7.2. Müəlliflik hüququnun pozulması Hüquqları qanunla qorunan başqa bir müəllifin işindən onun icazəsi
olmadan sui-istifadə müəlliflik hüququnun pozulması sayılır. Belə işlərə
elmi kəşflər, ixtiralar, hipotezlər, yeni tədqiqat metodları, müəlliflik
ideyaları, yaradıcılıq işləri (foto, musiqi, mətn və s.) aid edilir. Müəlliflik
hüquqlarının əsas pozuntusu kimi elmi işlərin qeyri-qanuni köçürülməsi, bu
və ya digər formada şəxsi məqsədlər üçün istifadə eidlməsini göstərmək
olar. Müəlliflik hüququnun pozulmasında aşağıdakı hallar baş verə bilər:
Plagiat – müəlliflik mətnlərinin və digər yaradıcılıq məhsullarının
qanunsuz istifadəsi;
Tədqiqat metodları və ideyaların mənimsənilməsi;
Elmi müəllifliyin uzurpasiyası;
Hər hansı bir mətnin və ya sənədin saxtalaşdırılması;
Buraxılmamış nəşrin və ya hələ çap olunmamış işlərin kənar şəxsə
təqdimatı.
Elmi etikanın pozulmasında iştirak edən müəllif və ya müəllif kollektivi
birlikdə baş verənlərə məsuliyyət daşıyır. Hansı müəllifin müəlliflik hüquq-
larının pozulmasından asılı olmayaraq, məsuliyyət elmi işin bütün
müəllifləri üzərinə düşür.
Hər hansı bir alimin rəhbərliyi altında görülmüş elmi işdə plagiata yol
verilərsə, işlə bağlı pozuntunun yaratdığı kölgə rəhbərin də üzərinə düşür.
O, işin yoxlanılması zamanı digər mənbələrdən götürülmüş biliklərin üzə
çıxarılmasına bir mütəxəssis kimi məsuliyyət daşıyır.
Etik problemlər işin nəticələrinin təqdimatı zamanı da baş verə bilər.
Tədqiqatçı təqdim olunan elmi nəticələrin düzgünlüyünə tam cavabdehdir.
Işdə nəticələri sual altına alan verilənlər müzakirə olunmamalıdır. Bu həm
şə
xsi, həm də onun istifadə etdiyi tədqiqatçıların əldə etdikləri nəticələri
ə
hatə edir. Səhvlərə yol verməmək üçün digər mənbələrdən olan biliklər
ehtiyatla, analitik olaraq başqa işlərlə müqayisədə qiymətləndirilir. Digər
mənbələrdən olan biliklərin tam və dəqiq istifadə olunması üçün araşdırılan
mövzuya aid kifayət qədər mənbələrin öyrənilməsinə ehtiyac var. Bu
mənbələrin təhlilində əlverişli olmayan, şəxsi tədqiqat nəticələrini inkar
edən işlərdən yan keçmək və ya gizlətmək düzgün deyil.