1
valyuta məzənnələrinin valyuta paritetindən ±1% fərqlənməsinə icazə
verirlidi.
6. Ölkələrin tədiyyə balansında balanssızlıq yaranacağı təqdirdə bunun qızıl tənzimləmə mexanizmi ilə həll
edilməsi baş tuturdu.
İkinci Dünya müharibəsindən bir müddət sonra İngiltərənin yetərli qədər qızıl ehtiyatı olmaması səbəbindən o öz
valyutası olan funtsterlinqi qızıla çevirə bilmirdi və nəticədə funtsterlinq deviz-valyuta xüsusiyyətini itirmiş oldu.
Bununla da ABŞ dollarının mövqeyi olduqca möhkəmləndi və o beynəlxaql hesablaşmaları inhisarlaşdırdı. ABŞdan
başqa bütün ölkələr tədiyə balanslarında yaranan disbalansı tənzimləmək üçün qızıl-valyuta ehtiyatlarından
istifadə edirdilər. Bu məqsədlə daxili istehlakın azaldılması və ixracın artırılmasına çalışılırdı. ABŞ isə tədiyyə
balansındakı kəsri təmin etmək üçün dollardan sitifadə edə bilərdi, ona görə də bu şərait ABŞa mənfi təsir
göstərmirdi. ABŞ dollarının beynəlxalq ödəmələri inhisarlaşdırması ilə yaranan şərait bütün ölkələrin beynəlxalq
xarici iqtisadi və ticarət əlaqələri sferasındakı tələblərinə cavab verməyə başladı. 1960-1970-ci illər arası baş
verən böhranlar səsbəbindən Beynəlxaql Valyuta Fondu ±1% olan məzənnəvə pariteti fərqləndirən həddi ±2.5%-
ə qaldırdı. Amma az müddət sonra fiksə olunmuş mzəzənnələr sistemi bu tənzimləmə vasitəsinə tab gətirməyərək
məcburi şəkildə dağıldı. Gözlənilməz şəkildə 1971ci ildə baş verən bu olay ölkələrarası qlobal əlaqələrin
genişlənməsinin qarşısını aldığından dünya ölkələri bir araya gələrək yeni tənzimləmə sisteminin yaradılması
mövzusunda danışıqlara başladılar. Zərurətin ortaya qoyulmasından sonra 1976cı il Yamaykanın Kinqstoun
şəhərində 20 ölkənin nümayəndəsinin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransda yeni beynəlxaql
valyuta sisteminin təməl prinsipləri müəyyənləşdirildi. Danışıqlar Qızıl-dollar standartının ləğvini və yeni valyuta
sistemi Yamayka valyuta sisteminin yaradılmasını nəzərdə tutdu. Kinqstounda keçirilmiş konfransda qəbul edilmiş
Yamayka sazişləri Bretton-Vudsda bir sıra dəyişiklikləri nəzərdə tuturdu. Həmin dəyişikliklər bunlardır:
1.Qızıl dollar standartının ləğvi
2. Valyutaların qızlla ölçülməsinin, həmçinin qızılın demonetlədirilməsinin ləğvi
3. Ölkələrin mərkəzi banklarına, eləcə də maliyyə tənzimləmə funksiyası həyata keçirən belə qurumlara qızılın
azad şəkildə alınması və satılmasına icazə verilməsinin təmini.
4. Xüsusi İqtibas hüquqlarının(SDR) dəyər etalonu kimi funksiya daşımasının təmin edilməsi. Xüsusi iqtibas
hüquqları dedikdə, Beynəlxalq Valyuta Fondu(BVF) tərəfindən buraxılan və dövlətlərarası nağdsız
hesablaşmalarda hesablaşma vahidi məqsədilə istifadə edilən beynəlxalq tədiyyə və ehtiyat vəsaitləri başa
düşülür. SDRnin yaradılmasında məqsəd- dünya ticarətinin yüksək artım tempinə bağlı olaraq yetəri
Dostları ilə paylaş: |