Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Dövlət Şurasının Brokun işinə dair 19 oktyabr, 1962-ji il tarixli qəran



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə73/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   69   70   71   72   73   74   75   76   ...   113
Dövlət Şurasının Brokun işinə dair 19 oktyabr, 1962-ji il tarixli qəran. 
Dövlət Şurasının Rüben de Servanın işinə dair 2 mart, 1962-ji il tərixli qəran. 
Münaqişələr üzrə Tribunalın Fransa Radio Verilişləri Şirkətinin işinə dair 2 fevral 
,1950-ji il tarixli qərarı. 
155 


Hökumət  aktlannm  kateqoriyasının  həcmi  son  zatnanlar 
«fərqləndirilən aktlar» kateqoriyasından istifadə edilməklə azaldılmışdır. 
Yalnız  beynəlxalq  -  hüquqi  xarakterli  aktlar  hökumət  aktlan 
kateqoriyasına  aid  edilmişdir,  xarici  aspektdən  gələn  bütün  aktlar  isə 
məhkəmə  nəzarəti  rejiminə  tabe  olan  dövlətdaxili  aktlar  kimi 
qiymətləndirilir.  Fərqləndirilən  aktlara  misal  olaraq  müqəssirlərin 
bir-birinə  təhvil  verilməsi  barədə  dekretləri  göstərmək  olar,  Fransa 
hökuməti  bu  aktların  köməyi  ilə,  müvafiq  ölkənin  tələbi  üzrə  cinayət 
törətməkdə  müqəssir  olan  şəxsləri  xarici  dövlətə  göndərməyə  razılıq 
verir. 
Qanunsuz olaraq xarici dövlətlər tərəfindən Fransa vətəndaşlarına 
vurulmuş  zərərə  görə  kompensasiya  kimi  xarici  hökumətdən  alınmış 
ümumi cərimənin ödənilməsinə aid bütün aktlar da fərqləndirilən aktlar 
hesab edilir. 
Nəhayət, fərqləndirilən akt anlayışı inkişaf etməkdə olan ölkələrlə 
əməkdaşlıq  çərçivəsində  xarici  dövlətlərin  orqanlarına  və  yaxud 
beynəlxalq  təşkilatlara  müvəqqəti  ezam  edilmiş  Fransa  qulluqçularının 
statusunun  tənzimlənməsinə  aid edilən, çox tez-tez  rast  gəlinən  hallara 
şamil edilmişdir. 
Nəzarət altından çıxan daxili xarakterli aktlar haqqında, şikayət 
verilməli  olmayan  aktların  ikinci  kateqoriyası  ilə  bəzi  idarədaxili 
qərarlarla əlaqədar da mübahisə etmək olar. Şübhəsiz ki, bu kateqoriyalı 
aktlar  hökumət  qərarlanndan  daha  az  əhəmiyyətlidir.  Lakin  bu  aktlar 
ümumi  prinsipdən  istisna  edilmə  səbəblərindən  doğur,  hərçənd  belə 
istisnalar üçün irəli sürülən səbəblər müxtəlif olur. Bəzən belə aktların az 
əhəmiyyətli  olmasını  nəzərə  alaraq  məhkəmənin  bunlarla  məşğul 
olmasını istisna kimi qəbul edirlər. Belə aktların qəbul edilməsi əsasən 
intizam tədbirləri ilə bağlı olur. 
Bəzi aktlar mülki qulluqçuların statusu ilə məhdudlaşır; buna görə 
də  onlar  az  əhəmiyyətli  aktlar  kateqoriyasına  aid  edilmişdir.  Hərbi 
qulluqçulara  aid  edilən  aktlar  daha  mühüm  aktlardır:  söhbət  hərbi 
qulluqçulara  qarşı  tətbiq  edilən  həbs,  qalaya  salınma  və  yaxud  ev 
şəraitində  dustaq  saxlama  tədbirlərindən  gedir.  Bəzən  belə  qənaətə 
gəlmək olur ki, bu cür tədbirlər son dərəcə ciddi deyildir. Bu, yuxarıda 
sadalanan sonuncu hal üçün doğrudur, lakin qalada 50 günlük saxlanılan 
həbsi  qeyri-ciddi  tədbir  adlandırmaq  olmaz;  belə  halda  da  «intizamı 
pozduğuna görə ona tətbiq edilən cəzanı çəkən» hərbi qulluqçular üçün 
də müəyyən edilmiş bəzi sanksiyalar mövcuddur, məsələn, rütbənin aşağı 
salınması  və  yaxud  zabit  vəzifəsindən  kənarlaşdı-  rılma  kimi  intizam 
tədbirləri tətbiq edilə bilər. Digər tərəfdən, başqa ölkələrdə olduğu kimi, 
Fransada da ümumi qaydalar müəyyən edilmişdir. 
156 


Qanun aktlarında bəzən administrasiya və onun bəzi sifarişçiləri 
arasındakı münasibətlərlə əlaqədar qəbul edilən tədbirlərə də rast gəlinir. 
Bu barədə məktəblər və həbsxanalarla bağlı iki misal göstərmək olar. 
Eks-an-Provans liseyinin direktoru şagirdlərə fərqlənmə nişanları 
gəzdirməyi  qadağan  etmişdi.  Belə  olduğu  halda,  onun  bu  qəran  daxili 
xarakterli  tədbirdir  və  ona  görə  də  ondan  şikayət  edilə  bilməz.^* 
Şagirdlərə  ancaq  qış  dövründə  məşğələlərdə  xizəkçi  şalvarı  geyinməyi 
qadağan etmiş bir lisey direktorunun müəyyən etdiyi bu qaydanı Dövlət 
Şurası öz qərarı ilə qüvvəsində saxlamışdır.^? 
Həbsxanalarda dustaqlara qarşı daha ciddi tədbirlər tətbiq olunur 
və bundan məhkəmə qaydasında şikayət verilə bilməz. Söhbət həbsxana 
rejimini  pozmuş  məhbuslara  qarşı  tətbiq  olunan  cəzalardan,  habelə  bir 
həbsxanadan  digərinə  keçirməklə  bağlı  tədbirlərdən,  yaxud  da  bəzi 
məhbuslara güzəştli siyasi məhbus rejimi yaratmaqdan imtina edilməsi 
ilə bağlı görülən tədbirlərdən gedir. 
Belə  vəziyyətlərlə  əlaqədar  məhkəmə  praktikasında  yekdillik 
yoxdur. Belə bir meyil mövcuddur ki, məhbuslara və hərbi qulluqçulara 
da  məhkəmənin  işə  qarışması  yolu  ilə  qəbul  və  təsbit  edilməli  olan 
hüquqlar verilməlidir. 
Bu  cür  hökumət  aktlarına  və  daxili  xarakterli  belə  görülən  sərt 
tədbirlərə  «haqqında  şikayətə  yol  verilməyən»,  yəni  məhkəmə 
nəzarətindən çıxanimış sahələrin mövcudluğu kimi qiymət vermək olar. 
Lakin  qeyd-şərtlər  nəzərə  alınmaqla  bu  istisnalara  qarşı  nəzəriyyədə 
etirazlar  edilir  və  onların  mövcudluğuna,  həyatda  yaranan  zərurətə 
əsaslanaraq haqq qazandırılır. 
Bütün hallarda yadda saxlamaq lazımdır ki, qanunçuluq prinsipi 
əsasdır  və  həmin  aktlar  da  (qanunçuluğun  pozulması  əlamətinə  görə 
onların ləğvinə məhkəmə vasitəsilə nail oluna bilinməsə belə) bu prinsipə 
tabedir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin