Ə
dəbiyyatların axtarılması
81
daha yeni mənbələr əldə edə bilər. Müxtəlif kitabların ədəbiyyat
siyahılarını sistematik analiz etdikdə tədqiqat mövzusuna aid olan
ə
dəbiyyatlar özlüyündə qruplaşmağa başlayırlar. Çünki, bu sahə üzrə
məşğul olan mütəxəssislər çox vaxt eyni və ya oxşar mənbələrdən istifadə
edirlər.
Yuxarıda təqdim olunan, ədəbiyyatı yoxlama ardıcıllığı həmçinin digər
elmi nəşrlərə (referatlara, jurnal məqalələrinə, dissertasiyalara və s.) də
tətbiq edilə bilər.
Ə
dəbiyyat mənbələrinin axtarışı kifayət qədər nəticə vermədikdə bu
seçilmiş mövzunun hələ geniş araşdırılmamasına dəlalət edir. Əksinə
ə
dəbiyyat çoxluq təşkil etdikdə bu mövzunun daha dəqiq baxılmasını tələb
edir ki, gələcək tədqiqat prosesində təkrarlanmaya yol verilməsin.
Dostları ilə paylaş: