Mövzu 10
Boğulma, sudabatma zamanı reanimasiya və intensiv terapiya
İnsan təsadüfən, ya qəsdən suda (hər hansı mayedə) batdıqda, xarici tənəffüs sisteminin
saxlanılması fonunda atmosfer havası ilə qazlar mübadiləsinin pozulması, ya da təmamilə
kəsilməsi nəticəsində baş verən kəskin patoloji vəziyyət suda boğulma adlanır. Buna səbəb
tənəffüs yollarına suyun dolması, larinqospazmın baş verməsi və psixiki zərbə-qorxu, yaxud
reflektor təsirdən ürək fəaliyyətinin dayanmasıdır. Bütün bu halların hamısında ölümə səbəb
orqnizmin, ilk növbədə baş beynin, xüsusən də beyin qabığının kəskin O2 aclığıdır
(anoksiyadır). İnsan soyuq suda batdıqda, hipotermiya qoruyucu effektə malik olduğu üçün
ölümün baş verməsi bir qədər ləngiyir. Bu zaman qazlar mübadiləsinin, əzələlərin hərəkətinin və
ürək fəaliyyətinin pozulması stupor halının inkişafına, yaxud huşun itməsinə gətirib çıxarır.
Boğulma dəniz sularında olduqda hipertonik tərkibli bu suların təsirindən ağciyər
kapillyarlarındakı qanın maye hissəsi alveollara yığılır. Digər tərəfdən yuxarı tənəffüs
yollarından su alveollara daxil olur. Bu 2 səbəbdən də xarici tənəffüs pozulur, ağır hipoksiya və
asidoz inkişaf edir.
Şirin sularda boğumada isə alveollara daxil olan su tez bir zamanda qana sorulur, dövran edən
qanın həcmi artır, eritrositlər parçalanır. Bu səbəbdən də alveollar büzüşür, qazlar mübadiləsi
pozulur ki, bu da ağır hipoksiya və asidozla nəticələnir.
Dostları ilə paylaş: |