2.2. Elmi işin məqsədi Elmi işin məqsədi konkret obyektin təyini və onun strukturunun,
xarakteristikasının və əlaqələrinin elmdə işlənmiş prinsiplər və idrak
metodları əsasında hərtərəfli və dəqiq öyrənilməsi, həmçinin insanın
Elmi işlərin tərtibi
56
fəaliyyəti üçün faydalı nəticələrin əldə edilməsi və onların praktikada
müəyyən effektlə tətbiq edilməsindən ibarətdir.
Kurs, layihə, buraxılış və dissertasiya işlərinin araşdırılmasında
tədqiqatçının apardığı ədəbiyyat analizi elmi işin məqsədinə mühüm təsirə
malikdir. Qarşıya qoyulan elmi işin mənsubiyyətindən asılı olmayaraq
onun yerinə yetirilməsi müəyyən məqsəd güdür. Əsas məqsəd yeni
biliklərin əldə olunmasıdır. Yeni biliklər bütün elm sahələrində tətbiq
olunan əsas metodlardan asılı olaraq fərqləndirilir: 1. Nəzəriyyə (modellər),
2. Empiriya, 3. Metodlar (bax: Bölmə 1.2). Hər üç halda problemin həll
olunmasında tədqiqatın öz töhfəsini verməsi gözlənilir. Bu elmi metodların
tətbiqində qarşıya qoyulan məqsədlərin əldə olunmasını aşağıda misallar
ə
sasında yaxından araşdıraq.
Nəzəriyyətə və ya modellərə aid konkret hallara baxaq. Nəzəriyyə və ya
modellər mövcud və davamlı çoxalan verilənlər (məlumatlar) arasında
ümumi qaydanı təsvir edir. Bu baxımdan elmi işin məqsədi belə qaydaların
tapılması və inkişaf etdirilməsindən ibarətdir. Modellər, təsvir üsullarından
asılı olaraq üç kateqoriyada cəmləşməyə imkan verir.
Təsviredici model həqiqətin nəzəri olaraq ən sadə təsvir formasıdır. Bu çox
zaman sadəcə müşahidəyə əsaslanır və "nə baş verir?" sualına cavab verir.
İ zahedici modellərdə artıq əldə olunan biliyin analiz əsasında izahına cəhd
edilir. Nəticədə "niyə baş verir?" sualının cavabı axtarılır. Qərarverici modellərdə həll yolları və ya qərarqəbuletmə üçün tövsiyyələr işlənir. Bu
mərhələ məntiqi olaraq izahedici modellərin bazasında baş verir.
Misal kimi bir müəssisə daxilində texniki avadanlığın alınmasında həll
olunan məsələlərin icrasında yuxarıda qeyd olunan kateqoriyaların tətbiqinə
baxaq. Müəssisəyə lazım olan avadanlığın xərci (K
sifariş
) və onları
anbarlarda saxlamaq xərclərinin (K
anbar
) cəmi qərar qəbuletmə siyasəti üçün
vacib amildir. Sifariş xərclərinə təkcə avadanlığın qiyməti yox, həm də
onların müəssisəyə gətirilməsi ilə bağlı xərclər də daxildir. Bu xərclərin
cəmini təsvir edən riyazi modelin məqsədi alınma və anbarlarda saxlanılma
xərclərin minimumunu əldə etməyə imkan verən qərarların qəbuluna
yardımçı olmaqdır:
K
ümumi
= K
sifariş
+K
anbar
→ MIN
Elmi işlərin tərtibi
57
Empiriya Empirik araşdırma birbaşa tədqiq olunan obyektin müşahidəsi sayəsində
məlumatların toplanmasına istinad edir. Praktikada qazanılan verilənlər hər
hansı bir fərziyyənin təsdiqi və ya inkarı üçün tətbiq edilə bilər. Fərziyyə
təsdiq olunduğu halda bu yolla nəzəriyyə və ya modellər yaradılır və
inkişaf etdirilir. Bunun nəticəsində praktikada çalışan icraçılar üçün
tövsiyyələr işlənir. Empiriya özlüyündə bir məqsəd daşımır. Elmi–tədqiqat
işlərinin orijinallığını nəzərə alaraq onu qeyd etmək lazımdır ki, istifadəyə
yararlı bütün məlumatlar nəzərdən keçirilməlidir. Empirik verilənlərin əldə
olunması müşahidələr, müsahibələr, eksperimentlər və ya mövcud sənəd-
lərin analizi (məsələn, patentlər və ya müəssisə verilənləri) yolu ilə aparılır.
Empirik biliklərin toplanması elmi işin tərtib olunacağı elm sahəsindən asılı
olaraq fərqli şəkildə aparılır. Texniki proseslərdə ölçmələrin nəticələri əsas
götürülsə də, sosial elmlər də məqsədli sosial empirik tədqiqatların
aparılmasını tələb edir.
Metodlar Elmi biliyin zənginləşdirilməsinin son mərhələsinə metodlar daxildir.
Empirik verilənlərin toplanmasında gördüyümüz kimi, verilənlərin qey-
diyyatı və emalı metodlarından istifadə edilir. Bundan əlavə elmi biliklərin
və ya mövcud nəzəriyyələrin praktikada tətbiqinə imkan verən tövsiy-
yələrin işlənməsi üçün metodları elmin məqsədi kimi araşdırmaq olar.
Pedaqoji elmlərdə məktəblər üçün dərsliklərin və metodların hazırlanması
buna bir misaldır.
Qeyd olunan bölmələri ümumiləşdirərək elmi işlərin hazırlanmasında
qarşıya qoyulan aşağıdakı ümumi məqsədləri fərqləndirmək olar:
Nəzəriyyə: - verilmiş problemin həllində tətbiq olunan məlum
nəzəriyyələr haqqında məlumatların toplanması;
-
məlum nəzəriyyənin qoyulmuş problemin həllinə tətbiqi;
-
yeni nəzəriyyənin işlənməsi.
Empiriya: - aktual verilənlərin (faktların) əsasında məlum empirik
bazanı genişləndirmək;
-
empirik problemin strukturlaşdırılması;
-
qoyulmuş problemlə bağlı verilənlərin sistemləşdirilməsi.
Elmi işlərin tərtibi
58
Metodlar: - məlum metod və alətlər haqqında məlumatların
toplanması;
-
məlum metodların qoyulmuş yeni problemin həllinə
tətbiqi;
-
yeni metodların işlənməsi.