların
Osmanlı imperiyasında durğunluq dövrü başladı.
XVII əsr
Osmanlı imperiyasında durğunluq dövrü geriləmə dövrü ilə əvəz olundu. Timar
və ziyamət sistemi pozuldu.
1615-ci il
Avstriya ilə Osmanlı dövlətləri arasında Vyana kapitulyasiya müqaviləsi
bağlandı. Venesiya Osmanlı dövlətindən kapitulyasiya imtiyazları aldı.
XVII əsr
Fransa, İngiltərə, Hollandiya və Avstriya tacirləri Osmanlı imperiyasından
kapitulyasiya hüququ aldı.
XVII əsrin ikinci yarısı
Baş vəziri Körpülü Mühmet paşa tərəfindən islahatlar həyata keçirildi.
1663-1664-cü illər
Osmanlı-Avstriya müharibəsi. Osmanlı dövləti Macarıstan krallığının bir
hissəsini və Dunay knyazlığını ələ keçirdi.
1664-cü il
Osmanlı dövləti ilə Avstriya arasında Vasvar sülhü bağlandı.
1669-cu il
Krit adası Osmanlı dövlətinə birləşdirildi.
1677-1681-ci illər
Rusiya-Osmanlı müharibəsi baş verdi
1681-ci il
Rusiya ilə Osmanlı dövləti arasında Baxçasaray sülhü imzalandı.
1683-cü il
Osmanlı ordusu baş vəzir Qara Mustafa Paşanın başçılığı ilə Vyananı uğursuz
mühasirəyə aldı.
1684-cü il
Osmanlılar əleyhinə Avstriya, Polşa, Venesiya və Maltadan ibarət «Müqəddəs
birlik» adlı ittifaq təşkil edildi.
1686-cı il
Rusiya «Müqəddəs birliy»ə qoşuldu.
1686-1699-cu illər
Osmanlı ilə «Müqəddəs birlik» arasında müharibə baş verdi.
1699-cu il
«Müqəddəs birliy»ə daxil olan ölkələrlə Osmanlı arasında Karlovitsa müqaviləsi
imzalandı.
1703-1730-cu illər
Sultan III Əhmədin hakimiyyəti. Osmanlı imperiyasında «Lalə dövrü».
1711-ci il
Prut yürüşü. Rusiya ilə Osmanlı arasında Prut döyüşü baş verdi.
1716-1718-ci illər
Osmanlı dövləti ilə Venesiya və Avstriya arasında yeni müharibə baş verdi.
Avstriyalılar Belqrad şəhərini işğal etdilər.
1718-ci il
Avstriya ilə Osmanlı arasında Pojarevatsk müqaviləsi imzalandı.
1730-cu il
İstanbulda Patron Xəlilin başçılığı ilə üsyan baş verdi.
1735-1739-cu illər
Osmanlı dövləti ilə Avstriya və Rusiya arasında müharibə baş verdi.
1739-cu il
Osmanlı dövləti ilə Avstriya və Rusiya arasında Belqrad sülhü imazlandı.
1740-cı il
Osmanlı imperiyası ilə Fransa arasında kapitulyasiyaya müqaviləsi bağlandı.
249
1768-1774-cü illər
Rusiya ilə Osmanlı dövləti arasında müharibə baş verdi.
1770-ci il
Osmanlı ilə Rusiya arasında Larqa, Kaqul və Çeşmə dəniz döyüşü baş verdi.
1774-cü il, 10 iyul
Osmanlı dövləti ilə Rusiya arasında Kiçik Qaynarca sülhü imzalandı.
XVIII əsrin sonları
«Şərq məsələsi» Rusiya xarici siyasətinin ana xəttinə çevrildi.
1783-cü il
Krım xanlığı Rusiyanın tərkibinə qatıldı.
1787-1791-ci illər
Rusiya-Osmanlı müharibəsi baş verdi.
1791-ci il, dekabr
Rusiya ilə Osmanlı dövləti arasında Yassı sülhü imzalandı.
1792-1793-cü illər
Osmanlı dövlətində Sultan III Səlim tərəfindən «Nizami-cədid» (yeni qayda)
adlanan islahatlar həyata keçirildi.
***
XV əsr
Qazax xanlığı meydana gəldi.
XVI əsr
Qazax xanlığı iki orduya, daha sonra üç müstəqil orduya (juza) bölündü.
XVI əsrin əvvəlləri
Xivə xanlığı yarandı.
XVI-XVII əsrlər
Sibir türkləri Rusiyanın müstəmləkə əsarətinə düşdülər.
XVII əsrin ikinci yarısı
Xakaslarda feodal münasibətləri yarandı.
XVIII əsrin əvvəlləri
Kokand xanlığı yarandı.
XVIII əsrin əvvəlləri
Seyid Batırın baçşılığı ilə Rusiyanın müstəmləkə siyasətinə qarşı üsyan baş
verdi.
1723-cü il
Qazax tarixində «böyük fəlakət» dövrü. Qazax orduları Qərbi Monqolustanda
yaranan Cunqar xanlığının qarətçi hücumlarına məruz qaldı. Orta Ordunun
mərkəzi Türküstan şəhəri ələ keçirilərək dağıdıldı, Böyük Ordu (juz) cunqarların
hakimiyyəti altına keçdi, üç ordu arasında ittifaq dağıldı.
1731-ci il
Sibir türkləri Rusiyanın müstəmləkə zülmünə qarşı üsyan qaldırdılar.
1731-ci il
Kiçik Ordunun başçısı Əbülxeyir xan Rusiyanın tərkibinə daxil olmaq haqqında
akt imzaladı. Orenburq şəhər-qalası salındı.
1740-cı il
Orta Ordu və Böyük Ordunun şimal hissəsi Rusiya birləşdirildi. Qazaxıstanın
cənubu Kokand və Buxara xanlıqları arasında bölüşdürüldü.
1740-cı il
Nadir şah Əfşar Xivə xanlığına hücum etdi.
1747-ci il
Məhəmməd Əmin xan Xivə xanlığını yenidən bərpa etdi.
XVIII əsrin ortaları
Tatar və başqırdlar Abdulla Qaliyanın (Batirşahın) başçılığı ilə Rusiyanın
müstəmləkə zülmünə qarşı üsyan qaldırdı.
XVIII əsr
Rusiyanın Avropa hissəsindən ruslar Sibirə köçürüldü.
XVIII əsr
Sibirdə ilk sənaye müəssisələri işə salındı. Sibir kəndləri təhkimli işçilərə
çevrildi.
1783-cü il
Kiçik Orduda Batır Srımın başçılığı ilə rus müstəmləkəçiliyinə və yerli
hakimiyyətə qarşı üsyan baş verdi.
***
XVII-XVIII əsrlər
Şimali Qafqaz müstəqil və yarımmüstəqil siyasi qurumlara parçalandı.
XVIII əsrin 60-cı illəri
Rusiya Qızlyardan Azov dənizi sahillərinə kimi uzanan Qafqaz xəttini yaratdı.
1774-cü il
Rusiya Azov dənizi sahillərini ələ keçirdi.
1783-cü il
Krım xanlığı, Taman yarımadası və Kubanboyu ərazilər Rusiyaya birləşdirildi.
XVIII əsrin sonları
Kabarda knyazları, Çeçen-İnquş hakimləri, Tarku şamxalı Rusiya çarına sədaqət
andı içdilər.
250
1722-1723-cü illər
I Pyotr Xəzərsahili bölgələri ələ keçirdi.
1783-cü il
Georgiyevsk müqaviləsi ilə Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi.
1785-ci il
Şeyx Mənsurun başçılığı ilə Qafqaz xalqları Rusiyanın müstəmləkəçilik
siyasətinə qarşı üsyan qaldırdı.
1795-ci il
Ağa Məhəmməd xan Qacar Şərqi Gürcüstana yürüş etdi.
1796-cı il
Rus ordusu Valerian Zubovun başçılığı ilə Cənubi Qafqaza yürüş etdi.
1796-cı il, noyabr
Rus qoşunları Cənubi Qafqazdan geri çağırıldı.
***
XVII əsr
Çin memarlığında monumental binaların inşasına başlanıldı. Pekin sarayı,
Mukdendəki (indi Şenyan) imperator mavzoleyi inşa edildi.
XVII əsr
Yaponiyada «şəkilli hekayələr» janrı meydana gəldi.
1609-1616-cı illər
Memar Mehmet Ağa tərəfindən Sultan Əhməd məscidi inşa edildi.
XVII-XVIII əsrlər
Dellidə Cümə məscidi inşa edildi.
XVII-XVIII əsrlər
Ağn şəhərində İshak Paşa sarayı inşa edildi.
1709-cu il
Gürcüstanda mətbəənin əsası qoyuldu.
1712-ci il
Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri daşbasma üsulu ilə çap
edildi.
1727-ci il
Osmanlı dövlətində ilk mətbəə yaradıldı.
1784-cü il
Uilyam Consun tərəfindən «Benqal-Asiya cəmiyyəti» (Kral cəmiyyəti) yaradıldı.
XVIII əsr
Mirzə Mehdi xan tərəfindən «Dünyanı fəth edən Nadirin tarixi», Məhəmməd
Kazım tərəfindən «Dünyanı bəzəyən Nadirin tarixi» əsərləri yazıldı.
XVIII əsr
Dövrün tanınmış rəssamları olan Məhəmməd Zaman Təbrizinin, Mülkünün və
dövrün məşhur şairləri olan Məcmər, Cəndəqinin həyat və fəaliyyəti dövrü.
XVIII əsr
Avar və çuvaş əlifbaları tərtib olundu.
***
XVI əsr
İngiltərədə ilk manufakturalar meydana gəldi.
XVI əsr
İngiltərədə Puritan təriqəti geniş yayıldı.
1603-cü il
İngiltərədə Stüartlar sülaləsi hakimiyyətə gəldi.
1603-1714-cü illər
İngiltərədə Stüartlar sülaləsinin hakimiyyəti dövrü.
1629-cu il
İngiltərə kralı I Karl tərəfindən parlament buraxıldı.
1640-cı il
İngiltərə kralı I Karl tərəfindən uzunmüddətli parlament çağırıldı. İngiltərə
burjua inqilabı başladı.
1640-1653-cü illər
İngiltərə burjua inqilabı və Uzunmüddətli parlamentin fəaliyyəti dövrü.
1642-1646-cı illər
İngiltərədə vətəndaş müharibəsi baş verdi.
1645-ci il
İcmalar palatası Oliver Kromvelə yeni tipli ordu təşkil etməyi tapşırdı.
1945-ci il
Neyzbi döyüşü. Vətəndaş müharibəsinin taleyi həll olundu.
1646-cı il, iyun
İngiltərədə vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatdı. İngiltərədə
bütün hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçdi.
1648-ci il
İngiltərə kralı «Prayd təmizləməsi» hadisəsi baş verdi.
1649-cu il
İngiltərədə Diggerlər - «həqiqi levellerlər» hərəkatı baş verdi.
1649-cu il
İngiltərə kralı I Karl edam olundu. İngiltərədə kral hakimiyyəti (monarxiya) və
Lordlar palatası ləğv edildi. Hakimiyyət Oliver Kromvel başda olmaqla
parlamentin əlinə keçdi. İngiltərə Respublika elan edildi.
251
1649-1653
Dostları ilə paylaş: |