HİPOTERMİYA
VƏ
DONVURMA
Hipotermiya və donvurma soyuqla əlaqədar yaranan təhlükəli halın iki növüdür. Soyuq
insan orqanizminə ümumi təsir göstərdikdə hipotermiyaya - bədənin həddindən artıq
soyumasına, yerli təsir göstərdikdə isə soyuğun təsirinə məruz qalan bədən hissələrinin don
vurmasına gətirib çıxara bilər.
Donma zamanı zədələnmiş nahiyədə yaranan əlamətlər:
hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması;
zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması;
şişkinliyin olması;
isitdikdən sonra suluqların əmələ gəlməsi;
dərinin muma bənzər olması;
dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.);
dərinin rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda
donmuş sahənin ağ rəngdə və ya göy ləkəli olması;
iynə batma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi;
don vuran yerin qızdırılma zamanı ağrı verməsi;
don vuran yerdə yanğı hissi, uzun sürən ağrının olması.
Dostları ilə paylaş: