3.7. Ədəbiyyatla işləmə
Ədəbiyyatların axtarılmasında zaman aspektini nəzərdən atmaq olmaz.
Elmi tədqiqat prosesinin başlanğıcında ədəbiyyat axtarışı və onların
nəzərdən keirilməsi yüksək iş intensivliyi tələb edir. Təcrübələrə əsasən
elmi işə sərf olunan ümumi vaxtın üçdə biri ədəbiyyat mənbələrinin
axtarılmasına və elmi materialların toplanmasına sərf olunur.
Ədəbiyyat axtarışının texniki aspekti lazımi nəticəni əldə etmək üçün
hansı mənbələrə müraciət etməyi təsvir edir. Burada iki prinsipə baxılır: 1)
ikinci dərəcəli mənbədən orijinala və 2) qarışıq prinsip. Birinci hal bir çox
cəhətdən əhəmiyyətlidir. İkinci dərəcəli mənbələr leksikonlar, lüğət və
sorğu materialları şəklində hər bir kitabxanada yerləşir. Bu həm də qısa
zamanda axtarılan mövzu ətrafında ümumi məlumatların əldə olunmasını
asanlaşdırır. Sonda, oxucu vacib orijinal ədəbiyyatın ətraflı oxumasına
istiqamətləndirilir. Mütaliəni orijinal mənbədən başlanması oxucunu o
sahədə mövcud olan digər mənbələrdən uzaq salır. Bundan əlavə oxucuda
bu mənbələrdə olan bilikləri əsas götürərək alternativ bilik və metodları
inkar etmək təhlükəsi yaranır.
Ədəbiyyat axtarışının ən vacib aspekti ondan ibarətdir ki, oxucu
mənbələrə baxdıqdan və analiz etdikdən sonra seçdiyi mövzunun aktuallığı
haqqında qərar vermək iqtidarında olsun. Bunun əsasında ya elmi
mövzunun tədqiqi dərinləşdirilir, ya da onun yenidən baxılmasına qərar
Ə
dəbiyyatların axtarılması
82
verilir. Əks halda mövzunun işlənməsi zamanı kiçik və ya böyük
problemlər ortaya çıxa və bu da qarşıya qoyulmuş məsələnin həllini ayrılan
vaxtda həll etməyə maneəçilik törədə bilər.
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində baxılan ədəbiyyatların
kataloqlaşdırılması və seçilən məlumatların sistemləşdirilməsi vacibdir.
Ə
dəbiyyatların sayı çoxaldıqca onların yaddaşda saxlanılması çətinləşir. Bu
baxımdan tədqiqata yeni başlayan şəxsin hər hansı bir məlumatı yada
salması üçün dönə-dönə eyni mənbəyə müraciət etməsi normal hal sayılır.
Həmçinin ədəbiyyatların siyahısını tərtib etməyə çox vaxt sərf olunur. Ona
görə də, baxılan ədəbiyyatların kataloqunu elektron şəkildə tərtib etmək
ilkin görüləcək işlərə aid edilir. Virtual kartotekanın yaradılmasında hansı
başlıqların daxil edilməsi ideyası hər bir tədqiqatçının özü tərəfindən yerinə
yetirilir. Bu, kitab və ya məqalənin məzmunu və ya araşdırılan mövzu
haqqında qeydlər, müəllifin elmi problemin həllinə dair ideyaları və s. ola
bilər. Elektron kartotekanın cədvəl şəklində tərtib edilməsi daha
ə
lverişlidir. Burada EXCEL proqramının köməyi ilə cədvəldəki
məlumatları bu və ya digər terminlərə görə filtrasiya etmək mümkündür.
Məsələn, əgər mənbələr müəllifin adı və familiyası ilə cədvələ sətir
şə
klində daxil edilərsə, bir-birindən çox uzaqda da olsalar onları qısa
zamanda xüsusi funksiyanın köməyi ilə sütunlar boyunca qruplaşdırmaq
mümkündür. Eyni qayda ilə ədəbiyyatları mövzulara, illərə və digər
göstəricilərə görə qruplaşdırmaq olur.
Hər bir tədqiqatçının ədəbiyyat mənbələrindən əldə edilən mətnlərlə
işləmək vərdişləri iş prosesində yaranır. Bir çoxları elə əvvəldən konspekt
düzəldir. Bu iş metodu adətən tələbələrə xasdır. Ancaq çoxlu sayda xüsusi
elmi ədəbiyyatları nəzərdən keçirmək lazım gəldikdə, belə konspektlərin
sayı da sürətlə artır və sonda qarışıqlığa səbəb olur. Konspektləşdirmənin
ikinci çatışmayan cəhəti ondan ibarətdir ki, o çox əmək və vaxt tələb edir.
Ona görə də, ədəbiyytaları oxuduqda heç də dərhal konspektləşdirməyə
tələsmək lazım deyil. Burada ilkin olaraq qısa qeydlərin aparılması və
ə
dəbiyyat tam oxunduqdan sonra konspektin tərtibinə başlamaq olar. Əgər
ə
dəbiyyat elektron şəkildə mövcuddursa onda kağızda qeyd əvəzinə vacib
hissələri köçürüb ayrıca faylda yerləşdirmək olar.
Oxuma texnikası
83
Dostları ilə paylaş: |