2.1.7. Mövzunun işlənməsi Ə
dəbiyyat mənbələri qiymətləndirildikdən, şəxsi arqumentasiya xəttinə
daxil edildikdən və empirik qeydlərdən lazım olan məlumatların seçil-
məsindən sonra mövzunun işlənməsinə başlamaq olar. Bu mərhələdə
mövzu nəticələrinin paralel olaraq qiymətləndirilməsi çaşqınlıq yarada
bilər, ona görə də nəticələr ayrıca bölmədə baxılmalıdır.
Ali məktəbdə (təhsilin sonunda) buraxılış işinin yazılması təhsil
pilləsinin daha bir mərhələsi kimi dəyərləndirilməlidir. Təcrübələr göstərir
ki, ayrı-ayrı mərhələlərin işlənməsində böyük həcmdə (bəzən 200 səhifə)
material yığılır. İşin sonunda isə bu materialdan buraxılış işləri üçün 45‒60
səhifə həcmində təmiz material işlənməlidir.