Ə
dəbiyyatların axtarılması
74
ilkin, empirik, nəzəri və ya yeni metodiki məlumat və faktlar daxildir. İlkin
sənədlərə və nəşrlərə çap olunan ktabların böyük bir hissəsini, broşürlərı,
jurnalları, qəzetləri, standartları, dissertasiya və tərcümələri aid etmək olar.
Çap olunmuş ilkin sənədlərin növləri adətən standartlaşdırılır. Bədii
ə
dəbiyyatlardan fərqli olaraq elmi ədəbiyyatlarda tərcümə praktikası geniş
yayılmadığından elmi biliklər elə orijinal dildə verilir. Son illər çap olunan
işlərin dəyəri onun beynəlxalq mətbuatda hansı miqyasda çap olunması və
yayılması ilə qiymətləndirildiyindən demək olar ki, getdikcə elmi işçilər öz
ə
sərlərini ingilis dilində çap etməyə cəhd edirlər. Gələcəkdə bu təmayülün
daha da güclənməsi gözlənilir.
İ
kinci dərəcəli mənbələrə isə ilkin məlumatların analitik və məntiqi
emalı nəticəsində alınmış sənədlər daxildir (sorğu kitabları, məlumat
kitabçaları, biblioqrafik və ona oxşar olan digər nəşrlər). İkinci dərəcəli
ə
dəbiyyatların əsas funksiyası ilkin mənbələrin işıq üzü görməsi haqqında
operativ məlumatı yığcam şəkildə yaymaqdan ibarətdir. Onlar da ilkin
ə
dəbiyyatlar kimi dövri və qeyri-dövri ola bilər.
Dostları ilə paylaş: