Elmi işlərin tərtibi
61
sferada daha yaxşı yer tutmaq, daha yüksək maaş almaq) formalaşır.
Araşdırmalar göstərir ki, yaradıcı insanlarda daxili motivasiyalar xarici
motivasiyaları üstələyir. Bu halda tələbələrdə elmi−tədqiqat işlərindən daha
çox zövq, həzz almaq, işdə intellektual uğura can atmaq, problemi həll
etməyə səy göstərmək hisləri üstünlük təşkil edir. Onu da qeyd etmək
lazımdır ki, motivasiyaları daxili və xarici olaraq sinifləşdirməyin özü
şə
rtidir, çünki onlar arasında sərt sərhəd də yoxdur. Belə ki, motivin
təyinatına görə daxili motivasiya insanın özündən şəxsən irəli gələn haldır,
xarici motivasiya isə artıq stimul kimi çıxış edir.
Dostları ilə paylaş: