1. Qızıl sikkə standartı: Qızıl
sikkələr fəal şəkildə dövriyyədə idi və ölkələr sərbəst şəkildə onu alıb satırdılar.
2. Burada
qızıl sikkələr dövriyyədə
olmurdu. Sərbəst olaraq
sikkələr
kəsilirdi,
pul-kredit idarələrinin vəzifəsi isə
qızıl külçələri satmaqdan ibarət
idi.
3.
Burada isə ölkələr
mövcud qızıl standartı əsasında milli pulu xarici valyutaya
dəyişirdilər.
Genuya
valyuta sistemi:
Qızıl standartı sistemi birinci dünya müharibəsinə qədərki dövrü əhatə edir. Qızıl
standartı tədiyyə balansını, xarici-iqtisadi və ticarət əlaqələrini, pul tədavülünü,və qlobal hesablamaları müəyyən
qədər tənzimləyirdi. Zaman keçdikcə beynəlxaql ödəmələrdə qızıl standartının tətbiq edilməsi ilə bərabər Abş
dolları və ingilis funtsterlinqi istifadə edilməyə başlandı. Bu da qızıl deviz standartına keçid üçün başlanğıc
zərurətini yaratdı. Birinci Dünya Müharibəsinin bitişindən sonra ölkələr arasında yeni xarici-iqtisadi və ticarət
əlaqələri formalaşmağa və genişlənməyə başladı, bununla da Beynəlxalq valyuta sistemi təkamül yolunda yeni,
ikinci mərhələyə qədəm qoydu. Bu mərhələ 1922-ci ildən 1944-cü ilə qədərki dövrü əhatə edir və Genuya
valyuta sistemi adlanır. Bu sistem həm də qızıl-deviz standartı adlanır. Birinci Dünya müharibəsinin ardından
İtaliyanın Genuya şəhərində 1922-ci ildə İtaliya, Abş və İngiltərənin başçılığı ilə konfrans keçirildi. Konfransın
əsas mövzusu ölkələrin xarici-iqtisadi əlaqələri və maliyyə məsələlərinin təhlili idi. Konfransdan əldə olunan əsas
nəticə isə o oldu ki, kaptalist ölkələrin qızıl ehtiyatları beynəlxalq hesablaşmaların nizamlı və tənzim şəkildə
gerçəkləşdirilməsi üçün yetərli deyil və beynəlxalq maliyyə əməliyyatlarının tənzimlənməsi üçün ödəmə vasitəsi
kimi qızılla bərabər ABŞ dollarından və ingilis funt-sterlinqindən də istifadə edilsin.Sözü gedən sistemin ən önəmli
xarakterik xüsusiyyəti o idi ki, beynəlxalq ödəniş vasitəsi kimi həm qızıldan, həm də ABŞ dolları və ingilis
funtsterlinqindən istifadə olunurdu. 1924 və 1928-ci illəri əhatə edən dövrdə pul islahatları həyata keçirildi və
bunun əsasında “qızıl monometalizmi” iki əsas formada şəkillənmiş olunmuş oldu. Qızıl-külçə və qızıl-deviz.
Böyük qızıl ehtiyyatına və güclü iqtisadiyyata malik ölkələr qızıl-külçə standartını qəbul etdi. 1925-ci ildə Böyük
Britaniya, 1928-də Fransa, 1930cu ildə isə Yaponiya öz ehtiyatlarına və gücünə güvənərək qızıl külçə standartını
keçid etdi. Qızıl külçə standartının əsas xarakterik xüsusiyyəti onda idi ki, burada ilk olaraq qızılın hansı ölçü və
keyfiyyətdə olması müəyyənləşdirilirdi, daha sonra əskinaslar qızıl monetlərinə çevrilirdi.Bununla da qızıl artıq
beynəlxalq ödənişlər zamanı ehtiyat ödəniş vasitəsi kimi çıxış etməyə başladı. Genuya valyuta sisteminin digər
modifikasiya olunmuş forması olan qızıl deviz standartında milli pullar öncə xarici valyutaya, daha sonra qızıla
dəyişdirilirdi. Genuya valyuta sisteminin əsas prinsipi o idi ki, Üzv ölkələr öz valyutalarının kursunu xarici təsir və
tərəddüdlərdən qoruyaraq sabit qalmasını təmin etməliydilər. Bu sistemin üzv ölkələri müxtəlif növ valyuta
tənzimləmə metodlarından, əsasən də xüsusi əhəmiyyətli valyuta müdaxilələrindən istifadə edərək mövcud
valyuta məzənnəsinin səviyyəsini qoruyub saxlamağa çalışırdılar(Mahmud M.S, Elşən Ə.B və Sənubər U.H.,2003).
Bretton-Vuds və Yamaka valyuta sistemləri: Beynəlxalq valyuta sisteminin növbəti iki mrəhələsi Bretton-Vuds və
Yamayka valyuta sistemləridir. Genuyadan sonrakı təkamül mərhələsi Bretton-Vuds sisteminə aiddir. İkinci dünya
müharibəsinin bitdiyi vaxtlarda 1944-cü ildə BMT-nin üzv ölkələri ABŞ-ın Bretton Vuds şəhərində keçirilən
konfransda toplaşmış və müharibədən sonrakı iqtisadi vəziyyətlərin təhlili, ölkələrin iqtisadi siyasətlərinin
tənzimlənməsi, iqtisadiyyata dəymiş ziyanların aradan qaldırılması, qlobal miqyasda maliyyə münasibətlərinin
tənzimlənməsi barədə danışıqlar aparılmış eləcə də “Beynəlxalq pul razılaşması” əsasında yeni bir valyuta
sisteminin yaranıb formalaşması üçün ilkin addımları atmışlar və yeni yaradılan bu sistem sözü keçən konfransın
keçirildiyi şəhərin adına uyğun olaraq Bretton Vuds valyuta sistemi adlandırılmışdır. Bu Konfransda 44 ölkə 730
nümayəndə ilə təmsil olunmuş və bu ölkələrin milli valyutasının dəyəri dollara əsasən götürülməklə, hər biri üçün
sabit məzənnə müəyyən edilmişdir. Bretton Vudsun əsas xarakterik xüsusiyyətləri aşağıdakılardır.
1. Qızıl burada da dünya pul funksiyasını icra etməyə davam edirdi.Bu funksiya başda ABŞ dolları və ingilis
funtsterlinqi olmaqla ehtiyat valyutaların istifadə edilməsi əsasında icra edilirdi.
2. ABŞ dolları və digər ehtiyat valyutalar rəsmim məzənnə üzrə məcburən qızıla dəyişdirilirdi. Rəsmi məzənnəyə
görə 1troya unsiya qızıl 35 ABŞ dollarına dəyişdirilirdi. 1troya unsiya 31.1qram qızıla bərabər idi. Bu da o demək
idi ki, 1 ABŞ dolları 0.88571 qram qızıla dəyişdirilirdi.
3. Hər bir ölkənin mövcud milli pul vahidinin valyuta paritetinin əsasında qızıl və dollar dayanırdı;
4. Bretton Vuds konfransında yeni beynəlxalq sistemin nəzarət və tənzimləmə işini həyata keçirəcək olan
quruluş-Beynəlxalq Valyuta Fondu və Dünya Bankı yaradılmışdı.
5. Dünya ölkələrinin milli
Dostları ilə paylaş: |