AZƏrbaycan demokratġk respublġkasi



Yüklə 0.84 Mb.
Pdf просмотр
səhifə1/10
tarix31.01.2017
ölçüsü0.84 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 

 



 

 

AZƏRBAYCAN DEMOKRATĠK 

RESPUBLĠKASI 

 

 



 

Azərbaycan höküməti 

1918 – 1920 

 

 

 

 

 

 

BAKI. GƏNCLĠK. 1990. 

 

 


 

Az. 2. 



Az 39 

 

 



 

T ə r t i b   e d ə n l ə r:   V. Allahverdiyev, Ş. Mehdiyev 

 

 

R e d a k t o r u:  H İ D A Y Ə T 



 

 

 



 

 

 



A39      Azərbaycan  Demokratik  Respublikası:  Azərbaycan  höküməti  (1918-

1920). B., Gənclik – Gənclik mərkəzi, 1990, 96 səh.  

 

Kitabda tariximizin bir qaranlıq səhifəsinin bəzi tərəflərinin açılmasına cəhd 



göstərilir.  Təqdim  olunan  məqalələrdə  Azərbaycan  Demokratik  Respublikasının 

(1918-1920)  təməlini  qoyanlar,  Azərbaycan  parlamenti  və  onun  işi  haqqında  qısa 

məlumat verilir. Məqalələr Azərbaycan hökümətinin bütün nazirlərini əhatə etmir.  

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 

 

 

A



4702060204 

SifariĢ yolu ilə -90       

 

M 653 (12) - 90 

 

ISBN 5 – 8020 – 0681 - 1 

   


 

 

 



 

 

 



Gənclik  1990. 

   


 

 

 



Gənclik mərkəzi 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 



Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

 

 



T ə r t i b ç i l ə r d ə n 

 

 



 

 

 



1918-1920-ci illər Azərbaycanın siyasi və sosial tarixi çox mürəkkəb problem 

olmaq etibarı ilə dərindən öyrənilməyə ciddi ehtiyac duyur.  XX əsrin ilk onillikləri 

üçün Şimali və Cənubi Azərbaycanda baş verən hadisələri anlamağa çalışmaq, bu 

hadisələrə  ümumbəşəri  təfəkkürün  bir  hissəsi  kimi  baxmaq,  insan  cəmiyyətinin 

demokratikləşməyə doğru inkişafına bir damla da olsa öz töhfəsini vermək bu gün 

çox vacibdir.  

Yeni  əstrin  əvvəlləri  üçün  bir  tərəfdən  mütləqiyyətin  bir  çox  demokratik 

dəyişikliklər etməyə məcbur olması, digər tərəfdən isə Azərbaycan şəraitində yeni 

milli  burjuaziyanın  meydana  çıxması  və  onun  milli  təfəkkürün  inkişafına  təsiri 

cəmiyyətdə müəyyən siyasi qüvvələrin formalaşmasına və onların ―günəş altında‖ 

yer  axtarmasına  gətirib  çıxarmışdı.  Azərbaycan  milli  burjuaziyasının  istedadlı 

gəncləri  oxumaq  üçün  dünyanın  müxtəlif  təhsil  ocaqlarına  göndərməsi  olduqca 

müvəffəqiyyətli addım olmuşdu. İlk dövrdə doğma vətənə qayıdan azərbaycanlılar 

siyasi  hərəkatda  Rusiya  sosial  –  demokratiyasının  mövqeyini  müdafiə  etsələr  də 

sonralar  ondan  daha  çox  uzaqlaşır  və  milli  –  demokratik  hərəkat  genişlənirdi. 

Təsadüfi  deyil  ki,  artıq  1904  –  cü  ildə  azərbaycanlı  inqilabçıların  demokratik 

təşkilatı ―Hümmət‖ yaradılmışdı. İnqilabçı demokratların bir çoxu, o cümlədən M. 

Ə. Rəsulzad. H. Hacınski və b. bu cəmiyyətin üzvləri olmuşdular.  

Bakı  neft  sənayesinin  daha  sürətli  inkişafı  Qərbi  Avropa  həyat  tərzi  ilə 

tanışlığı  genişləndirir  və  istər  –  istəməz  azərbaycanlıları  qabaqcıl  ictimai  fikir  və 

sosial  ədalət  uğrunda  mübarizəyə  səsləyirdi.  Məhz  bununla  izah  olunur  ki, 

bolşeviklər  Bakıda  hakimiyyəti  ələ  keçirə  bilmələrinə  baxmayaraq,  Azərbaycan 

ziyalılarını  bu  ittifaqa  cəlb  edə  bilmədilər.  çünki  müsəlmanlar  daha  demokratik 

quruluş uğrunda mübarizəyə atılmışdılar.  

1918  –  ci  ilin  mart  hadisələri  Azərbaycan  ziyalılarını  sosializm  və  sovet 

hakimiyyəti  ideyasından  çox  –  çox  uzaqlaşdırdı.  ―Türk  ədəmi  –  mərkəziyyət 

partiyası‖, ―Müsavat‖ bitərəf Azərbaycan ziyalısına arxalanıb hakimiyyət uğrunda 

mübarizəyə  başladı.  Öz  fəaliyyətinin  əvvəlində  Rusiya  tərkibində  muxtariyyət 

uğrunda çarpışan ―Müsavat‖ partiyası 1918 – ci ilin ərəfəsi üçün artıq tam müstəqil 

və  demokratik  Azərbaycan  ideyasına  qulluq  etməyə  başladı.  Bu  ideya  xalq 

arasında  böyük  razılıqla  qarşılandı.  ―Xalqlar  dostuluğu‖  demaqoq  şüarları  ilə 

pərdələnən Bakıdakı erməni ―bolşeviklərinin‖ Sovet höküməti özünün Azərbaycan 

əleyhinə  fəaliyyəti  ilə  xalqı    milli  hərəkata  daha  çox  sövq  edirdi.  Bunu  M.  Ə. 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


 

Rəsulzadə  özü  də  gizlətməmiş  və  partiyanın  ikinci  qurultayında  açıq  demişdir: 



“Bizim partiyamız sinfi deyildir. Bizim partiyamız millidir”. 

Azərbaycan milli hərəkatın geniş yayılmasının səbəblərindən biri də budur ki, 

bu ölkə müstəmləkə ölkəsi idi və məhz bunun nəticəsində, başqa xalqlar – rus xalqı 

həyat  şəraitinin  yaxşılaşdırılması  uğrunda  sinfi  mübarizəyə  qalxanda,  o  da  milli 

azadlıq uğrunda çarpışmalı idi.  

1918  –ci il. Mayın 28-də  Azərbaycan Demokratik Respublikası elan olundu. 

1920-ci  il  aprelin  27-  də  məlum  hadisələr  üzündən  tarixi  səhnədən  getməli  oldu. 

Üstündən  düz  71  il  keçəndən  sonra  Azərbaycan  xalqı  yeni  demokratik  zəmində 

mübarizə meydanına atılıb mayın 28- ni Azərbaycan dövlətinin yaranma günü elan 

etməyi tələb etdi. Xalqın iradəsi qəbul olundu... 

Amma böyük və ciddi təəssüf hissi ilə deməliyik ki, Azərbaycan tarixçisi düz 

70  il  çalışmışdı  ki,  bu  həqiqəti  yada  salmasın.  Bu  isə  tarixçinin  özündə  qul 

psixologiyasının  yaradılmasına  gətirib  çıxarmışdır.  Yaddan  çıxarmamalıyıq  ki, 

insan  iki  həqiqətə  -  təbiətə  və  tarixə  xəyanət  edə  bilməz.  Edərsə  böyük 

qurbanlar verər. Biz artıq bunun şahidi olmuşuq.  

Diqqətinizə təqdim olunan bu toplu geniş oxucu kütləsi üçün nəzərdə tutulur 

və tarixi həqiqəti bərpa etmək yolunda ilk addımlardan biridir.   

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 



Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

 

 



1. AZƏRBAYCAN HÖKÜMƏTĠ 

 

“Ədəbiyyat və incəsənət”, 4 may 1990. 

Azərbaycan  milli  demokratiyası  Fevral  inqilabından  sonra  Rusiyanın 

federativ  –  demokratik  əsaslarda  yenidən  qurulması  təqdirində  bu  dövlətin 

tərkibində milli muxtariyyət uğrunda mübarizə aparırdı. Siyasi proseslərin sonrakı 

inkişafı  göstərdi  ki,  onların  ümid  etdiyi  demokratik  və  federativ  Rusiya  ideyası 

illuziyadan  başqa  bir  şey  deyildir.  Milli  hərbi  hissələr  yaratmaq  cəhdi  qarşısında 

1918-ci  ilin  martında  təşkil  edilmiş  qırğınlardan  sonra  Azərbaycan  milli 

demokratiyası istiqlaliyyət uğrunda açıq mübarizə və milli hakimiyyət yaratmağın 

milli qurtuluş üçün yeganə yol olduğunu dərk etdi. Azərbaycan nümayəndələrinin 

təkidilə  Zaqafqaziya  seymi  aprel  ayının  9-da  Zaqafqaziyanın  suverenliyini  elan 

etdi.  Lakin  daxili  ziddiyyətlər  və  xarici  oriyentasiya  məsələrindəki  antaqonizmlər 

Zaqafqaziya  Federativ  Demokratik  Respublikasının  tərkibindən  çıxdıqdan  sonra, 

1918-ci  il  mayın  28-də  Tiflisdə  Azərbaycanın  istiqlaliyyəti  elan  edildi.  İstiqlal 

bəyannaməsində 

Azərbaycan 

Demokratik  Respublikasında  ali  icraedici 

hakimiyyətin  Müvəqqəti  hökümətə  məxsus  olduğu  bildirildi.  Müvəqqəti  hökümət 

Azərbaycan Milli Şurası qarşısında məsul idi.  

 

 

 



Azərbaycan  Milli  Şurası  ADR  –in  ilk  hökümətini  təşkil  etməyi  şuranın 

üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün  Fətəli xanın təklif etdiyi 

Nazirlər  Şurasının  tərkibi  təsdiq  edildi  (məsələyə  əlavə  olunmuş  siyahıya  baxın). 

 

Müvəqqəti  hökümət  lazımi  hazırlıq  işləri  gördükdən,  ilk  növbədə 



Azərbaycanın  öz  istiqlaliyyətini  elan  etməsi  və  Azərbaycan  Respublikasının 

müvəqqəti paytaxtının Gəncə şəhərində  yerləşməsi haqqında dünyanın əsas siyasi 

mərkəzlərinə  rəsmi  bəyanat  göndərdikdən  sonra  Gəncəyə  köçdü.  Lakin  burada 

müxtəlif irticaçı qüvvələr  Azərbaycan Milli  Şurası və  Müvəqqəti hökümətin işini 

pozmağa cəhd etdilər. İyunun 17-də Milli Şuranın müvəqqəti buraxılması və bütün 

qanunverici hakimiyyətin Müvəqqəti hökümətin əlində cəmləşməsi haqqında qərar 

qəbul  edildi.  Qərarda  deyilirdi:  ―Azərbaycanın  keçirməkdə  olduğu  muşkulati- 

daxilliyə və xariciyyəni nəzəri – etinayə alaraq Azərbaycan Şurayi – Millisi bütün 

hüquq  və  səlahiyyətini  Fətəli  xan  Xoyski  təhti  –  sədarətində  təşəkkül  edən 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


 

kabinəyə  həvalə  və  məzkur  kabinəyi  arayi  –  ümumiyyə  üzərinə  müstənəd  – 



bilətəxir  Məclisi  –  müəsissan  dəvət  oluncaya  qədər  Azərbaycan  həqqi  – 

hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf  edir‖. 

Elə  buradaca  Müvəqqəti  hökümətin  hüquq  və  vəzifələrinin  ümumi  istiqamətləri 

göstərilirdi.  Müvəqqəti  hökümət  hər  vasitə  ilə  Azərbaycanın  müstəqilliyini 

qorumalı, siyasi azadlıqlar, torpaq və  başqa  vacib qanunları ləğv etməmək şərtilə 

qalan məsələlərin həllində tam ixtiyar sahibi idi. Müvəqqəti hökümət 6 aydan gec 

olmayaraq  Müəssisələr  məclisinə  seçiklər  keçirib,  hakimiyyəti  ona  təhvil  verməli 

idi. 


 

 

 



 

 

 



 

 

Nazirlər  Şurasının  tərkibində  bəzi  dəyişikliklər  edildikdən  sonra  yeni 



kabinə  işə  başladı.  İyunun  19-  da  Azərbaycanda  hərbi  vəziyyət  elan  edildi.  Bakı 

quberniyası  Xalq  Komissarları  Sovetinin  Gəncə  üzərinə  hazırladığı  hücumu  dəf 

etmək və daha sonraz Qafqaz İslam Ordusunun köməyilə Bakını azad etmək üçün 

milli  qoşun  hissələrinin  yaradılması  sahəsində  əməli  işlər  başladı.  Sonrakı  aylar 

Müvəqqəti  hökümətin  Azərbaycanın  paytaxtına  sahib  olması  uğrunda 

mübarizəsinə həsr edildi.  Bakı  uğrunda  mübarizə  aparmaqla  yanaşı  Müvəqqəti 

hökümət  dövlət  aparatı  qurmaqla  məşğul  idi.  Bu  sahədə  ən  böyük  problem  milli 

kadrların çatışmaması ilə bağlı idi. Çar zülmünün Azərbaycana vurduğu ən böyük 

zərbələrdən  biri  –  dövlət  aparatına  yerli  müsəlman  əhalinin  yaxın  buraxılmaması 

özünü  kəskinliyi  ilə  hiss  etdirirdi.  Yeni  yaranmış  dövlət  orqanları  məmurlarının 

xeyli  hissəsini  qeyri  –  yerli  millətlərin  nümayəndələri  təşkil  edirdi.  Odur  ki, 

Nazirlər  Şurasının  1918  –ci  il  27  iyun  tarixli  fərmanında  deyilirdi:  ―Dövləti  lisan 

türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi – daxiliyyə və sair dəvair 

vəzifələri  başında  duranlar  bu  lisanı  bilənlər  olana  qədər  höküməti  müəssisələrdə 

rus  dili  istimalına  müsaidə  edilsin‖.  İki  il  ərzində  dövlət  orqanlarının  işinin 

tamamilə  ana  dilinə  keçməsi  nəzərdə  tutulurdu.  İctimai  həyatın  başqa  sahələrinin 

də milliləşdirilməsinə başlandı.  

 

 



 

 

 



Müvəqqəti hökümətin diqqətini cəlb edən işlərindən biri də avfqust ayında 

yaradılmış  Fövqəladə  Təhqiqat  Komisiyyası  idi.  Bu  komisiyyanın  funksiyasına 

yerli  əhaliyə  qarşı  vəhşiliklərin,  o  cümlədən  mart  qırğınlarının  dəqiq  öyrənilməsi, 

günahkarların  müəyyən  edilməsi  və  onların  məhkəməyə  verilməsi  daxil  idi. 

Komisiyyanın  təhqiqatları  cəmləşdirilib,  əsas  Avropa  dillərində  çap  olunmalı  və 

yayılmalı idi. 

 

 

 



 

 

 



 

Ölkənin  iqtisadi  həyatını  qaydaya  salmaq  üçün  dağıdılmış  dəmiryolunun 

bərpa  edilməsinin  böyük  əhəmiyyəti  var  idi.  Dəmiryolunun  bərpası  ilə  yanaşı  bir 

neçə  ay  ərzində  poçt  –  teleqraf  işləri  də  qaydaya  düşdü.  Gürcüstan  ilə  birlikdə 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



 

müvəqqəti  bon  buraxıldı,  bu  ölkənin  maliyyə  vəziyyətini  bir  qədər  sabitləşdirə 



bildi.  Bajkı  uğrunda  mübarizə  və  Müvəqqəti  hökümətin  öz  hakimiyyətini  bütün 

Azərbaycanda  təsbit  etməsi  sentyabrın  15-dək  çəkdi.  Bu  ərəfədə  Müəssisələr 

məslisinin  çağırılması  sahəsində  işlərə  başlamaq  üçün  Nazirlər  Şurasının  sədri, 

daxili  işlər  naziri  və  xalq  maarifi  nazirindən  ibarət  komissiya  yarandı.  Bu 

komissiyanın  öz  işini  sürətləndirdiyi  və  ümumiyyətlə  dövlət  quruculuğu  işinin 

genişləndiyi  bir  şərairdə  Azərbaycanın  beynəlxalq  vəziyyəti  kökündən  dəyişmiş 

oldu. Dünya müharibəsinin bitməsi ilə Antanta adından Britaniya qoşunları Bakını 

tutmalı idi. Düşmənin Bakını işğal etmək planına müqavimət göstərmək iqtidarında 

olmadığından öz işini bərpa etmiş Azərbaycan Milli Şurası və Müvəqqəti hökümət 

ingilislərin  şəhərdə  yaratdığı  işğal  rejimi  şəraitində  Azərbaycanın  istiqlaliyyəti 

uğrunda mübarizəni davam etdirdi.  

 

 



 

 

 



Dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclası oldu. Azərbaycan 

Milli  Şurasının  sədri  M.  Ə.  Rəsulzadə  böyük  təbrik  nitqi  söylədi.  Parlamentin 

rəhbərliyi seçildikdən  sonra  Müvəqqəti  hökümətin başçısı Fətəli xan Xoyski çıxış 

etdi.  Fətəli  xan  bu  tarixi  günə  qiymət  verərək  nitqini  aşağıdakı  sözlərlə  başladı: 

―Bu gün öylə böyük və  mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda 

da  görə  bilməzdik‖.  O,  Müvəqqəti  hökümətin  fəaliyyəti  dövründə  görülmüş 

işlərdən bəhs edib, bütün hökümətin istefasını qəbul etməyi xahiş etdi. Fətəli xanın 

nitqi aşağıdakı sözlərlə bitirdi: ―Hökümətin fəaliyyətində nə qədər qüsur və nöqsan 

olmuşsa  da  yol  göstərən  işıqlı  yıldızı  bu  olmuşdur:  millətin  hüququ.  Istiqlalı  və 

xeyiri!‖.  

 

 

 



 

 

 



 

Parlament  Müvəqqəti  hökümətin  istefasını  qəbul  edib,  yeni  Nazirlər 

Şurasının  tərkibini  müəyyən  etməyi  və  hökümətə  başçılığı  yenidən  Fətəli  xan 

Xoyskiyə  tapşırdı.  Fətəli  xanın  səhhətinin  pisləşməsi  ilə  əlaqədar  milli  hökümətə 

başçılıq  etmək  iqtidarında  olmadığını  bildirməsinə  baxmayaraq,  parlament 

hökümətin təşkilini yenidən təkidlə Fətəli xana tapşırdı. Dekabrın 26 –da Nazirlər 

Şurasınınsədri hökümt proqramı və hökümətin tərkibi haqqında parlamentdə çıxış 

etdi.  Hökümət  proqramında  Azərbaycanın  müstəqilliyini  möhkəmlətmək  vəzifəsi 

ön  plana  çəkilmişdi.  Nazirlər  Şurasının  sədri  elə  buradaca  göstərirdi:  ―Fəqət 

Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər arasında 

bir  sədd  çəkək.  Aşkardır  ki,  müstəqil  Azərbaycan  höküməti  ümüm  dövlətlər  ilə 

rabitə husuluna çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu dövlətlər, ümumiyyətlə sabiq 

Rusiya  ərazisində  təşəkkül  tapmış  dövlətlər,  xüsusən  Rusiyanın  özünə  hasil 

olmalıdır‖.  Müstəqilliyi  möhkəmlətmək  vəzifəsindən  doğan  qonşu  dövlətlərlə 

normal münasibətlərin bərqərar olması, Azərbaycanın istiqlaliyyətinin tanınması və 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


 

müstəqilliyin  ilk  şərtlərindən  biri  –  milli  ordunun  yaradılması  məsələsi  hökümət 



proqramında öz əksini tapdı. Daha sonra daxili siyasət (―Biz türk islamlar heç bir 

zaman  özümüzü  vətənə  övlad  gibi  görməyib,  həmişə  ögey  olduğumuzu  hiss 

etmişik.  Şimdi  biz  öylə  şərait  hasil  etməliyik  ki,  vətənimizdə  yaşayan  millətlərin 

həpsi  özünü  bir  dərəcə  vətən  övladı  gibi  görsünlər.  Biz  özümüzə  rəva 

görmədiyimizi  sairlərinə  rəva  görməməliyiz‖),  maarif,  ərzaq,  yollar,  ədliyyə, 

maliyyə  (―...verginin  ən  çoxu,  ən  ağırı  dövlətlilərin  öhdəsinə  düşməlidir,  nəinki 

kasibların‖),  fəhlə  -  kəndli  (―...torpaq  kəndliyə  verilməzsə,  fəhlənin  həyatı  təmin 

edilməzsə,  heç  vaxt  iş  yeriməz‖)  məsələri  sahəsində  hökümətin  qarşısında  duran 

vəzifələr  və  onların  həllinin  əsas  istiqamətləri  göstərilirdi.  Fətəli  xan  çıxışının 

sonunda  Nazirlər  Şurasının  yeni  tərkibini  parlamentin  müzakirəsinə  verdi.  Geniş 

müzakirədən sonra ―İttihad‖ fraksiyası bitərəf qalmaqla bütün fraksiyalar hökümət 

proqramına və hökümətin tərkibinə etimad göstərdilər.  

 

 

Azərbaycan höküməti koalisiyalı kabinə idi. Burada 3 nəfər rus naziri də 



təmsil  olunmuşdu  (erməni  nümayəndələrinə  təklif  olunmuş  2  nazir  kürsüsündən 

onlar  imtina  etdilər).  Koalisiyalı  yeni  kabinə  yeni  partiya  prinsipi  üzrə  deyil. 

Parlament fraksiyalarının hökümət başçısına və və proqramına etimad prinsipi üzrə 

təşkil edilmişdi.    

 

 

 



 

 

 



 

Sonrakı,  1919-cu  ilin  mart  və  dekabr  kabinə  dəyişikliklərində  də  eyni 

prinsip  əsas  tutuldu.  Son  iki  kabinəyə  ―Müsavat‖  partiyasının  görkəmli  xadimi 

Nəsib  bəy  Yusifbəyli  başçılıq  etdi.  N.  Yusifbəylinin  də  hökümət  proqramı  Fətəli 

xan  Xoyskinin  hökümət  proqramına  uyğun  idi.  Mövcud  olduğu  17  ay  ərzində 

(1918-ci ilin dekabrı – 1920 –ci ilin apreli) müstəqil Azərbaycanın milli höküməti 

hansı işləri görə bildi?  

 

Azərbaycan  hökümətinin  fəaliyyətinin  əsas 



istiqamətlərini  və  gördüyü  işləri  qısaca  sadalamazdan  əvvəl  hökümətin  işə 

başladığı  tarixi  şəraiti  və  Azərbaycanın  beynəlxalq  vəziyyətini  xatıqlamaq 

lazımdır.  

 

 



 

 

 



 

 

Yuxarıda  deyildiyi  kimi,  milli  (mülki  və  hərbi)  kadrlar,  ümumiyyətlə 



mütəxəssis  çatışmırdı.  Azərbaycan  iqtisadiyyatı  müharibə  və  inqilabı  hadisələr 

nəticəsində  bərbad  vəziyyətə  düşmüşdü.  Azərbaycanın  beynəlxalq  vəziyyəti  son 

dərəcə gərgin idi. Bir tərəfdən Ermənistanla daimi hərbi – siyasi münaqişələr, digər 

tərəfdən isə şimal təhlükəsi dinc quruculuq işlərinə mane olurdu.  

 

 

Bununla  belə,  Azərbaycan  Demokratik  Respublikası  höküməti  az  vaxtda 



tarixi əhəmiyyətə malik işlər görə bildi. Stalinin ―bu bir il yarımlıq hakimiyyətiniz 

ərzində xalqa nə verə bildiniz?‖ sualının cavabında M.Ə. Rəsulzadə demişdi: ―Çox 

şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


 

istiqlal dadızdırdıq‖.  



 

 

 



 

 

 



 

Azərbaycanın  istiqlaliyyəti  Avropa  ölkələri  tərəfindən  tanındı.  Avropa 

dövlətləri  və  xalqları  Azərbaycan  adlı  bir  ölkənin  mövcud  olduğunu  bildi,  bu 

zəngin  ölkənin  azadlığa  təşnə  olan  əhalisinin  azad  xalqlar  sırasında  yer  tutmağa 

layiq olduğunu təsdiq etdi. Qonşu ölkələrlə (Ermənistan və Rusiya istisna olmaqla) 

mehriban münasibətlər yarandı.   Dövlət  orqanlarının  ana  dilinə  keçməsi  ilə 

yanaşı,  ictimai  həyatın  milliləşdirilməsinə  başlandı.  Milli  kadr  çatışmazlığı 

problemini  həll  etmək  üçqün  məktəblər  və  kurslar  açıldı.  Azərbaycan  Ordusu  və 

Hərbi Donanmasının yaradılması ən vacib işlərdən oldu.  

 

 



Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində 

Azərbaycan  höküməti  əzmlə  mübarizə  aparırdı.  Azərbaycan  Demokratik 

Respublikasının ərazisi 97,3 min kv. km. idi. Bundan başqa 15,6 min kv. km- lik 

Azərbaycan  torpaqları  (Borçalı,  Qarayazı,  Sığnax,  Şərur  –  Dərələyəz,  Yeni 

Bəyazid  və  s.)  Gürcüstan  və  Ermənistanla  mübahisəli  ərazi  sayılırdı  və  milli 

hökümət bu ərazilərin ana vətənə qovuşması uğrunda mübarizəni davam etdirirdi. 

Ölkənin inzibati - ərazi quruluşu yeni şəraitə uyğun olaraq dəyişdirildi. Qarabağda 

erməni iğtişaşlarını  yatırtmaq və Ermənistanın əlini bu torpaqlardan kəskəm  üçün 

burada xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni sahədə muxtariyyət verildi. 

 

Ölkənin  maliyyəsini  qaydaya  salmaq  və  dağıdılmış  iqtisadiyyatını  bərpa 



etmək  sahəsində  xeyli  işlər  görüldü.  1918  –  ci  ilin  martında  dağıdılmış  neft 

sənayesi  və  Bakı  –  Batum  neft  kəməri  bərpa  edildi.  Bakı  –  Culfa  dəmiryolunun 

çəkilişi  sürətləndirildi.  Azərbaycan  Dövlət  Bankı  yaradıldı,  kənd  təsərrüfatı  üçün 

xırda kredit bankları açıldı, şəhərlərdə əmanət kassaları şəbəkəsi bərpa edildi. 

 

Xalq  maarifinin  milliləşdirilməsi  və  inkişafı  üçün  nəşriyyat  –  tərcümə 



komissiyası yaradıldı. İbtidai və orta məktəblər üçün dərsliklər çap edildi, mövcud 

məktəblərin  xeyli  hissəsi  milliləşdirildi,  yeni  məktəblər  açıldı,  müəllim  hazırlığı 

üzrə ölkənin müxtəlif yerlərində 7 kişi və 1 qadın seminariyası təşkil edildi. Qori 

müəlimmlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Türkiyədən 50 

müəllim  dəvət  edildi,  buradan  dövlət  kitabxanaları  üçün  xeyli  kitab  alındı,  Bakı 

Dövlət  Universiteti  təsis  edildi,    yüzə  yaxın  gənc  Avropanın  böyük  təhsil 

ocaqlarına  göndərildi,  ibtidai  təhsilin  yayılması  və  savadsızlıqla  mübarizə 

məqsədilə kəndlərdə müvəqqəti pedaqoji kurslar yaradıldı və s. və i. a. 

 

Milli  hakimiyyətin  Vətən  və  millətə  xidməti  təbii  idi.  Bir  əsrlik 



müstəmləkə  zülmündən  hələ  özünə  gəlməmiş  millətin aparıcı qüvvələrinin təmsil 

olduğu  Azərbaycan  hökümətinin    səhvləri  də  eyni  dərəcədə  təbii  idi.  Dövlətçilik 

işindən yadırğadılmış və ekstremal əraitdə müstəqil dövlət yaratmaq işini boynuna 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


10 

 

götürmüş  milli qüvvələrin təcrübəsizliyi,  hətta  siyasi  sadəlövlüyü  sonrakı  faciələr 



üçün  əlverişli  zəmin  yaratdı.  Milli  dövləti  daxilən  möhkəmlətmək  çağırışlarına 

(Fətəli  xan  Xoyski,  Şəfi  bəy  Rüstəmbəyli  və  b.)  baxmayaraq,  gənc  Azərbaycan 

demokratiyası demokratiya  aludəçiliyi ilə  destruktiv (pozucu) qüvvələrin  əl  –  qol 

açmasına  şərait  yaratdı.  Bu  qüvvələrin  tam  olmayan  siyahısına  Ermənistan 

fitnəkarlığı və daxildəki erməni şeytanları, Türkiyə kommunistləri və hərbi əsirləri 

və  əlbəttə  ki,  ―sapı  özümüzdən  olan  baltalar‖  daxil  idi.  Məhz  onların  birgə  işi 

nəticəsində 1920- ci il aprelin 1-də N. Yusifbəyli höküməti istefa verməyə məcbur 

oldu.  Təxminən  bir  aylıq  hökümət  böhranı  şəraitində  XI  ordunun  yürüşü 

Azərbaycan Demokratik Respublikasının tarixə çevrilməsinə səbəb oldu.  

 

 



 

 

 



 

Nəsib Nəsibzadə  

tarix elmləri namizədi 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə