Plagiat report


konvensiyalar, siyasət alətlərinin məcmusu



Yüklə 347,67 Kb.
Pdf görüntüsü
səhifə13/102
tarix02.01.2022
ölçüsü347,67 Kb.
#37444
1   ...   9   10   11   12   13   14   15   16   ...   102
Tam hesabat Mhbub Tagsoy

konvensiyalar, siyasət alətlərinin məcmusu 

və 


2 qlobal ictimai 

əmtənin- dünya valyutaları və xarici

sabitliyin təminatçısı kimi 

çıxış edən iqtisadi, institutsional və siyasi mühitlərin 

qarşılıqlı əlaqəsi kimi nəzərdən

keçirirlər(Bordo M. və Redish A., 2013). Qlobal səviyyədə likvidliyin təmin edilməsi, xarici iqtisadi şokların



məhvedici gücünün azaldılması və qlobal koordinasiyanın təmin edilməsi, kapital axınları və məzənnə rejimlərinin

müəyyən edilməsi, bundan başqa iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq və tənzimləmə-nəzarət qurumlarının

yaradılması və böhran xəbərdar edici mexanizmlərin hazırlanması kimi məsəslələri qeyd etdiyimiz konvensiya və

qaydalar özünə daxil edir. Digər bir tərəfdən bu proseslərin reallaşması üçün beynəlxalq miqyasda iqtisadi, siyasi

və institutsional mühitin yaradılması, azad ticarətin inkişaf etdirilməsi və s zərurət təşkil edir. Yuxarıda qeyd

etdiyimiz bu iki kateqoriyanın ictimai əmtəə kimi adlandırılmasının əsas səbəbi onların BVS-nin tarixi inkişaf

prosesi nəticəsində ortaya çıxan zərurət kimi formalaşmasıdır. Ötən zaman müddətində BVS-də konyuktur

dəyişikliklərinin baş verməsi çərçivəsində, qeyd edilən bu kateqoriyalar öz əhəmiyyətini qorumağı bacarmışdır.

Beynəlxalq valyutalar və xarici stabillik fenomenləri, sıx qarşılıqlı əlaqə çərçivəsində fəaliyyətlərini sürdürürlər.

Belə ki, hər hansı valyutaya beynəlxalq valyuta statusu verilməsi üçün ilk olaraq bu valyutaya qarşı qlobal

miqyasda tələb artmalıdır. Bu tələbi yaradan çoxsaylı ünsürlər içərisində həmin valyutaya olan inam və etimad,

valyutanın emitent ölkəsinin iqtisadi güc kimi mövqeyi də yer alır. Bu amillərin formalaşmasına əhəmiyyətli təsir

göstərən başqa bir element isə xarici stabilliyin təmin edilməsidir. Məsəsləyə monetar mövqedən baxıldıqda

məlum olur ki, beynəlxalq miqyasda likvidliyin əsas təminedici mənbəyi kimi valyuta emisiyaları çıxış edir. Lakin

likvidlik həddindən artıq artarsa bu beynəlxalq valyutalar üçün önəmli risklər formalaşdırır ki, nəticədə valyutalara

olan etimad ciddi şəkildə sarsılır. Nümunə olaraq keçən əsrin 50-60cı illərində dollar mzəznnəsinin ABŞ tədiyə

balansında baş verən uyğunsuzluqlardan yaranan tərəddüdləri göstərilə bilər. İqtisadi ədədbiyyatlarda belə hal-

xarici stabilliyin təmin edilməsi ilə beynəlxalq əhəmiyyətli valyutaların məzənnəsinin sabitliyinin təmini arasındakı

əlaqə Triffin dilemması adlanır(Triffin R.,1993). Tədiyyə balansının təmin edilməsi nöqteyi zərindən məsələyə

diqqət yetirsək, görərik ki, hər hansı valyuta sisteminin sabitliyinin təmin edilməsi üçün başqa-başqa ölkələrdə

tədiyə balansı kəsirlərinin maliyyələşdirilməsi və səbatsızlıqların aradan qaldırılması önəmlidir. Nəticə etibarilə,

beynəlxalq valyutalarda tədiyə balansından qaynaqlanan təzyiqlər həm valyuta məzənnəsində, həm də

beynəlxalq maliyyə bazarlarında xaosun meydana gəlməsinə və ümumi sistemin fəaliyyət mexanizmində

harmonikliyin pozulmasına səbəb olur.

Beynəlxalq valyuta sistemi yarandığı vaxtdan bu günə kimi müxtəlif mərhələlərdən keçmişdir. Hər bir mərhələ

özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu təkamül tarixində bir neçə mərhələ fərqləndirilir(Zahid F.M.,2012).




Yüklə 347,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin