MergedFile


 Öyrənmə vərdişlərinə yiyələnmək



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   43   44   45   46   47   48   49   50   ...   113
2016-2204

2.4.2. Öyrənmə vərdişlərinə yiyələnmək 
“Öyrənmək”  bir  çox  alimlərin  tədqiqat  mövzusu  olmuşdur  [29].  Bəzi 
tələbələr təklikdə öyrənməyə üstünlük verirlər. Bunun heç də mənfi cəhəti  
yoxdur. Müəyyən qrup tələbələr birgə öyrənməyin müsbət tərəflərini qeyd 
edirlər.  Qrup  şəklində  işləmək  öyrənmə  prosesinin  keyfiyyətində  özünü 
göstərməklə  bərabər,  həmçinin  bu  qrupa  daxil  olan  tələbələrin  motiva-
siyasının artmasına da təkan verir.   
  Öyrənmə  stilinin  üstünlüklərini  ayırd  etmək  üçün  təhsilin  ilkin 
çağlarında  qrup  şəklində  digər  tələbələrlə  işləmək  haqqında  təcrübələrin 
ə
ldə  olunmasına  çalışmaq  lazımdır.  Qrupda  işləmək  üçün  əsas  şərt 
iştirakçıların  homogen  bilik  səviyyəsinə  malik  olmalarıdır.  Digər  tərəfdən 
qrup  daxilində  rolların  bölünməsi  əhəmiyyətlidir.  Burada  hər  bir  iştirakçı 
öz  gücünə  görə  tapşırığın  həll  edilməsində  aktiv  olur.  Bəzi  tələbələr 
ə
dəbiyyatların  məqsədəuyğun  oxunmasında,  bəziləri  mühazirələrin  kon-
spektləşdirilməsində,  digərləri  isə  öz  yüksək  kommunikabelliyi  sayəsində 
yuxarı  kurs  tələbələrindən  dəyərli  məlumatların  əldə  olunmasında  yüksək 
qabiliyyətə malik olurlar.  
  Təhsildə  “öyrənmək  vərdişlərinə”  yiyələnmiş  tələbələr  öz  təhsillərini 
uğurla  başa  vurmağa  qadirdirlər.  Bu  vərdişlərə  yiyələnməyin  bəzi  vacib 
aspektlərinə nəzər salaq. 
  Əvvəlki bölmədə elmi tədqiqat işinin yerinə yetirilməsində kompyüterin 
rolu  haqqında  söhbət  açılmışdır.  O,  müasir  təhsil  sisteminin  əvəzolunmaz 
tərkib  hissəsinə  çevrilib.  Öyrənmək  üçün  yer  axtarışı  da  vacibdir.  Bəzi 
insanlar  kitabxanada,  təklikdə,  sakit  şəraitdə  məşğul  olmağa  üstünlük 


Elmi işlərin tərtibi  
 
 
 
62 
verirlər.  Digərləri  evdə  oturub  məşğul  olurlar.  Evdə  işləmək  üçün  ən 
azından  böyük  yazı  masasına  ehtiyac  vardır.  Masanın  ölçüləri  imkan 
daxilində  60x100  sm-dən  kiçik  olmamalıdır.  Bu  baza  şərti  ilə  bərabər 
öyrənmək  üçün  ümumi  atmosferin  təsiri  böyükdür.  Tələbə  evdə  özünü 
rahat  hiss  etməli  və  fikrini  tam  mövzuya  cəmləmək  imkanına  malik 
olmalıdır. 
  Öyrənməyə  başlamaq  üçün  müxtəlif  psixoloji  şərtlər  mövcuddur. 
Bunlardan  birincisi  öyrənməyə  həvəsli  olmaqdır.  Öyrənmək  motivasiyası 
uğurlu  təhsil  üçün  həlledici  bünövrə  sayılır.  Digər  amil  isə  öyrənməyə 
məcburiyyətdir.  Məcburiyətdən  yaranan  təzyiq  bəzi  insanlar  üçün 
istiqamətverici  rolunu  oynayır  və  tələbəni  öyrənməyə  aktivləşdirir. 
Öyrənmə  prosesinin  praktiki  fəaliyyətlərlə  müşaiyət  olunması  tələbələrdə 
görülən işə, alınan biliyə qarşı marağı artırır və biliyin mənasını anlamağa 
kömək edir. 
  Öyrənmə vərdişləri tələbələrin sərbəst işləmək təcrübəsindən də asılıdır. 
Sərbəst  iş  dedikdə  tələbələrin,  müəllimlərin  tapşırıqlarını  metodiki  göstə-
rişlər  əsasında,  ancaq  onların  iştirakı  olmadan  yerinə  yetirdikləri    sərbəst 
işin təşkili başa düşülür. Müəllimlər yalnız tələbələrin idrak prosesini təşkil 
edirlər, idrakı isə onlar özləri həyata keçirir. Sərbəst iş tələbələrə vərdişlər 
və təcrübələrə yiyələnməyə şərait yaratmaqla bərabər, onların xarakterində 
yüksək ixtisaslı mütəxəssis kimi yeni cizgilərin formlaşmasına kömək edir. 
Dünya üzrə tələbələrin auditoriya və sərbəst işlərə sərf etdikləri vaxt 1:35 
nisbətindədir.  Belə  nisbət  hər  şeydən  əvvəl  bu  təhsil  növünün  yüksək 
didaktik  potensialını  göstərir.  Ona  görə  də,  o  mütəxəssislərin 
hazırlanmasında tədrisin səmərəliyinin artırılması üçün geniş ehtiyat rolunu 
oynayır.    
  Ali məktəbdə təhsil prosesi, tələbənin mövqeyini öyrənmə obyektindən 
özüidarəolunan    tədris-professional  fəaliyyətlə  məşğul  olan  subyektə 
keçməyə  yönəldir.  İnteraktiv  və  aktiv  öyrənmə  metodlarına  tələbat  artır. 
Bunların  yerinə  yetirilməsi  üçün  tələbədən  özünü  yüksək  təşkiletmə 
keyfiyyətləri  tələb  olunur.  Tələbə  sərbəst  iş  zamanı  öz  genetik  iş  tempinə 
uyğun  olaraq  materialları  sərbəst  öyrənir,  nəticələr  çıxarır  və  ümumi-
ləşdirmələr  aparır  [32,  33].  Bu  müddətdə  onun  işin  çətin  başa  düşülən 
bölmələrinə təkrarən qayıtmaq imkanı vardır. Əsasən də sərbəst yaradıcılıq 


Elmi işlərin tərtibi 
 
 
  63 
fəaliyyəti  tələbələrə  öz  imkanlarına  söykənərək  özüöyrənmə  mexa-
nizmlərini  inkişaf  etdirməyə  imkan  verir.  Bu  keyfiyyətlərə  malik  olan 
şə
xsin praktiki fəaliyyəti zamanı qarşıda duran məsələlərin həllinə yanaşma 
istiqaməti də fərlqi olur.  
Adətən orta məktəbdən gələn şagirdlərin sərbəst işləmək vərdişləri zəif 
olur.  Buna  görə  də,  onlar  çox  şeyi  ali  məktəbə  qədəm  qoyduqdan  sonra 
öyrənməyə  başlayırlar.  Əsasən  də  I  kurs  tələbələrinə  dərs  deyən  müəllim-
lərin  üzərinə  böyük  yük  düşür.  Onlar  təhsilə  yenicə  başlamış  gənclərə 
xüsusi  ədəbiyyatlarla işləməyi,  effektiv  oxumağı,  oxunulan  materiala fikir 
yürütməyi və.s. kimi keyfiyyətləri aşılamağa çalışırlar. 
Tələbələrin  sərbəst  işlərinin  təşkili  iki  mərhələdə  aparılır.  Birinci 
mərhələdə  müəllimin  iştirakı  ilə  ilkin  təşkilatı  işlər  icra  olunur.  Bu 
mərhələdə  müəllim  tələbələrə  səhvlərin  üzə  çıxarılmasında  və  onların 
səbəblərinin  öyrənilməsində  yardımçı  olur.  Özünütəşkilin  ikinci  mərhə-
ləsində  müəllimin  iştirakı  olmadan  tələbə  sərbəst  işləyir.  Sərbəst  işlərin 
təşkilində öyrənilən materialın həcminin və strukturunun düzgün seçilməsi 
çox  vacibdir.  Plansız  şəkildə  elmi  materialla  məşğul  olmaq  tələbələrin 
sağlamlığında  ciddi  mənfi  izlər  buraxa  bilər.  Yüksək  dərəcədə  əqli  gər-
ginlik  stresslə  başa  çata  bilər.  Əqli  yük  sərbəst  məşğuliyyət  zamanı  əsəb 
sistemlərinin  gərilməsi,  yaddaşın  pozulması  və  nəticədə  tədris  prosesinə 
marağın itməsi ilə nəticələnə bilər. Ona görə də, tələbə sərbəst iş dövründə 
asudə  vaxtı  da  nəzər  alan  ümumi  vaxtın  düzgün  bölünməsinə  diqqət 
etməlidir.       
       
 2.4.3. Vaxtın düzgün seçilməsi 
Məhdud  vaxtdan  istifadə  emək  imkanlarını  analiz  etdikdə  elmi  işin 
icrasının iki fərqli aspekti özünü biruzə verir. Birinci yerdə effektivlik, yəni 
“zamandan  səmərəli  istifadə”  və  “zamanın  idarəsi”  kimi  anlayışlar  öndə 
durur. Digər tərəfdən “ölçü” və “zaman rifahı”, yəni iş vaxtı ilə asudə vaxt 
arasında  balansın  olması  maraqlıdır.  Araşdırmalar  göstərir  ki,  tələbələr 
zamanın  düzgün  bölünməsinə  elə  ilk  anlardan  alışmalıdırlar.  Əsasən  də 
həm  təhsil  alıb,  həm  də  işləyənlər  üçün  bu  çox  vacib  bir  amildir  [28,  32, 
34]. 
 


Elmi işlərin tərtibi  
 
 
 
64 
 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin