3.4. Kitabxana kataloqları
Ədəbiyyat mənbələrinin axtarışı zamanı biblioqrafik mənbələrə üstünlük
verilir. Biblioqrafiya axtarılan konkret mövzuya uyğun olmalı və müəyyən
ierarxiyaya əsaslanmalıdır. Xaotik ədəbiyyat axtarışı böyük vaxt itkisinə
səbəb olur və eyni zamanda lazımi nəticəni vermir. Ədəbiyyat mənbələrinin
axtarışının şərtləri və məqsədləri o qədər müxtəlifdir ki, burada ümumi
qayda və ya sistem təklif etmək çətindir. Sadəcə qarşıya qoyulan
məqsədləri sadaladıqda nə qədər müxtəlif yolların olmasını aydın görmək
olur: bir halda verilmiş mövzuya aid bütün əldə olunan ədəbiyyat
mənbələrinin siyahısını tərtib etmək tələb olunur, digər halda yalnız daha
mütərəqqi və ya ilkin məlumat mənbələri vacib sayılır, başqaları üçün isə
ikinci dərəcəli mənbələr yetərlidir. Ədəbiyyat mənbələrinin öyrənilməsində
axtarış ardıcıllığı da önəmli amil sayılır: xronoloji ardıcıllıqda düzülmüş
ə
dəbiyyatlar onların çap ilindən asılı olaraq öyrənilir. Əks xronoloji
ardıcıllıqda isə ilkin olaraq ən yeni elmi çap materiallarına, daha sonra isə
köhnələrə nəzər salınır. Buradan görünür ki, biblioqrafik materialların
siyahısı və onlarla işləmə ardıcıllığı tədqiq olunan haldan asılı olaraq
Ə
dəbiyyatların axtarılması
75
fərqlidir.
Kitabxanaların sorğu-axtarış aparatına ənənəvi kataloqlara əlavə olaraq
tədqiqat işlərinin hesabatları, layihə sənədləri, ixtiraçılıq şəhadətnaməsi,
patentlər, standart və normativlər, buraxılan məmullar, materiallar,
tərcümələr, mikrofilmlər və s. haqqında məlumatları daşıyan kartotekalar
da daxil edilir. Onlar aşağıdakı kimi səciyyələndirilirlər.
Kataloq və kartotekalar – istənilən kitabxananın tərkib hissəsidir.
Kataloq deyəndə kitab fondunda olan məlumat mənbələrinin siyahısı
nəzərdə tutulur. Kartoteka müəyyən mövzuya aid bütün məlumatlar
haqqında materialların siyahısıdır. Kataloqlar ya əlifba sırası ilə, ya da sis-
tematik olaraq mövzuya uyğun qruplaşdırılır. Kataloqlardan düzgün
istifadə etmək üçün, onların quruluşunun ümumi prinsiplərini bilmək
lazımdır. Son illər kağız kataloqlar elektron hala keçirilsə də, hələ ki, bir
çox kitabxanalarda onlardan istifadə olunur. Kağız şəklində və ya elektron
formadan asılı olmayaraq kataloqların sistemi eynidir.
Ə
lifba kataloqları kataloq sistemlərində əsas yer tutur. Onların köməyi
ilə hər hansı müəllifin kitabxanada yerləşən əsərlərini tapmaq mümkündür.
Kataloqlara müəllifin adı, soyadı, kitabın adı, çap ili, nəşriyyat, kitabın
həcmi və nəşri haqqında məlumatlar daxil edilir. Rəflərdə kitabların
düzülüşü əlifba sırası ilə müəllifin adına görə yerləşir. Müəllifi olmayan
kitablar adlarına görə düzülürlər. Əgər birinci sözlər üst-üst düşərsə onda
kitabların düzülüşündə ikinci sözdən istifadə edilir. Eyni adlı müəlliflərdə
onların inisiallarına üstünlük verilir.
Sistematik kataloqlarda kartlar məntiqi olaraq, ayrı-ayrı sahələr üzrə
qruplaşdırılır. Onların köməyi ilə verilmiş mövzuya uyğun kitabxanada
mövcud olan ədəbiyyatları tez bir zamanda axtarıb tapmaq mümkündür.
Sistematik kataloqlarda kartlar ardıcıllığı müəyyən biblioqrafik təsnifatlara
uyğun gəlir. Beynəlxalq aləmdə “Universal Onluq Təsnifatından (UOT)”
istifadə edilir. Onluq prinsipinə əsaslanan bu təsnifatın köməyi ilə bilik və
fəaliyyətin istiqaməti şərti olaraq UOT cədvəlində on hissəyə, onların hər
biri isə daha on alt hissəyə, sonuncu da öz növbəsində daha on hissəyə və s.
bölünürlər. Hər pillədə hər bir anlayış rəqəmli indeksə malik olur. Nəzəri
cəhətdən bu ierarxiyanı sonsuz olaraq daha dar çərçivəyə salaraq davam
etdirmək olar. Universal Onluq Təsnifatı 100 ildən artıqdır ki, dünyanın
Ə
dəbiyyatların axtarılması
76
bütün ölkələrinin təbiət və texniki elm sahələri üzrə çap materiallarını
sistemləşdirməyə xidmət edərək onlar arasında informasiya mübadiləsinin
tənzimlənməsində önəmli rol oynayır. Onların tətbiqi universal və
humanitar profilli kitabxanalarda tətbiqi nəzərdə tutulmur. Azərbaycanda
UOT 1962-ci ildən etibarən daxil edilmişdir [48].
Elektron kataloqların adi kataloqlardan fərqi ondan ibarətdir ki, burada
kitablar, broşürlər, konfrans materialları, məcmuələr haqqındakı
informasiyalar avtomatlaşdırılmış kitabxana-informasiya sistemində rəqəm-
sal halda saxlanılır və xüsusi proqramın köməyi ilə elmi ədəbiyyatın axta-
rışına imkan verir. Bu, həm lokal, həm də veb-şəbəkəsi daxilində oxuculara
ə
dəbiyyatların tez tapılmasına şərait yaradır.
Elektron kataloqlarla təchiz olunmuş kitabxana oxuculara müxtəlif
elektron resurslarla xidmət göstərir:
Öz serverində və ya otaqlarında yerləşən resurslar. Buraya
kitabxananın özünün yaratdığı və kənardan əldə etdiyi resursları
daxil etmək olar.
Uzaqda olan resurslar. Kənarda olan informasiya mənbələrinə giriş
çox zaman lisenziya əsasında baş verir.
Kitabxana tərəfindən qiymətləndirilən və onun biblioqrafiyasına
daxil edilən elektron mənbələr. Kitabxana bu resursların keyfiyyətinə
ə
min olduqdan sonra onları öz oxucularına təklif edir.
Qalan bütün kənar elektron mənbələrə giriş. Bu resurslardan istifadə
etmək oxucunun öz öhdəsinə verilir.
Hal-hazırda internetdə elmi işlərin aparılmasına yardım edə biləcək
milyonlarla informasiyalar kitab və məqalə formasında yerləşdirilib.
Məsələn, Rusiyanın elmi elektron kitabxanasına (www.elibrary.ru) giriş
sərbəst olsa da, bir çox digər xarici elektron bazalarına (EBSCO, Springer,
JSTOR və s.) giriş üçün fərdi müraciət etmək lazımdır və bu pulludur.
Azərbaycanda elektron kataloqların yaradılmasına 90-cı illərin
ortasından başlanılıb. Hal-hazırda respublikanın bir çox kitabxanalarında
İ
RBİS-64 (Rusiya) və VTLS-VİRTUA (ABŞ) proramlarından istifadə
etməklə ədəbiyyatlar axtarışı həyata keçirilir [42]. Elektron kataloqun
tərkib hissəsi proqram təminatı, texnoloji məhsul, informasiya məhsulu və
aparat məhsulundan ibarətdir. Maşınlaoxunan informasiyalar daxil edilmiş
Ə
dəbiyyatların axtarılması
77
bu verilənlər bazası həm də özündə biblioqrafik məlumatları cəmləşdirir.
Bu kataloqlar göründüyü kimi onlayn kataloqlar olub, avtomatlaşdırılmış
kitabxana-informasiya sisteminin alt sistemi sayılır.
Dostları ilə paylaş: |