dərhal cərimə ödənilməsini tələb etmək olar. Bu halda, ləğv edilməli olan
aktlara məhkəmədə baxılması müddətlərinə riayət etmək qaydasından
asılı olmayaraq, istənilən vaxt aktın qanunsuzluğuna istinad edilə bilər.
Bir çox hallarda zərərçəkən aktın özünün ləğvi ilə maraqlanmır və
yalnız zərərin ona müəyyən pul məbləği şəklində ödənilməsini tələb edir,
yaxud zərərçəkənin özü aktın ləğvinə nail olmaq müddətlərini ötürmüş
olur. Belə hallarda o, əldən buraxılmış imkanın əvəzini cərimə almaqla
çıxır. Beləliklə, bəzi hallarda praktikada zərərə görə cərimə ödənilməsi
aktın qanunsuzluğu ilə əlaqədar yeganə sanksiya olur.
Lakin aktın qeyri-qanuni xarakteri heç də həmişə cərimə
ödənilməsi ilə nəticələnmir. Elə hallar da olur ki, kompensasiya
ödənilməsi barədə iddia qaldırılmazdan əvvəl yalnız aktın ləğv edilməsi
tələbi irəli sürülür, yaxud iddia qaldırılmasına baxmayaraq, cərimə
ödənilmir. Bəzi qanunsuz aktlar o qədər az əhəmiyyətli sayılır ki,
nəticədə heç bir məsuliyyətə səbəb olmur. Bu, misal üsün, prosessual
xarakterli qanunsuz aktlara aiddir. Həmin aktların qəbul edilməsində yol
verilmiş hüquqi pozuntular bunlann ləğvinə səbəb olsa da, cərimə
ödənilməsi ilə bağlı olmur.
Nəhayət, müxtəlif hallarda məhkəmə müvafiq məsələdə
administrasiyanın özünün məsuliyyət daşıması faktını nəzərə alaraq,
aktın qanuniliyinə nəzarət etmir. Bu, bəzi hökumət aktlarına aiddir.
Hökumət aktlarından şikayət verilə bilməz, çünki ondan birbaşa şikayət
verilsə belə, onun ləğv edilməsinə nail olmaq olmaz. Lakin ayrı-ayrı
hallarda, hökumət aktı ilə zərər vurulduğu təqdirdə, zərərə görə cərimə
ödənilməsini tələb etmək və buna nail olmaq olar.“^* Daxili xarakterli bir
sıra tədbirlərlə əlaqədar bu yaxınlarda belə qərar qəbul edilmiş-
dir.''2
Belə bir ümumi müddəa xülasə etmək olar ki, aktın qeyri-qanuni
xarakteri, adətən, zərərə görə cərimə ödənilməsinə nail olmağa əsas verir,
hərçənd ki, bəzən aktın özünün qeyri-qanuniliyi avtomatik şəkildə cərimə
ödənilməsi ilə nəticələnmir və yaxud, əksinə, məhkəmə aktın qanuniliyi
və qeyri-qanuniliyi məsələsinin həll edilməsini öz hüququna aid etmədiyi
hallarda ödənc almaq mümkün olur.
Beləliklə, əksər hallarda qanunçuluq prinsipi məsuliyyət prinsipi
ilə bağlıdır.
Dövlət Şurasının Baş elektrik eneıjisi şirkətinin işinə dair 30 mart, 1966-jı il tarixli
qəran.
Dostları ilə paylaş: