İLƏ QANIN QOVULMASI
Bu əməliyyatı həkim aparır. Hər hansı arteriya (mil, bud, yuxu və s.) daxilinə 200-250 ml qanı (1
ml noradrenalin əlavə edilərək) 150-220 mm c.s. təzyiqi altında köçürürlər. Sonra isə qan və
digər qanəvəzedicilərin (poliqlükin, reopoliqlükin, 5%-li qlükoza və s.) venadaxili köçürülməsi
davam etdirilir.
ÜRƏYİN
DEFİBRİLLYASİYASI
Ürək fəaliyyətinin dayanmasının iki forması ayırd edilir: asistoliya (ürək fəaliyyəti tam dayanır)
və mədəciklərin fibrillyasiyası (bu zaman miokardın ayrı- ayrı əzələ lifləri xaotik, əlaqəsiz
şəkildə təqəllüs etdiklərindən səyrimə baş verir). Belə hallarda elektrik kondensatoru tipli aparat
olan elektrik defibrillyatoru cihazı ilə ürəyin defibrillyasiyasını aparırlar. Təhlükəsizlik texnikası
qaydalarına riayət etməklə elektrodu isə ürək zirvəsi nahiyəsində döş qəfəsinə sıxaraq əvvəlcə
3000- 3500 V gərginlikdə elektrik yükü ilə ürəyə impuls cərəyanla depolyarizasiya aparılır.
Sonra hər dəfə gərginlik 500 V artırılmaqla 6000-7000 V həddinə çatdırılır.
Reanimasiya tədbirləri zamanı hay-küy olmamalı, yardım göstərən şəxs özünü itirməməli, bütün
tədbirləri metodik və ardıcıllıqla yerinə yetirməlidir.
Bütün bu reanimasiya tədbirləri effektli aparılarsa, periferik arteriyalarda nəbz əllənməyə
başlayır, arterial təzyiq 60-80 mm c.s.-dək yüksəlir, bəbəklər daralır və işığa reaksiy verməyə
başlayır, dərinin göyümtül-solğun rəngi itir və tədricən sərbəst tənəffüs bərpa olunur.
ÜRƏKDAXİLİ
İNYEKSİYALAR
Ürəyin qapalı masajı və defibrillyasiyası müsbət nəticə vermədikdə ürək daxilinə müxtəlif
dərmanların (0,1%-li adrenalin, 10%-li kalsium-xlorid, 0,25%-li strofantin və s.) yeridilməsindən
də istifadə edilir. Lakin bu zaman bir sıra qorxulu ağırlaşmalar baş verə bilməsi təhlükəsinə görə
(ürək əzələsinin, ürəyin keçirici sistemi və tac arteriyaların zədələnməsi; kalsium-xloridin
miokarda yeridilməsi nəticəsində nekrozun ola bilməsi) bu üsul geniş yayılmayıb. Bu məqsədlə
şprisə 1 ml 0,1%-li adrenalin, 10 ml 10%-li kalsium-xlorid və 1 ml 0,5% (yaxud 0,25%-li)
strofantin (yaxud 0,6%-li korqlükon) yığılır və onun ucuna 4-5 sm uzunluğunda iynə taxılır.
Sonra sol parasternal xətt üzrə bir köndələn barmaq sola doğru (1,0- 1,5 sm) IV (yaxud V)
qabırğaarası sahədə iynə 3-4 sm dərinə yeridilir və porşen bir qədər geri çəkilir. Bu zaman şprisə
qanın gəlməsi iynənin ucunun ürək boşluğunda olduğunu göstərir. Sonra şprisdəki dərmanı ürək
boşluğuna yeridərək, onu iynədən ayrırılar. Əgər yeridilən dərman təsirindən ürək fəaliyyəti
bərpa olunursa, belə halda ürək ritminə uyğun olaraq iynənin ucu hərəkət edir və onun
mənfəzindən damla-damla al qan xaric olmağa başlayır. Yalnız bundan sonra iynəni çıxarırlar.
Xəstəyə tənəffüs və ürək-damar mərkəzini oyadan preparatlar da yeridilməlidir (lobelin, sititon,
bemeqrid, kordiamin və s.). Vena daxilinə hormonal (deksametazon, prednizalon və s.)
dərmanlar, qan, şok əleyhinə olan (reopoliqlükin, poliqlükin, 5-10% qlükoza) və digər
qanəvəzedicilər də köçürülməlidir.
Mövzu 5
Dostları ilə paylaş: |