Ümumi hakimiyyətlə konstitusiya statusu olanlar arasında münasibətlər.
Parlament rejiminin fəaliyyəti ilə sıx bağlı olan bu münasibətlər klassik
nümunələr hesab edilir. Misal üçün, hökümət parlamentin müzakirəsinə
qanun layihəsi təqdim edir, yaxud əksinə, qanun layihəsinin qəbul
olunmasına qarşı motivləri irəli sürür, belə hallarda o, hökumət aktı hesab
edilir. Bununla yanaşı, müvafiq qanunun təsdiqindən sonra onun
Respublika Prezidenti tərəfindən imzalanmaqla elan edilməsi barədə
verilən dekret də hökumət aktıdır.
İndi həmin kateqoriyaya aktların Konstitusiyada nəzərdə tutulmuş
yeni növləri daxid edilmişdir. Bunlar prezidentin Respublika
Konstitusiyasının 11-ci maddəsində nəzərdə tutulmuş referendum
haqqında qərarP^ və yaxud fövqəladə səlahiyyətlərindən istifadə edilməsi
haqqında Konstitusiyanın 16-cı maddəsində təsbit edilən qərar-
lardır^ö.
Birinci
kateqoriyaya
daxil
olan
hökumət
aktlannm
qanunauyğunluğu tam aydındır. Məhkəməyə xalq tərəfindən referendum
yolu ilə normayaratma səlahiyyəti verilmişdir. O, milli hökumət orqanlan
ilə və yaxud parlament qarşısında hesabat verməklə nümayəndəli
orqanlarla münaqişə vəziyyətinə düşür. Belə hallarda Respublika
Prezidenti öz fövqəladə səlahiyyətlərindən istifadə edir.