35
Bir tayfa cin islamı qəbul etdi. Müşriklərdən olan ərəblərin bir hissəsi onlara ibadət
edirdi. Cinlər islama daxil olandan sonra, onlar isə öz ibadətlərində qalmışdılar. Və
Allah bu ayəni nazil etdi.
O muşriklər ki, Allahdan başqa cinləri məbud edərək, onları Rəbbə vəsilə axtarırdılar.
Bu sözün leksik mənası – arzuya çatan hər hansı bir şeydir.
Möminlər isə vəsiləni saleh əməllərlə axtarır. Allahın razılığını qazanmaq üçün olan şey
– Allaha vəsilədir (yaxınlaşma vasitəsidir). Bu vəsilə şəriətdə qəbul olunandır. Necə ki,
bu barədə yuxarıdakı ayədə qeyd olunub.
Haqqı təhrif edənlər (muharrifun) deyirlər: vəsilə - özünlə Allah arasında zahid, övliya
və ya ölülərdən bir vasitə seçməkdir. Və bu vasitələrlə Allaha yaxınlaşırlar.
Dostları ilə paylaş: