26
Və bir çox mutavatir hədislərdə varid olunub ki, Axirət günü şəfaətə izn yalnız tövhid
əhli üçün veriləcək, o keslər ki “Lə İləhə İllə Llah” üzərində dünyalarını deyişiblər.
Diqqətinizə bir şübhə üzərində olan fikirləri çatdırım, və bu şübhənin mənbəyi
qədimidir, mötəzilə firqəsindən mənbələnir, hansılar ki, rəsullulahın (مﻠﺳ و ﮫﯾﻠﻋ ﷲ ﻰﻠﺻ)
Axirət günü olan şəfaətini inkar edirlər. Onlar deyir, əgər Allah kimdənsə razıdır, o
kəsdən ki ona şəfəat tələb olunur, onda belə şəfaətin nə faydası var?
Şeyx Ubeyd Cabiri (ﷲ ﮫظﻔﺣ), muasir Əhli Sünnə alimlərindəndir bu şübhəyə belə cavab
verir:
“Belə şübhələri yaxud sünnədən xəbərsiz olan, Kitab və saleh sələflərin fəhmindən cahil
bir insan yeridə bilər, yaxud da ki haqqa batil don geydirənlər və öz nəfslərinə tabe
olanlar. Cavab odur ki, o keslər ki, Allah onlardan razıdır, və onlar tövhid əhlidir,
tövhid üzərində dünyalarını deyişiblər, onların Cəhənnəmə şirkdən başqa günahlara
görə Allahın qəzəbinə məruz qalıb, daxil ola bilərlər ki əzablara düçar olsunlar. Və
Allahın bu qəzəbi muvahhidlərə qarşı kafirlərə və munafiqlərə kimi deyil, bu tayfa
insanlar şəfaətdən məhrumdular. Onlara bu şəfaətdən heç bir pay yoxdur.
Həmin bu şəfaət o keslər üçün baş tutacaqdır ki, onlardan Allah Subhanə və Təalə
onların tövhid əhli olduğlarına görə, onların tövhid üzərində, iman üzərində
dünyalarını deyişmələrinə görə razıdır, lakin onlar öz həyatları boyu gunahlar
işlədiblər, və bu gunahlara görə onlar əzaba düçar ola bilərlər, Allah istəsə, lakin Allah
onlara görə mələklərə, peyğəmbərlərə, əməlisaleh qullarına izn verəcək ki onlar üçün
Axirət günü şəfaət tələb etsinlər. Onlardan helələri olacaqdır ki onların şəfaəti tam
təmin olunacaq, qəbul olunacaq, helələri də olacaqdır ki, onların günhalarının bəziləri
bağışlanacaq, bəzilərinə isə bir müddətli əzab veriləcək Cəhənnəmdə”
Dostları ilə paylaş: