Lakin bizi aktın hansı dərəcədə hüquqi mənada mövcud olmaması
maraqlandırır.
Söhbət o aktdan gedir ki,
əslində o, artıq
qəbul edilmişdir,
lakin onun qeyri-qanuniliyi o dərəcədədir ki, onun etibarsız hesab
edilməsi kifayət deyil, ümumiyyətlə, onun mövcud olmaması lazımdır.
Bu nəzəriyyə yalnız məhkəmə praktikasına əsaslanır: belə aktların tətbiq
rejimini və onun şamil edilmə dairəsini məhz məhkəmə müəyyənləşdirir.
Mövcud olmayan və etibarsız sayılan aktlar arasındakı fərq ilk
baxışda formal fərqdir. Dövlət Şurası aktı qanunsuz sayıb onu ləğv etmək
əvəzinə mövcud olmamış hesab edir. Aktda qeyd edilir ki, «etibarsızdır
və nəticəsi yoxdur», yaxud o, «etibarsızdır və heç vaxt olmamışdır». Bu o
deməkdir ki, Dövlət Şurası aktı nəinki mənasız hesab edir, həm də ondan
istifadə edilməsini əsassız sayır, yəni mövcud olmayan akt kimi hesab
edir.
Digər tərəfdən, göstərilən bu anlayışlar arasında mahiyyətcə fərq
vardır. Təbii ki, «mövcud olmayan akt» anlayışı hüquqi mənada tam
uğurlu deyil, çünki mövcud olmayan aktlar hər halda mövcud olur.
Deməli, onların olmamasının müəyyən dərəcədə hüquqi mənada
aydınlaşdırılması məqsədə müvafiqdir. Belə müəyyənləşdirməni sadəcə
olaraq, etibarsız hesab etmək səmərəli olardı. Mövcud olmayan aktın (bir
dəfə tətbiq edilən aktlar da daxil olmaqla) qanunsuz olmasına görə
istənilən vaxt və istənilən səbəbdən ona istinad etmək olar: administrasiya
bunların icrasından istədiyi vaxt da boyun qaçıra bilər, belə hallarda
şikayətlər məhkəməyə istənilən vaxt verilə bilər. Başqa sözlə, mövcud
olmayan aktlar, məqsədlərindən asılı olmayaraq, hüquqi normalar
yaratmayan aktlar hesab edilir.
Beləliklə, məhkəmə orqanları mövcud olmayan aktlar
məsələsində tərəzinin gözünü qanuni vəziyyətləri qanunsuzluğun
qarşısının alınmasına tərəf əyirlər.
Mənasız və mövcud olmayan aktların siyahısı məhkəmə
instansiyaları tərəfindən müəyyən edilməyən formada hazırlanmışdır.
Rejimin nə qədər dəqiq müəyyənləşdirildiyi, təsnifatın özünün nə
dərəcədə qeyri-dəqiq olduğu aşağıda göstərilənlərlə nümayiş etdirilir:
təhlil üçün qulluqçulara aid edilən iki əsas nəzərdə tutulan tədbirləri
götürək. Sonra isə vəzifəyə formal şəkildə təyinat verək. Bu tədbirlərin
nəticəsində o, həmin vəzifəni tutmur və müvafiq funksiyaları icra edir.
Əgər o, qanunsuz aktlara əsasən belə vəzifəni tutarsa və funksiyalannı
icra edərsə,
bununla o, cinayət törətmiş olur.
Fransada qulluqçular üçün son yaş həddi məhdudlaşdırılmışdır;
vəzifəli şəxs özunun son yaş həddinə çatdığı gün öz funksiyalarının
icrasını dayandırmalıdır. Belə olduğu
hallarda administrasiya
152
onun işdə qalıb işləməsini münasib sayarsa, onda administrasiya və
məmur arasında xüsusi razılaşma əldə edilir, məmur işdə qalır, öz xidməti
vəzifələrinin icrasını davam etdirir, çünki müdiriyyət onun iş
keyfiyyətlərini nəzərə alaraq xidmətdə saxlayır. Lakin bu halda qəbul
edilən qərarın motivlərindən asılı olmayaraq, qərar özü mövcud olmayan
akt hesab edilir.
Bu cür tədbirlər nəinki qanunsuzdur, həm də mənasızdır, ona görə
ki, bunlar məmur üçün heç bir hüquqi məna kəsb etmir.
İcra hüququ ilə əlaqədar olaraq administrasiyanın özbaşınalığı iki
formada müşahidə edilir. Birincisi, aktın maddi mənada icrasından
ibarət
özbaşınalıq və ikincisi isə aktın tərtib edilməsinə aid edilən özbaşınalıq.
İdarəetmə qərarları mülkiyyət hüququnu pozduqda, yaxud əsas
azadlıqlara toxunduqda və bu zaman inzibati hakimiyyətlə heç bir
qarşılıqlı əlaqəsi olmadıqda, həmin qərar özbaşınalıq xarakteri daşıyır: o,
eyni zamanda mövcud olmayan akt hesab edilir, aktın mənasızlığı faktı
isə istər inzibati məhkəmə, istərsə də ümumi məhkəmələr tərəfindən ləğv
edilir.
Məhkəmə səlahiyyətlərinin ciddi şəkildə pozulması ondan
ibarətdir ki, hakimlər öz üstün hüquqlarının və səlahiyyətlərinin
müdafiəsinə, o cümlədən icra hakimiyyətinin qəsdlərindən qorunmasına
həmişə diqqətli olurlar. Bunları daha səmərəli şəkildə icra etmək üçün
məhkəmə hakimiyyəti, bəzi hallarda aktlann mənasızlığı nəzəriyyəsini
tətbiq edir.
Mənasızlıq motivlərinə görə aktlardan şikayət verilməsi qaydası
və onların ləğv olunması proseduru, yalnız məhkəmənin hüquqları
çərçivəsində tətbiq
edilir.34
Rozan-Jirardın işində söhbət, Qvadelupadakı Mul kommuna-
smda keçirilmiş bələdiyyə seçkilərindən gedirdi. Həmin seçkilər zamanı
bəzi münaqişələr olmuş, nəticədə isə bələdiyyə seçkilərində
kommunistlər qalib gəlmişdilər. Seçkilərin gedişində baş vermiş
münaqişələrə istinad edən, əslində isə onların nəticələrindən narazılığını
bildirən prefekt, öz qərarı ilə bu nəticələri ləğv etmişdi. Dövlət Şurası isə
müəyyən etdi ki, prefektin məsələyə müdaxiləsi mənasız akt kimi
qiymətləndirilməlidir. Dövlət Şurası belə hesab etdi ki, idarəetmə orqanı
seçkilər üzrə komissiyanın səlahiyyətlərindən istifadə etmiş, nəticədə isə
mövcud olmayan akt qəbul etmişdir. Ona görə də o, aktın özünü «etibarsız
və mövcud olmamış» akt hesab etmişdir.
Dostları ilə paylaş: