Təxirəsalınmaz yardım:
Donmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan
qorumaqdır. Tibb müəssisəsi uzaqda olarsa xilasedici passiv yardım göstərməlidir (dərini
qızdırmaq, zərərçəkəni ədyal, paltar, palto və s. köməyi ilə isti saxlamaq). Aktiv isitmə
xəstəxanada aparılmalıdır. Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman
aşağıdakı tədbirlər görülməlidir:
Zərərçəkəni isti otağa aparın;
Yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarın.
Siqaret çəkməyin, spirtli içkilərdən və qəhvədən istifadə etməyin;
Əgər xəstəxanadan bir saatlıq yoldasınızsa, zərərçəkəni ləngimədən xəstəxanaya
çatdırın.
Mümkündürsə, ətrafı hərəkətsizləşdirin, şina ilə immobilizasiya edin, sarğı qoyub don
vuran yerləri müdafiə edin.
Zərərçəkənin xəstəxanaya çatdırılması yubadılarsa, o zaman aşağıdakı tədbirlər görülməlidir.
Donmuş nahiyə aşkar edilən kimi:
Zərərçəkəni isti yerə gətirin, ayaqqabılarını və əlcəklərini çıxardın.
Ağır donma zamanı yardım göstərərkən zədələnmiş yerlə ehtiyatlı davranın.
Donmuş ətrafı əvvəl quru parça və ya dəsmal ilə qurudun.
Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər
nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu
20C olan suya salın. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-40C-ə
qədər qaldırın. Çalışın suyun istiliyi 41C artıq olmasın və bu temperaturda qalsın.
Zədələnmiş yer dəri yumşaq, elastik, çəhrayı rəngdə olana və əl vurduqda istilik hiss
edilənə qədər isti suda saxlanılmalıdır. Əgər diskomfort hissi yaranırsa, deməli, su
həddindən artıq istidir. Donmuş yeri isidəndə şiddətli ağrılar ola bilər. Toxumaların
sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya qoyarkən qabın
dibinə və ya divarlarına dəyməsinə imkan verməyin.
Əgər isti su yoxdursa donmuş ətrafları bədənin isti yerlərinə yaxın saxlayın (budların
arasına və s). Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əlinizi və ya əlcəyinizi qoyub
isidin. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.
Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı tarım olmamalıdır.
Əl və ya ayaq barmaqları donmuşsa, onların arasına pambıq və ya tənzif qoyun.
Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə icazə verməyin.
Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin.
Təkrar donmaya heç vaxt yol verməyin.
Suluqları deşməyin.
Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin. Zədələnmiş nahiyəni heç vaxt
əllə ovuşdurmayın. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən
toxumalar zədələnir.
Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların
əmələ gəlməsinə və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları
zədələyir.
Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən çəkinin (açıq alov, isti
butulka, isidilmiş kərpic)
Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin.
Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.
Dostları ilə paylaş: |