www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
20
C e y h u n H a c ı b ə y l i n i n a r x i v i n d ə n
Odlar yurdu, № 14 iyul 1989.
1917-ci il fevral inqilabından sonra Zaqafqaziyanı idarə etmək üçün mart
ayının 9-da V.A.Xarlamovun (kadet) sədrliyi altında xüsusi komitə yaradılmışdır.
Komitəyə A.İ. Çxenkeli (menşevik), knyaz Abaşidze (sosial - federalist),
M.Y.Cəfərov (bitərəf) və M.İ. Panacanov (kadet) daxil idilər. Bundan sonra 1917 –
ci ilin noyabrın 18 –də diyarı idarə etmək üçün Y.P. Gegeçkorinin (menşevik)
sədrliyi ilə 11 nəfərdən ibarət Zaqafqaziya komissarlığı (Zaqafkom) adı altında
müvəqqəti hökumət yaradıldı. Azərbaycandan Ələkbər Xasməmmədov (müsavat),
Məmməd Yusif Cəfərov və Xudadat bət Məlikaslanov (hər ikisi bitərəf)
Zaqafkomun üzvləri oldular. 1918 –ci ilin fevralın 10 –daZaqafqaziya seymi
yaradıldı və bu seym 19180-ci il aprelin 22 –də (yeni stillə) müstəqil, demokratik,
federativ respublikanın yaradılmasını elan etdi. Mayın 26-da Zaqafqaziya seyminin
sonuncu iclası zamanı menşevik Sereteli seymin buraxıldığını bildirdi.
Mayın 26-da Gürcüstan, mayın 28-də Azərbaycan və Ermənistan öz
müstəqilliyinin elan etdi. Bir gün əvvəl isə keçmiş seymin müsəlman fraksiyasının
iclası tərkibində Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski olmaqla Milli
Şuranın Rəyasət heyətini seçdi. Milli şura Azərbaycanın müstəqil dövlət elan
olunması haqqında qərar qəbul etdi. (qərarın lehinə 24 nəfər səs verdi, 2 nəfər
bitərəf qaldı).
1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası
sədrinin müavini Həsənbəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski,
Xəlilbəy Xasməmmədov, Nəsibbəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy
Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdibəy Hacınski, Əli Əsgər bəy
Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbərağa
Şeyxulislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadatbət
Məlikaslanov, Rəhimbəy Vəkilov, Həmid bəy Şahtaxtinski. Firudin bəy Köçərli,
Cəmobəy Hacinski, Şəfi bəy Rüstəmbəyov, Xosrovpaşa bəy Sultanov, Cəfər
Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik – Yeqanov və Hacı Molla
Axundzadənin iştirakı ilə Azərbaycanın müstəqilliyi haqqında aşağıdakı aktı elan
etdi:
Böyük Rusiya inqilabının gedişində Rusiyada rus qoşunlarının
Zaqafqaziyanı tərk etməsinə gətirib çıxaran və dövlət orqanizminin ayrı –ayrı
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
21
hissələrini dağıdan siyasi quruluş meydana gəldi. Öz gücləri hesabına Zaqafqaziya
xalqları Zaqafqaziya demokratik respublikasını yaratdılar. Fəqət, siyasi hadisələrin
sonrakı gedişatında gürcü xalqı Zaqafqaziya Federasiyasının tərkibindən çıxıb
müstəqil Gürcüstan Demokratik Respublikası yaratmaq qərarına gəldi.
Rusiya
və
Osmanlı imperiyası arasında yaranan müharibənin
dayandırılması ilə əlaqədar olaraq Azərbaycanın indiki siyasi vəziyyəti, həmçinin
ölkədə yaranmış hədsiz anarxiya Zaqafqaziyanın cənub və şərq qismini təşkil edən
Azərbaycana və Azərbaycan xalqlarını düşdükləri daxili və xarici vəziyyətdən
çıxarmaq naminə öz dövlətini yaratmağı hökm edir. Yuxarıda sadalananların
əsasında xalq səsverməsi yolu ilə seçilən Azərbaycan Müsəlman Milli Şurası bu
gündən bütün xalqa bəyan edir:
1. Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. O,
Zaqafqaziyanın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan
xalqına məxsusdur.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik
cümhuriyyətdir.
3. Azərbaycan Demokratik Cümhuriyyəti beynəlxalq birliyin
bütün üzvlərilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri
yaradacaq.
4. ADC öz sərhədləri daxilində millətindən, dinindən, ictimai
vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq və
siyasi hüquqlar verir.
5. ADC onun ərazisində yaşayan bütün xalqların sərbəst
inkişafına şərait yaradacaq.
6. Məclisi – müəssisanın çağırılmasına qədər Azərbaycanda ali
hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında
cavabdeh olan Müvəqqəti hökümət sayılır. Həmin gün mayın 28-də aşağıdakı
tərkibdə Müvəqqəti hökumət təşkil olunmuşdur. F. Xoyski – Nazirlər Şurasının
sədri və daxili işlər naziri, Xosrovpaşa bəy Sultanov – hərbi nazir, Məmməd Həsən
Hacınski – xarici işlər naziri, Nəsibbəy Yusifbəyli – maliyyə və sənaye naziri,
Xəlilbəy Xasməmmədov - ədliyyə naziri, Məmməd Yusif Cəfərov – ticarət və
sənaye naziri, Əkbər ağa Şeyxülislamov – nəqliyyat, poçr və teleqraf naziri,
Cəmobəy Hacınski – dövlət nəzarəti.
Müvəqqəti hökumətin başçısı F.Xoyski radioteleqrafla tarixdə ilk dəfə
olaraq müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasının xarici dövlətlərin
başçılarına bildirdi.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
22
1918 –ci ilin dekabrın 7-də birinci Azərbaycan parlamenti öz işinə başladı.
Beynəlxalq Versal sülh konfransında iştirak etmək üçün 1919-cü il yanvarın 8-də
Azərbaycan diplomatik missiyasının tərkibi elan olundu. Heyətin sədri
Əlimərdanbəy Topçubaşov, üzvləri isə M.H.Hacınski, Ə.Şeyxuislamov, Ə.
Ağayev, M.Məhərrəmov, M.Mehdiyev və C. Hacıbəyli təsdiq edildi.
Nümayəndə heyəti Parisə ingilislər tərəfindən əsassız olaraq tutulmuş
Əhməd bəy Ağayevsiz gəldilər.
Timuçin Hacıbəyli (Nitsa - Fransa)
4 aprel 1989 –cü il.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
23
M Ə M M Ə D Ə M Ġ N R Ə S U L Z A D Ə
Odlar yurdu, № 17, sentyabr 1988.
Görkəmli ədib, siyasi və ictimai xadim, mütəfəkkir Məmməd Əmin Ağa
oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan
olmuşdur. Əvvəlcə ―rus – müsəlman‖, sonra isə Bakı texniki məktəbində
oxumuşdur. Onun ilk ədəbi əsəri – ―Müxəmməs‖ şeri ―Şərqi - rus‖ qəzetində
çıxmışdır. (1903, № 20).
M.Ə.Rəsulzadə,1904-cü ildə əsası qoyulan müsəlman sosial – demokrat
təşkilatı ―Hümmət‖ in banilərindən biri idi. ―Hümmət‖ təşkilatı 1904-1905-ci
illərdə ―Hümmət‖ qəzeti, sonra isə ―Təkamül‖ (1906-1907) və ―Yoldaş‖ qəzetlərini
nəşr etdirmişdir (1907). M.Ə.Rəsulzadə bu qəzetlərin əsas rəhbərlərindən və
redaktorlarından biri olmuşdur.
M.Ə.Rəsulzadə həmin dövrdə bolşevik mətbuatı ilə yanaşı, ―Həyat‖ və
―İrşad‖ qəzetlərində, ―Füyuzat‖ jurnalında çıxış edirdi.
M.Ə.Rəsulzadə 1908-ci il dekabrın 5-də ilk tamaşası göstərilən
―Qaranlıqda işıqlar‖ adlı dram əsəri ilə Azərbaycanda inqilabı dramaturgiyanın
əsasını qoymuşdur.
1909-cü ildə M.Ə.Rəsulzadə xalqımızın milli qəhrəmanı Səttərxanın
(1867-1914) rəhbərliyi altında gedən milli–azadlıq mübarizəsinə kömək etmək
üçün Cənubi Azərbaycana yola düşmüşdür. O, Təbrizdə Səttarxanla və onun
silahdaşları ilə görüşmüşdür.
M.Ə.Rəsulzadə Tehranda Avropa təhsili görmüş bir qrup iranlı ilə birlikdə
1910-cdü ildə İran Demokrat Partiyasının əsasını qoymuş və onun orqanı
―İranenoy‖ (Yeni İran) qəzetinin redaktoru olmuşdur. Burada onun çoxlu yazısı
çıxmışdır. O, İranda marksizm ideologiyasını yayan görkəmli şəxsiyyətlərdən biri
idi.
İranda həmin il mürtəce ―Etidaliyyun‖ (―Mötədillər‖) partiyası təşkil
edildi. Bununla əlaqədar M.Ə. Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində
―Tənqidi –firqeyi-e tidaliyyun‖ adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə
Ərdəbildə müəllifin farsca ―Səadəti – bəşər‖ kitabı nəşr olunmuşdur.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
24
1911-ci ildə çar qoşunlarının İrana daxil olması ilə əlaqədar
M.Ə.Rəsulzadə İstambula mühacirət etmişdir. Burada 1911-ci ilin noyabrından
nəşrə başlayan ―Türk yurdu‖ jurnalının əsasını qoyanlardan biri olmuşdur. Bu
jurnalda onun bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan ən maraqlısı ―İran
türkləri‖ (1911-ci il, № 4) adlı məqalədir. Həmin məqalədə geniş oxuc kütləsinə
Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat,
Şimali Azərbaycandan da bəhs olunur.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əhv –
umumidən sonra Rəsulzadə vətənə qayıtmışdır. O, əsası hələ 1911-ci ilin
oktyabrında gizli şəkildə üç nəfər keçmiş hümmətçi tərəfindən qoyulan müsəlman
demokratik müsavat partiyasına daxil olmuş və tezliklə onun rəhbərinə
çevrilmişdir.
M.Ə.Rəsulzadə markizim ideologiyasına hələ sadiq idi. Onun 1914-cü
ildə M.Qorkinin ―Ana‖ romanından bir hissəsini Azərbaycan dilinə çevirməsi buna
gözəl misaldır.
1914-cü ildən çıxmağa başlayan ictimai – siyasi ―Dirilik‖ jurnalında
Rəsulzadə ―Milli dirilik‖ adlı silsilə məqalələrlə çıxış etmişdir. Bu məqalələrdə o,
Azərbaycan ideyasını qoruyurdu.
M.Ə.Rəsulzadə hələ 1914 –cü ildən öz yazılarında ―müsəlman‖, türk,
tatar, anlayışlarını yerinə Azərbaycan və azərbaycanlı termini işlədirdi. Halbuki
bunu 1935-ci ildən tarixi ədəbiyyatda İ.V. Stalinin adına çıxırlar. Rəsulzadənin
yazıları bu cür saxta fikirləri birdəfəlik rədd edir. Yuxarıda göstərdiyimiz kimi,
M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda ―Türk yurdu‖ jurnalında çap etdirdiyi
―İran türkləri‖ məqaləsində Qafqazın tərkibində Azərbaycanın mövcud olduğunu
qeyd etmişdir. Doğrudur, Azərbaycan ideyası M.Ə.Rəsulzadədən də əvvəl
Azərbaycan ziyalılarında VAR İDİ. Hələ 1891-ci il mayın 1-də ―Kaspi‖ qəzetində
Məmmədağa Şahtaxtlı ―Zaqafqaziya müsəlmanlarının necə adlandırmalı‖
məqaləsində bu türkdilli xalqın azərbaycanlı olduğunu bildirmişdir. 1892-ci ildə
Kamal Ünsizadə xalqımızda milli şüuru oyatmaq məqsədi ilə ―Azərbaycan‖ adlı
qəzet çıxarmağa təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna icazə verməmişdir.
1903-cü ildə görkəmli ədəbiyyatşünas Firudinbəy Köçərlinin (1863- 1920) rus
dilində Tiflisdə ―Azərbaycan ədəbiyyatı‖ kitabı çap olunmuşdur. Bütün bunlar
göstərir ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda Azərbaycan
ideyası rişə halında var idi. Ancaq bunu siyasi doktrina halında həyat və siyasət
səhnəsinə atan M.Ə.Rəsulzadə olmuşdur.
M.Ə.Rəsulzadə 1915-ci il avqustun 2-dən ―Açıq söz‖ qəzetini nəşr
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
25
etdirməyə başlamışdır. ―Açıq söz‖ gizlində fəaliyyət göstərən müsavatın əsas
orqanı idi.
1917 –ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi və martdan
müsavat açıq fəaliyyətə keçdi.
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, mayda isə
Moskvada
Rusiya
müsəlmanlarının
qurultayı
çağırıldı.
Qurultaylar
M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə qurmaq haqqında qərar
qəbul etdi. Həmin dövrdə Rəsulzadə ―Cəmaət idarəsi‖ və ―Bizə hansı hökumət
faydalıdır?‖ kitablarını nəşr etdirdi.
1917-ci ilin iyununda müsəlman demokratik müsavat partiyası ilə martda
Nəsibbəy Yusifbəylinin (1881- 1920) yaratdığı türk ədəmi – mərkəziyyət partiyası
birləşdi. Partiyanın Bakıda keçirilən Iqurultayında M.Ə.Rəsulzadə Mərkəzi
Komitənin sədri seçilmişdi. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün
qəzalarında xalqımızın milli hərəkatı başlanmışdır. Həmin dövr tariximizə milli
Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
M.Ə.Rəsulzadənin ―Azərbaycan ideyası‖ və ―Azərbaycana muxtariyyət‖
şüarı İranda böyük hay-küyə səbəb olmuşdur. Başda Məlikimuara Bahar olmaqla
(1886- 1951) Tehran pariranistləri ―İran‖ qəzetində ona şiddətli etiraz etmişdilər.
M.Ə.Rəsulzadə onlara cavab vermək məqsədilə ―Açıq söz‖ qəzetində bir neçə
məqalə ilə çıxış etməli olmuşdur (№ 635, 657, 671- 673, 1918-ci il). ―Rəbi –
iştəbə‖ (Səhvin düzəlməsi) adlı məqaləsində o yazırdı: ―Bu ləkə ilə bərabər təkrar
edirəm ki, Azərbaycan yüz on il bundan qabaq həvadisi- rüzgardan təqsim olundu
və Araz çayının şimal tərəfində olan qitələri ruslar aldıqdan sonra Azərbaycan
adını götürüb Zaqafqaziya adlandırdılar ki, Mavəreyi – Qafqaz olsun ‖.
Tarixdən bildiyimiz kimi, 1804-cü ildə Gəncənin və 1806-ci ildə Bakının
rus qoşunları tərəfindən tutulması ilə Azərbaycanın Araz çayından şimalda olan
hissəsinin işğalı başa çatdırılmışdı. Bu hissəsinin, yəni Qafqaz Azərbaycanının adı
1809-cü ildən çar höküməti tərəfindən xəritələrdən və rəsmi sənədlərdən
silinmişdir. Halbuki məşhur rus qafqazşünası A. Berjenin redaktə etdiyi ―Акты
собрание Кафказской археологической комиссии‖ toplusunda, U. Butkovun,
N.Dubrovinin, N. Belyavskinin və başqalarının əsərlərində Qafqaz Azərbaycanının
adı çəkilir. Rusiya və İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il)
və Türkmənçay (10 fevral 1828-ci il) sülh müqavilərində Rusiyada qadağan
olunmuş Qafqaz Azərbaycanın adı yoxdur. Həmin müqavilələrdən istifadə edən
tədqiqatçılar kobud səhvlərə yol vermişdir. Bütün bu araşdırmalar göstərir ki,
şəxsən M.Ə.Rəsulzadənin böyük səyi nəticəsində və onun rəhbərliyi altında
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
26
müsavat partiyası ölkənin tarixi adını geri qaytardı və bərpa etdi.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi fraksiyaların daxili çəkişmələri
nəticəsində ləğv olundu. Ertəsi gün seymin müsəlman fraksiyasına daxil olan
partiyaların üzvlərindən ibarət Azərbaycan milli şurası yarandı.Səs çoxluğu ilə
M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin
radiostansiyaları və qəzetləri Azərbaycanın istiqlaliyyətinin elan olunması
haqqında Azərbaycan milli şurasının müraciətinin bəşəriyyətə xəbər verdilər. Bu o
demək idi ki, xalqımız etnoqrafik sərhədləri daxilində azad və müstəqil yaşamaq
hüququ əldə etmişdir. Bitərəf Fətəli xan İskəndər oğlu Xoyskinin (1875- 1920)
başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu.
Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında. Həmçinin bütün islam
aləmində ilk dəfə olaraq respublika üsul- idarəsinə qədəm qoydu. İyunun 17-də
Azərbaycan milli şurasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:
―Dünya müharibəsi və Rusiya inqilabının təsirləri ilə yeni doğmuş və həyat
siyasətinə qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr
keçirir. Bu yeni türk nuzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə
vəsail – həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki –
həyat edəcəkdir? İştə bütün zehnləri işğal edən bir məsələ!‖ (―Azərbaycan‖ qəzeti,
№ 41, 1918-ci il).
Respublikanın birinci ildönümü münasibəti ilə M.Ə.Rəsulzadə yazırdı:
―Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən xüsusən dini əsasa
söykənmişdirsə, Azərbaycan Respublikası türk milli – demokratik dövlətçiliyi
zəminində milli- mədəni təyini müqəddaratın müasir özülünə əsaslanmışdır. Bu
nöqteyi-nəzərdən respublikamız birinci türk dövlətidir‖. (―Azərbaycan‖ qəzeti, 28
may, 1919-cü il, № 110).
Azərbaycan Dövlət Universitetinin yaranmasında M.Ə.Rəsulzadənin
böyük xidmətləri vardır. ―1920-ci il üçün Azərbaycan respublikasının təqvim-
ünvanı‖ nın dördüncü hissəsindən məlum olur ki, o tarix- filologiya fakultəsində
―Osmanlı ədəbiyyatı tarixi‖ndən dərs demişdir. Onun 1920-ci ilin əvvəllərində
―Azərbaycanın təşkilində müsavat‖ adlı kitabı çapdan çıxmışdır.
1920-ci il avqustun 17-də M.Ə.Rəsulzadə Lahıcda həbsə alınmışdır.
İ.V.Stalin 1905 –ci ildə onu ölümdən qurtaran Rəsulzadəni həbsdən buraxdırmaqla,
onun qarşısında vicdan borcunu yerinə yetirmişdir. O, M.Ə.Rəsulzadəni özü ilə
birlikdə Moskvaya aparıb, RSFSR millətlər komissarlığında mətbuat müvəkkili
vəzifəsinə təyin etmişdir. 1922-ci ilin payızında Skandinaviya ölkələrinə
ezamiyyətə göndərilən M.Ə.Rəsulzadə daha geri qayıtmamışdır. Beləliklə,
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
27
M.Ə.Rəsulzadənin fəaliyyətinin mühacirət dövrü başlanmışdır. 1923-cü ildə
İstambulda M.Ə.Rəsulzadənin ―Əsrimizin Səyavuşu‖ və ―Azərbaycan
Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti‖ adlı kitabları nəşr
edilmişdir. Həmin ildən onun redaktorluğu ilə İstambulda ―Yeni Qafqasya‖ jurnalı
nəşr olunmağa başlanmışdır. 1925-ci ildə onun ―İstiqlal məfkurəsi və gənclik‖,
1926-cı ildə isə ―Rusiyada siyasi vəziyyət‖ adlı kitabları çapdan çıxmışdır. Hələ
1927-ci ildə M.Ə.Rəsulzadə ―Yeni Qafqasya‖ jurnalının səhifələrində Mir Cəfər
Bağırovun Zaqafqaziya su təsərrüfatı idarəsinə başçı təyin olunması ilə əlaqədar
yazırdı: ―Azərbaycan xalqının cəlladı Bağırovu su təsərrüfatına başçı qoymuşlar,
zənn edirəm ki, Zaqafqaziya çaylarının suları ona Azərbaycan oğullarının qanına
bulaşmış əllərini yuyub təmizləməkdə kömək edəcəkdir...‖. M.Ə.Rəsulzadənin
rektorluğu ilə ―Azəri türkü‖ (1928-1931), ―Odlu yurd‖ (1929-1930) və həftəlik
―Bildiriş‖ qəzeti nəşr edilir. 1930-cü ildə onun Parisdə fransızca ―Azərbaycan və
istiqlaliyyəti‖, rusca ―Qafqaz problemi ilə əlaqədar pantürkizim‖ kitabları çap
edilmişdir. M.Ə.Rəsulzadənin redaktorluğu ilə Berlində ―İstiqlal‖ (1932-1934)
qəzeti və ―Qurtuluş‖ (1934-1938) jurnalı çıxırdı. 1933-cü ildə Berlində onun
―Azərbaycan Respublikası haqqında bəzi qeydlər‖ adlı kitabı nəşr olunmuşdur. O,
1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş və 1940-cı ildən Rumıniyada
yaşamışdır. 1947-ci ildə Ankaraya köçən M.Ə.Rəsulzadənin ―Azərbaycanın kultur
kələnəkləri‖ (1949), ―Çağdaş Azərabycan ədəbiyyatı‖ (1950), ―Çağdaş Azərbaycan
tarixi‖ (1951) və ―Azərbycan şairi Nizami‖ (1951) adlı kitabları nəşr olunmuşdur.
Onun 1952-ci ildən Ankarada nəçr olunan ―Azərbaycan‖ jurnalında xalqımızın
tarixi və ədəbiyyatı haqqında xeyli məqaləsi çap edilmişdir. 1954-cü ildə
İstambulda çaxan ―Dünya‖ qəzeti M.Ə.Rəsulzadənin İ.V.Stalin haqqında silsilə
xatirə məqalələrini vermişdir. O yazırdı: ―Baxmayaraq biz vaxtı ilə dost olmuşuq,
İ.Stalin türk –tatar xalqlarının qəddar və quduz düşməni idi‖. Artıq zaman və həyat
bunu tamamilə təsdiq etmişdir.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat etmişdir.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
|