2.1.3. İdeyaların işlənməsi Ə
gər diplom işinin mövzusu tələbə tərəfindən təklif olunubsa, onda
demək olar ki, artıq mövzunun refleksiyası prosesinin, həmçinin ideyaların
toplanmasının ilk mərhələsi tamamlanıb. Əksər hallarda bu məsələlərin
baxışına kifayət qədər vaxt planlanmalıdır. İdeyaların işlənməsi üçün
tələbəyə ağ kağız, qələm və sakit guşə lazımdır. Bu mərhələnin məqsədi
ilkin ədəbiyyat mənbələrindən məlum olan ideyalar, tövsiyyələr və empirik
tədqiqatlar üçün iş alətləri haqqında məlumatları struktursuz qeyd
etməkdən ibarətdir. Belə ideya cizgiləri işin ilkin planını işləməyə şərait
yaradır.