Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə32/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   28   29   30   31   32   33   34   35   ...   108
Mövzu 1 1

İLƏ QANIN QOVULMASI  

 

Bu əməliyyatı həkim aparır. Hər hansı arteriya (mil, bud, yuxu və s.) daxilinə 200-250 ml qanı (1 



ml noradrenalin əlavə edilərək) 150-220 mm c.s. təzyiqi altında köçürürlər. Sonra isə qan və 

digər qanəvəzedicilərin (poliqlükin, reopoliqlükin, 5%-li qlükoza və s.) venadaxili köçürülməsi 

davam etdirilir.  

 

                                                                                                                ÜRƏYİN 



DEFİBRİLLYASİYASI  

 

Ürək fəaliyyətinin dayanmasının iki forması ayırd edilir: asistoliya (ürək fəaliyyəti tam dayanır) 



və mədəciklərin fibrillyasiyası (bu zaman miokardın ayrı- ayrı əzələ lifləri xaotik, əlaqəsiz 

şəkildə təqəllüs etdiklərindən səyrimə baş verir). Belə hallarda elektrik kondensatoru tipli aparat 

olan elektrik defibrillyatoru cihazı ilə ürəyin defibrillyasiyasını aparırlar. Təhlükəsizlik texnikası 

qaydalarına riayət etməklə elektrodu isə ürək zirvəsi nahiyəsində döş qəfəsinə sıxaraq əvvəlcə 

3000- 3500 V gərginlikdə elektrik yükü ilə ürəyə impuls cərəyanla depolyarizasiya aparılır. 

Sonra hər dəfə gərginlik 500 V artırılmaqla 6000-7000 V həddinə çatdırılır.  

Reanimasiya tədbirləri zamanı hay-küy olmamalı, yardım göstərən şəxs özünü itirməməli, bütün 

tədbirləri metodik və ardıcıllıqla yerinə yetirməlidir.  

Bütün bu reanimasiya tədbirləri effektli aparılarsa, periferik arteriyalarda nəbz əllənməyə 

başlayır, arterial təzyiq 60-80 mm c.s.-dək yüksəlir, bəbəklər daralır və işığa reaksiy verməyə 

başlayır, dərinin göyümtül-solğun rəngi itir və tədricən sərbəst tənəffüs bərpa olunur. 

                                                                                                                    ÜRƏKDAXİLİ 

İNYEKSİYALAR 

Ürəyin qapalı masajı və defibrillyasiyası müsbət nəticə vermədikdə ürək daxilinə müxtəlif 

dərmanların (0,1%-li adrenalin, 10%-li kalsium-xlorid, 0,25%-li strofantin və s.) yeridilməsindən 

də istifadə edilir. Lakin bu zaman bir sıra qorxulu ağırlaşmalar baş verə bilməsi təhlükəsinə görə 

(ürək əzələsinin, ürəyin keçirici sistemi və tac arteriyaların zədələnməsi; kalsium-xloridin 

miokarda yeridilməsi nəticəsində nekrozun ola bilməsi) bu üsul geniş yayılmayıb. Bu məqsədlə 

şprisə 1 ml 0,1%-li adrenalin, 10 ml 10%-li kalsium-xlorid və 1 ml 0,5% (yaxud 0,25%-li) 

strofantin (yaxud 0,6%-li korqlükon) yığılır və onun ucuna 4-5 sm uzunluğunda iynə taxılır. 

Sonra sol parasternal xətt üzrə bir köndələn barmaq sola doğru (1,0- 1,5 sm) IV (yaxud V) 

qabırğaarası sahədə iynə 3-4 sm dərinə yeridilir və porşen bir qədər geri çəkilir. Bu zaman şprisə 

qanın gəlməsi iynənin ucunun ürək boşluğunda olduğunu göstərir. Sonra şprisdəki dərmanı ürək 

boşluğuna yeridərək, onu iynədən ayrırılar. Əgər yeridilən dərman təsirindən ürək fəaliyyəti 




bərpa olunursa, belə halda ürək ritminə uyğun olaraq iynənin ucu hərəkət edir və onun 

mənfəzindən damla-damla al qan xaric olmağa başlayır. Yalnız bundan sonra iynəni çıxarırlar. 

Xəstəyə tənəffüs və ürək-damar mərkəzini oyadan preparatlar da yeridilməlidir (lobelin, sititon, 

bemeqrid, kordiamin və s.). Vena daxilinə hormonal (deksametazon, prednizalon və s.) 

dərmanlar, qan, şok əleyhinə olan (reopoliqlükin, poliqlükin, 5-10% qlükoza) və digər 

qanəvəzedicilər də köçürülməlidir. 

 

Mövzu 5

 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin