3.5. Ədəbiyyatın növləri
Nəşrlər məqsdindən asılı olaraq çox sahəli olsalar da, bizi ilk növbədə
elmi tədqiqat işlərinin təşkili, aparılması və qiymətləndirilməsi üçün lazımı
biliklərin əldə edilməsinə imkan verən elmi ədəbiyyatlar maraqlandırır.
Buraya elmi, tədris, sorğu və məlumat nəşrləri aiddir. Ədəbiyyat o vaxt
elmi sayılır ki, o nəzəri və eksperimental tədqiqatların nəticələrini təsvir
etsin. Elmi ədəbiyyatın aşağıdakı növləri vardır [5, 14, 28, 49].
Monoqrafiya- bir problemin və ya mövzunun tam və hərtərəfli, bir və ya bir
neçə müəllif tərəfindən araşdırılmasını əhatə edən elmi kitab nəşridir.
Dissertasiyanın avtoreferatı – elmi dərəcə almaq üçün müəllif tərəfindən
hazırlanmış, aparılmış tədqiqatların məzmununu qısa referat şəklində təsvir
edən, broşür şəklində çap olunan elmi nəşrdir.
Preprint – nəşrdən öncə, ilkin xarakterli material kimi çap olunur.
Elmi işlərin məcmuəsi – elmi idarələrin, təhsil ocaqlarının və ya cəmiy-
yətlərin nəzdində icra olunan tədqiqat materiallarının toplandığı
məcmuədir.
Elmi konfrans materialları – elmi konfransda təqdim olunan proqramın,
çıxışların, təklif və həllərin toplandığı qeyri dövrü çap olunan məcmuədir.
Elmi-populyar nəşr – elm, mədəniyyət və texnika sahəsində nəzəri və ya
eksperimental tədqiqatlar haqqında məlumatları daşıyan, qeyri-ixtisasçı
mütəxəssislər üçün nəzərdə tutulan nəşrdir.
Elmi tədqiqat prosesində biliklərin əldə edilməsi üçün dərsliklərin də
rolu bilik mənbələri kimi böyükdür. Dərsliyə aid nəşr tədris prosesinin
müxtəlif səviyyələrində iştirak edən tələbələrə tədris üçün əlverişli formada
tərtib olunmuş elmi və ya tətbiqi xarakterli bilikləri sistemləşdirilmiş
şə
kildə əhatə edən nəşrdir. Tədris üçün nəzərdə tutulan nəşrlərə
aşağıdakıları aid edirlər.
Ə
dəbiyyatların axtarılması
78
Dərslik – tədris proqramına uyğun gələn və verilmiş nəşr formasında rəsmi
təsdiq olunmuş, tədris fənnini sistematik təsvir edən nəşrdir.
Dərs vəsaiti – dərsliyi tamamlayan və ya onu qismən əvəz edən, aidiyyati
orqanlar tərəfindən rəsmi təsdiq olunmuş tədris vəsaitidir.
Tədris-metodiki vəsait – verilmiş fənnin tədris metodikasına aid materialları
ə
hatə edən vəsaitdir.
Sorğu kitabları – elmi və ya tətbiqi xarakterli qısa məlumatlar daşıyı-
cısıdır. O, kitabı tam oxumadan, qısa zamanda axtarılan termin və ya
mövzu haqqında məlumat əldə etməyə xidmət edir. Sorğu kitablarına lüğət
və ensikloediyaları aid edirlər.
Elmi ədəbiyyatlar qeyri dövri, dövri və ya davamlı olaraq
fərqləndirilirlər. Qeyri-dövri nəşrlərə yalnız bir dəfə çap olunan və davamı
olmayanları aid edirlər. Buraya kitablar, broşürlər, vərəqlər və s. daxildir.
Kitab həcmi 48 səhifədən çox olan nəşrdir. Büroşüraların həcmi 4 və ya 48
səhifə arasında yerləşir. Vərəqlərdə isə yalnız 4 səhifəyə qədər məlumatlar
çap olunur. Dövri nəşrlər xüsusi nəşr növü olub, müəyyən vaxt intervalında
məzmununa görə təkrar olunmayan materialların vahid formada tərtib
olunmuş şəkildə çapına xidmət edir. Dövri nəşrlərə jurnalları, qəzet və
bülletenləri aid edirlər.
Qəzetlər – dövri olaraq qısa müddətdən bir çap olunaraq, aktual ictimai-
siyasi, elmi-texniki, ədəbi və digər məsələlər haqqında rəsmi materialları
ə
hatə edir. Qəzetlər adətən böyük vərəqlərdə çap olunur.
Jurnallarda ictimai-siyasi, elmi, istehsal və digər məsələlər haqqında
məqalə və referatlar, həmçinin ədəbi-bədii əsərlər çap olunurlar.
Bülletenlər dövri və ya davamlı nəşr olub, onu buraxan idarənin maraq
dairəsinə aid olan rəsmi materialların qısa şəkildə operativ çapına imkan
verir. Adətən dövri bülletenlər daimi rubrikaya malikdirlər. Misal olaraq
birjaların dövri orqanı kimi buraxılan birja bülletenlərini göstərmək olar.
Bu bülletenlərdə dövri olaraq qiymətli kağızların qiymətləri, əmtəələrin
birja qiymətləri, bağlanılan alqı-satqılar haqqında məlumatlar işıq üzü
görür.
Ə
dəbiyyatların axtarılması
79
Dostları ilə paylaş: |