dəyişikliklərinə səbəb olmaqla yanaşı, iqtisadi proseslərə münasibətin, dövlətlər tərəfindən yeridilən iqtisadi
siyasətlərin əslində bu günki sistemin həqiqətləri ilə uzlaşmadığını ortaya çıxardı. Qlobal vahidliyin yoxluğu bu
proseslərin şərhində dərin fərqlər doğuraraq qlobal vəziyyəti mürəkkəb formaya salmışdır. Bütün bunların
işığında, xüsusən beynəlxalq valyuta münasibətləri sistemində baş verən uyğunsuzluqlar, tədiyə balansı və
məzənnə arasında olan uyğunsuzluqlar müasir valyuta sistemində mühüm və dərindən islahatları zəruri etmişdir.
Qlobal iqtisadiyyatın konyukturasında sürətli baş verə dəyişikliklərin fonunda qlobal valyuta münasibətlərinin
yenidən təşkil edilməsi və çoxtərəfli tənzimləmə sisteminin funksionallığının təmin edilməsi beynəlxalq iqtisadi
qurumlar və ölkələr qarşısında duran önəmli mühüm məsələdir. Bu dəyişikliklərin effektiv idarəsi, mövcud olan
çətinliklərin və qeyri müəyyənliklərin aradn qaldırılması isə, ilkin olaraq, beynəlxalq iqtisadi sistemin iştirakçıları
arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin də həyata keçiriləcək siyasi tədbirlər arasında uyğunsuzluğun
azaldılmasını gərəkdirir. Qlobal iqtisadiyyatin sürətli şəkildə dəyişən xarakterinə uyğun olaraq, müasir
tənzimlənəbilən valyuta sisteminin çoxqütblü əsasda formalaşdırılması mühüm əhəmiyyətə malikdir. Eləcə də
effektiv funksional və institutsional idarəetmə mexanizmlərinin tətbiq edilməsi bi nöqteyi-nəzərdən mühüm
çağırırşlardandır.
Dostları ilə paylaş: