6.6. Çıxış zamanı davranış qaydaları Çıxışa vaxtından əvvəl gəlmək və bu vaxtı daxili rahatlığın yaradılmasına
istifadə etmək lazımdır. Bu arada əlyazmanı oxumaq məsləhət görülmür, bu
inamsızlığın əlamətidir. İmkan daxilində müxtəlif üsullardan (nəfəs almaq,
ə
l əzələlərini boşaltmaq) istifadə edib, həyacanı azaltmaq gərəkdir. Çıxış
zamanı məruzəçi aşağıdakı əlamətləri ilə publikanın diqqətini cəlb
etməlidr:
Xarici görünüşü: Burada uyğun geyimə diqqət yetirilir. Geyim səliqəli
olmalıdr. Çıxış zamanı pozitiv gülüşlə publikaya nə isə maraqlı bir
məlumatın çatdırılmasına siqnal vermiş olarsınız.
Çıxışdan öncə danışıq: Situasiyadan asılı olaraq sizin üçün müəyyən
şə
xslər önəmli ola bilərlər: təşkilatlar, təşkilatçı, texnika, moderator və
digər məruzəçilər. Onlarla çıxışdan öncə söhbətləşib müəyyən açıq
sualları müzakirə etmək olar.
Texnikanı yoxlamalı: Çıxışdan öncə lazımi texniki avadanlıqların
funksionallığını yoxlamaq lazımdır.
Sənədlər: Çox zaman məruzəçilər çıxışlarının qısa skriptini hazır-
layaraq ən azından publikada əyləşən, qərarverici şəxslərə (professorlar,
dosentlər, qonaqlar) paylayırlar.
Çıxışa başlamazdan öncə bir neçə saniyə gözləməklə publikanın
diqqətini özünüzə çəkmiş olursunuz. Bundan sonra normal nəfəs almaqla
lazımı səs tonuna şərait yaradılır. Qısa gecikməklə başlamaq məruzəçinin
yüksək kompetensiyaya malik olmasından xəbər verir.
Non-verbal siqnal bir şəxsin çıxışı zamanı onun haqqında formalaşan
fikrin 50%-ni təşkil edir. Məruzəçinin mimika və jestləri dinləyicilərdə
pozitv assosiasiya yaratmalıdır. Əllərin açıq şəkildə tutulması, mülayim
sifət və sakit, sərbəst baxış bunun əlamətləridir. Bu əlamətləri inkişaf
etdirmək üçün evdə hazırlıq zamanı şəxsi çıxışı videoya çəkib analiz etmək
məsləhət görülür. Çıxış zamanı əllərin boş qalmaması üçün köməkçi
vasitələrdən istifadə edilir. Lazer işığı və ya köməkçi vərəqdən istifadə
ə
llərin diqqətə alınmamasına şərait yaradır.