www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
11
AZƏRBAYCAN PARLAMENTĠ
―Ədəbiyyat və incəsənət‖, 12 yanvar 1990.
Fevral burjua- demokratik inqilabından sonra çağırılmış Qafqaz
müsəlmanları qurultayının qərarına əsasən 1917 – ci ilin noyabrında Azərbaycan
müəssisələr məclisinə seçkilər keçirilməli idi. Mürəkkəb siyasi vəziyyət bu qərarın
həyata
keçirilməsinə mane oldu. Ümumrusiya müəssisələr məclisinin
qovulmasından sonra Zaqafqaziyadan seçilmiş nümayəndələr Tiflisə toplanıb,
Zaqafqaziya seymini yaratdılar. Ümumrusiya müəsissələr məclisinə ümumi,
bərabər, qapalı seçkilər yolu ilə seçilmiş 14 müsəlman deputatı bir milyondan çox
səs toplamışdı. Odur ki, seymin tərkibinin genişlənməsi (kooptasiyası) nəticəsində
müsəlman deputatlarının sayı səsvermənin nəticəılərinə müvafiq olaraq 44-də
çatdı. Onlar seymin müsəlman fraksiyasını təşkil edirdilər. Fraksiyanın sədri M. Ə.
Rəsulzadə idi. Zaqafqaziya seymi və Zaqafqaziya Federativ Demokratik
Respublikası da uzunömürlü olmadı, gürcü nümayəndələrinin 1918 –ci ilin mayın
26 – da seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etməsindən sonra
müsəlman fraksiyası millətin gələcək taleyinin müəyyən olunmasını öz əlinə almaq
məcburiyyətində qaldı. Müsəlman fraksiyası elə həmin gün özünü Azərbaycan
Milli Şurası elan etdi.
1918 – ci ilin may ayının 28 – də İstiqlal bəyannaməsi ilə Azərbaycan
Milli Şurası müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığına
dünyaya bildirdi. İstiqlal bəyannaməsinin sonuncu maddəsinə əsasən müəssisələr
məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında Milli Şuranın
durduğu, müvəqqəti hökümətin onun qarşısında məsuliyyət daşıdığı göstərilirdi.
Azərbaycan Milli Şurasının və Fətəli xan Xoyskinin başçılıq etdiyi
müvəqqəti hökümətin Gəncəyə keçməsi ilə Azərbaycandakı siyasi qüvvələr
arasında mübarizə qızışdı. Millətin fiziki varlığını qorumaq və milli hökümətin
bütün Azərbaycan ərazisində hakimiyyətini bərqərar etmək üçün çağırılmış
Türkiyə hərbi hissələrindən müxtəlif cərəyanlar öz xeyirlərinə istifadə etməyə
çalışdılar. Türkiyə ilə birləşməyi tələb edən ilhaqçılar Azərbaycan Milli Şurasının
müstəqil Azərbaycan şüarına qarşı çıxır, digər tərəfdən bir sıra mürtəce qüvvələr
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
12
Milli Şuranın demokratik xarakterindən xoflanırdılar. Onlar Milli Şura üzvlərini
xalqın gözündən salmağa çalışır, ziyalıları Osmanlı qoşun hissələrinin
Azərbaycana çağırılmasına mane olmağda ittiham edir, hətta ―ermənilərə
satıldıqları‖ haqqında belə şaiyələr yaymaqdan çəkinmirdilər. Türkiyə hərbi
hissələrinin komandiri Nuru paşa sonuncuların ondan öz məqsədləri üçün istifadə
etməsinə etiraz edib, yalnız əsgər olduğunu və siyasətə qarışmayacağını
bildirmişdi. Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlunun (Ağayevin) fəal
iştirakı ilə bütün hakimiyyətin Fətəli xan Xoyski hökümətinin əlində cəmləşməsi
haqqında kompromis qərar qəbul edildi. 1918 –ci ilin 17 iyun tarixli qərarı ilə
Azərbaycan Milli Şurası özünü buraxılmış elan etdi. Bununla belə qərara alındı ki,
lazımi hazırlıq işləri aparılandan sonra Azərbaycan müəssisələr məclisinə altı ay
müddətində seçkilər keçiriləcəkdir. Lakin milli hakimiyyətin bütün Azərbaycanda
bərqərar olması prosesi, xüsusən Bakı Soveti və Sentrokaspi diktaturası ilə
müharibənin sentyabrın 15 –dək uzanması, müəssisələr məclisinə seçkilərin
hazırlanması və keçirilməsini təxirə saldı. Sentyabrın 14 –də hökümətin qərarı ilə
müəsissələr məclisinə serçkilər üzrə Nazirlər Şurasının sədri, daxili işlər naziri və
xalq maarif nazirlərinə komissiya yaratmaq tapşırıldı. Bu komissiyanın tərkibi və
işinin əsas istiqamətinin müəyyən olunması sahəsində tezliklə iş başlandı.
Lakin noyabr ayında Azərbaycanın beynəlxalq vəziyyəti yenidən kəskin
şəkildə dəyişdi. Mudros barışıq müqaviləsinə əsasən müharibədə məğlub olmuş
Türkiyə öz qoşunlarını Azərbaycandan çıxarmalı, Bakını Antanta adından ingilislər
işğal etməli idilər. Öz tabeliyində az- çox dərəcədə qüdrətli qoşun hissələri
olmayan Azərbaycan höküməti və yenidən toplanmış Azərbaycan Milli Şurası
istiqlal prinsipindən geri çəkilməmək şərti ilə Bakıya gələcək ingilis generalı
Tomsonla dil tapmaq siyasəti yeritmək məcburuyyətində qaldı. Denikin
Rusiyasının mütəffiqi kimi ingilis generalı nəinki Azərbaycanın istiqlalı prinsipini
qəbul etmir, hətta ―Azırbaycan xalqının ümumi səsverməsinə əsaslanan
respublikanın yoxluğunu və onun türk komandanlığının intriqası ilə yaranmış bir
hökümətin olduğunu‖ iddia edirdi. Bununla belə Ənzəlidə ikən o, ―madam ki, siz
bunun əksini iddia edirsiniz, onda gəlib, yerindəcə təhqiq edər, ona əsasən qərar
verərik‖ demişdi.
İngilis qoşunlarının noyabrın 17-də Bakıya gəlməsindən üç gün sonra
Azərbaycan Milli Şurasının ikinci iclasında (yeni dövrdə Şuranın birinci iclası
noyabrın 16-da olmuşdu) Azərbaycanda müvəqqəti ali qanunverici orqanın
yaradılması haqqında qanun verildi. Təkpalatalı parlament (parlaman, məclisi –
məbusan da deyirdilər) bu qanuna əsasən 120 nəfərdən ibarət olmalı idi. Milli
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
13
Şuranın 44 nəfər üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təçkil edən yerli
müsəlman əhalidən (2,75 milyonluq ümumi əhalinin 1,9 milyonu) daha 36
nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Bu nümayəndələrdən beşi Bakıdan,
ikisi (biri çəhər, biri mahal əhalisindən) Göyçaydan, ikisi Cavaddan, üçü Qubadan,
ikisi Lənkərandan, ikisi Şamaxıdan, üçü Gəncədən, ikisi Ərəşdən, biri
Cavanşirdən, ikisi Zəngəzurdan, biri Qazaxdan, biri Cəbrayıldan, ikisi Nuxadan,
ikisi Şuşadan, ikisi Zaqataladan, üçü keçmiş İrəvan quberniyasının Azərbaycan
hissəsindən (Naxçıvan, Şərur, Ordubad), birisi isə keçmiş Tiflis quberniyasının
Azərbaycan hissəsindən (Borçalı) seçilməli idi. Şəhərlərdən olan millət vəkilləri
bələdiyyə idarələrinin müsəlman üzvləri tərəfindən, mahalların nümayəndələri isə
müvafiq mahalın milli komitələri tərəfindən, seçilməli idi. Ölkə əhalisinin
çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları500 min idi) gələcək
parlamentdə 21 yer ayrıldı. Gəncə , Şuşa və Bakıda olan erməni milli komitələri
müvafiq olaraq 8; 8 və 5 nümayəndə göndərə bilərdi. Bakıda olan Rus Milli
Şurasına 10 yer ayrılırdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara,
yəhudilərə, gürcü və polyaklara hərəsi bir nümayəndə seçib, parlamentə
göndərmək hüququ verilirdi. Bakı həmkarlar təşkilatı 3,Bakı neft sənayəçiləri
şurası və Ticarət – sənaye ittifaqı 2 nümayəndə kürsüsünə malik idi. Nümayəndələr
birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq
seçib – seçilmək hüququ verilirdi.
Parlament haqqındakı bu qanunun elan edilməsindən sonra Bakıda siyasi
mübarizə son dərəcə kəskinləşdi. Xüsusən Azərbaycanda məskun olan qeyri – yerli
əhali bu qanunu düşməncəsinə qarşıladı. Həmin münasibət dekabrın əvvəllərində
Bakıda bir sıra siyasi partiyaların nümayəndələrindən ibarət ―Demokratik
müşavirə‖ deyilən yığıncaqlarda da özünü göstərdi.
Müşavirədə iştirak edən eser (Saakyan), menşevik (Baqaturov), bund
(Blumşteyn) partiyalarının və həmkarlar ittifaqları şurasının nümayəndələri
(Kojannı, Roxlin) qəti surətdə Azərbaycan istiqlalı prinsipinə qarşı çıxıb,
parlamentin yaranmasını ―böyük, bölünməz Rusiyaya qarşı xəyanət hesab
etdiklərini bildirdilər‖. Müsavat partiyasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli öz
çıxışında Musavat partiyasının istiqlaliyyət uğrunda qəti mübarizəyə hazır
olduğunu demiş, Azərbaycanda olan demokratik qüvvələrin parlament vasitəsi ilə
yeni Azərbaycanın qurulmasında iştirak etməyə çağırmışdır. Müsəlman sosialistlər
ittifaqının nümayəndəsi Ə.C. Pepinov və Hümmət (menşevik) qrupunun
nümayəndəsi Ə. Şeyxulislamzadə öz çıxışlarında təşkilatları adından yaranmış
mövcud vəziyyətdə parlamentdə iştirakın zəruriliyindən bəhs etmişdilər.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
14
Bolşeviklər parlamentə baykot elan etdilər. Bakıdakı Rus Milli Şurası ingilis
komandanlığının köməyindən istifadə edərək, parlamentin açılması işini pozmağa
cəhd etdi. Erməni Milli Şurası da ixtiyarlarında olan hərbi hissələrə güvənərək
Bakıda qarışıqlıq salırdı. Rus və qismən Erməni Milli Şuraları parlamentə seçkiləri
baykot edib, öz nümayəndələrinin parlamentdə təmsil etdikləri millət adından
iştirakına mane oldular. İlk əvvəllər onların müttəfiqi olan general Tomson
parlamentin açılmasına mane olsa da, bir qədər sonra onun təşkilinə mane
olmamaq qərarına gəlir. Rus Milli Şurasının da bir qrup üzvü onun tərkibindən
çıxıb, Rus – slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. Sonuncular
Azərbaycan istiqlalı prinsipini qəbul etməsələr də, öz nümayəndələrini parlamentə
göndərmək qərarına gəldilər. Fəhlə konfransının parlamenti baykot etmək
siyasətinə qarşı çıxaraq, Ramana, Binəqədi, Balaxanı və Sabunçunun müsəlman
fəhlələri bir qədər sonra həmkarlar təşkilatına ayrılmış 3 nümayəndə yerindən
ikisinin onlara verilməsini tələb etdilər. Azərbaycanın bir sıra mahal və
şəhərlərindən də deputat seçkiləri başa çatmamışdı. Naxçıvan və Borçalının da
gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki,
parlament haqqında qanunda nəzərdə tutulmuş 120 deputatın əksəriyyətinin
toplanması ilə parlamentin açılışı oldu.
Azərbaycan Demokratik Respublikası parlamentinin ilk təsis iclası 1918 –
ci il dekabr ayının 7-də Bakıda (o vaxt Tağıyev qız məktəbinin, indi isə
Əlyazmalar İnstitutunun binasında) oldu. Şəhərin mərkəzi bayramsayağı
bəzədilmişdir. Maöazalar bağlanmış, dövlət idarələri və təhsil müəssisələri öz işini
dayandırmışdır. Milli bayraqlar və xalılarla bəzədilmiş parlamentin iclas salonunda
Türk Demokratik Federalistlər Partiyası – Musavatın üzvləri, eləcədə azlıqda qalan
millətlərin nümayəndələri ortada, Hümmətçi menşeviklər və sosialistlər solda,
bitərəflər və İttihad partiyasının üvzləri sağda əyləşmişdilər. Diplomatik
nümayəndələr. Lojasında general Tomsonun nümayəndəsi Konkerel, İranın baş
konsulu Sədulvuzarə və onun maliyyə müşaviri, Dağlılar hökümətinin sədri T.
Çermoyev, bu hökümətin Azərbaycandakı nümayəndəsi Qandəmirov. Gürcüstan
Respublikasının nümayəndəsi Karsevadze, eləcə də Araz Respublikası
nümayəndəsi P. Əliyev oturmuşdular. Azərbaycan hökümətinin üzvləri də iclasda
iştirak edirdi.
Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının sədri M. Ə.
Rəsulzadə açmış, böyük təbrik nitqi söyləmişdir. Tez – tez alqışlarla kəsilən
nitqində Məmməd Əmin ―firqə ehtirasları, şəxsi –qərəzləri və bütün bu kimi vətən
və millət qayəsi qarşısında sofla (a ş a ğ ı – N.N.) qalan qərəzləri atıb. Vətən
qayğısı və millət duyğusunu hər şeydən yüksək tutmağa çağırmışdır.‖
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
15
Məmməd Əmin nitqini bitirib, parlament sədrini və sədr müavinini
seçməyi təklif etdi. Şəfi bəy Rüstəmbəylinin təklifi ilə bitərəf hüquqşünas
Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin sədri, Müsavat partiyasının
üzvü hüquqşünas Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Topçubaşov
bu iclasda iştirak etmədiyindən (bu zaman o, İstambulda Azərbaycan
Respublikasının nümayəndəsi idi) iclasın sonrakı gedişi Həsən bəy Ağayevin
sədrliyi ilə keçdi. Ona göstərilən böyük etimad müqabilində Həsən bəy parlamentə
təşəkkürünü bildirib katib seçilməsini təklif etdi. Ənnənəyə uyğun olaraq
parlamentin ən gənc üzvü Rəhim bəy Vəkilov katib seçilmişdi.
Daha sonra parlamentin xitabət kürsüsünü Nazirlər Şurasının sədri Fətəli
xan Xoyski tutub, müvəqqəti hökümətin istefası ilə bütün hakimiyyətin parlamentə
təhvil verilməsini elan etdi.
Parlamentin qərarı ilə hökümətin istefasını qəbul edilib, yeni
kabinetintəşkilinə qədər onun öz işini davam etdirməsi tapşırıldı. İttihad
partiyasının üzvü Q. Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi
məhbuslara əfv – ümumi verilməsi təklifi qəbul edildi. Daha sonra mandat,
təsərrüfat və reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı.
Parlamentin sonrakı iclaslarında bir nüçə komissiya – maliyyə - büdcə, fəhlə,
qanunvericilik təklifləri, redaksiya, hərbi iĢlər, aqrar sorğu, ölkənin
məhsuldar qüvvələrindən istifadə, müəssisələr məclisinin çağırılması üzrə
komissiyalar formalaşdı.
Parlamentin cari işlərini idarə etmək üçün sədr, müavin və katiblərdən
başqa fraksiyaların sədrlərindən ibarətsenyorkonvent seçildi. Senyorkonventə
Musavat fraksiyasından M.Ə. Rəsulzadə, İttihad fraksiyasından Q. Qarabəyli,
demokratik bitərəflər fraksiyasından M. Vinoqradov, Əhrar fraksiyasından A.
Qardaşov, sosialistlərdən C. Hacınski daxil idi.
Parlamentin sədr müavini fraksiyaların sədrləri ilə məşvərətdən sonra
hökümətin təşkilini yenidən Fətəli xan Xoyskiyə tapşırdı. Lakin Fətəli xan
səhhətinin pisləşdiyindən yeni hökümətə başçılıq etmək iqtidarında olmadığını
bildirdi. Dekabrın 18 –də H. Ağayev parlament üzvlərinin arzusunu nəzərə alaraq
Fətəli xana yenidən rəsmi müraciət edib, ―Vətənin belə ağır günlərində hökümət
təşkili kimi məsuliyyətli bir işdən boyun qaçırmayıb, müştərək kabinə təşkilini
öhdəsinə almağı‖ israr etdi. Fətəli xan yeni koalisiyalı kabinəni bir qədər
genişləndirib, tərkibinə 3 rus və 2 erməni naziri də daxil etməyi nəzərdə tutmuşdu.
Lakin erməni nümayəndələri hökümətə daxil olmaqdan imtina etdikdən sonra
Nazirlər Şurasının sədri on nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
16
parlamentin müzakirəsinə verdi. Yeni kabinə partiya prinsipi üzrə deyil,
partiyaların hökümət başçısına və proqrama etimad prinsipi üzrə təşkil olundu. İş
adamlarından ibarət bu koalisiyalı kabinədə yalnız İttihad partiyası iştirak
etməkdən imtina etdi. Parlament Fətəli xan Xoyski kabinəsinə dekabrın 26 –daöz
etimadını bildirdi. General Tomson da parlamentin göstərdiyi kabinəni dekabrın 28
–də tanıdığını və Azərbaycanda yeganə qanuni hökümət hesab etdiyini bildirdi.
Tomsonun bəyanatı onunla əlamətdar idi ki, noyabr – dekabr aylarında Tomson
əgər Biçeraxov və daşnak qüvvələrini himayə edir və bununla onların
özbaçınalığına şərait yaradırsa, bundan sonra o, artıq həmin qüvvələrin Bakıdan
sıxışdırılıb çıxarılması sahəsində Azərbaycan hökümətinin səylərinə qarşı çıxmır,
hətta Bakının ictimai – siyasi həyatında oynadığı rolu (general – qubernatorluq,
polis, maliyyə, su təssərrüfatı və s. Üzərinə qoyulmuş nəzarət və i. a.) milli
hökümət xeyrinə güzəştə gedirdi. Öz növbəsində Azərbaycan höküməti yaranmış
vəziyyətdən bacarıqla istifadə etmiş, ölkənin daxili işlərinə yad qüvvələrin
müdaxiləsini heçə endirməyə müvəffəq olmuşdu.
Parlamentin ilk tədbirlərindən birini Paris sülh konfransına səlahiyyətli
nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə heyətri qarşısında
Azərbaycan istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanıdılması kimi tarixi
vəzifə dururdu. Nümayəndə heyətinə parlamentin sədri və üzvləri Ə.M.
Topçubaşov (b i t ə r ə f), M.H. Hacınski (m ü s a v a t), A. Ağaoğlu (b i t ə r ə f),
Ə. Şeyxulislamzadə (h ü m m ə t), eləcədə müşavirlər M. Məhərrəmov (s o s i a l i
s t), M. Y. Mirmehdiyev (İ t t i h a d), C. Hacıbəyli (m u s a v a t), əməkdaşlar Ə.
Hüseynzadə (b i t ə r ə f), V. Marçevski (b i t ə r ə f) və başqaları daxil idi.
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar öz bəyannamələri ilə
çıxış etdilər. 1919 –cü ilin əvvəli üçün 23 nəfər parlament üzvündən ibarət çoxsaylı
Musavat fraksiyasının bəyannaməsini onun sədri M.Ə. Rəsulzadə oxudu. Partiya
praqramına uyğun tərtib edilmiş fraksiya bəyannaməsinin ruhunu milli –
demokratik prinsiplər təşkil edirdi. Azərbaycanın istiqlaliyyətinin qorunub
möhkəmləndirilməsi, torpaqların pulsuz, haqqı ödənilmədən kəndlilər arasında
bölüşdürülməsi, torpaq üzərində xüsusi mülkiyyət hüqunun tanınması, 8 saatlıq iş
günü və başqa vəzifələr irəli sürülürdü.
Bitərəf demokratlar fraksiyasının tərkibində Ə. M. Topçubaşov,
F.X.Xoyski, B. Cavanşir, C. Lənbəranski kimi 16 nəfər tanınmış siyasi xadim
birləşmişdi. Bu fraksiya Musavat fraksiyası ilə ittifaqda işləyirdi. Fraksiya adından
çıxış etmiş Y.Ə hmədzadə bitərəf demokratların mübarizə apardığı vəzifələr
sırasında xüsusi yeri Azərbaycanın müstəqilliyi probleminə həsr etmişdi. Daha
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
17
sonra fraksiya qüdrətli ordu yaratmaq, demokratik və parlamentli respublika
formasında xalq hakimiyyətini möhkəmlətmək, geniş sosial islahatlar həyata
keçirmək (o cümlədən kəndlilərə torpaq sahəsi vermək), söz, vicdan, mətbuat,
ittifaqlar və s. azadlıqları təmin etmək, vergi yükünün əsas ağırlığının varlıların
daşıması, qonşu xalqlarla dinc yanaşı yaşamaq, azlıqda qalan millətlərin
hüquqlarını qorumaq, müəssislər məclisi çağırmaq vəzifəsi
irəli
sürülürdü.
İttihad partiyasının parlamentdə 11 nümayəndəsi var idi. Musavat fraksiyasının
(partiyasının) əsas rəqibi hesab edilirdi. Fraksiyanın sədri Q. Qarabəyli idi.
Hərəsinin beş üzvü olan Müsəlman sosialistlər ittifaqı və Hümmətçi
menşevikilər fraksiyasının bəyannamələrində qoyulan məsələlər bir – birinə
bənzəyirdi.
Əsas vəzifələr müəssisələr müəssisələr məclisinin tezliklə
çağırılması, Qərbi Avropaya parlament heyətinin göndərilməsi, 8 saatlıq iş günü,
qadın məsələsi, aqrar proqramı həyata keçirmək üçün aqrar komissiyanın
yaradılması və sairlərdən ibarət idi.
Əhrar (9 nəfər), milli azlıqlar (4 nəfər), Rus- slavyan ittifaqı (3 nəfər0,
erməni (4 nəfər0 və daşnak (4 nəfər) fraksiyalarının da bəyannamələri sosial
məsələlər üzrə bu və ya digər dərəcəd böyük fraksiyaların bəyannamələrini təkrar
edirdi.
Bəyannamələrdə irəli sürülmüş vəzifələrin oxşarlığı, hətta bir sıra hallarda
üst – üstə düşməsi, eləcədə parlamentin işi gedişində ortaya çıxmış ixtilaflar
nəticəsində 1919 –cü ilin sonunda Azərbaycan parlamentinin 11 fraksiyada
birləşmiş 96 üzvü var idi. Ən böyük fraksiya müsavatçılar və bitərəf demokratların
birləşməsi ilə yarandı – bu fraksiyanın 38 üzvü var idi. Bitərəf demokratlardab bir
neçə nəfər Musavat fraksiyası ilə birləşmək istəmədiyindən bitərəflər (3 nəfər) və
partiyasızlar (4 nəfər) fraksiyalarını yartdılar. Əhrar partiyasının keçmiş üzvü A.
Abdulzadə isə heç bir fraksiyaya daxil olmadı. Müsəlman sosialistlər ittifaqı ilə
hümmətin üzvləri 13 nəfərdən ibarət sosialistlər fraksiyasında birləşdilər.
Fraksiyanın sədri S. Ağamalıoğlu idi. Qalan fraksiyalarda dəyişiklik ancaq
kəmiyyət xarakteri daşıyırdı.
1920 –ci ilin əvvəllərinə doğru parlamentin rəyasət heyətində də
dəyişiklik baş verdi. Daxili nizamnaməyə uyğun olaraq bir illik səlahiyyət müddəti
başa çatdıqdan sonra H. Ağayev istefa verdi, parlament sədrinin birinci
müavinliyinə M. Y. Cəfərov, sədr müavinliyinə isə S.M. Qənizadə seçildi.
Parlamentin baş katibi B. Rzayev, katibləri M. Hacınski və Bayram Niyazi
Kiçikxanlı oldu.
Parlamentin 1919 –cü il 3 yanvar tarixli iclasının qərarı ilə qaqnunverici
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
18
və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün
dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda
parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü
bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə
bildirməli idi.
Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan
türkcəsi idi. Qeyri – yerli əhali nümayəndələri çıxışların rus dilində olmasını təklif
etdikdə parlamentin iclaslarından birində bu məsələ xüsusi müzakitə olunmuş və
bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan
türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində
etmələri məqbul hesab edilmişdi. Bununla belə rəsmi sənədlərin hamısı dövlət
dilində tərtib edilirdi. Dövlət dilində olmayan sənədlərin üstündə adətən
parlamentin sədr müavini Həsən bəy belə bir məzmunda dərkənar qoyurmuş:
―Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır‖.
Azərbaycan parlamentinin müvcud olduğu dövrdə 140 qədər ümumi iclası
olmuşdur. 1919 – cu ilin sonuna qədərki dövrdə olmuş 110 iclasın 13-ü kvorum
olmadığından baş tutmamış, 2 iclas təntənəli yubiley iclası xarakterində olmuş
(Azərbaycanın müstəqilliyinin birilliyi münasibətilə 1919 –cu ilin 28 may tarixli və
Bakının fəthinin ildönümü münasibətilə 1919 cu ilin 15 sentyabr tarixli iclasları). 1
fövqaladə iclas Gürcüstanla Ermənistan arasında müharibənin başlanmasına həsr
olunmuşdu. Daha üç iclas da təntənəli şəraitdə keçmiş, onlar Fevral inqilabının
ikinci ildönümünə. Azərbaycanla Gürcüstan arasında hərbi ittifaqın bağlanması və
parlamentin təşkilinin ildönümünə həsr edilmişdi. Qalan 91 iclas adi iclas idi.
Həmin dövrdə cəmi 315 qanun lahiyəsi təqdim edilmiş, bunlardan 10-12-si rədd
edilmiş, ya da onların komissiyalarda müzakirəsi davam edirdi. Qanun
lahiyələrindən 82–si maliyyə nazirliyi, 32–si ədliyyə, 24 -ü daxili işlər, 19-u xalq
maarifi, 12-si torpaq, 10-u sosial təminat, 9-u hərbi nazirlik və b. tərəfindən təqdim
edilmişdir. Qanuna uyğun olaraq dövlət büdcəsinin təsdiqi və xərclənməsi
parlamentin səlahiyyətlərinə aid olduğundan, qanun və qərarların böyük hissəsi
maliyyə məsələləri ilə əlaqədar idi. Yeni qanun məcəlləsinin hazırlanmasına qədər
köhnə qanunların hələlik qüvvədə qalmasına baxmayaraq bu və ya digər qanunlar
məcmuəsinin müvafiq maddələrinin dəyişməsi haqqında qanun və qərarlar
verilirdi. Yeni yaranmış yarımmüstəqil müəssisə və təşkilatlarının da
nizamnamələri parlament tərəfindən təsdiq olunmalı idi. Parlamentin geniş
müzakirədən sonra təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti.
Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət Əmanət kassalarının nizamnamələri
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
19
və mətbuat haqqında nizamnamə də var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı
bir rəsmi sənəd parlamentin təsdiqindən sonra qüvvəyə minirdi. Denikin
təhlükəsinin kəskinləşdiyi 1919 –cü ilin iyununda yaradılmış Dövlət Müdafiə
Konmitəsinin qərarları da qanun qüvvəsinə malik idi.
Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını
formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından bqşqa bu və
ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək,
eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi. Parlament
iclaslarının gündəliyindən xeyli hissəsi bu məsələlərə həsr edilmiş və bu barəd
xüsusi qərarlar qəbul olunmuşdu.
Azaərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericilik orqanı hesab
edlidiyindən bir sıra köklü məsələlər müəssisələr məclisində həll edilməli idi.
Azərbaycan Demokratik Respublikasının konstitusiyası da burada təsdiq edilməli
idi. Müəssisələr məclisinə seçkilərin əsaslarını hazırlamaq üçün parlamentdə böyük
bir komissiya yaradılmışdı. Bu komissiyaya bütün fraksiyaların nümayəndələri
cəlb edilmiş və o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrdən sonra 1919 –cu
ilin iyulun 2-də Azərbaycan Respublikasının müəssisələr məclisinə seçkilər
haqqında əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi.
Əsasnaməyə görə müəssislər məclisinə seçkilərdə cinsindən, dilindən,
milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika vətəndaşları
iştirak edə bilərdilər.
Seçkilər aprelin 20 –nə təyin edildi. Lakin ölkənin xarici siyasi
vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan müəssisələr məclisinə seçkilərin
keçirilməsinə mane oldu. Parlament aprelin 27-dəki sonuncu iclasında fakt
qarşısında qalaraq Azərbaycan K (b) P, Rusiya K (b) P Qafqaz Diyar Komitəsinin
Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından verilmiş ultimatuma cavab olaraq,
hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi.
Nəsib Nəsibzadə
Dostları ilə paylaş: |