Plagiat report


sonuncu 2008-ci il qlobal maliyyə böhranının beynəlxalq valyuta sisteminə



Yüklə 347,67 Kb.
Pdf görüntüsü
səhifə11/102
tarix02.01.2022
ölçüsü347,67 Kb.
#37444
1   ...   7   8   9   10   11   12   13   14   ...   102
Tam hesabat Mhbub Tagsoy

sonuncu 2008-ci il qlobal maliyyə böhranının beynəlxalq valyuta sisteminə 

təsirlərini qiymətləndirərək 



sistem

əhəmiyyətli 

uyğunsuzluqların aradan qaldırılması istiqamətlərini müəyyənləşdirməkdir.

Tədqiqatın obyekti və predmeti: Tədqiqatın obyektini beynəlxalq maliyyə- 

valyuta münasibətləri, qlobal iqtisadi

idarəetmə və əməkdaşlıq çərçivələri və bu 

sferada 


yeni yanaşmaların 

tətbiq olunması 



məsələləri təşkil edir.

Tədqiqatın 

predimetini sonuncu 2008-cil qlobal iqtisadi böhranı və onun qlobal iqtisadiyyatına göstərdiyi təsirlər,



beynəlxalq maliyyə və valyuta sistemində 

meydana gətirdiyi kəskin məzənnə dəyişiklikləri və onların 



aradan

qaldırılması məqsədilə hazırlanan strategiyalar və onların 

təsirli tətbiqi hesab oluna bilər.

Tədqiqat metodları: Tədqiqat metodu kimi sistemli yanaşma, induksiya, deduksiya, Svop təhlil metodlarından

istifadə edilmişdir. 

Tədiqatın informasiya bazasını: azərbaycanlı və xarici müəlliflərin beynəlxalq valyuta sisteminin tarixi inkişafı,

müasir vəziyyəti, problemləri haqqında tədqiqatları, G20 ölkələrinin sistemin stabiliyinin qorunması tədbirlərini də

özünə daxil edən qərarları, Beynəlxalq Maliyyə Korporasiyasının və Beynəlxalq Valyuta Fondunun dünya və

miqyasda valyuta-pul münasibətlərinin inkişafına yönəlmiş seminarları və hazırladığı materiallar, xarici ölkələr,

yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırma nəticələri və elmi-praktiki konfrans materialları təşkil

edir.


Tədqiqatın məhdudiyyətləri: Tədqiqatın aparılmağına əngəl olan nəzəri-metodoliji çatışmazlıqlar, xarici

ədəbiyyatdan istifadənin dil biliklərinin qeyri-müəkəməlliyi səbəbindən istifadəsinin çətinliyi və ana dilində

informasiya bazasının olduqca qıt olması və s.

Tədqiqatın elmi yeniliyi: İşin yazılması zamanı beynəlxalq valyuta münasibətlərinin ən müasir vəziyyəti təhlil

edilmiş, BVF-nin beynəlxalq valyuta sisteminə təsir gücü ən müasir nümunələr əsasında araşdırılmışdır.

Nəticələrin praktiki əhəmiyyəti və tətbiq sahələri: Tədqiqatda sonunca qlobal maliyyə böhranından doğan qlobal

iqtisadi, qlobal maliyyə və valyuta münasibətləri sistemində baş verən konyuktur dəyişiklikləri araşdırılmış,

müəyyənləşdirilmişdir. Beynəlxalq səviyyədə aparılan bu cür qiymətləndirmələr əsasında həsas beynəlxalq

iqtisadi artımın dözümlülüyünə risk formalaşdıran ünsürlər müəyyənləşdirilməyə çalışılmışdır. Post-böhran

dövrünün çağırırşlarına söykənərək, yeni beynəlxalq tənzimləmə sistemlərinin formalaşdırılması istiqamətləri və

problemlərin öyrənilərək daha dərin analizlər aparılması baxımından tədqiqatın xüsusi əhəmiyyətə malik

olduğuna inanırıq. 

I FƏSİL. BEYNƏLXALQ VALYUTA SİSTEMİNİN FORMALAŞMASI, ƏSASLARİ VƏ TƏKAMÜLÜ

1.1.Beynəlxalq valyuta sisteminin mahiyyəti və formalaşmasının ilkin xüsusiyyətləri

2008-ci qlobal böhranı doğurduğu nəticələr göstərdi ki indiyə qədər iqtisadi nəzəriyyədə mövcud olan postulatlar

müasir iqtisadi konyuturanın reallıqları ilə uzlaşmır. Bu problem xüsusilə, maliyyə və valyuta sistemində həyata

keçirilən iqtisadi siyasətlərin adekvatlığı ilə əlaqədar ciddi mübahisələr yaratdı. Böhrandan sonrakı mərhələdə

beynəlxalq miqyasda baş verən çalxalanmalar, ressesiyalar və bu kimi problemləri doğuran sistem ünsürlərinin




Yüklə 347,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin