AZƏrbaycan demokratġk respublġkasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix31.01.2017
ölçüsü0,85 Mb.
#7245
1   2   3   4   5   6   7   8   9   10

ƏLĠAĞA ġIXLĠNSKĠ 

Odlar yurdu. № 23,  dekabr 1988. 

 

 

Görkəmli sərkərdə Əliağa İsmayıl oğlu Şıxlinski 1865-ci il aprelin 23-də 



Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. O, 1875-ci il noyabrın 17-də 

Tiflisdə  xüsusi  ikiillik  gimnaziyaya  daxil  olmuş  və  həmin  məktəbi  fərqlənmə 

vərəqi  ilə  yeddi  aya  bitirmişdir.  Ə.Şıxlinski  1876-1883-cü  illərdə  Tiflis  hərbi 

gimnaziyasında  oxumuş.  Sonra  Peterburqdakı  Mixaylov  artilleriya  məktəbində 

hərbi  təhsilini  başa  çatdırmışdır.  O,  hərbi  xidmətə  1886-cı  ildə  Aleksandropol 

şəhərində yerləşən 39-cu artilleriya briqadasında başlamışdır.  

 

 

Öz  üzərində  daim  çalışan  və  artilleriyanın  sirlərinə  dərindən  yiyələnən 



Ə.Şıxlinskiyə  1888-ci  il  noyabrın  23-də  poruçik  rütbəsi,1894-cü  il  iyulun  15-də 

ştabs – kapitan, 4 il sonra isə kapitan rütbəsi verilmişdir. 1900-cü il mayın 17-də 

Zabaykalye  artilleriya  divizionunda  qulluq  edən    Ə.Şıxlinski  birinci  batareyanın 

baş  zabiti,  1902-ci  il  mayın  14-də  isə  ikinci  batareyanın  komandiri  təyin 

olunmuşdur.  Həmin  illərdə  Şıxlinski  ―Müqəddəs  Stanislav‖  (III  dərəcə  1894,  II 

dərəcə 1896) və ―Müqəddəs Anna‖ (I dərəcə 1906) ordenlərinə layiq görülmüşdür. 

 

1904-cü  ilin  martında  rus  –  yapon  müharibəsi  başlanmışdır.  Həmin  ilin 



mayın  1-də  kapitan  Ə.Şıxlinski  4-cü  Şərqi  Sibir  atıcı  artilleriya  briqadasına 

göndərilmişdir. Port – Arturun müdafiəsində iştirak edən Ə.Şıxlinski öz batareyası 

ilə  bir  neçə  dəfə  yaponların  hücumunun  qarşısını  almışdır.  Döyüş  meydanlarında 

göstərdiyi  qəhrəmanlıqlara  görə  o,  ikinci  dərəcəli  ―Müqəddəs  Anna‖  ordeni  ilə 

təltif  olunmuş  və  noyabrın  13-də  podpolkovnik  rütbəsi  almışdır.  Ona  həmçinin 

üstündə  ―Qəhrəmancasına  fərqlənməyə  görə‖  sözləri  yazılmış  qızıl  qılınc, 

dördüncü  dərəcəli,  bantlı  və  qılınclı  ―Müqəddəs  Anna‖  (qızıldan)  və  dördüncü  

dərəcəli,  bantlı  və  qılınclı  ―Müqəddəs  Vladimir‖  ordenləri  verilmişdir.  Bunlarla 

yanaşı,  həmin  dövrdə  Ə.Şıxlinski  hər  bir  zabitin  arzuladığı  dördüncü  dərəcəli 

―Müqəddəs Georgi‖ ordeni ilə təltif edilmişdir.  

 

 

 



 

Rus  –  yapon  müharibəsindən  sonra  Ə.Şıxlinski  təhsilini  təkmilləşdirmək 

üçün  1906-cı  ildə  Sarskoye  Selodakı  artrilleriya  məktəbində  oxumuş,  1907-ci  il 

yanvarın  22-də  isə  həmin  məktəbə  müəllim  dəvət  olunmuşdur.  Əliağa  Şıxlinski  

burada  səhra  artilleriyası  şöbəsində  işləmişdir.  Onun  rəhbərliyi  altında  artilleriya 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


38 

 

üzrə  aparılan  məşqlər  həm  nəzəri  və  həm  də  təcrübi  cəhətdən  həmişə  fəqlənirdi. 



1908-ci il noyabrın 26-da Ə.Şıxlinskiyə polkovnik rütbəsi verilmişdir.  

 

1910-cu il avqustun 4-də Ə.Şıxlinski Vladiqafqaz şəhərində yerləşən 21-ci 



artilleriya  briqadasının  1-ci  divizionunun  komandiri  təyin  olunmuşdur.  Müstəsna 

istedadı nəzərə alınaraq o,1912-ci il yanvarın 30-da  yenidən artilleriya  məktəbinə 

çağırılmış,  əvvəlcə  baş  rəhbər,  bir  il  sonra  isə  məktəb  rəisinin  köməkçisi  təyin 

olunmuşdur.  1914-cü  il  aprelin  14-də  Ə.Şıxlinskiyə  artilleriya  üzrə  general  – 

mayor  rütbəsi  verilmiş  və  üçüncü  dərəcəli  ―Müqəddəs  Vladimir‖  ordeni  ilə  təltif 

edilmişdir.  Bundan  əlavə,  sərkərdə  Fransanın  ―Fəxri  legion‖  ordeninə  layiq 

görülmüşdür.  

 

 



 

 

 



 

 

 



1914-cü  il  avqustun  1-də  birinci  dünya  müharibəsinin  başlanması  ilə 

əlaqədar  olaraq,  artilleriya  məktəbi  öz  fəaliyyətini  dayandırmışdır.  Həmin  il 

sentyabrın  1-də  Ə.Şıxlinski  Rusiya  imperiyası  paytaxtının  artilleriya  rəisi  təyin 

olunmuş,  1915-ci  il  yanvarın  31-də  isə  Şimal  –  Qərb  cəbhəsi  komandanlığının 

sərəncamına  göndərilmiş  və  ağır  artilleriya  üzrə  taktiki  döyüş  əməliyyatlarına 

rəhbərlik etmişdir.  

 

 

 



 

 

 



 

1915-ci  il  sentyabrın  14-dən  Ə.Şıxlinski  Ali  Baş  komandanlığın 

qərargahında  çalışmışdır.  1916-cı  il  aprelin  10-da  Qərb  cəbhəsinə  daxil  olan 

ordunun artilleriya  üzrə  inspektoru təyin edilən Ə.Şıxlinski bu vəzifədə  də  özünü 

görkəmli  mütəxəssis    kimi  göstərmişdir.  Xüsusən  4-cü  və  10-cu  orduların  alman 

qoşunları  üzərindəki  qələbələri  onun  rəhbərliyi  ilə  həyata  keçirilmiş  artilleriya 

əməliyyatları sayəsində qazanılmışdır. Buna görə də sərkərdəyə 1917-ci il aprelin 

2-də general – leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 10-da Ə.Şıxlinski 

Qərb cəbhəsindəki 10-cu ordunun komandanı təyin olunmuşdur.  

 

 



Birinci  dünya  müharibəsi  dövründə  Ə.Şıxlinskinin  sərkərdəlik  məharəti 

birinci  dərəcəli  ―Müqəddəs  Stanislav‖  ordeni  ilə  (18.11.1915),  qılıncı  olan  birinci 

dərəcəli  ―Müqəddəs  Anna‖  (26.5.1915)  və  qılıncı  olan  ikinci  dərəcəli  ―Müqəddəs 

Vladimir‖ (6.12.1915) ordenləri ilə qiymətləndirilmişdir.  

 

 

 



Ə.Şıxlinski  səhhətinin  pisləşməsi  ilə  əlaqədar  olaraq,  10-cu  ordunun 

komandanlığından  1917-ci  il  noyabrın  14-də  istefaya  çıxmış,  Vətənə  dönmüşdür. 

Bu  dövrdə  Azərbaycanda  milli  hərəkat  başlanmışdır.  1917-ci  ilin  dekabrında 

Ə.Şıxlinskinin  qarşısında  Azərbaycan  korpusunu  təşkil  etmək  vəzifəsi 

qoyulmuşdur.  Görkəmli  sərkərdə  bu  çətin  vəzifənin  öhdəsindən  gələ  bilmişdir. 

Həmin  korpusun  hissələri  qədim  Gəncə  ətrafını  düşmən  ünsürlərdən  qorumaqda 

idi.  

 

 



 

 

 



 

 

 



 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



39 

 

Həmin  il  sentyabrın  15-də  Azərbaycanın  paytaxtı  tərkibi  menşevik,  eser  və 



daşnaklardan  ibarət  olan  və  ―Sentrokaspi  diktaturası‖  adlanan  oyuncaq 

―hökümətdən‖  təmizləndikdən  sonra,  Əliağa  Şıxlinski  Bakıya  gəlmişdir.  Bir 

müddət sonra o. Azərbaycan Respublikası hərbi naziri Səməd bəy Mehmandarovun 

(1855-1931)  müavini  təyin  olunmuşdur.  Tarixdə  ilk  dəfə  xalqımızın  hərbi  təlim 

keçməsi və  müasir silahların sirlərinə  yaxından yiyələnməsi həmin dövrdə həyata 

keçirilmişdir. Onun sayəsində Azərbaycanda – Naxçıvan, Qarabağ və Zəngəzurda 

dinc  azərbaycanlıları  qıran  daşnak  Andronik  Ozanyanın  (1865-  1927)  quldur 

dəstələrinin kökünü kəsmək mümkun olmuşdur.  

 

 

 



 

Azərbaycan  respublikasının  baş  naziri  Nəsib  bəy  Yusifbəylinin  (1881- 

1920) 1919 –cu il 28 iyun tarixli 29 nömrəli əmrilə nizami Azərbaycan ordusunun 

təşkilində  göstərdiyi  xidmətlərə  görə  Əliağa  Şıxlinskiyə  artilleriyadan  olan  tam 

general  rütbəsi  verilmişdir.  Beləliklə,  Ə.Şıxlinski,  S.  Mehmandarov  və  H. 

Naxçıvanskidən  sonra  tam  general  rütbəsinə  layiq  görülmüş  üçüncü  azərbaycanlı 

hərbi döyüş sərkərdəsidir.   

 

 



 

 

 



 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  görkəmli  partiya  və 

dövlət  xadimi  N.Nərimanovun  1920-ci  il  avqustun  10-da  V.İ.  Leninə  yazdığı 

məktubunda  S.Mehmandarovun və Ə.Şıxlinskinin hərbi qərargahda işləməsi üçün 

Moskvaya  göndərildiyi  qeyd  olunmuşdur.  1921-ci  ilin  payızında  Bakıya  qayıdan 

Ə.Şixlinski  Azərbaycan  SSR  hərbi  –  dəniz  komissarlığında  çalışmış,  Azərbaycan 

hərbi  məktəbində  artilleriyadan  dərs  demiş,  1925-ci  ildə  isə  həmin  məktəbin 

rəisinin  köməkçisi  təyin  olunmuşdur.  Ə.Şıxlinskinin  tərtib  etdiyi  ―Rusca  – 

azərbaycanca  qısa  hərbi  lüğət‖  1926-cı  ildə  Bakıda  nəşr  olunmuş  və  o  dövrdə 

xalqımızın  öz  doğma  dilində  hərbi  təlim  keçməsi  üçün  əsas  vəsaitlərdən  biri 

olmuşdur.  

 

 



 

 

 



 

 

 



SSSR Elmlər Akademiyasının Azərbaycan filialının xahişi ilə Ə.Şıxlinski 

öz xatirələrini yazmışdır. Bu əsər 1944-cü ildə Bakıda çap olunmuşdur.  

 

Görkəmli sərkərdə Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda 79 



yaşında vəfat etmişdir.  

 

 



 

 

 



 

 

Mövsüm Əliyev. 



   

 

     



 

 

 



 

 

 



  

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

40 

 

 



SƏMƏDBƏY MEHMANDAROV 

Odlar yurdu. № 13, iyul,1988.  

  Görkəmli  sərkərdə  Səmədbəy  Mehmandarov  1885-ci  il  oktyabrın  16-da 

Lənkəranda anadan olmuşdur. Quberniya katibi işləyən atası Sadıqbəy Qarabağdan 

köçüb gəlmiş zadəgan idi. İlk təhsilini Bakı realnı məktəbində alan Səmədbəy on 

altı yaşında Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil 

olmuş  və  1875-ci  ildə  təhsilini  başa  vurmuşdur.  O,  1875-ci  ilin  dekabrında 

podporuçik rütbəsi almış və üçüncü dərəcəli ―Müqəddəs Stanislav‖ ordeni ilə təltif 

edilmişdir. Öz üzərində daim çalışan və artilleriyanın sirlərinə dərindən yiyələnən 

S.Mehmandarov  1890-cı  ildə  kapitan  rütbəsinə,  1891-ci  ildə  isə  ikinci  dərəcəli 

―Müqəddəs  Stanislav‖  ordeninə  layiq  görülmüşdür.  1894-cü  ildə  hərbi 

komandanlığının  əmri  ilə  Səmədbəy  Varşava  hərbi  Dairəsinin  sərəncamına 

göndərilomiş və həmin şəhərdə hərbi məhkəmənin üzvü seçilmişdir. 1896-cı ildə o, 

ikinci  dərəcəli  ―Müqəddəs  Anna‖  ordeni  ilə  təltif  olunmuşdur.  1898-ci  ildə 

podpolkovnik rütbəsi alan Səmədbəy Zabaykalye artilleriya divizionun komandiri 

təyin  edilmişdir.  O  illərdə  divizion  Mancuriyada  yerləşirdi.  1900-1901-ci  illərdə 

Çində  antiimperialist  hərəkatının  yatırılmasında  S.Mehmandarovun  komandir 

olduğu divizion da iştirak etmişdir. Lakin S. Mehmandarov silahsız Çin əsgərlərinə 

atəş  açmağa  razı  olmamışdır.  1901-ci  ildə  Səmədbəyə  polkovnik  rütbəsi  ilə 

birlikdə  üçüncü  dərəcəli    ―Müqəddəs  Vladimir‖  ordeni,  habelə  üstündə 

―Qəhrəmancasına  fərqlənməyə  görə‖  sözləri  yazılmış  qızıl  qılınc  da  verilmişdir. 

 

Rus-  yapon  müharibəsi  zamanı  S.Mehmandarovun  komandir  olduğu 



divizion  Port  –  Artur  qalasını  yaponlardan  müdafiə  etmişdir.  Bu  müharibədə 

Səmədbəyin  sərkərdəlik  məharəti  yüksək  qiymətləndirilmiş  və  1904-cü  ilin 

oktyabrın  22-də  o,  general  –  mayor  rütbəsi  almış,  dördüncü  dərəcəli  ―Müqəddəs 

Georgi‖ ordeni ilə təltif olunmuşdur. 1907- 1910-cu illərdə S.Mehmandarov 3-cü 

Sibir ordusunda artilleriya rəisi işləmişdir.    

 

 



 

 

1908-ci  il  iyulun  13-də  hərbi  xidmətlərinə  görə  Səmədbəyə  general  – 



leytenant rütbəsi verilmişdir.  

 

 



 

 

 



 

Birinci dünya müharibəsi başlananda S.Mehmandarov Varşava əməliyyatı 

istiqamətində  idi.  Qərb  cəbhəsinin  Varşava  qrupu  alman  qoşunlarının  əsas  zərbə 

qüvvələrinə  qarşı  yönəldilmişdi.  Payızda  burada  baş  verən  qanlı  vuruşmalar  rus 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



41 

 

ordusunun tam qələbəsi ilə bitmişdir. Cəbhələrdə göstərdiyi sərkərdəlik məharətinə 



görə  1915-ci  ilin  martın  22-də  Səmədbəy  Mehmandarova  artilleriya  üzrə  tam 

general rütbəsi verilmişdir.  

 

 

 



 

 

 



1917-ci il fevral – burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda 

idi. Həmin ilin aprel ayında o, tutduğu vəzifəsini həmişəlik tərk etmişdir. Beləliklə 

S.Mehmandarovun  birinci  dünya  müharibəsində  iştirakı  və  rus  ordusunda  hərbi 

xidməti  başa  çatmışdır.  Artıq  bu  zaman  o,  Rusiyanın  ―Stanislav‖,  ―Vladimir‖, 

―Anna‖,  ―Georgi‖  ordenlərinin  bütün  dərəcələrinə  layiq  görülmüşdür.  Ona 

həmçinin İngiltərə. Fransa, Rumıniya və İranın ordenləri verilmişdir.    

 

İstefaya  çıxdıqdan  sonra  Mehmandarov  Vladiqafqaz  şəhərində  öz  sakit 



malikanəsində  yaşamışdır. Uzun ayrılıqdan sonra qohum  və dostları ilə görüşmək 

üçün 1918-ci ilin sentyabrında Bakıya gəlmişdir. Oktyabrın 1-dən S.Mehmandarov 

hərbi nazirlikdə işləməyə başlamış, dekabrın 15-də isə  nazir vəzifəsini tutmuşdur. 

Onun müavini görkəmli topçu və  sərkərdə Əliağa Şıxlinski idi. Nazirliyin quruca 

adı  var  idi.  Onu  təşkil  etmək  və  qurmaq  kimi  çətin  vəzifə  S.  Mehmandarovun 

üzərinə  düşmüşdür.  Bütün  çətinliklərə  baxmayaraq  S.Mehmandarovun  böyük 

əməyi  nəticəsində  qırx  minlik  nizami  Azərbaycan  ordusu  yaradılmışdır.  Bunun 

otuz  mini  piyada  on  mini  isə  süvari  qoşun  hissələrindən  ibarət  idi.  Azərbaycan 

ordusunun  döyüş  taktikasına  rəhbərlik  etmək  üçün  hərbi  qərargah  təşkil 

olunmuşdur. Litva tatarlarından olan general -  leytenant K. Sulkeviç (1865 - 1920) 

hərbi qərargahın rəisi təyin edilmişdir. Birinci dünya  müharibəsinin qurtarması ilə 

əlaqədar  olaraq  rus  ordusundan  Vətənə  dönmüş  on  beş  minə  yaxın  azərbaycanlı 

general  S.Mehmandarovun  ətrafına  toplaşmlş,  beləliklə  döyüşkən  Azərbaycan 

generaliteti yaranmışdır. Ordu üçün zabit kadrları hazırlamaq üçün 1918-ci ilin iyul 

ayında  Gəncədə  açılmış  praporşik  məktəbi  1919-cu  ilin  əvvəllərində  Bakıya 

köçürülmüş,  onun  əsasında  Azərbaycan  hərbi  məktəbi  təşkil  olunmuşdur.  Bakıda 

istehkamçı  və  hərbi  feldşer  məktəbləri  də  açılmışdır.  Gəncədə  hərbiləşdirilmiş 

dəmiryolu  məktəbi  fəaliyyətə  başlamışdır.  1920-ci  ilin  yanvarında  bu  məktəblərə 

müdavim  hazırlayan  xüsusi  hərbi  təmayüllü  kadet  korpusu  təşkil  olunmuşdur. 

Böyük bəstəkarımız Üzeyir Hacıbəyov (1885- 1948) ordu üçün milli Azərbaycan 

marşını bəstələmiş, orden və medallar üçün müsabiqə elan olunmuşdur.  

 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  görkəmli  dövlət 



xadimi  N.Nərimanovun  V.İ.Leninə  yazdığı  məktubunda  S.Mehmandarovun  və 

Ə.Şıxlinskinin  hərbi  qərargahda  işləmək  üçün  Moskvaya  göndərildiyi  qetd 

olunmuşdur.  1921-ci  ilin  payızında  Bakıya  qayıdan  Səmədbəy  Azərbaycan  SSR 

hərbi  –  dəniz  komissarlığında  məsləhətçi  vəzifəsində  işləmişdir.  1924-cü  ildən 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



42 

 

1927-ci ilin axırına qədər o, Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi – 



piyada məktəbində dərs demişdir. Onun yetirməsi olan bir çox azərbaycanlı hərbçi 

sonralar Sovet Ordusu sıralarında general rütbəsinə qədər yüksəlmişlər. General S. 

Mehmandarov  həmçinin  Bakı  zabitlər  evi  nəzdində  1924-cü  ildən  fəaliyyət 

göstərən ―hərbi – elmi cəmiyyətin‖ sədri olmuşdur.    

 

 

 



Yaşının  ötməsi  və  səhhətinin  pisləşməsi  ilə  əlaqədar  S.Mehmandarov 

1928-ci  ildə  Sovet  Ordusu  sıralarından  istefaya  buraxılmışdır.  Görkəmli  sərkərdə 

1931-ci ilin fevralında Bakıda vəfat etmişdir.     

 

 



 

 

 



 

 

 



 

 

Mövsüm Əliyev.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


43 

 

 



CEYHUN HACIBƏYLĠ 

Odlar yurdu. № 20, oktyabr, 1988.  

Çoxşaxəli  fəaliyyəti  ilə  təkcə  Azərbaycanda  deyil,  Qərbi  Avropada  da 

yaxşı tanınan görkəmli ədib, siyasi və ictimai xadim Ceyhunbəy Əbulhüseyn oğlu 

Hacıbəyli  1891-ci  il  fevralın  2-də  Şuşa  şəhərində  anadan  olmuşdur.  O,  ibtidai 

təhsilini məşhur jurnalist və incəsənət xadimi Haşımbəy Vəzirovun (1866 - 1926) 

müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda almışdır.    

 

 



1907-ci  ilin  axırları...  Bakının  ―İslamiyyə‖  mehmanxanasının  31-ci 

otağına  girən  hər  kəs  burada  islam  şərqinin  birinci  operası  olan  ―Leyli  və 

Məcnun‖un  ilk  tamaşasının  necə  hazırlandığını  görə  bilərdi.  Əsərin  müəllifləri, 

gələcəyin  böyük  bəstəkarı  Üzeyir  Hacıbəyov  və  onun  kiçik  qardaşı  Ceyhun  son 

məşqlərə  rəhbərlik  edirlər.  1908-ci  il  yanvarın  12-də  H.Z.Tağıyev  teatrında 

operanın  ilk  tamaşası  oldu.  Beləliklə,  bu  əsərlə  Azərbaycan  opera  sənətinin  əsası 

qoyuldu. Tamaşada Ceyhunbəy özü də iştirak edir. İbn – Səlam rolunu oynayırdı. 

İlk tamaşa haqqında o dövrün mətbuatında çoxlu müsbət rəy dərc olunmuşdur. Bu 

rəylərdə Ceyhunbəyin öz rolunun öhdəsindən məharətlə gəldiyi qeyd edilirdi.  

 

Gənc  Ceyhunbəy  musiqinin  incəliklərinə  dərindən  bələd  olsa  da  sonralar 



bəstəkarlıqla  məşğul  olmamış,  bu  sənətin  dalınca  getməmişdir.  1908-ci  ildə  o, 

Üzeyirbəylə  birlikdə  Əlibəy  Hüseynzadənin  (1864-1914)  müdir  olduğu  ―Səadət‖ 

məktəbində müəllim işləmişdir. Sonra Ceyhunbəy milyonçu Murtuza Muxtarovun 

vəsaiti  ilə  (1855-  1920)  Peterburq  Universüitetinin  hüquq  fakultəsinə  daxil 

olmuşdur.  Bir  il  orada  oxuduqdan  sonra  1909-cu  ilin  yayında  Fransanın  paytaxtı 

Parisə  gedərək,  təhsilini  Sorbonna  Universitetində  və  siyasi  biliklər  məktəbində 

davam etdirir.  Ceyhunbəy Hacıbəylinin  həmin illərdə Parisdən göndərdiyi bir çox 

məqaləsi Bakıda rus dilində çıxan qəzetlərdə çap olunmuşdur. Bunlardan 1909-cu 

ildə  ―Baky‖  qəzetində  dərc  olunmuş  ―Müsəlmanlar  və  incəsənət‖  (2.X.1909) 

məqaləsi o dövr üçün aktual məsələlərə toxunurdu.    

 

 

 



Ceyhunbəy  Hacıbəyli  ―Leyli  və  Məcnun‖  operasının  yaranması  və  ilk 

tamaşası haqqında Fransa mətbuatında çıxış etmiş, Qərbi Avropa xalqlarına həmin 

opera  barədə  geniş  məlumat  vermişdir.  (―Revyu  de  Monde  muzulman‖  jurnalı, 

aprel 1910). Onun müsəlmanların həyat tərzinə aid ―Kaspi‖ qəzetində çap olunmuş 

məqalələri  oxucularda  böyük  maraq  doğururdu.  Müəllif  ―Azərbaycanın  gülləri‖ 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


44 

 

adlı  adlı  məqaləsində  (№  146,  1911)  Qarabağ  şairlərindən  Ağabəyim  ağa,  Aşıq 



Pəri, Gövhər ağa, Fatma xanım Kəminə və Xurçudbanu Natavan haqqında söhbət 

açır, onların yaradıcılığını yüksək qiymətləndirirdi. Bu məqalə 1914-cü ildə Fransa 

mətbuatında da eynilə çap olunmuşdur. (―Revyu de Monde muzulman‖ sentyabr). 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  C.Hacıbəyli  jurnalın  həmin  nömrəsində  ―Şeyx 

Sənan‖  əfsanəsindən  də  ətraflı  bəhs  etmişdir.  ―İslam  dininin  ―biliciləri‖  adlı 

məqaləsində  sxolastik  din  xadimlərini  ifşa  edən  C.  Hacıbəyli  ruhanilərin  öz 

zərərfikir və müddəaları ilə avam camaatı necə aldatdıqlarını göstərirdi. (―Kaspi‖, 

№  49,  1914).  Başqa  bir  yazısında  o,  aşuranın  necə  yarandığından  söhbət  açırdı. 

 

1916-cı ildə C.Hacıbəyli Parisdə təhsilini başa vuraraq (ali) Bakıya qayıtdı 



və  mətbuat  səhifələrində  doğma  xalqının  acınacaqlı  vəziyyəti  haqqında  çoxlu 

məqalə çap etdirdi. (―Kaspi‖, № 18,22, 24,28, 34, 1917).  

 

 

 



1917-ci  ildə  fevral  –  burjua  inqilabı  baş  verdi.  Bu  zaman  Ceyhun 

Hacıbəyli ―İttihad‖ və ―Müsəlmanlıq‖ qəzetlərinin redaktoru vəzifəsində çalışırdı. 

 

1918-ci  il  mayın  28-də  Azərbaycan  Demokratik  Resdpublikası  elan 



olundu. Ceyhun bəy öz böyük qardaşı Üzeyirlə birlikdə sentyabrın axırlarına qədər 

―Azərbaycan‖  qəzetinin.ı  Şəfibəy  Rüstəmbəyovla  birlikdə  rus  dilində  çıxan 

―Азербайджан‖ qəzetinin redaktoru vəzifəsində işləmişdir. Həmin ilin dekabrında 

o,  görkəmli  siyasi  və  ictimai  xadim  Əlimərdanbəy  Topçubaşovun  (1862  -  1934) 

rəhbərliyi  altında  Azərbaycan  Respublikası  nümayəndəliyinin  tərkibində 

məsləhətçi kimi 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün 

Parisə yola düşdü. Parisdə Ceyhunbəy Hacıbəylinin fransız dilində ―İlk müsəlman 

respublikası  Azərbaycan‖  (1919)  adlı  kitabı  çapdan  çıxmışdır.  Həmin  ildə 

C.Hacıbəylinin  Parisdə  ―Revyu  de  Monde  muzulman‖  jurnalında  1918-ci  ildə 

Bakıda  daşnaqsutun  qoşun  hissələri  tərəfindən,  eləcə  də  Şamaxı,  Kürdəmir  və 

Xaçmazda xeyli azərbaycanlı əhalisinin qırılmasını kəskin ifşa edən məqaləsi çap 

olunmuşdur.  

 

 

 



 

 

 



 

 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vətənəqayıtmayan C. 



Hacıbəyli Parisdə ―Arşın mal alan‖ı fransız dilinə tərcümə etmiş və bu əsər həmin 

il  tamaşaya  qoyulmuşdur.  1926-cı  ildə  çap  etdirdiyi  ―Azərbaycan  teatrı‖  adlı 

məqaləsində o,  fransız oxucularına Hüseyn Cavid və Cəfər Cabbarlı kimi məşhur 

dramaturqların  yaradıcılığı  haqqında  məlumat  vermişdir.  (―Revyu  de  Monde 

muzulman‖, № 3).  

 

 



 

 

 



 

 

1928-ci  ildə  nəşr  etdirdiyi  ―A.  Bakıxanov‖  məqaləsində  isə  Azərbaycan 



tarixşünaslığı və arxeologiyasının banisi, ensiklopedik biliyə  malik Abbasquluağa 

Bakıxanovu  fransız  oxucularına  tanıtmağa  çalışmışdır.  (―Jurnal  Aziatik‖,  iyul  – 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



45 

 

sentyabr,  1928).  Onun  1905-  1910-cu  illər  Azərbaycan  mətbuatı  tarixinə  dair  çap 



olunmuş  məqaləsi  isə  xalqımızın  mədəniyyətini  öyrənən  Qərbi  Avropa  alimləri 

üçün  istiqamətverici  rol  oynamışdır.  (―Aziatik  Revyu‖  jurnalı,  27-ci  cild,  №  90, 

1931).  1933-cü  ildə  C.  Hacıbəylinin  ―Qafqaz  Azərbaycanının  Qarabağ  dialekti‖ 

adlı  elmi  məqaləsi  Azərbaycan  və  Qərbi  Avropa  dilçiləri  üçün  indi  də  öz 

əhəmiyyətini itirməmişdir. (―Jurnal Aziatik‖ yanvar – may, 1933).  

 

 



Məşhur fransız şərqşünasları A. Beniqsen və Ş. Lemersə Kelkejenin 1964-

cü ildə Parisdə fransız dilində nəşr etdirdikləri ―Rusiyada  1920-ci ilə qədər çıxan 

müsəlman  mətbuatının  tarixi‖  adlı  əsərin  müqəddiməsindən  məlum  olur  ki, 

Azərbaycan mətbuatına dair fəslin hazırlanmasında C.Hacıbəyli də iştirak etmişdir. 

 

Ceyhunbəy  Hacıbəyli  1962-ci  ildə  oktyabrın  22-də  71  yaşında  Parisdə 



vəfat etmişdir və orada dəfn olunmuşdur.    

 

 



 

 

 



 

 

 



 

 

Mövsüm Əliyev.     



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



46 

 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin