AZƏrbaycan demokratġk respublġkasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix31.01.2017
ölçüsü0,85 Mb.
#7245
1   2   3   4   5   6   7   8   9   10

ƏLĠAĞA HƏSƏNOV. 

 

Odlar yurdu, № 17 sentyabr 1989.  



 

Əliağa  Hacı  Süleyman  oğlu  Həsənov  1871-ci  ildə  Bakıda  anadan 

olmuşdur.  O, şəhər gimnaziyasını və Bakı kommersiya  məktəbini bitirmişdir. Ə. 

Həsənov türk. ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir.  

 

 

Bakının  ictimai  həyatında  fəal  iştirak  edən  Ə.Həsənov  şəhər  dumasının 



üzvü  seçilmişdir.  Bakıya  şollar  su  kəmərinin  çəkilməsində,  kanalizasiya 

şəbəkəsinin  yaradılmasında,  Dənizkarı  parkın  salınmasında  onun  xidmətləri 

böyükdür.  

 

 



 

 

 



 

 

 



Əliağa  Həsənovun  dövri  mətbuat  səhifələrində  xeyli  məqaləsi  dərc 

edilmişdir.  Görkəmli  Azərbaycan  mütəfəkkiri  Əlibəy  Hüseynzadənin    (1864  - 

1941)  buraxdığı  ―Füyuzat‖  jurnalında  çıxmış  məqalələri  xüsusilə  maraqlıdır. 

Ə.Həsənovun böyük rus yazıçısı L.Tolstoyla dostluq münasibətləri vardı.  

 

Fevral – burjua inqilabından sonra Ə.Həsənov siyasi hadisələrdə yaxından 



iştirak  etməyə  başladı.  1918-ci  il  martın  18-dən  22-dək  Bakıda  və  Azərbaycanın 

digər  yerlərində  cəbhədən  qayıdan  nizami  erməni  qoşun  birlikləri  30  minə  yaxın 

azərbaycanlını  qırdı.  Onlar  S.Şaumyanın  göstərişi  ilə  Bakı  Sovetinin  qoşun 

hissələri  tərkibinə  daxil  edilmişdilər.  Şəhərdə  bu  qırğının  qarşısını  almağa 

çalışanlardan  biri  də  Ə.Həsənov  olmuşdu.  O,  qırğının  son  günü  yaranmış  Milli 

Müsəlman  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvü  idi.  Bitərəf  Ə.Həsənov 

1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə 

üzv  seçilmişdir.  O,  Xoyskinin  təşkil  etdiyi  üçüncü  hökümət  kabinəsində  maliyyə 

nazirinin  müavini,  Nəsibbəy  Yusifbəylinin  I  kabinəsində  isə  maliyyə  naziri  təyin 

olundu.  Ə.Həsənovun  rəhbərliyi  altında  1919-cu  il  sentyabrın  30-da  Bakıda 

Azərbaycan  Dövlət  Bankı  fəaliyyətə  başladı.  Bankın  Gəncədə,  Şamaxıda, 

Lənkəranda və başqa şəhərlərdə şabələri təşkil olundu. 1919- 1920-ci illərdə ADR-

nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. 

Yüksək  bədii  zövqlə  tərtib  olunmuş  bu  əskinasların  üzərində  nazirlər  şurasının 

sədri  N.Yusifbəylinin  və  maliyyə  naziri  Ə.Həsənovun  imzaları  var  idi.  Bunlar 

ADR –in siyasi müstəqilliyini möhkəmləndirən iqtisadi müstəqilliyin ilk addımları 

idi  və  milli  hakimiyyətin  əsas  atributlarından  biri  sayılırdı.  1919-cu  ilin  sonunda 

ADR  hökumətinin  rəsmi  icazəsi  ilə  Bakıda  şəhər  upravası  tərəfindən  500  manat 

dəyərində  istiqraz  vərəqələri  də  dövriyyəyə  daxil  edildi.  Buraxılan  pulların 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


65 

 

qiymətdən  düşməməsi,  emissiya  həmçinin  artmaması  və  devalvasiyaya 



uğramaması üçün Ə.Həsənov böyük səy göstərirdi.    

 

 



 

1919-cu  il  dekabrın  ortalarında  N.Yusifbəylinin  kabinəsi  istefaya  çıxdığı 

üçün  Ə.Həsənov  tutduğu  vəzifəni  tərk  etmişdir.  O,  sonra  Azərbaycan  Dövlət 

Bankının  müdiri  vəzifəsində  (həm  milli  hökumət,  həm  də  sovet  dövründə) 

çalışmışdır.  

 

 



 

 

 



 

 

 



1920-cı il aprelin 27 –də baş verən hadisələrdən sonra da Əliağa Həsənov 

Azərbaycanın mədəni – ictimai həyatında fəal iştirak etmişdir.  

 

 

Öz  dövrünün  tanınmış  ziyalısı  olan  Ə.Həsənov  18  mart  1933-cü  ildə  65 



yaşında Bakıda vəfat etmişdir.   

Mövsüm Əliyev.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



66 

 

 



 

 

 



 

CƏMOBƏY HACĠNSKĠ 

 

Odlar yurdu № 18, sentyabr 1989.  



 

Cəmobəy Süleyman oğlu Hacinski 1888-ci il iyunun 14-də Azərbaycanın 

qədim  şəhərlərindən  biri  olan  Qubada  anadan  olmuşdur.  O,  görkəmli  siyasi  və 

ictimai  xadim  Mehdibəy  Hacinskinin  (1879  -  1941)  kiçik  qardaşıdır.  Hələ  gənc 

yaşlarından  Bakıya  köçən  C.Hacinski  burada  gimnaziya  bitirmiş,  1907-ci  ildə 

Bakıda  rus  dilində  çap  olunan  ―Kaspi‖  qəzetində  müxbir  kimi  fəaliyyətə 

başlamışdır.  O,  həmin  dövrdə  Peterburq  Universitetinin  hüquq  fakultəsinə  daxil 

olaraq  1914-cü  ildə  ali  təhsilini  başa  vurmuşdur.  C.Hacinski  1915-ci  ilin 

dekabrından 1917-ci ilin aprelinə qədər Batum vilayətində və Dənizkənarı rayonda 

dünya  müharibəsi  dövründə  zərər  çəkənlərə  kömək  göstərmək  üzrə  müsəlman 

qaçqın komitəsinin müvəkkili vəzifəsində işləmişdir.  

 

 



 

1917-ci  ilin  aprelində  C.Hacinski  Müvəqqəti  hökumətin  Zaqafqaziya 

komitəsinin  müvəkkili  təyin  olunmuş,  iyuladək  bu  vəzifədə  çalışmışdır.  İyul 

ayında  isə  Zaqafqaziya  kəndli  depupatları  icraiyyə  komitəsinin  sədr  müavini 

seçilmiş  və  oradan  nümayəndə  kimi  Rusiya  məclisi  –  müəssisanına  yeni  seçkilər 

üzrə Zaqafqaziya mərkəzi komissiyasının sədri vəzifəsinə göndərilmişdir.  

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



C.Hacinski bitərəf F.Xoyskinin (1875  - 1920) təşkil etdiyi birinci kabinədə dövlət 

nəzarətçisi  vəzifəsini  icra  etmişdir.  Həmin  il  iyunun  17-də  F.Xoyskinin  başçılıq 

etdiyi  hökumət  kabinəsi  istefaya  çıxdığı  üçün  C.Hacinski  tutduğu  vəzifəni  tərk 

etmişdir.  

 

 

 



 

 

 



 

 

C.Hacinski  1918-ci  il  dekabrın  7-də  Bakıda  təntənəli  surətdə  açılmış 



Azərbaycan parlamentinə üzv seçilmişdir.    

 

 



 

 

Cəmobəy Hacinski Nazirlər Şurasının sədri Nəsibbəy Yusifbəylinin (1881 



- 1920) təşkil etdiyi birinci kabinədə (14.IV.1919) və ikinci (22.XII.1919) kabinədə 

poçt  və  teleqraf  naziri  təyin  olunmuşdur.  Onun  Şimali  Azərbaycanda  rabitə 

sahəsinin  inkişafında  fəaliyyəti  diqqətəlayiqdir.  Görkəmli  Azərbaycan  iqtisadçısı 

Məmmədhəsən  Baharlı  (1896  -  1943)  bu  barədə  1921  –ci  ildə  geniş  məqalə 

yazmışdır.  1920-ci  il  martın  30-da  C.Hacinski  bütün  kabinə  ilə  birlikdə  istefaya 

çıxmışdır.  

 

 

 



 

 

 



 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  Hacinski  ədliyyə 



komissarlığında  inzibati  –  maliyyə  şöbəsinin  rəisi  təyin  olunmuşdur.  1922-ci  il 

aprelin  21-də  əsassız  ittiham  olunaraq  həbsə  alınmış,  3  il  məhbəsdə  yatdıqdan 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



67 

 

sonra bünövrəsi hələ 1919-cu ildə Arxangelsk vilayətində qoyulan və dünyada ilk 



konslager  hesab  olunan  məşhur  Solovkiyə  göndərilmişdir.  Üç  il  də  burada 

saxlandıqdan  sonra  1928-ci  ilin  iyulunda  azad  edilmiş,  Bakıya  qayıtmışdır. 

C.Hacinski  həmin  ilin  iyulundan  respublika  kənd  təsərrüfatı  kooperasiyası 

ittifaqında (―Göybirliyi‖) plan şöbəsinin katibi və sonra müdiri olmuşdur. 1933-cü 

il noyabrın 1-dən Azərittifaq sistemində işləyən C.Hacinski 1934-cü il noyabrın 6-

da sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçmişdir. Həmin vəzifənin 

1937-ci  il  yanvarın  7-də  ləğv  olunması  ilə  əlaqədar  olaraq  C.Hacinski  işdən 

çıxarılmış, 1938-ci il noyabrın 24-də yenidən həbs olunmuş və 1942-ci ildə Kirov 

vilayətinin Vyatka konslagerində həlak olmuşdur. 

 

Mövsüm Əliyev.    



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

68 

 

 



 

 

 



 

 

XUDADATBƏY MƏLĠK – ASLANOV 

 

Odlar yurdu, № 5 – 6, mart 1989.  



 

Məşhur alim, ixtiraçı – mühəndis Xudadatbəy Ağa oğlu Məlik – Aslanov 

1879-cu  ilin  aprelində  Şuşa  şəhərində  anadan  olmuşdur.  O,  1899-cu  ildə  Şuşa 

realni məktəbini bitirərək, Peterbur q  Yol  Mühəndisliyi  institutuna  daxil  olmuş  və 

1904-cü  ildə  ali  təhsilini  birinci  dərəcəli  diplomla  başa  vurmuşdur.  Xudadatbəy 

1901-  1904  –cü  illərdə  RSDFP  –  nın  üzvü  olmuş  və  Peterburq  komitəsində 

çalışmışdır. Sonra, o, heç bir partiyaya mənsub olmamış və ömrünün axırına qədər 

bitərəf  qalmışdır.  İnstitutu  bitirdikdən  sonra  Voloqda  Petrozavodsk  dəmiryolu 

çəkilişi ilə əlaqədar olaraq, altı ay Peterburqda işləmişdir. O, 1905-ci ilin əvvəlində 

Tiflisə  köçmüş  və  Zaqafqaziya  dəmir  yolu  idarəsində  işləməyə  başlamışdır. 

Əvvəlcə stansiya rəisinin köməkçisi, sonra Zaqafqaziya dəmir yolunun ən ağır və 

dağlıq hissəsi hesab edilən Suram aşırımı keçidində yol xidməti rəisinin köməkçisi, 

daha  sonra  isə  rəisi  təyin  olunmuşdur.  Onun  rəhbərliyi  altında  olan  sahədə  xeyli 

mülki  tikinti  aparılmış,  ikinci  yolun  çəkilişi  davam  etdirilmiş  Çiatura  marqans 

mədəninə  ensiz  dəmir  yolu  çəkilmiş  və  s.  texniki  işlər  görülmüşdür.  Bu  dövrdə 

onun  dörq  elmi  məqaləsi  Peterburq  jurnallarında  çap  olunmuşdur.  İstedadlı 

mühəndis dəmir yol texnikası sahəsində yeni ixtiraları ilə dünyada tanınırdı.  

 

1917-ci ildə Rusiyada fevral  – burjua inqilabı baş verdi. Həmin il  martın 



9-da Müvəqqəti hökümətin göstərişi ilə X.Məlik – Aslanov Tiflisə köçürülmüş və 

Zaqafqaziya  dəmir  yolu  üzrə  müvəkkil  təyin  olunmuşdur.  O,  1917-ci  il  noyabrın 

15-də Zaqafqaziya komissarlığında Dəmir Yolu Nəqliyyatı Nazirliyi üzrə komissar 

və 1918-ci il aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Federativ Respublikası 

hökümətində dəmir yolu (nəqliyyatı) naziri idi. 1918-ci ildə onun Tiflis dəmir yolu 

nəqliyyatı tarixindən bəhs edən kitabı (rusca) çap olunmuşdur.  

 

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



Xudadatbəy  Məlik  –  Aslanov  bitərəf  F.X.Xoyskinin  (1875  -  1920)  təşkil  etdiyi 

birinci kabinədə dəmir yolu nəqliyyatı naziri və poçt – teleqraf naziri olmuşdur. O, 

F.Xoyskinin  başçılıq  etdiyi  ikinci  və  üçüncü  kabinələrdə  də  dəmir  yolu  naziri 

vəzifəsini tutmuşdur. X.Məlik – Aslanov dekabrın 7-də Bakıda açılmış Azərbaycan 

parlamentinin üzvü seçilmişdir. O, nazirlər şurasının sədri  Nəsibbəy Yusifbəylinin 

təşkil etdiyi birinci və ikinci kabinədə də həmin vəzifəni icra etmişdir. X. Məlik – 

Aslanov  təşkilatçılıq  qabiliyyətinə  görə  N.Yusifbəylinin  birinci  müavini  təyin 

olunmuşdu.  Bundan  başqa,  o,  1919-cu  il  iyunun  11-də  yaradılmış  respublika 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



69 

 

Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini idi.  



 

 

 



X. Məlik – Aslanovun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs 

keçilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılmışdır. Onun gərgin əməyi sayəsində 

Azərbaycan  dəmir  yolunda  böyük  təmir  işləri  aparılmış  və  nəqliyyatın  nizamlı 

surətdə işləməsi qaydaya salınmışdır.  

 

 

 



 

 

Latın  əlifbasına  keçmək  üçün  1919-cu  ilin  aprelində  Nazirlər  Şurasının 



göstərişi ilə X. Məlik – Aslanovun  rəhbərliyi altında xüsusi komisiyya yatadılmış, 

həmin komissiya Azərbaycan parlamentinə layihə təqdim etmişdir. Lakin layihənin 

müzakirəsi yarımçıq qalmışdır.  

 

 



 

 

 



 

X.  Məlik  –  Aslanov  1921-ci  ilin  əvvəllərində  Azərbaycan  Dövlət  Tikinti 

komitəsində əvvəlcə şöbə müdiri, sonra isə komitə sədri işləmişdir. Bundan sonra 

o,  Azərbaycan  Ali  Xalq  Təsərrüfatı  Şurası  yanında  dəmir  yolu  tikintisi  idarəsinin 

rəisi  və  şuranın  məsləhətçisi  idi.    Azərbaycan  Dövlət  Plan  Komitəsinin  sənaye  – 

nəqliyyat tikinti bölməsinin üzvü (1923-1925), Zaqafqaziya Dəmir Yolu İdarəsinin 

üzvü  (1922  -  1924),  Azərbaycan  Politexnik  İnstitutunun  inşaat  fakültəsində  yol, 

sənaye, nəqliyyat və tikinti bölməsinin sədri (1921- 1930), həmin fakültənin dekanı 

(1924 - 1930), RSFSR və Azərbaycanın bir sıra elmi – texniki və mədəni – maarif 

təşkilatlarının  üzvü  (1921  -  1930),  SSRİ  Ali  Xalq  Təsərrüfatı  Şurasının  elmi  – 

texniki kollegiyasının üzvü (1927 - 1930) olan Xudadatbəy Məlik- Aslanov 1926 – 

1930-cu  illərdə  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  üzvülüyünə  namizəd 

seçilmişdir.  Bu  dövrdə  onun  Moskva  jurnallarında  bir  neçə  məqaləsi  çap 

olunmuşdur.  1927-ci  ildə  Politexnik  İnsititutunun  nəşriyyatı,  1929-cu  ildə  isə 

Azərbaycan  Dövlət  nəşriyyatı  X.Məlik-  Aslanov  dəmir  yolu  texnikasına  aid  iki 

kitabını nəşr etmişdir.  

 

 

 



 

 

 



 

X.  Məlik-  Aslanov  1930-cu  ilin  əvvəlində  Azərbaycan  Baş  siyasi  İdarəsi 

tərəfindən  əsassız  ittiham  olunub  həbs  edilmiş  və  1933-cu  ilin  ortalarında  azad 

olunmuşdur.  O,  həmin  ilin  sentyabrın  1-dən  Azərbaycan  Nəqliyyat  İnstitutunda 

dəmir  yolu  kafedrasına  və  Azərbaycan  İnşaat  İnstitutunda  inşaat  işinin  təşkili 

kafedrasına  rəhbərlik  etmişdir.  Texniki  elmləri  sahəsində  ilk  azərbaycanlı 

professorlardan  biri  olan  X.  Məlik  –Aslanov  1934-cu  ilin  avqustunda  əsassız 

ittiham edilərək yenidən həbs olunmuş və 1935-ci ilin iyulun 23-də vəfat etmişdir. 

30-cu  illərdə  tuğyan  edən  Stalin  repressiyası  nəticəsində  xalqımız  öz  görkəmli 

oğullarından birini də belə itirmişdir.  

 

M.Əlioğlu. 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

70 

 

 



 

 

 



 

 

ASLANBƏY SƏFĠKÜRDSKĠ 

 

 

Odlar yurd, № 19, sentyabr 1989 



 

  Aslanbəy  Ağalar oğlu Səfikürdski 1880-ci ildə Gəncə qəzasının  Səfikürd 

kəndində doğulmuşdur. Orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra 

o.  Peterburq  universitetinin  hüquq  fakultəsinə  daxil  olmuşdur.  Peterburq  həyatı 

A.Səfikürdskinin bir ziyalı kimi formalaşmasında böyük rol oynamışdır. O, burada 

azərbaycanlı  tələbələrin  təşkil  etdiyi  həmyerlilər  təşkilatının  üzvü  olmuşdur. 

Aslanbəy ali təhsilini başa çatdıraraq 1905-ci ildə Gəncəyə qayıtmışdır. O, tezliklə 

Gəncədə  ―Müsəlman  xeyriyyə  cəmiyyətinin‖  rəhbərlərindən  biri,  həmçinin 

―aktyorlar  cəmiyyəti‖nin  sədri  olmuşdur.  1915-ci  ildə  Peterburq  universitetinin 

professoru  Boduen  –  de  Kurtilin  sədrliyi  altında  Kiyevdə  ölkənin  qeyri  –rus 

millətlərinin  qurultayı  keçirilmişdir.  Qurultayda  Azərbaycandan  Qasımbəy 

Əmircanov  və  Aslanbəy  Səfikürdski  nümayəndə  kimi  iştirak  etmişlər.  İlk  dəfə 

olaraq  bu  qurultayda  ―Azərbaycan  muxtariyyəti‖  haqqında  məsələ  qaldırılmışdır. 

1919-cu ildə A.Səfikürdski bu münasibətlə yazmışdır: ―O vaxr elan olunmuşdur ki, 

Azərbaycanda  məskun  olan  xalqlar  tam  muxtariyyət  almalıdırlar.  Qurultayda 

iştirak edən Gürcüstan və Ermənistan nümayəndələri də bu cür nöqteyi – nəzərdən 

dayanmışlar.  Onda  Qafqaz  xalqları  arasında  sərhədlər  barədə  indikinə  nisbətən  

mübahisə  və  fikir ayrılığı az idi. O vaxt bildirilmişdir ki,  Azərbaycan bütün Bakı 

və  Yelizavetpol  (Gəncə)  quberniyalarını,  Zaqatala  dairəsini,  İrəvan  və  Tiflis 

quberniyalarının  bir  hissələrini  əhatə  etməlidir  ki,  Azərbaycan  türkləri  ilə 

məskundur. Gürcüstan və Ermənistan nümayəndələri buna etiraz  etmirdilər. Hal – 

hazırda  isə,  təəssüf  ki,  bu  məsələdə  razılıq  yoxdur‖  (―Azərbaycan‖  №  110, 

28.5.1919).    

 

 



 

 

 



 

 

 



A. Səfikürdski müxtəlif illərdə Gəncə və Şuşanın qəza məhkəmələrində iş 

kəsmək üzrə andçı – müvəkkil vəzifəsini icra etmişdir.  

 

 

 



1917-ci  ildə  Rusiyada  fevraql  –  burjua  inqilabı  baş  verdi.  A.Səfikürdski 

həmin  ilin  martında  yaranmış  Gəncə  qəza  icraiyyə  komitəsinin  tərkibinə 

seçilmişdir.  

 

 



 

 

 



 

 

 



1918-ci  il  fevralın  28-də  Zaqafqaziya  seymi  tərəfindən  təsdiq  olunmuş 

müsəlman fraksiyasında A.Səfikürdski ―Müsəlman sosialist blokuna‖ daxil idi.   

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



71 

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



A.Səfikürdski  dekabrın  7-də  Bakıda  açılmış  Azərbaycan  parlamentinə  üzv 

seçilmişdir.    O,  ADR  nazirlər  şurasının  sədri  F.  Xoyskinin  təşkil  etdiyi  üçüncü 

hökümət  kabinəsində  (26.  XII.  1918)  poçt  –  teleqraf  və  əmək  naziri  təyin 

olunmuşdur.  A.  Səfikürdskinin  həmin  dövrdə  Azərbaycanda  bərbad  hala  düşmüş 

poçt  və  teleqraf  sahəsinin  nizama  salınmasında  xidmətləri  diqqətəlayiqdir.  Onun 

fəhlələrlə  və  sahibkarlar  arasında  əmək  haqqı  müqaviləsinin  bağlanması  və  buna 

ciddi nəzarət edilməsi işində rolu böyük olmuşdur.    

 

 



 

1919-cu il martın əvvəllərində F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün 

A.Səfikürdski  tutduğu  vəzifəni  tərk  etmiş,  Nəsibbəy  Yusifbəylinin  1919-cu  il 

martın 14-də təşkil etdiyi kabinədə ədliyyə və əmək naziri təyin olunmuşdur. Onun 

göstərişi  ilə  nazirliyin  nəzdində  Azərbaycanda  ilk  dəfə  olaraq  hüquq  elmi  üzrə 

mükəmməl kitabxanın təşkilinə başlanmışdır.  

 

 

 



 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələr  vaxtı  A.Səfikürdskinin  də 

daxil olduğu ADR –in xüsusi nümayəndə heyəti bolşeviklərlə hakimiyyət haqqında 

danışıqlar  aparmışdır.  Danışıqlarda  A.Səfikürdski  təslimçi  mövqeyi  tutmuşdur. 

Həmin  gün  baş  vermiş  tarixi  hadisələrdən  sonra  A.Səfikürdski  respublika  ədliyyə 

komissarının  müavini  və  ―Azərneft‖  birliyində  hüquq  işləri  üzrə  məsləhətçi 

işləmişdir. O,1937-ci il oktyabrın 15-də Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat 

etmişdir.        

M.Əlioğlu.  

 

 



 

 

 



 

 

 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


72 

 

 



 

 

NURMƏMMƏDBƏY ġAHSUVAROV 

 

Odlar yurdu, № 4, fevral, 1990.  



 

    Öz  dövrünün  tanınmış  şəxsiyyətlərindən  biri  olan  Nurməmməd  bəy 

Şahsuvarov  Ədilxan  oğlu  1883-cü  ildə  Azərbaycanın  Laçın  rayonunun  Minkənd 

kəndində doğulmuşdur. O, ibtidai təhsilini kənd məktəbində alaraq, 1889- 1903-cü 

illərdə  Qori  müəllimlər  seminariyasında  oxumuşdur.  H.  Şahsuvarov  bir  müddət 

Gəncədə rus dili müəllimi işlədikdən sonra Tiflis Aleksandr Müəllimlər İnstitutuna 

daxil  olmuş  və  oranı  1912-ci  ildə  bitirmişdir.  O,  həmin  il  Kiyev  universitetinin 

hüquq fakültəsinə daxil olmuş və həmin ali məktəbi ekstern yolu 1915-ci ildə başa 

vurmuşdur.  Dağıstan  vilayəti  xalq  təhsili  idarəsi  üzrə  Teymurxanşura  şəhərinə 

inspektor təyin edilmişdir.  

 

 

 



 

 

 



1917-ci  ildə  Rusiyada  fevral  –  burjua  inqilabı  baş  verdi.  Bitərəf 

Nurməmmədbəy  Şahsuvarov  siyasi  hadisələrdə  yaxından  iştirak  etməyə  başladı. 

1918-ci  ilin  yayında  Şimali  Qafqazda  yaşayan  xalqların  milli  –  azadlıq  hərəkatı 

nəticəsində  Dağlılar  Respublikası  yaradıldı.  N.Şahsuvarov  həmin  respublikanın 

xalq maarif naziri təyin olundu.  

 

 



 

 

 



 

 1919-cu  il  iyunun  əvvəlində  Bakıya  gələn  N.Şahsuvarov  Azərbaycan 

Demokratik  Respublikası  nazirlər  şurasının  sədri  N.Yusifbəylinin  təşkil  etdiyi 

birinci  hökümət  kabinəsində  maarif  nazirinin  müavini  vəzifəsini  icra  etməyə 

başlamışdır.  (―Azərbaycan‖  3.  6.  1919,  №  113).  O,  həmin  dövrdə  Azərbaycanın 

şəhər  və  kəndlərində  ana  dilində  məktəb  və  seminariyaların  açılmasına  və  digər 

mütərəqqi  tədbirlərin  həyata  keçirilməsinə  böyük  əmək  sərf  etmişdir. 

Azərbaycanın  ilk  ali  məktəbi  Bakı  Dövlət  Universitetinin  təşkilində  də 

N.Şahsuvarovun xidmətini qeyd etmək lazımdır.  

 

 



 

 

―İttihad‖  partiyasının  üzvü  N.  Şahsuvarov  nazirlər  şurasının  sədri 



N.Yusifbəylinin  II  hökümət  kabinəsində  1920-ci  il  martın  5-də  istefaya  çıxan 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


73 

 

H.Şahtaxtinskinin (1880- 1943) yerinə maarif və dini etiqad naziri təyin olunmuş, 



25 gün sonra – martın 30-da bütün kabinə ilə birlikdə istefaya çıxmışdır.  

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  N.Şahsuvarov 



Azərbaycan SSR xalq maarif komissiyasının müavini təyin olunmuşdur. O, həmin 

dövrlərdə  Bakıda  pedaqoji,  S.Ağamalıoğlu  adına  torpaq  və  geodeziya 

texnikumlarında  rus  dilindən  dərs  demişdir.  Sonralar  isə  Bakı  Dövlət 

Universitetində  rus  dili  kafedrasının  müdiri,  Azərbaycan  neft  institutunda  isə  rus 

dili müəllimi vəzifəsində işləmişdir.  

 

 



 

 

 



1940-ci  ildə  həbs  olunan  və  Krasnodar  diyarına  sürgünə  göndərilən 

Nurməmməd  Şahsuvarov  orada  da  öz  ixtisası  üzrə  dərs  demişdir.  Üç  il  sonra  – 

1943-cü  ildə  sürgündən  Bakıya  qayıdan  N.  Şahsuvarov  Azərbaycan  Tibb 

İnstitutunda rus dili kafedrasının müdiri və müəllimi işləmişdir. O, Azərbaycanda 

rus dili sahəsində bir mütəxəssis kimi məşhur idi.  

 

 



 

 

Öz  dövrünün  tanınmış  şəxsiyyətlərindən  biri  olan  Nurməmməd 



Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda  vəfat etmişdir. Onu da qeyd etmək 

lazımdır  ki,  o,  öz  vətənində  Azərbaycan  İstiqlal  dövrünün  həyatdan  gedən  son 

naziri idi.      

Mövsüm Əliyev.

  

 

 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

74 

 

 



 

 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin