2.4. Təhsil və elmi–tədqiqat proseslərinə təsir edən psixoloji amillər Elmi işin hansı elm sahəsində icrasından asılı olmayaraq, iş prossesini
müşaiyət edən psixoloji proseslərə nəzər salmaq, bu amilləri analiz etmək
ümumilikdə təhsil, həmçinin tədqiqat prosesinin asan təşkilinə yardım edir.
Burada bir tərəfdən vaxtın düzgün bölünməsi, digər tərəfdən öyrənmənin
psixoloji tərəfi və qorxunun üstələnməsinə yiyələnmək vərdişləri əsas rol
oynayır. Bir çox hallarda tələbədə yaranan qorxu təkcə “elmə” qarşı olan
münasibətlə bağlı deyil. Tələbənin və ya tədqiqatçınn psixoloji durumu,
onun işlənilən elmi mövzu və bununla bağlı yerinə yetirilən tapşırıqlarla
ə
laqədar olan motivasiyası ilə sıx əlaqəlidir.
Ali məktəbdə təhsil orta məktəbdən onunla fərqlənir ki, tələbə seçdyi
ixtisas üzrə öz−özünü inkişaf etdirməli, yeni biliklərin əldə edilməsi üçün
həmişə motivasiyaya malik olmalı və mütəxəssis kimi yetişmək üçün
məqsədyönlü hərəkət edərək öz yaradıcı fəaliyyətini təşkil etməyə
məsuliyyətlə yanaşmalıdır.