3. ƏDƏBİYYATLARIN AXTARILMASI Tədqiqat işlərinin yazılı şəkildə təsvirindən öncə elmi ədəbiyyatların
axtarışı və əldə olunmuş məlumatların analizi və yazılması vacibdir.
Ə
dəbiyytaların axtrarışı müasir EHM texnikasının tətbiqi ilə daha geniş
sahələri əhatə etməyə imkan versə də, digər tərəfdən axtarış prosedurasının
özü mürəkkəb bir prosesi əhatə edərək özlüyündə elmin yeni bir sahəsinə
çevrilməkdədir. Bu sahənin vərdişləri elmi-tədqiqat işləri ilə məşğul olan
hər bir mütəxəssisin yaradıcılıq fəaliyyətinin tərkib hissəsini təşkil edir
[40].
Məlumatların toplanmasında üç əsas aspekti nəzərdən keçirmək gərəkdir:
Axtarış yerləri,
Elmi ədəbiyyatların növləri,
Vacib məlumatların seçilməsi və təsviri.